Elton sözü azərbaycan dilində

Elton

Yazılış

  • Elton • 99.5885%
  • ELTON • 0.2058%
  • elton • 0.2058%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elton
Elton — Kişi adı. Bu adı olan tanınmışlarElton Hüseynəliyev — azərbaycanlı müğənni. Elton Məmmədov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Elton Meyo — Əslən avstraliyalı Amerika sosioloqu. Elton Quliyev — Vəkil Elton İbrahimov — müğənni, musiqiçi, rəqqas. Elton Con — ingilis pop/rok müğənnisi, bəstəkar, pianoçu.
Con Elton
Con Elton (d.? - ö. 1751, Gilan) — britaniyalı gəmi tərsanəçisi və dənizçisi. Daha çox Nadir şaha öz donanmasını qurmasında etdiyi xidməti ilə məşhurdur. == Həyatı == O, 1735-ci ildə Rusiya hökuməti tərəfindən Orenburq ekspedisiyasına yardım etməsi üçün göndərilmişdi. Bu zaman Con Elton dəniz kapitanı rütbəsində idi. Bu missiya zamanı o, Aral gölünü araşdırmaq üçün göndərilmiş, lakin gölə çata bilməmiş tatarlar tərəfindən dayandırılmışdı. Daha sonra daha çox Rusiyanın cənub-şərq sərhədlərində - Kama, Volqa və Jaik çaylarının hövzələrində xidmət etdi. 1738-ci ildə Sankt-Peterburqa geri dönən Elton vəzifə və rütbə baxımından yüksəldilmədiyinin şahidi oldu və buna qəzəblənərək rus xidmətini tərk etdi. Eyni ildə o, Peterburqdakı bəzi Britaniya fabriklərinə Rusiya ilə İran-Orta Asiya ticarətini Xəzər dənizi üzərindən yürütməyi təklif etdi.
Elton Con
Elton Con (ing. Sir Elton Hercules John və ya doğum adıyla ing. Reginald Kenneth Dwight; 25 mart 1947[…]) — ingilis pop/rok müğənnisi, bəstəkar, pianoçu. Dünyanın ən məşhur musiqiçilərindən biri olan Elton Conun XX əsrin 70-ci illərindən bu günə qədər bütün dünyada 450 milyondan çox albomu satılıb. Onun sinqllarının nüsxələri 190 milyondan artıq nüsxəylə yayılıb. Eltonun Şahzadə Diananın xatirəsinə yenidən yazdığı hit mahnısı "Candle in the Wind" hələ də ABŞ və Britaniya çartları tarixində ən çox satılmış mahnı olaraq qalmağa davam edir. Con bu günə kimi, musiqidəki uğurlarına görə 5 dəfə Qremmi mükafatına, o cümlədən, "Yaşayan Əfsanə" mükafatına layiq görülüb. Kinolar üçün yazdığı mahnılar sayəsində namizəd olduğu üç Oskarın birini qazanıb. Rolling Stone jurnalının 2004-cü ildə hazırladığı siyahıda Elton, musiqidə ən çox iz qoymuş 50 sənətkardan biri seçildi. Geniş xeyriyyə fəaliyyəti olan Conun həm musiqidəki, həm də xeyriyyə sahəsindəki fəaliyyətlərinə görə, 1998-ci ildə Kraliça ikinci Elizabeth ona cəngavərlik titulu verdi.
Elton Hüseynəliyev
Elton Hüseynəliyev (tam adı: Elton Əşrəf oğlu Hüseynəliyev; 6 avqust 1983, Sumqayıt) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti, Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Televiziyasının solisti. == Həyatı == Hüseynəliyev Elton Əşrəf oğlu 6 avqust 1983-cü ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Sumqayıt şəhər 17 saylı məktəbdə orta təhsil almağa başlayıb. 2001-ci ildə həmin məktəbi bitirib və həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsində Solo oxuma ixtisası üzrə ali təhsil almağa başlayıb. Müəllimləri əməkdar artistlər Nuriyyə Hüseynova və Teymur Əmrah olub. 1997-ci ildə Respublika Gənclik Estrada Müsabiqəsinin laureatı olub. Müsabiqənin finalı Bakı Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) keçirilmiş və finalda o dövrdəki Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak edib.2005-ci ildə "AzəriStar" Respublika Televizya Müsabiqəsinin laureatı olub.2006-cı ildə azərbaycanlı prodüser Tamilla Hüseynəliyeva ilə ailə həyatı qurub, Nuray və Məryəm adlı iki qızı var.2008-ci ildə Türkiyədə keçirilən Popstar Alaturka müsabiqəsində fəxri qonaq kimi iştrak edib.2010-cu ildə Azərbaycan Dövlət Muğam Teatrında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrının müşaiəti ilə solo konserti keçirilib. Layihənin bədii rəhbəri Teymur Əmrah olub. 22 may 2011-ci ildə Heydər Əliyev Sarayında "İstək" adlı ilk solo konserti keçirilib.2011-ci ildə Selcuk Hocanın rəhbərlik etdiyi Türk orkestrı ilə konserti olub. O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Elton Meyo
Elton Meyo (1880–1949) — Əslən avstraliyalı Amerika sosioloqudur. Xotorn eksperimentləri onun adı ilə bağlıdır. == İstinadlar == == Mənbə == Ə. S. Bayramov, Ə. Ə. Əlizadə, Sosial Psixologiya. Bakı.
Elton Mirzəyev
Mirzəyev Elton Vüqar oğlu (2 yanvar 1997, Minbaşı, Sabirabad rayonu – 30 oktyabr 2020, Qubadlı rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == 2 yanvar 1997-ci ildə Minbaşı kəndində dünyaya gəlmişdir.2014-cü ildə Sabirabad rayonu Qarağac kənd tam orta məktəbini bitirmişdir. == Döyüş yolu == 2015-ci ilin yanvarında Sabirabad rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. Vətənə ilk borcunu verməyə yollanır. O, Bakı piyada qoşunlarına aid "N"saylı hərbi hissədə xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra kəndlərinə dönür, lakin , alçaq ermənilərin Tovuz cəbhəsi istiqamətində dinc əhaliyə qarşı etdiyi basqınlar onu dinc buraxmır. Sabirabad rayonu Hərbi Komissarlığına gedərək könüllü olaraq döyüşə getmək istədiyini bildirib. İkinci Qarabağ müharibəsi başlanan zaman Elton könüllü olaraq qeydiyyatdan keçdiyi üçün səfərbərliyə alınıb. Elton 29 sentyabr 2020-ci ildə döyüşə yollanıb. Elton Vüqar oğlu Ağcabədi zonasında qısa təlimlərdən sonra Cəbrayıl və Qubadlı istiqamətində gedən ağır döyüşlərə qatılıb. O, Qubadlı uğrunda gedən ağır döyüşlərin birində ayağından yaralansa da geri çəkilməyib mübarizəsini davam etdirib.
Elton Məmmədov
Elton Məmmədov (deputat)
Elton Quliyev
Elton Quliyev (28 fevral 1956, Ağdam – 16 dekabr 2015, Bakı) — Azərbaycanlı vəkil. == Həyatı == Elton Quliyev 1956-cı il fevralın 28-də Ağdam şəhərində qulluqçu ailəsində anadan olub. Atası Rasim Quliyev Şuşada papaqçı ailəsindən, anası Kübra xanım isə Şuşa bəylərinin nəslindən gəlirdi. Rasim Quliyev İkinci Dünya müharibəsində iştirak etmiş və müharibədən sonra Ağdamda işləməyə başlamışdı. Elton Quliyev də bu şəhərdə dünyaya gəldi. O, 1962–63-cü illərdə Ağdam şəhər 1 saylı orta məktəbdə, 1963–1972-ci illərdə Bakı şəhərinin 190 saylı orta məktəbində təhsil alıb. 1972-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil oldu. Burada sonrakı həyatında yaxın dostuna çevrilən İsaxan Aşurovla tanış oldu. 1977-ci ildə həmin fakültəni bitirdikdən sonra təyinatla daxili işlər orqanlarına işə götürülmüşdür. 1977–1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışmışdır.1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb öz ixtisası üzrə işləmişdir.
Elton Qəmbərli
Elton Baba oğlu Qənbərli (1 fevral 1997; Şərur rayonu, Azərbaycan — 20 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elton Qənbərli 1997-ci il fevralın 1-də Şərur rayonunun Ələkli kəndində anadan olub. 2003-2011-ci illərdə Ələkli kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elton Qənbərli 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Elton Qənbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elton Qənbərli oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Elton Qənbərli
Elton Baba oğlu Qənbərli (1 fevral 1997; Şərur rayonu, Azərbaycan — 20 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elton Qənbərli 1997-ci il fevralın 1-də Şərur rayonunun Ələkli kəndində anadan olub. 2003-2011-ci illərdə Ələkli kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elton Qənbərli 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Elton Qənbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elton Qənbərli oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Elton gölü
Elton gölü (rus. Эльтон) — Xəzəryanı ovalıqda yerləşən axarsız, şorsulu göl. Göl inzibati baxımından Rusiyanın Volqoqrad vilayəti, Pallasovski rayonu, Elton kənd inzibati vahidliyində, Qazaxıstan sərhəddindən bir qədər aralıda yerləşir. Vilayətin ən böyük, Avropanın isə minerallaşma həddinə görə ən böyük gölü. Gölün olduqca əhəmiyyətli xüssusiyyəti vardır. Belə ki, köçəri quşlar, əsasəndə sahildəyişənlər və durnalar təyinat nöqtəsinə gedərkən müəyyən müddətə bu göldə fasilə verməli olurlarBöyük ehtimalla gölün adı monqol dilində olan «Altın-Nor» (qızılı dib) sözündən əmələ gəlmişdir. == Ümumi təsviri == Göl Xəzəryanı ovalığın şimal-qərbində böyük duzlu qübbələr arasında bir çökəklikdə yerləşir. Sahəsi — 152 km², dairəvi quruluşa sahibdir. Hövzəsinin sahədi 1640 km²-dir. Dərinliyi — 5—7 sm; yazda isə 1,5 metrə çatır.
Elton İbrahimov
İbrahimov Elton Nazim oğlu — Azərbaycanda "Eurovision - 2012" milli seçimin finalçısı, ikinci yer tutdu. Gənc müğənni, musiqiçi, rəqqas. == Həyatı == Elton İbrahimov 3 noyabr 1994-cü ildə Rusiyada, Novosibirsk şəhərində anadan olub. Orada 73 saylı orta məktəbi bitirib. 6 yaşından etibarən "Antares" klubunda idman bal rəqsləri ilə məşğul olmuşdur. Rusiyada keçirilmiş çox sayli müsabiqələrə qatılmış, 100-den cox mükafat qazanmışdır. 8 yaşından "Sintez" pop sənəti studiyasında ifaçılıqla məşğul olmuşdur. Novosibirsk 3 saylı musiqi məktəbini bitirib, gitar və pianoda ifa edir. 2006-cı ildə "Action" adlı qrupda çalışmış və bu qrup beynəlxalq müsabiqələrdə iki dəfə əsas mükafatın sahibi olmuşdur. 2012-ci ildə yerli səs müsabiqəsi olan "Qızıl Not" yarışmasının qalibi olmuşdur.
Elton Məmmədov (deputat)
Elton Arzuman oğlu Məmmədov (18 dekabr 1954, Qazıqumlaq, Ucar rayonu) —Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, AzTU-nun strateji inkişaf üzrə sabiq prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının sabiq direktoru, AMEA İşlər İdarəsinin müdiri, == Həyatı == Məmmədov Elton Arzuman oğlu 18 dekabr 1954-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində ziyalı ailəsində anadan olub. 1972-ci ildə Qazıqumlaq kənd orta məktəbini bitirdikdən sonra Bakı Energetika Texnikomuna daxil olmuş, 1973–1975-ci illərdə ordu sıralarında xidmət etdikdən sonra təhsilini davam etdirib. Elton Məmmədov Texnikomu və Komsomol Məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Ulu Öndərimiz Heydər Əliyevin kadr siyasətinə uyğun olaraq, 1979-cu ildə gənc və perspektivli mütəxəssis kimi təyinatla Rusiya Federasiyasının Tomsk şəhərinə göndərilib və orada əmək fəaliyyətinə başlayıb. Tomsk İnşaat Mühəndisləri İnstitutunun Mexanika fakültəsində təhsil alaraq "mühəndis-mexanik" ixtisasına yiyələnib. Təhsiili ilə barəbar Tomsk şəhərinin ictimai-siyasi həyatında fəal iştirak etmiş, Komsomol, partiya, həmkarlar, xalq nəzarəti ictimai təşkilatlarına rəhbərlik etmişdir. Bu fəaliyyətinə görə 2004-cü ildə "Tomsk şəhərinin fəxri sakini" adına layiq görülüb, 2006-cı ildə isə təhsil aldığı Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin fəxri professoru seçilib, 04 iyul 2019-cu ildə Fəxri məzun adına laiq görülmüş, Universitet həyatında fəal iştirakına görə Universitetə dəvət edilərək fəxri adlar və medallarla təltif edilib, həmçinin əmək fəaliyyətində fərqlədiyinə görə Vilayət Partiya Komitəsinin və Vilayət Həmkarlar Komitəsinin əmək kollektivinin fəxri üzvü, qızıl döş nişanı və pul mükafatı ilə təltif edilmişdir. 1989-cu ildən vətənə geri dönərək müəyyən təşkilatlarda və müəssisələrdə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. Hal-hazırda AzTU-nun "Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi" kafedrasında professor vəzifəsində fəaliyyət göstərir. 23 iyun 2020-ci ildə "Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisinin" Akademiki, həqiqi üzvü seçilib Həmin ildə Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Akademikyasının akademiki, həqiqi üzvü seçilib === Ailəsi === Azərbaycan Respublikasının sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun dayısıdır. == Siyasi-ictimai fəaliyyəti == 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin İkinci çağırış 89 saylı Ucar seçki dairəsindən,2005–2010-cu illərdə 91 saylı Üçüncü çağırış Ucar seçki dairəsindən və 2010–2015-ci illərdə Dördüncü çağırış Ucar 91 saylı seçki dairəsindən deputat seçilmiş və Milli Məclisdəki fəaliyyəti illəridnə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komissiyasnın üzvü daha sonra həmin komitənin sədr müavini, MDB Parlamentlərarası Assambleyasının Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya məsələləri daimi komissiyasının sədr müavini kimi səmərəli fəaliyyətimə görə "Содружество" (Əməkdaşlıq) ordeni, GUAM Parlament Assambleyası və Baltik Assambleyası arasında əməkdaşlığın inkişafında xidmətlərinə görə Baltik Assambleyasının medalı, GUAM-ın Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Assambleyanın İqtisadi və maliyyə məsələləri komitəsinin sədri, eyni zamanda Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Azərbaycan-Bolqarıstan, Azərbaycan-İsveçrə, Azərbaycan-Misir, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi və dostluq qruplarının üzvü olub.
Elton Məmmədov (əsgər)
Elton Ramil oğlu Məmmədov (14 aprel 2000; Bərdə, Azərbaycan - 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Elton Məmmədov 2000-ci il aprelin 14-də Bərdə rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elton Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elton Məmmədov oktyabr 10-da Suqovuşan ətrafında gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədov Elton Ramil oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmdov Elton Ramil oğlu ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. == Təltifləri == • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) • (29.12.2020) - "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == 1."İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) ( (azərb.)). 08.12.2020. İstifadə tarixi: 08.12.2020 2."Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.51 dəfə / 1 mln.
2002 ••••• 3.43
2003 ••••••• 4.72
2004 ••••••• 5.05
2005 ••• 2.02
2006 ••••• 3.60
2007 ••••••••••• 7.82
2008 ••••• 3.17
2009 ••••••••••••••• 10.40
2010 •••••••••• 6.90
2011 ••••••••• 6.18
2012 ••••••••••• 7.66
2013 •••••••••••••••••••• 14.44
2014 •••••••••• 7.04
2015 ••••• 3.57
2016 •••• 2.43
2017 •••• 2.28
2018 ••• 1.95
2019 •• 1.39
2020 ••• 1.59

elton sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

elin danı, elin şəfəqi, elin Günəşi; el səadətinin başlanğıcı.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#elton nədir? #elton sözünün mənası #elton nə deməkdir? #elton sözünün izahı #elton sözünün yazılışı #elton necə yazılır? #elton sözünün düzgün yazılışı #elton leksik mənası #elton sözünün sinonimi #elton sözünün yaxın mənalı sözlər #elton sözünün əks mənası #elton sözünün etimologiyası #elton sözünün orfoqrafiyası #elton rusca #elton inglisça #elton fransızca #elton sözünün istifadəsi #sözlük