Tanya sözü azərbaycan dilində

Tanya

Yazılış

  • Tanya • 98.6014%
  • tanya • 1.3986%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tanya Baramzina
Tanya Baramzina (rus. Татьяна Николаевна Барамзина; 19 dekabr 1919 və ya 12 dekabr 1919 – 5 iyul 1944) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi.
Tanya Lamarka
Tanya Lamarka (30 aprel 1980) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Tanya Lamarka İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Tanya Saçdev
Tanya Saçdev (hind. तानिया सचदेव; doğ. 20 avqust 1986, Dehli, Hindistan) — Hindistan şahmatçısı. Qadınlar arasında beynəlxalq qrosmeyster (2005), kişilər arasında beynəlxalq usta (2008). Şahmat şərhçisi kimi də tanınır. == Şahmat karyerası == Tanya Saçdev 20 avqust 1986-cı ildə Dehlidə anadan olub. Şahmat oynamağı 6 yaşında ikən anasından öyrənib. 1995-ci ildən 2006-cı ilə qədər Hindistanı müxtəlif yaş qruplarında gənclər arasında keçirilən şahmat üzrə dünya çempionatlarında təmsil edib. Burada ən yüksək uğuru 1998-ci ildə U12 yaş qrupunda qazandığı bürünc medal olub. 2000-ci ildə 14 yaşlı qızlar arasında, 2002-ci ildə isə gənclər arasında Asiya çempionu olmuşdur.
Tanya Paffenhols
Tanya Paffenhols (alm. Thania Paffenholz‎; 2 fevral 1965, Köln, Şimali Reyn-Vestfaliya) — sülh prosesləri üzərində işləyən Almaniya akademiki və siyasi məsləhətçisi. O, hal-hazırda İnklüziv Sülh qurumunun direktorudur. Tanya Paffenhols iyirmi ildən artıqdır ki, sülh proseslərinin müqayisəli tədqiqatına rəhbərlik edir və Mozambik, Anqola, Somali, Keniya, Uqanda, Cənubi Sudan, Mali, Əfqanıstan, Nepal, Şri-Lanka, Myanma, Yəmən, Misir, El-Salvador, Suriya və Kolumbiya kimi ölkələrdə sülh prosesləri üzrə məsləhətçi olmuşdur. O, sülh tədqiqatçısı kimi işinə görə 2015-ci ildə Vihuri Beynəlxalq Mükafatını almışdır. == Həyatı == Tanya Paffenhols 2 fevral 1965-ci ildə Almaniyanın Köln şəhərində anadan olmuşdur. O, Avropa, Afrika və Asiyada köklərə malikdir. İsveçrədə yaşayır. Paffenhols 1996-cı ildə Almaniyanın Frankfurt şəhərindəki Göte Universitetində beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. O, silahlı münaqişələrdə vasitəçilik və sülh quruculuğu nəzəriyyəsi və praktikasına diqqət yetirir.
Tanya (Mortal Kombat)
Tanya (ing. Tanya) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Tanya Stupar-Trifunoviç
Tanya Stupar-Trifunoviç (serb. Тања Ступар Трифуновић; 20 avqust 1977, Zadar) — Bosniya serb yazıçısı. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı çap olunmuşdur. Şeir və nəsr sahələrində bir neçə Bosniya mükafatı laureatıdır. == Həyatı == 1977-ci ildə Zadarda anadan olmuşdur. Banya Luka Universiteti fəlsəfə fakültəsinin serb dili və ədəbiyyatı şöbəsini bitirmişdir. Müharibə ilə əlaqədar olaraq Banya Lukaya köçmüşdür. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı nəşr olunmuşdur, şeirləri ingilis, alman, polyak, sloven, makedon, macar, danimarka, fransız və rus dillərinə tərcümə olunmuşdur. "Barbarlar səhər yeməyi zamanı nə düşünürlər" kitabı, Bosniya və Herseqovinada 2007-2008-ci illərin ən yaxşı kitabı olaraq CEE Literature Award mükafatına (Şərqi və Cənub-Şərqi Avropanın Ədəbi Mükafatı) namizəd olmuşdur, mükafat olaraq ona Vyanada ev verilmişdir. 2009-cu ildə "Baş qəhrəman uğursuzluğa aşiq olan bir insandır" kitabı ən yaxşı şeir kitabı olaraq "Fra Qro Martiç" mükafatına layiq görülmüşdür, bosniya və xarici şeir toplularına daxil edilmişdir.
Tanya di Mario
Tanya di Mario (4 may 1979, Roma) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Tanya di Mario, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Tanya di Mario, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. Tanya di Mario, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu. Daha sonra Tanya di Mario, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.

"tanya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tanya nədir? #tanya sözünün mənası #tanya nə deməkdir? #tanya sözünün izahı #tanya sözünün yazılışı #tanya necə yazılır? #tanya sözünün düzgün yazılışı #tanya leksik mənası #tanya sözünün sinonimi #tanya sözünün yaxın mənalı sözlər #tanya sözünün əks mənası #tanya sözünün etimologiyası #tanya sözünün orfoqrafiyası #tanya rusca #tanya inglisça #tanya fransızca #tanya sözünün istifadəsi #sözlük