Elzamin sözü azərbaycan dilində

Elzamin

Yazılış

  • Elzamin • 95.0000%
  • elzamin • 5.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elzamin Tağıyev
Elzamin Eyvaz oğlu Tağıyev (11 avqust 1992; Qaradağlı, Xocavənd rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elzamin Tağıyev 11 avqust 1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində dünyaya göz açmışdır. Elzamin ilk təhsilini Xocavənd rayon Salakətin kənd tam orta məktəbində almışdır. == Hərbi xidməti == Elzamin Tağıyev 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli, 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Elzamin Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Hadrutun, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elzamin Tağıyev 9 noyabr 2020-ci ildə Şuşada döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzamin Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Qubadlı şəhərinin işğaldan azad olunmasına görə gedən döyüşlərdə xüsusi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzamin Tağıyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elzamin Tağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elzamin Tağıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elzamin Tağıyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. == Ailəsi == Atası Eyvaz Həsrət oğlu Tağıyev Qarabağ müharibəsində iştirak etmiş, Xocavənd rayonunun Qaradağlı kəndinin müdafiəsində döyüş tapşırığını yerinə yetirmişdir. Həmin kəndin müdafiəsi uğrunda onun babası, dayısı və qohumları döyüşmüş və şəhid olmuşlar.
Elzamin Təhməzov
Elzamin Kamal oğlu Təhməzov (26 oktyabr 1979; Bərdə rayonu, Azərbaycan SSR — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elzamin Təhməzov 1979-cu il oktyabrın 26-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Əslən Laçın rayonunun Malxələf kəndindən idi. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Elzamin Təhməzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elzamin Təhməzov sentyabrın 28-də Madagizin azad edilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzamin Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzamin Təhməzov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elzamn Təhməzov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.23 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 0.67
2007 ••••••• 0.21
2010 ••••••••••••••••• 0.54
2011 •••••• 0.17
2012 •••••••• 0.26
2013 ••••••••• 0.29
2015 •••••• 0.17
2017 ••••••••••••••• 0.49
2018 •••••••••••••••••• 0.60
2019 ••••••••• 0.28
2020 •••• 0.13

elzamin sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

eli zaminliyə götürən, elə zəmanət verən.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#elzamin nədir? #elzamin sözünün mənası #elzamin nə deməkdir? #elzamin sözünün izahı #elzamin sözünün yazılışı #elzamin necə yazılır? #elzamin sözünün düzgün yazılışı #elzamin leksik mənası #elzamin sözünün sinonimi #elzamin sözünün yaxın mənalı sözlər #elzamin sözünün əks mənası #elzamin sözünün etimologiyası #elzamin sözünün orfoqrafiyası #elzamin rusca #elzamin inglisça #elzamin fransızca #elzamin sözünün istifadəsi #sözlük