Anya sözü azərbaycan dilində

Anya

Yazılış

  • Anya • 94.2308%
  • anya • 3.8462%
  • ANYA • 1.9231%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anya Nissen
Anya Nissen (ing. Anja Nissen; d. 22 sentyabr 1981, Yeni Cənubi Uels, Avstraliya) — Danimarka mənşəli Avstraliya müğənnisi, bəstəkar, rəqqasə və aktrisa. O, Avstraliyanın The Voice səs yarışmasında qələbə qazanmışdır. Qalibiyyətinin ardınca müğənni Avstraliyanın Universal Music Group albom şirkəti ilə anlaşma imzalamışdır. 2015-ci ildə Britaniya müğənnisi Olli Mursun Never Been Better turu çərçivəsində Avstraliyada keçirilən konsertdə Anya müğənnini səhnədə müşayiət etmişdir. Anya Nissen "Never Alone" mahnısı ilə Danimarkanın DR telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Dansk Melodi Grand Prix 2016 milli seçim turuna qatılmış və nəticədə ikinci yeri tutaraq, Avroviziya iştirak hüququ əldə edə bilməmişdir. Növbəti il müğənni yenidən seçim turuna qatılmış və bu dəfə ifa etdiyi "Where I Am" mahnısı ilə şouda qələbə qazanmışdır. Həmin mahnı ilə Anya Danimarkanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Anya Nissen 6 noyabr 1995-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatında, dağlıq bölgədə anadan olmuşdur.
Anya Teylor-Coy
Anya-Cosefin Mari Teylor-Coy (ing. Anya-Josephine Marie Taylor-Joy; 16 aprel 1996, Mayami, Florida, ABŞ) — ABŞ-Britaniya-Argentina aktrisası. 16 aprel 1996-cı ildə Florida ştatının Mayami şəhərində anadan olmuşdur. Daha sonra ailəsi ilə birlikdə Londona köçdü. 16 yaşında aktrisalıq fəaliyyətinə başlamaq üçün məktəbi tərk etdi. "Storm Model Managment" adlı agentliklə müqavilə imzalayaraq aktrisalıq fəaliyyətinə başladı.
Anya Şovaqoviç-Despot
Anya Şovaqoviç-Despot (tam adı: Anya Şovaqoviç-Despot, xorv. Anja Šovagović-Despot; 25 mart 1963, Zaqreb) — Xorvatiya kino və teatr aktrisası. Anya Şovaqoviç Xorvatiyanın ən hörmət edilən aktyorlarından biri olan Fabiyan Şovaqoviçin və Maya Blaşkovun ailəsində dünyaya göz açmışdır. Kiçik qardaşı Filip Şovaqoviç kimi Anya da aktorluq fəaliyyəti ilə hələ kiçik yaşlarından məşğul olmağa başlamışdır. Orta məktəbi başa vurduqdan sonra Zaqrebdəki Dramatik İncəsənət Akademiyasına daxil olur. Burada teatr rejissoru Kreşimir Dolençiç ilə birgə 1981-ci ildə "Lift" teatr qrupunun əsasını qoyur. İki il sonra Zlatko Vitezlə əməkdaşlıq etməyə başlayır və onun "Histrion" teatr şirkətinə qoşulur. 1986-cı ildən Qavella Dram Teatrında fəaliyyət göstərir. Şovaqoviç Xorvatiya aktyoru Draqan Despotla evlidir. Onların iki övladı var.
Anyan FK
Anyan Futbol Klubu (Hanqıl: 안양시민프로축구단) — Anyan şəhərini təmsil edən Cənubi Koreya peşəkar futbol klubudur. 2013-cü ildə yaradılmışdır. Klub öz ev oyunlarını Anyan Stadionunda keçirir. Hal-hazırda Cənubi Koreyanın ikinci ən yüksək liqası olan K Liqasında mübarizə aparır. Komandanın sloqanı Esperanto: Civitano, Paradizo, Feliĉo ifadəsidir ki, bunu loqoda da görmək mümkündür. İfadənin mənası "Vətəndaş, Cənnət, Xoşbəxtlik" deməkdir.

Oxşar sözlər

#anya nədir? #anya sözünün mənası #anya nə deməkdir? #anya sözünün izahı #anya sözünün yazılışı #anya necə yazılır? #anya sözünün düzgün yazılışı #anya leksik mənası #anya sözünün sinonimi #anya sözünün yaxın mənalı sözlər #anya sözünün əks mənası #anya sözünün etimologiyası #anya sözünün orfoqrafiyası #anya rusca #anya inglisça #anya fransızca #anya sözünün istifadəsi #sözlük