it sözü azərbaycan dilində

it

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • it • 49.9006%
  • İT • 43.9535%
  • İt • 6.1153%
  • iT • 0.0306%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
.it
.it — İtaliyanın internet kodu.
Akita (it)
Akita — Yapon işçi it növü, əsasən ailə keşikçisi kimi və ov üçün istifadə edilir. == Ümumi məlumat == Akitanın əcdadları uzaq keçmişə söykənir, və bu it hələ də Yaponiyada öz mənəvi əhəmiyyətini saxlayır. 1931-ci ildə Yapon hökuməti bu cinsi milli xəzinə kimi təyin etmişdir. Akitaların heykəlləri uşaq doğumunda və ya bir kəs xəstə olanda hədiyyə edilir. Mülkiyyəti əvvəllər krallar və güc sahibi zadəganlarla məhdudlaşdırılmış bu itlər qidalandırılması və qayğısı xüsusi təlimatlar əsasında aparılır və bu itlərə müraciət etdikdə xüsusi lüğətlərdən istifadə edilir. 17-ci əsrdən Akitalar Şimali Yaponiyanın dağlarında vəhşi heyvan və quşları ovlamaq üçün istifadə edilirdi. Hazırda bu itlər polis və mühafizə işlərində təlim keçirilərək istifadə edilir. Akitalar 20-ci əsirin ikinci yarısından başlayaraq populyarlaşmışdır. == Xüsusiyyələri == Akita böyük və güclü olub, iri başlı, geniş əzələli, geniş və qara burunlu olurlar. Qulaqları səciyyəvi olaraq başına nisbətdə kiçik, cüzi gözlərə tərəf yönəlmiş, dik olur.
Boji (it)
Boji — sosial mediada İstanbulda mütəmadi olaraq ictimai nəqliyyatla səyahət etdiyi üçün tanınan it. == Həyatı == Kanqal və çoban iti arasında xaç olan Boji 2021-ci ildə ictimai nəqliyyatla İstanbulun ilçələri arasında səyahət etdiyi üçün tanınıb. O, bu adı metroya mindiyi zaman boji sahəsində yatdığı üçün almışdır. Onun səfərləri zamanı vətəndaşlar tərəfindən çəkilmiş fotoları internetdə yayılaraq məşhurlaşmışdır. 18 avqust 2021-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən Bojiyə taxılan mikroçip sayəsində Bojinin İstanbulun iki qitədəki ilçələri də daxil olmaqla bir gündə 29 dayanacaq gəzdiyi müəyyən edildi. Bojinin marşrutunu izləmək üçün xüsusi proqram da hazırlanıb. 2021-ci ilin oktyabr ayından etibarən Metro İstanbul Bojinin qidalanmasını öz üzərinə götürdü. Onun üçün Kadıköy-Moda tramvay xəttində xüsusi daxma tikilib. Boji günlərinin bir hissəsini bələdiyyəyə məxsus qocalar evində keçirir. Boji haqqında beynəlxalq xəbər agentlikləri və mediada da məlumatlar yayılıb və onun nüfuzu Reuters Xəbər Agentliyi vasitəsilə dünyaya yayılıb.
Manç (it)
Manç (mac. Mancs; 1994–2006) ― erkək alman çoban iti. O, Macarıstanın Mişkolts şəhərinin "Spayder" adlı xüsusi xilasetmə komandasının ən məşhur xilasedici iti idi. Onun adı pəncə deməkdir. Mançın xüsusi istedadı dağıntılar altında qalmış zəlzələdən xilas olanları tapmaq və xilasediciləri xəbərdar etmək idi. O, zəlzələ dağıntıları altında basdırılmış insanları tapa bilirdi və insanın öldüyünü və ya diri olduğunu ayırd etməklə yanaşı, bu barədə xilasetmə qrupunun digər üzvlərinə şarə verə bilirdi. Ölü insanı hiss edəndə uzanırdı,; dağıntılar altında canlı insan hiss etdikdə ayağa qalxırdı, quyruğunu silkələyirdi və hürürdü. Manç və sahibi Laslo Lexotsi 2001-ci ildə El Salvador və Hindistanda baş verən zəlzələlər də daxil olmaqla bir neçə zəlzələdən xilasetmə əməliyyatında iştirak etmişdilər. Manç 1999-cu ildə Türkiyədə İzmit zəlzələsindən sonra 82 saat xarabalıq altında qalan 3 yaşlı bir qızı xilas etməyə kömək etdiyi zaman məşhur oldu. 2004-cü ilin dekabr ayında Mişkoltsun mərkəzində Sinva çayının və yeni şəhər meydanının yaxınlığında Mança heykəl qoyuldu.
Xidməti it
Xidməti it — Xüsusi xidmət orqanları müxtəlif heyvanların bacarığından hər zaman istifadə ediblər. Bunlardan axtarışıyla, izləməyi ilə, iybilmə qabiliyyəti ilə seçilən heyvan itdir. Narkotiklərin axtarışında, cinayətkarların tapılmasında xidməti itlərin köməyi əvvəzsizdir. Dövlət Sərhəd Xidməti — sərhəd pozucuların axtarışı, narkotiklərin ifşasında; Daxili Qoşunlar — cinayətkarların — terrorçuların axtarışında; Fövqəladə Hallar Nazirliyi — xüsusi riskli xilas etmə zamanı, fövqəladə hal zamanı; Azərbaycan Respublikası Müdafiə Nazirliyi — "Qaravul" xidmətinin təşkili zamanı. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi — əsasən qaçaq mal və narkotik vasitələrin axtarışı zamanı.
Yenotabənzər it
Yenotabənzər it, yenot iti, Ussuri tülküsü və ya Ussuri yenotu, yenotka[daha etibarlı mənbəyə ehtiyac var] (lat. Nyctereutes procyonoides) — itlər fəsiləsinə aid yırtıcı növü. Yenotabənzər itlər orta ölçülü iltər hesab edilir. Bədəninin uzunluqları 65–80 sm, quyruqları 15–25 sm; çəkiləri isə 4–10 kq arası dəyişir. Bədəni alcaqdır. Pəncələri qısadır. Sifət quruluşu və xəzi baxımından Amerika yenotuna bənzəyir. Onurğa sütünu boyunca tünd zolaq gedir. Quyruğu qısadır, tüklüdür. Quyruğunda heç bir zolaq yoxdur.
İt boğuşdurması
İt döyüşü və ya İt boğuşdurması — iki itin qanlı döyüşünün nəzərdə tutulduğu idman növü. Bu döyüşlər bir qayda olaraq ya mərc ya da pul uduşları məqsədilə aparılır. Qalib gəlmiş itin sahibi mükafatı əldə edir. Döyüş itlərini bəsləyənlərə itbaz deyilir. İt döyüşü milli azart oyunlarından biridir. Qan tökməklə əlaqəli idman növlərinin ilkin kökləri qədim Roma imperiyasına gedir. Oda məlumdur ki, buldoqların Böyük Britaniyada it döyüşlərində, ayı və öküzlərin təqib edilməsində istifadə edilirdi, ancaq bu tip tamaşalar 1835-ci ildə qadağan edildilmişdir. Azərbaycanda da it döyüşlərinin tarixi qədimlərə gedir. Döyüşlər xüsusi ilə Novruz bayramı günləri təşkil edilirdi. Azərbaycanın demək olar ki, hər bir guşəsində it döyüşlərinin keçirilməsi barədə məlumat verilir.
İt davası
İt davası — iki hərbi təyyarənin arasında baş verən hava döyüşü. Hərbi termin olub, kökləri Birinci dünya müharibəsi dövrünə kimi gedir.Hərbi təyyarələr arasında havada həyata keçirilir. Müharibə bir döyüş təyyarəsini vura biləcək vəziyyətə gəlmə və eyni zamanda həmin döyüş təyyarəsi tərəfindən vurulmayacaq vəziyyətə gəlməyə çalışma şəkilində davam edir. İt davaları türk və yunan döyüş təyyarələri arasında Egey dənizində baş verir, bu da Türkiyə və Yunanıstan arasında gərginliyə səbəb olur. Psixoloji üstünlüyü təmin etmək; Zərər vermək və ya cəzalandırmaq; Müharibə şərtləri xaricində, can və mal itkisinə yol vermədən təsir yaratmaq; Müharibə şərtləri xaricində, hərbi texnologiyaların imkanlarını və qabiliyyətlərini yoxlamaq; Hərbi gərginliyə səbəb olmaq; Güc nümayişi etdirmək istəyi.
İt döyüşü
İt döyüşü və ya İt boğuşdurması — iki itin qanlı döyüşünün nəzərdə tutulduğu idman növü. Bu döyüşlər bir qayda olaraq ya mərc ya da pul uduşları məqsədilə aparılır. Qalib gəlmiş itin sahibi mükafatı əldə edir. Döyüş itlərini bəsləyənlərə itbaz deyilir. İt döyüşü milli azart oyunlarından biridir. Qan tökməklə əlaqəli idman növlərinin ilkin kökləri qədim Roma imperiyasına gedir. Oda məlumdur ki, buldoqların Böyük Britaniyada it döyüşlərində, ayı və öküzlərin təqib edilməsində istifadə edilirdi, ancaq bu tip tamaşalar 1835-ci ildə qadağan edildilmişdir. Azərbaycanda da it döyüşlərinin tarixi qədimlərə gedir. Döyüşlər xüsusi ilə Novruz bayramı günləri təşkil edilirdi. Azərbaycanın demək olar ki, hər bir guşəsində it döyüşlərinin keçirilməsi barədə məlumat verilir.
İt gənəsi
İt gənəsi lat. Ixodes ricinus gənələrin parazit qrupuna aid olub, bilavasitə qan sormaqla qidalanır. Parazit həyatla əlaqədar olaraq bədənin bütün hissələri tamamilə birləşmiş, bel-qarın istiqamətdə yastılaşmış, oval formaya malikdir. Xeliser və pedipalp birləşərək xortuma çevrilmişdir. Bədənin ön hissəsinin qarın tərəfində dörd cüt ayaq yerləşir. Ayaqlar arasında, bədənin orta hissəsində cinsiyyət dəliyi vardır. Arxa hissəyə yaxın yerdə isə anal dəliyi yerləşir. İt gənəsində cinsi dimorfizm çox aydın görünür. Bədənin yan tərəfində tənəffüs dəliyi - stiqma yerləşir. Dişi fərd qan sormamış 4 mm, qan sorduqdan sonra isə 10–12 mm olur.
İt itburnu
İt savaşı
İt davası — iki hərbi təyyarənin arasında baş verən hava döyüşü. Hərbi termin olub, kökləri Birinci dünya müharibəsi dövrünə kimi gedir.Hərbi təyyarələr arasında havada həyata keçirilir. Müharibə bir döyüş təyyarəsini vura biləcək vəziyyətə gəlmə və eyni zamanda həmin döyüş təyyarəsi tərəfindən vurulmayacaq vəziyyətə gəlməyə çalışma şəkilində davam edir. İt davaları türk və yunan döyüş təyyarələri arasında Egey dənizində baş verir, bu da Türkiyə və Yunanıstan arasında gərginliyə səbəb olur. Psixoloji üstünlüyü təmin etmək; Zərər vermək və ya cəzalandırmaq; Müharibə şərtləri xaricində, can və mal itkisinə yol vermədən təsir yaratmaq; Müharibə şərtləri xaricində, hərbi texnologiyaların imkanlarını və qabiliyyətlərini yoxlamaq; Hərbi gərginliyə səbəb olmaq; Güc nümayişi etdirmək istəyi.
İt valsı
İt valsı sadə bir piano əsəridir,ifa etmək asan olduğundan pianoda ifa etməyə yeni başlayanlar tərəfindən tez-tez istifadə olunur. Adına baxmayaraq əsər vals deyil.Parça G-flat major açarındə qeyd olunur, çünki notların əksəriyyəti bu düymələrdəki qara düymələrdə çalınır və daha da asanlaşır. Parça bütün dünyada tanınır.Buna baxmayaraq əsər müxtəlif ölkələrdə müxtəlif adlar almışdır. Məsələn Yaponiyada "Neko Funjatta" (ねこふんじゃった) (Pişiyin üzərinə basdım),İspaniyada "La Chocolatera",Hollandiyada "Vlooienmars" (milçək marşı),Belçikada "Valse de Puce" (Milçək valsı),Rusiyada Собачий Вальс(İt valsı),Polşada "Kotlety"(kotlet),Almaniyada "Flohwalzer" (Milçək marşı), Bolqarıstanda "Koteshki Marsh" (Pişik marşı),Macarıstanda "Szamárinduló" (Uzunqulaq marşı),Malyorkada "Polca de los Tontos" (Axmaqların polkası),Meksikada "Los Changuitos"(Balaca meymunlar),Finlandiyada "Kissanpolkka" (Pişik polkası),Çexiyada "Prasečí valčík" (Donuz valsı),Slovakiyada "Somársky pochod"(Uzunqulaq marşı),Koreyada "Somársky pochod"(Pişik rəqsi),Çində "跳蚤圆舞曲" (Milçək valsı) və Böyük Britaniyada isə Chopsticks (yemək çubuqları) adlarır. Əsər üzərindəki dəyişikliklərdən biri "Lesson One",1962-ci ildə pianoçu Rass Konuey tərəfindən edilmiş və hit olmuşdur..Danimarkalı pianist Bent Fabrik 1963-cü ildə əsərin cazdan təsirlənmiş versiyası olan "Chicken Feed"-i yazmışdır.
İt itburnusu
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
İt Ceyk
İt Ceyk (ing. Jake the Dog) — Pendlton Vord tərəfindən yaradılmış "Macəra zamanı" cizgi serialının baş qəhrəmanlarından biri. O, "Adventure Time: Distant Lands" spin-off serialında da görünüb. Ceyk Con Di Macio tərəfindən səsləndirilmişdir. Serialda onun "it ili ilə 28 yaşı" var. Ceyk öz formasını və ölçüsünü dəyişmə qabiliyyətinə malikdir. O, bədənini istədiyi qədər böyüdə və kiçildə bilir. Ceykin tövsiyələri və məsləhətləri mükəmməl olmaya bilər, lakin o, övladlığa götürülmüş ögey qardaşı Finnə hər zaman bacardığı qədər dəstək olmağa çalışır. Ceykin gücləri ona döyüşlərdə və hərəkət etməkdə xeyli kömək edir, buna baxmayaraq o, çox vaxt güclərindən sadəcə əylənmək və hisslərini ifadə etmək üçün istifadə edir. Ceykin "Lady Raincorn" adında sevgilisi və onunla sahib olduğu beş övladı var.
Tosa (it)
Tosa-ina, tosa-ken, Yapon mastifi — Molosslara daxil olan və Yaponiyada təbii şəkildə formalaşan it cinsi. XIX əsrin sonları Tosa knyazlığında it döyüşləri üçün istifadə edilirdi. Tosa-ina it cinsi Meyci dövründə xüsusi ilə it döyüşləri üçün yetişdirilmişdir. Yerli it cinslərinin Avropadan gətirilən Buldoq, Mastif, Bulterer, Alman poynteri, Alman doqu və Senbernarlar ilə seleksiya edilməsi nəticəsində indiki Koçi prefekturası ərazisində yeni cinslər yetişdirilirdi. Bu cinslər döyüşlərdə rəqiblərini dişləri ilə deyil cüssələri ilə məğlub edirdilər. Sumo döyüşlərini xatırladır. Burada itlər bir-birini dişləmir. Hədəf sadəcə rəqibi küncə sıxmaqdır. Digər iti dişləyənlər, hürənlər yarışdan çıxarılır. Qalib gələn it xüsusi qidaya sahiblənir.
Koko (it)
Koko (9 aprel 2005, Viktoriya – 18 dekabr 2012) — Avstraliyalı it aktyor. O 2011-ci ildə ekranlara çıxan "Qırmızı it" filmində baş rola çəkilmişdi. Koko bu filmdə Avstraliyada məşhur it olan Qırmızı iti canlandırmışdı. Koko sağ olanda xeyriyyə məqsədləri üçün vəsait toplayırdı. Onun sahibi "Qırmızı it" filminin prodüseri Nelson Woss idi. "Qırmızı it" seriyası ilə bağlı ikinci film 2019-cu ildə çıxıb və bu sənədli filmdə Kokonun hekayəsindən və ondan sonra yaşadıqlarından bəhs edilir. == Həyatı == Koko 2005-ci ildə Avstraliyanın Viktoriya ştatında anadan olub. İlk sahibləri seleksiyaçılar Carol və Len Hobday idi. Onu it şoularında iştirak etməsi üçün təlim keçmişdilər. Koko 2006-cı ilin yanvarında onlara məxsus olduğu zaman "Ən Zəhmətkeş İtlər" mükafatını qazanmışdı.
Adi it xiyarı
Adi dəlixiyar (lat. Ecballium elaterium) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin dəlixiyar cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 10-50 sm olan çoxillik ot bitkisidir. Bir neçə qısa gövdə əmələ gətirir. Yarpaqları iri, yumurtavari-ürəkvari, zəif dilimlidir. Bütövlüklə cod nahamardır. Tacı kifayət qədər böyük, açıq sarı rəngdədir. Meyvəsi uzunsov, ovalvari, toxunduqda sürətlə sıçrayıb şirə buraxır. May-avqust aylarında çiçəkləyir, iyun-noyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi dəlixiyar kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir.
Biql (it cinsi)
Biql — ov itləri cinsi. == Haqqında == Dovşan və tülküləri təqib etmək üçün istifadə olunur, ovunu dəstə ilə qovur, dözümlüdür, güclü iybilmə qabiliyyəti var. Adı yazılı mənbələrdə ilk dəfə 1475-ci ildə çəkilir. İlk standartı Böyük Britaniyada təsdiq edilib. Biqllər mütənasib quruluşlu, canıbərk və qıvraq itlərdir. Süysününün hündürlüyü 33–40,5 sm, kütləsi 8–13 kq-dır. Üzü bir qədər qısa, gözləri mülayim ifadəli, qulaq ları uzun və sallaqdır. Beli düz, sinəsi batıqdır. Quyruğu qılıncşəkillidir, qaçarkən onu dik saxlayır. Tükləri qısa, sıx və coddur.
Hayırsızada it qətliamı
Hayırsızada it qətliamı və ya Hayırsızada sürgünü – 3–4 iyun 1910-cu ildə 80.000 küçə itinin Türkiyənin Sivriada (digər adı ilə Hayırsızada) adasında göndərilərək öldürülməsi ilə baş verən kütləvi heyvan qətliamı hadisəsi. Tarixin ən böyük heyvan qətliamlarından biridir. == Tarixi == === Zəmin === İstanbul tarixin bir çox dövrlərində itlərlə dolu olan şəhər olmuşdur. İstanbul şəhərində ilk it sürgünlərindən biri XIX əsrdə Osmanlı hökmdarı II Mahmudun dövründə həyata keçirilmişdir. II Mahmud şəhərdəki bütün itlərin tutulub adaya göndərilməsini əmr etmiş, lakin İstanbul əhalisi heyvanlara əziyyət verməyin uğursuzluq gətirəcəyini bildirib etiraz etməyə başlamışdr. Bundan sonra adadakı itlər qayıqlar vasitəsilə yenidən İstanbula gətirilmişdir. === Qətliam === XX əsrdə şəhərdə itlərin sayının artmasından sonra İstanbul bələdiyyəsi başçısı Suphi Bəysoyundu başda olmaqla səlahiyyətli şəxslər it problemini həll etmək üçün yol axtarmağa başlamışdılar. Dövlət bu itlərin kimya sənayesində istifadəsi üçün Fransa hökuməti ilə razılaşmışdır. 80.000 it İstanbul küçələrindən toplanıb əvvəlcə dəniz səmtində yerləşən Topxanaya gətirilmişdir və Fransaya göndərilmək məqsədilə gözlədilməyə başlanmışdır. Əhalinin itləri xilas etməsinin qarşısını almaq üçün əsgərlər vəzifələndirilmişdir.
Shake it up
Göstər özünü (ing. Shake It Up) — Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-cu ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orijinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orijinal serialıdır.
İT-Park (Kazan)
Yüksək texnologiyalar sahəsindəki "İT-park" texnoparkı, "Rusiya Federasiyasında yüksək texnologiyalar sahəsində texnoparkların inşası" kompleks proqramı çərçivəsində Tatarıstan Respublikasının ərazisində inşa edilmiş informasiya və rabitə texnologiyası texnoparkıdır. "İT-park" texnoparkın əsas məqsədi İT şirkətlərinin inkişafını sürətləndirmək və Tatarıstan Respublikası iqtisadiyyatında İT sənayesinin payını artırmaqdır. Tam adı "Yüksək texnologiyalar sahəsində" Texnopark "İT-park" dövlət təşkilatıdır ". İT-park Teknoparkın inşasına 2008-ci ildə federal büdcə və Tatarıstan Respublikasının büdcəsi hesabına başlanmış və 2009-cu ilin oktyabrında başa çatdırılmışdır. Zonanın Kazan şəhərinin stansiyaları, Tukay Meydanı və Kazan metrosunun Sukno qəsəbəsi yaxınlığında, yəni mərkəzi hissədə yer alması təyin edildi.İT park binaları kompleksi texnopark infrastrukturunun əsas hissəsini özündə cəmləşdirən 5 mərtəbəli müasir bir binadan və keçmiş kazarmaların yenidən qurulmuş iki binasından ibarətdir. İT parkının ümumi sahəsi 30 min kvadratmetrdən ibarətdir. Rusiya Federasiyası Kommunikasiya və Kütləvi İnformasiya Naziri İqor Şeqolev və Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun iştirak etdiyi İT Park Biznes İnkubator 2011-ci ilin aprelində fəaliyyətə başladı. Ərazidə Autodoriya, AK BARS Bank, ICL-KPO VS, BARS Group, GLONASS + 112, İnnovativ İdarəetmə Sistemləri, BİLİŞİM, Microsoft Rus, Sky, NPO VS, Russian Post, Document Circulation System, SIT, StartUp, StartBase TiTi Group, Fujitsu, RT CIT, Kontur SKB şirkətləri yerləşdirilmişdir. 2015-ci ildən etibarən Kazanda İT parkda İT Akademiyası və İnkişafı Mərkəzi uğurla fəaliyyət göstərir və vətəndaşlar və hüquqi şəxslər üçün əlavə peşə təhsili xidmətləri göstərir. İnformasiya Texnologiyaları Akademiyası, təhsil fəaliyyətlərini həyata keçirmək üçün lisenziyaya malikdir və bunun çərçivəsində 3 təlim formatı həyata keçirilir: uşaqlar üçün qabaqcıl təlim, peşəkar yenidən hazırlıq və ümumi inkişaf proqramları.
İt ürəyi (roman)
İt ürəyi (rusca:Собачье сердце) — rus yazııçısı Mixail Bulqakovun romanı. 1925-ci ildə yazılmış roman bolşevizmin və bolşevizm nəticəsində yeni yaranmış varlı təbəqənin tənqidinə yönəlmişdir. Yazıçının evinə keçirilən baxış sonrası "NKVD" tərəfindən müsadirə edilən romanın əlyazmaları və nüsxələrinin geri qaytarılması üçün Maksim Qorki işə müdaxilə etdi. Roman yazıçının ölümündən təqribən yarım əsr sonraya - 1987-ci ilə qədər rus dilində çap olunmadı. Bununla belə, roman 1987-ci ildə Maykl Qlenni tərəfindən ingilis dilinə tərcümə olunub çap olunmuşdur. Roman küçə iti Şarikin professor Filipp Filippoviç Preobrajenski ilə tanışlığından sonra dəyişən həyatından bəhs edir. F.Filippoviş insanların xəstə orqanlarını heyvan bədən üvzləri ilə dəyişdirməklə onları cavanlaşdırmaq bağlı eksperimentlər həyata keçirir və bu yolla pul qazanır. Dünyamiqyaslı alim professor Filipp Filippoviç Preobrajenski evinə gətirdiyi Şarikə yüngül həyat tərzinə sahib kişinin cinsiyyət və hipofiz vəzilərini köçürdür. Türkcə - Mustafa Kemal Yılmaz tərəfindən tərcümə olunmuş, 2016-cı ildə İş Bankası Kültür Yayınları tərəfindən çap olunmuşdur.
Qırmızı it (film)
Qırmızı it (ing. Red Dog) — 2011-ci ildə istehsal olunmuş Avstraliya filmi. Film real hadisələr əsasında çəkilmişdir. Qırmızı it rolunu Koko canlandırır. Film itkin düşmüş sahibini axtaran it haqqındadır.
İt həyatı (film, 1918)
"İt həyatı" (ing. A Dog's Life) — rejissor Çarli Çaplinin filmi. Əsl avara Çarli çəpərin altında gecələyir, boş yerə özünə iş axtarır və asanlıqla polisdən qaçır. Avaranı təkcə bir fakta görə başa düşmək olar: onun qalmağa yeri olmayan iti Çarli kimi rədd edilməyib və onun başqa itlərlə münasibəti var. Çarli Çaplin bu filmi haqqında demişdir: "Filmin süjetində əsas yeri satira tutur. Avaranın və itin həyatı paralel göstərilir. Bu ana xətt mənim bura yığdığım bütün müxtəlif trüklər və adi komediya elementlərinə xidmət edir." Ssenari müəllifi : Çarli Çaplin Rejissor : Çarli Çaplin Operator : Roland Totero Prodüser : Çarli Çaplin Çarli Çaplin – avara Edna Pörviens – müğənni Tom Vilson – polis Henri Berqman – kafedəki kök işsiz qadın Sidni Çaplin – satıcı Çarlz Reysner – ticarət agenti Billi Vayt – kafe sahibi Albert Ostin – oğru Bad Cemison – oğru Ceyms Kelli İt həyatı — Internet Movie Database saytında.
Euphorbia itremensis
Euphorbia itremensis (lat. Euphorbia itremensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Ev iti
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. == Haqqında == Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Evdə tək 2: Nyu-Yorkda İtirilmiş (film, 1992)
Evdə tək 2: Nyu-Yorkda itirilmiş (ing. Home Alone 2: Lost in New York) — 1992-ci ildə çəkilmiş ABŞ filmi. == Məzmun == Kevin (Makaley Kalkin) ailəsi bu dəfə Milad bayramında Çikaqodan Floridaya getmək üçün hazırlaşırlar.9 yaşlı Kevin MkKallisters (Makaley Kalkin) məktəbli tamaşası zamanı Kevin (Makaley Kalkin) böyük qardaşı Baz (Devin Retrey) onu solo zamanı alçaldır və Kevin (Makaley Kalkin) onu vurur. O, öz hərəkətlərinə görə üzr istəmir və üçüncü qatda yatmağa cəzalandırılır. Səhərisi gün, hər kəs Hava limanına çatır. Kevin (Makaley Kalkin) isə atası Piter (Con Hed) çantasından baterika daşı axtaraq geridə qalır və başqa təyarəyə minir. Təyarədən enəndən sonra bilir ki, Floridaya yox Nyu-York enib. Bundan sonra o, Midtovn Manhettan Plaza hotelində ev sifariş edir. Daha sonra isə, təsadüfən həbsxanadan yenicə çıxmış Harri (Co Peşi) və Marv (Deniel Ştern) onu görürlər və onu tutmağa hazırlaşırlar. Artıq, bu dəfə Kevin (Makaley Kalkin) evdə deyil, əmisinin evində Harri (Co Peşi) və Marv (Deniel Ştern) qarşı planlar qurur və onların qarşısını alır.
Fici Həmkarlar İttifaqları Konqresi
Fici Həmkarlar İttifaqları Konqresi və ya qısaca FHİK (ing. Fiji Trades Union Congress - FTUC) — Ficinin ən irimiqyaslı və nüfuzlu həmkarlar ittifaqı təşkilatı. Beynəlxalq Əmək Təşkilatının üzvüdür. == Tarixi == Təşkilat 1952-ci ildə yaranmışdır. İlk illərdə Fici Sənaye İşçilərinin Konqresi adlanırdı. 1973-cü ildə qurumun adı dəyişdirilir və həmin vaxtdan Fici Həmkarlar İttifaqları Konqresi adlanır. == Tərkibi == Konqresin tabeçiliyində 26 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. 33 min üzvü var. Konqres Okeaniya ölkələrinin işçilərini müdafiə edən üçüncü ən böyük qurumdur. == Rəhbərləri == Hazırda Konqresə Daniel Uray başçılıq edir.
Filippin Həmkarlar İttifaqları Konqresi
Filippin Həmkarlar İttifaqları Konqresi (filip. Katipunan ng Manggagawang Pilipino – KMP) — Filippinin ən böyük milli həmkarlar ittifaqları təşkilatlarından biri. Mərkəzi ofisi Quezon şəhərində yerləşir. == Tarixi == Konqres 1975-ci ildə yaradılmışdır. Həmin dövrdə Filipində fəaliyyətdə olan 23 həmkarlar ittifaqı ortaq qərara gəlirlər ki, əgər onlar birləşib vahid bir təşkilat kimi fəaliyyət göstərsələr daha uğurlu nəticələr əldə edə bilərlər; daha dinamik və aktiv addımlar atarlar. Məhz bu məqsədlə həmin ildə dekabrın 14-də keçirilən konfransda təşəbbüskarlar Filippin Həmkarlar İttifaqları Konqresinin yaranmasını bəyan edirlər. == Məqsədi == Konqres yarandığı ilk gündən qarşısına əsas məqsəd olaraq iş yerlərində demokratik mühitin yaradılmasını qoyub. Bununla yanaşı işçi hərəkatının, daxili və beynəlxalq həmrəyliyin gücləndirilməsi, iş yerlərində müasir və yeni avadanlıqların tətbiqi də diqqət mərkəzində saxlanılır. == Tərkibi == Hazırda konqresin 1,2 milyon üzvü var. Qurumun tabeçiliyində 30 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir.
Futbol üzrə İtaliya çempionatı
İtaliya A Seriyası — İtaliya futbol liqasının ali divizionu, dünyada ən güclü futbol divizionlarından biri sayılır, UEFA ölkə reytinqində IV yerdədi (2014 ilə əsasən) Çempionatın rəsmi sponsoru Telecom Italia sayılır, elə çempionatın adıda bununla bağlıdı it. Lega Nazionale Professionisti Serie A TIM. == Format == 2004–05 sezonundan etibarən italyan çempionatda 20 komanda iştirak edir. Futbol mövsümü ərzində (avqustdan maya qədər) hər bir komanda bir biri ilə 2 dəfə qarşılaşırlar. Beləliklə bir klub mövsüm ərzində 38 oyun keçirdir (andata adlanan 1-ci dövrədə 19, və ritorno adlanan 2-ci dövrədə 19 oyun). Görüşlərin ardıcıllığı hər iki dövrədə eynidir. Komandalar qələbəyə görə 3, heç-heçəyə görə isə 1 xal qazanırlar. Məğlubiyyətə görə xal verilmir. Klublarin eyni miqdarda xal topladığı halda, vurulmuş və buraxılmış topların fərqi müqayisə olunur. Əgər eyni miqdarda xalı çempionatda birinci yerdə olan komandalar qazanıblarsa, onda bu qayda etibarsız sayılır. Hər mövsümün sonunda hamıdan çox xal toplamış klub qalib elan edilir.
Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Komitəsi
Glanduloza-setosa itburnu
Gürcüstan–İtaliya münasibətləri
Gürcüstan–İtaliya münasibətləri — Gürcüstan Respublikası və İtaliya arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İki ölkə arasında diplomatik münasibətlər 11 may 1992-ci ildə qurulmuşdur. Hər iki ölkə Avropa Şurasının həqiqi üzvüdür. 1994-cü ildə İtaliyada Gürcüstan səfirliyi və altı il sonra Tiflisdə İtaliya nümayəndəliyini açılır. Ölkələr müdafiə, iqtisadiyyat, nəqliyyat, mədəniyyət, təhsil və s. sahələrdə əməkdaşlığı əhatə edən 18 müqavilə imzalamışlar. 2004-cü ildən bəri, Gürcüstan-İtalyan biznes forumları vaxtaşırı olaraq keçirilir. İqtisadiyyatın perspektivli və prioritet sahələri tikinti, infrastruktur, kənd təsərrüfatı və turizmdir. == Ticarət və iqtisadi əlaqələr == İtaliya ticarət baxımından Gürcüstanın onuncu ticarət tərəfdaşıdır.
Gənc İtaliya
Gənc İtaliya (it. Giovine Italia) — 1831–1834-cü və 1840–1848-ci illərdə fəaliyyət göstərmiş italyan inqilabi təşkilatı. == Tarixi == Fransada 1830-cu il inqilabı İtaliya vilayətlərinə böyük təsir göstərdi. 1831-ci ilin fevralında Parma, Modena və Romada silahlı üsyanlar baş verdi. Bolonyada yaradılmış müvəqqəti hökumət papanın dünyəvi hakimiyyətinin ləğvini və Müəssislər Məclisinin çağırılmasını elan etdi, lakin hakimiyyəti ələ keçirən burjuaziya xarici müdaxilənin qarşısını almaq üçün Parma və Modena üsyançıları ilə əməkdaşlığı dayandırdı. 1831-ci ilin martında Avstriya ordusu Roma vilayətində üsyanı yatırdı. 1831-ci il üsyanlarının məğlubiyyəti nəticəsində ölkədə karbonarilərin və digər qrupların nüfuzu əsaslı şəkildə zəiflədi. İtaliyada azadlıq hərəkatının proqram və metodlarının dəyişilməsi zəruri idi. Bu vəzifənin icrasını Cüzeppe Madzininin başçılığı altında XIX əsrin 30-cu illərinin əvvəlində yaradılmış demokratik cərəyan öz üzərinə götürdü. Karbonarilərlə əlaqələri kəsən C. Madzini 1831-ci ildə Marseldə gizli şəkildə fəaliyyət göstərən "Gənc İtaliya" təşkilatını yaratdı.
Habsburq-Səfəvi ittifaqı
Habsburq-Səfəvi ittifaqı — XVI əsrdə Osmanlı dövlətinə qarşı Habsburq sülaləsi ilə Səfəvi dövləti arasında qurulmuş ittifaq. == İlk əlaqələr == Şah İsmayılın hakimiyyəti dövründə ilk dəfə onunla V Karl və Macarıstan kralı II Ludviqlə Osmanlı dövləti əleyhinə ittifaq qurulması üçün fikir mübadiləsi edildi. Sonradan I Karl (Karlos) adı ilə İspaniya kralı olan V Karl ittifaq təklif etmək üçün Səfəvilər dövlətinə 1516 və 1519-cu illərdə elçi göndərir. Həmçinin də II Ludviq Maruni keşişlərindən olan Petrus de Monte Libanonu 1516-cı ildə eyni məqsədlə Səfəvi sarayına göndərir. Bu elçilərə dəqiq cavabın verilmədiyi güman edilir, lakin 1523-cü ildə Şah İsmayıl latınca yazıb, Petrus de Monte Libano vasitəsiylə V Karla göndərdiyi məktubda ona Osmanlı əleyhinə ittifaq təklif edirdi. Bu məktub 1524-cü ilin martında V Karl Burqosda olan zaman ona verilmişdi. Mənbələrdə dəqiq məlumat olmasa da, V Karlın bunu prinsip olaraq qəbul etdiyi düşünülür. Lakin 1524-cü ildəŞah İsmayılın ölməsi itifaqın qurulmasına mane oldu. == Osmanlı-Səfəvi müharibəsi == 1529-cu ilin fevral yının 18-də V Karl Osmanlıların Vyananı mühasirəyə almasından sonra təlaşa düşdü. O, Toledodan Şah İsmayıla elçi göndərdi, lakin Şah İsmayıl artıq 1524-cü ildə vəfat etmiş, onun yerinə isə oğlu Şah Təhmasib keçmişdi.
Hermione italica
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Hraçiyan itburnu
Jurnalist Həmkarları İttifaqı
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. == Məqsədi və fəaliyyət istiqamətləri == JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Jurnalistlər və Ədiblər İttifaqı
Jurnalistlər və Ədiblər İttifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qeyri-hökumət yaradıcılıq birliyi. == Yaradılması == 1919-cu ilin oktyabrında yaradılmışdı. Həmkarlar ittifaqı səciyyəsi daşıyan qurum milli mənsubiyyətindən asılı olmayaraq, jurnalist və yazıçıları birləşdirirdi. Sədri L.P.Umanski, sədr müavini Xəlil İbrahimov (Xəlil İbrahim), xəzinədarı Xudadat bəy Əzizov idi. Üzeyir Hacıbəyli ittifaqın idarə heyətinin üzvü olmuşdur. Nizamnaməsinə əsasən, bütün mübahisəli məsələlərə təşkilatın nəzdində yaradılmış arbitraj komissiyasında baxılırdı. == Fəaliyyəti == İttifaq fəal mədəni-maarif və xeyriyyəçilik fəaliyyəti göstərirdi. Belə ki, 1919-cu ilin noyabrında ittifaqın yoxsul üzvləri üçün pul fondu yaradılmış, noyabrın 23-də fondun nəfinə tamaşa göstərilmişdi. Elə həmin vaxt "jurnalist günü"nün keçirilməsi qərara alınmış, Dövlət Teatrında (indiki Azərbaycan Dövlət Opera və Balet Teatrı) tamaşa-bal təşkil edilmiş, jurnalist günü ilə əlaqədar bir günlük qəzet buraxılmışdı. Jurnalistlər və ədiblər ittifaqı Azərbaycanda demokratik mətbuatın inkişafında, Cümhuriyyət ideyalarının, hökumətin həyata keçirdiyi ictimai-siyasi, iqtisadi və sosial-mədəni tədbirlərin işıqlandırılmasında mühüm rol oynamışdır.
Jurnalistlərin Həmkarlar İttifaqı
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. == Məqsədi və fəaliyyət istiqamətləri == JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Kalmar İttifaqı
Kalmar İttifaqı (dan. Kalmarunionen, isv. Kalmarunionen, norv. Kalmarunionen) — 1397-ci ildə Danimarka, Norveç və İsveç krallıqlarını birləşdirən şəxsi ittifaq idi. İttifaqın adı, 1397-ci ildə üç krallığın hökmdarı olan I. Marqarita-nın Kalmar, İsveç-də keçirilən toplantıda taçlandırılması ilə bağlıdır. == Arxa plan == 14-cü əsrin sonlarında, Skandinaviya krallıqları arasında siyasi və iqtisadi bağlar mövcud idi. Danimarka, Norveçə nisbətən güclü bir krallıq idi və İsveç, vətəndaş müharibələri ilə zəifləmişdi. I. Marqarita, Danimarka, Norveç və İsveç taxtlarına varis oldu. Onun hakimiyyəti altında, üç krallığın birləşdirilməsi ideyası ortaya çıxdı. Bu ideyanın kökündə bir neçə amil dururdu: Xarici təhdidlər: Hanza Birliyi kimi güclü ticarət təşkilatları və Almaniya kimi genişlənən dövlətlər Skandinaviya krallıqları üçün təhlükə yaradırdı.
Kampaniya (İtaliya)
Kampaniya (it. Campania) — İtaliya muxtar vilayətlərindən biri. Regiounun əhalisi 5,8 milyon nəfərdir və bu göstəriciyə görə Kampaniya İtaliya regionları arasında ikinci yeri tutur. 13.590 km² ərazisi olan Kampaniya əhalisinin sıxlığına görə ölkədə birinci yerdədir. == Tarixi == Antik dövrdə Kampaniya Böyük Yunanıstanın tərkib hissəsi idi. Pun müharibələri vaxtı ərazi Hannibal tərəfindən tutulmuşdu. Sonra Kampaniya Roma hakimiyyəti altında keçdi. 476-cı ildə Roma imperiyasının düşməsindən sonra ərazi ostqotlar, Bizanslılar və lanqobardların hakimiyyəti altında idi. XI əsrdən etibarən Kampaniyanın ərazisi Siciliya krallığına daxil olurdu. 1282-ci ildə baş vermiş antifransız üsyanından sonra keçmiş Siciliya krallığının materik hissəsi Neopol krallığı adlanmağa başladı.
Keniya Həmkarlar İttifaqları Mərkəzi
Keniya Həmkarlar İttifaqları Mərkəzi və ya qısaca KHİM (ing. Central Organization of Trade Unions - COTU) — Keniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Mərkəzin baş qərargahı Nayrobida yerləşir. == Tarixi == Mərkəz 1965-ci ildə Keniya Əmək Federasiyası və Afrika Əməkçilərinin Konqresinin birləşməsi nəticəsində yaranmışdır. == Tərkibi == Hazırda təşkilatın tabeçiliyində 39 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Mərkəz 1 milyon 500 min işçini özündə cəmləşdirir. == Fəaliyyəti == Mərkəz yerlərdə işçiləri tam müdafiə etmək üçün fəal siyasət aparır. KHİM-də bir sıra komitələr yaradılıb. Bu komitələr ildə bir neçə dəfə iş yerlərində araşdırmalar aparır. Yəni yerlərdə iş şəraitinin mövcud durumu, müəssisələrin aylıq gəlirlərinə nisbətən işçilərin aldıqları maaş, əməkdaşlara ödənilən maddi yardım və müavinətlər, ailə vəziyyəti ilə bağlı qadın işçilər üçün müvafiq şəraitin yaradılması və sair kimi məsələlərə riayət olunması yoxlanılır.
Komarov itburnu
Komarov itburnusu
Komarov itburnusu (lat. Rosa komarovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiyada (Dağıstan) təbii halda rast gəlinir. == Azərbaycanda yayılması == Quba-Qusar (Laza kəndi), İsmayıllı (Balahəmzə, Kəlfərəc k.) və Füzuli rayonu ərazilərində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Orta dağ və yuxarı dağ qurşaqlarında daşlı qayalı yamaclarda, meşənin açıq quru yerlərində çəmənliklərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Təbiətdə 0,6-0,8 m hündürlüyü olan koldur. Birillik budaqlar tünd-qırmızı rəngdə, çılpaqdır. Qopartikan 1 mm-ə qədər uzunluqda və bir qədər arxaya doğru əyilməklə, qaidəsi nisbətən enliləşmişdir.
Kommunistlərlə Bitərəflər İttifaqı
Kommunistlərlə Bitərəflər İttifaqı — 1990-cı ilədək Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərdə iştirak edən yeganə leqal siyasi təşkilat. == Haqqında == Aprel işğalından sonra Azərbaycanda parlament funksiyalarını yerinə yetirən Ümumsovetlər Qurultayı çağırılmışdır. 1937-ci ilədək 9 dəfə keçirilən bu qurultay qəbul edilən yeni konstitusiya ilə öz yerini Ali Sovetə buraxmışdır. Azərbaycan SSR Ali Sovetinə seçkilər gizli yolla keçirilsə də, seçkilər təkpartiyalı sistemdə keçirilirdi. Hakim Azərbaycan Kommunist Partiyası öz üzvlərindən və bitərəf namizədlərdən ibarət "Kommunistlərlə Bitərəflər İttifaqı" altında seçkilərə qatılırdı. Bu seçkilərdə ittifaq tərəfindn göstərilən bütün namizədlər deputat seçilirdi. Bitərəf namizədlər adətən Azərbaycan Kommunist Partiyasına loyal şəxslər və ya siyasətlə məşğul olmayan incəsənət xadimləri, kəndli-fəhlə sinfindən seçilirdi. İttifaqın namizədləri haqqında seçkidən öncə toplu nəşr olunurdu. Azərbaycan Kommunist Partiyasının ləğv olunmasıyla ittifaqın fəaliyyətinə son qoyuldu.
Koreya Həmkarlar İttifaqları Konfederasiyası
Koreya Həmkarlar İttifaqları Konfederasiyası (kor. 민주노총) — Koreya Respublikasının ən böyük milli həmkarlar ittifaqları birliyi. Mərkəzi ofisi Seul şəhərində yerləşir. == Tarixi == 13 yanvar 1993-cü ildə yaranmışdır. Təşkilatın yaranması zamanı qarşıya bir sıra çətinliklər çıxmışdır. Belə ki, Koreya Həmkarlar İttifaqları Konfederasiyasının yaranma tarixçəsi geyim əşyalarının istehsalı edən müəssisə işçilərinin mübarizəsi və onlardan birinin – Cun Tae-ilinin 13 noyabr 1970-ci ildə bu mübarizədə özünü qurban verməsi ilə bağlıdır. Bu müəssisənin qadın işçilərinin əzmkar mübarizəsi isə ölkədə müasir əmək hərəkatının əsasını qoymuşdur. 1980-ci illərdən etibarən ağır sənayenin inkişafı bu mübarizəyə irimiqyaslı sənaye işçi qüvvələrini cəlb edir. Nəticədə 1987-ci ildə İşçilərin Böyük Mübarizə Mərkəzinin yaranır. Bu mərkəz yalnız iri sənaye müəssisələrini və korporasiyaları deyil, bütün cəmiyyəti silkələyir.
Korinf ittifaqı
Korinf ittifaqı (bəzi mənbələrdə ellin ittifaqı, rəsmi — ellinlər (Έλληνες) də adlandırılmışdır) — e.ə. 338/337-ci illərin qışında Makedoniya hökmdarı II Filipp tərəfindən İrana qarşı birgə mübarizə aparmaq məqsədilə yaradılmış yunan şəhər-dövlətlərin ittifaqı. Bu ittifaq müasir tarixçilər tərəfindən Korinf ittifaqı adlandırılmışdır. == Haqqında == Korinf ittifaqına daxil olan şəhər-dövlətlər aşağıdakı hüquq və vəzifələrə malik idi: İttifaqa daxil olan dövlət öz müstəqilliyini saxlayırdı. Sinedrion və ya konqress nümayəndələri Korinfə toplanmalı idi. İttifaq bu ittifaqın hər hansı bir üzvünə qarşı törədilən təcavüzkarlıq və ya fitnəkarlıq hərəkətlərinə qarşı birlikdə hərəkət etməli idi. İttifaq bu ittifaqa daxil olan ökələrin böyüklüyünə uyğun müəyyən edilən limit daxilində toplanan silahlı qüvvələrə malik idi. II Filipp ittifaq ordusunun komandanı olmalı idi. İttifaqın idarəetmə orqanları: Korinf ittifaqının ali idarəetmə orqanı -"Ellinlərin sinedrionu" Korinf ittifaqının ali vəzifəli şəxsi — "Ellinlərin iqemonu" == Xarici keçid == Организация греческого союза Arxivləşdirilib 2008-12-12 at the Wayback Machine Проблема соотношения Эллинского союза против персов и I Афинского морского союза Arxivləşdirilib 2007-12-11 at the Wayback Machine [http://www.kulichki.com/~gumilev/HEU/heu1210a.htm История Европы. Том 1.
Köməyə tələsən itlər
Köməyə Tələsən İtlər (ing. PAW Patrol) — Kit Çapman tərəfindən yaradılmış Kanada kompüter animasiyalı uşaq televiziya serialı. Guru Studio tərəfindən təmin edilən animasiya ilə Spin Master Entertainment tərəfindən istehsal edilmişdir. Azərbaycan dilində səsli versiya ARB Günəşdə yayımlanır.

it sözünün leksik mənası və izahı

  • 1 is. 1. Canavar, tülkü kimi heyvanların mənsub olduğu yırtıcı məməli heyvanların xüsusi fəsiləsinə mənsub ev heyvanı. Çoban iti. Həyət iti. Ov iti. – İt, qulağını kəsəndən qorxar. (Məsəl). Hərdən it hürüşməsi, səsküy eşidilməsəydi, yarım kilometrlikdə böyük bir kəndin yerləşdiyini bilmək olmazdı. İ.Hüseynov. 2. məc. Bədxasiyyət, acıdil, davakar, söyüşkən, rəftarsız adam haqqında (çox zaman “kimi” qoşması ilə işlənir). İt kimi rəftar edir. // Söyüş kimi işlənir. [Sultan bəy:] …İtin birisi qapıma gəlib qızımı özünə bənd eləyir, belə də binamusluq olar?! Ü.Hacıbəyov. ◊ İt də getdi, ip də dan. – hər şey əlindən çıxdı, hər şeydən əli üzüldü, bütün ümidlər boşa çıxdı. İt dəftərində adı yoxdur dan. – çox hörmətsiz, sayılmaz, avara, işsizgücsüz adam haqqında. [Aslan:] [Oqtayın] it dəftərində adı yoxdur. C.Cabbarlı. İt günü çəkmək dan. – çox pis, çox ağır həyat keçirmək; əziyyət, məhrumiyyət içində yaşamaq. İt kökündə – bax it günündə. İt günündə, it diriliyində dan. – 1) çox pis halda, çox pis vəziyyətdə, çirk, natəmiz. Bir para uşaqlar olur ki, əsgilər, kirlər içində ortalıqlarda fırlanırlar. İt günündə, it diriliyində yaşayırlar. “Məktəb”; 2) yorulmuş, incimiş, əldən düşmüş. İt günündə gəlib çıxdılar. İt ilində – çoxdan, çox uzaq keçmişdə, yaddan çıxmış bir vaxtda. İt ilində olan iş. – [Osman:] Bir də, İsgəndərin bizə nə dəxli var, ey? İt ilində babası körpüdən keçəndə, mənim babamın böyrünə dəyib. M.Hüseyn. İt yiyəsini tanımır dan. – həddindən artıq adam, basabas, qələbəlik olan yer haqqında. Pristavın həyətində it yiyəsini tanımırdı, səsdən, qilü-qaldan qulaq tutulurdu. C.Məmmədquluzadə. İtdən alıb itə vermək dan. – bax itdən əskik eləmək. Əfrasiyab xan dişinin dibindən gələni Lələşə dedi, onu itdən alıb itə verdi… S.Rəhimov. İtdən biabır etmək dan. – bax itdən əskik etmək. [Səkinə xanım:] …Özüm onu çağırıb beş yüz söyüş üzünə qarşı deyərəm. Onu itdən biabır edərəm. M.F.Axundzadə. İtdən əskik etmək dan. – bax itin sözünü demək. İtə dönmək dan. – bərk hirslənmək, qeyzlənmək, hamını acılamaq. Vəznəli kişi … sonra, yenə itə dönmüşdü. Mir Cəlal. İtin dilini bilir zar. – bic, çoxbilmiş adam haqqında. İtin dilini bilir, cəhənnəmin yolunu. (Ata. sözü). İtin dişi, motalın dərisi dan. – mənə dəxli yoxdur, mənə nə var, özləri bilər. [Allahqulu:] İtin dişi, motalın dərisi! O Sirat, o da düşmənləri! Ə.Əbülhəsən. İtin sözünü demək dan. – təhqir edərcəsinə ağır, pis sözlər demək, tamamilə abırdan salmaq. O görürdü ki, qabağında heç kəsin cınqır çəkməyə cəsarət etmədiyi kişiyə itin sözün deyirlər, başını qaldırıb cavab da vermir… Mir Cəlal. İtinə tök dan. – həddindən çox, lap çox, bol. [Molla Nəsrəddin:] Bizim kənddə elə saraylardan o qədər var ki, itinə tök. “M.N.lətif.”. A kişi, iş adama qalsa, sənə o qədər adam verim ki, lap itinə tök. C.Cabbarlı. İtlə çıxarmaq (qovmaq) – təhqir edib, söyüb, abır verib qovmaq. [Nəcəfbəy Süleyman bəyə:] …Mənim qapıma ayağın düşər, səni it ilən çıxardaram. Ə.Haqverdiyev. İtlə pişik kimi (dolanmaq) – bir-biri ilə yola getməyən, bir-biri ilə daim dava edən adamlar haqqında. Ağzında Ayrım qızı deyirsən, necə dolanacağıq, it ilə pişik kimi. A.Şaiq. Çimnaz arvad demişkən, bu Nazlı ilə Veys itlə pişik kimi dolanmaqlarına baxmayaraq, bu qəsəbədə bir-birini ən çox istəyən bacı-qardaşdı. Ə.Əbülhəsən. Başına it oyunu açmaq (gətirmək) – bax baş. …kimin iti tutub – …kim sancıb, …kim toxunub, …kim xətrinə dəyib. [Lələşov Balacaxanıma:] Mən bilmirəm yenə də bu gün səni kimin iti tutubdur, qız! S.Rəhimov. …nə iti (itim) azıb? dan. – …nə işi (işim) var, …nəyinə (nəyimə) lazımdır, …nəyinə (nəyimə) gərək. [Şəhrəbanı xanım:] Firəngdə onun nə alıb-verəcəyi var? Parijdə onun nə iti azıbdır? M.F.Axundzadə. [Məsmə:] Deməzlərmi, ay filan-filan olmuşun qızı, bir tikə uşağın şəhərlərdə, hacıların qapısında nə iti azmışdı? Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / it
  • 2 InformationTechnology İnformasiya texnologiyası

    İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti / it

it sözünün etimologiyası

  • 1 İy (izləmək) sözü ilə bağlıdır. “Avesta”da da işlədilib. Radlovda yıt sözü “iy” (запах) anlamında açıqlanıb, yıtçı kəlməsi “iybilən” demək olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / it

it sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 İT Safo odun şələsini kahanın ağzında yerə atdı, küllükdə yatmış boz it yerindən qaçıb onun əl-ayağına sarmaşdı (S.Rəhimov); DANQI (məh.) [Safo:] Ay danqı, o yana!.. (S.Rəhimov); KÖPƏK Sonsuz Qayıb bu köpəyi övlad kimi sevirdi (S.S.Axundov); QUDUZDƏYMİŞ (dan.) Şahqulu dedi ki, gərək qara köpəyin ağzını yalayasan, o quduzdəymiş də yanına gedəndə mır-mır mırıldayır (N.Vəzirov); QUYRUQBULAYAN Tarverdi: Məhərrəmin on beşindən sonra bu kənddə bir quyruqbulayan tapmazsan (Qantəmir).

    Azərbaycan dilinin sinonimlər lüğəti / it

it sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 İT I is. Ev heyvanlarından birinin adı. Yatıb arabanın kölgəsində it; Mırıldayır, bu mənim kölgəmdir, eşit (S.Rüstəm). İT II f. Yox olmaq, getmək, gözdən yayınmaq. Atlarına mindilər; Qısırdağdan ağzı yuxarı sürüb gözdən itdilər (“Qaçaq Nəbi”).

    Azərbaycan dilinin omonimlər lüğəti / it

it sözünün rus dilinə tərcüməsi

  • 1 1. собака; 2. собачий;

    Azərbaycanca-rusca lüğət / it
  • 2 I сущ. собака: 1. домашнее животное. Yaman it злая собака, yiyəsiz it бездомная собака, zəncirli (zəncirdə saxlanan) it цепная собака, quduz it бешеная собака, ov iti охотничья собака, it saxlamaq держать собаку, itlərin hürüşməsi лай собак, itdən qorxmaq бояться собаки, iti bağlamaq привязать собаку, iti zəncirləmək посадить собаку на цепь, itləri boğuşdurmaq натравливать собак (друг на друга); it zingildəyir собака скулит, it zənciri qırdı собака сорвалась с цепи 2. перен. о человеке со скверным характером. O, adam deyil ki, qudurmuş itdir! он не человек, а бешеная собака 3. перен. употребляется как бранное слово II прил. собачий. İt damı собачья конура ◊ it oğlu сукин сын; itə dönmək разъяриться, как собака; it günündə: 1. измученный, уставший как собака; 2. о человеке, имеющем крайне неприятный вид; günü it günüdür kimin собачья жизнь у кого; it günü çəkmək терпеть невзгоды, переносить лишения; it abrında см. it günündə 2. başına it oyunu açmaq kimin издеваться над кем; it sürüsü kimi как собачья свора; it qovmaq (döymək) гонять собак (бездельничать); it aparan olsun груб. черт с ним! (выражение неполного согласия с чем-л.: говорится, когда кто-л. вопреки своему желанию отдает или уступает что-л. кому-л.); it də getdi, ip də (getdi) ни бычка ни веревочки; it dəftərində də adı yoxdur мелкая сошка (о невлиятельном, неавторитетном человеке); it ilində груб. давным-давно, неизвестно, в каком году; it yeyib, pişik küsüb: 1) о чем-л., вызывающем отвращение (обычно о плохо приготовленной еде) 2. о грязно написанной бумаге и т.д.; it yerinə qoymamaq kimi груб. (ни) в грош не ставить кого; itdən itə vermək kimi, itin sözünü demək kimə задавать, задать баню, давать, дать жару кому, сильно ругать, выругать, бранить, выбранить кого; itin dilini bilir очень хитрый; itin dişi, motalın dərisi моя хата с краю, меня не касается; it yesə gözləri ağarar в рот не возьмешь (о плохой, некачественной пище, продуктах и пр.); it yiyəsini tanımır полная неразбериха где; it kimi qovmaq kimi выгнать как собаку кого; it kökündə см. it abrında; itə ağac atırsan kimə dəyir как собак нерезаных, очень много кого; itin ağzına sümük atmaq бросить собаке кость, подмазать, умаслить, заткнуть рот кому подачкой; itin başını ağzına almaq много говорить, болтать; itinə tök nəyi сколько угодно (предостаточно) чего; itinin (itimin) qurd dayısı седьмая вода на киселе (о дальнем родственнике); it əlayağı yeyib очень неспокойный (обычно о ребенке); it itin ayağını basmaz собака собаке лапу не отдавит, ворон ворону глаз не выклюет; it kimi yalan danışır брешет как собака; it kimi bir-birini didirlər грызутся как собаки; itə yaraşan kimi yaraşır идет как собаке ермолка (маленькая круглая шапочка); it kimi canı çıxmaq издохнуть как собака; itə atsan yeməz см. itə atsan gözü ağarar; itlə pişik kimi как кошка с собакой; it hürər, karvan keçər собака лает – ветер носит (караван проходит); kimin iti tutub kimi какая собака укусила кого; nə iti azıb kimin harada что потерял кто где; canı it canıdır он вынослив (живуч); it sürüsü qədər много, целая свора; itlə yoldaş ol, çomağı yerə qoyma с собакой дружи, но палку наготове (камень за пазухой) держи; iti öldürənə sürüdərlər сам заварил кашу – сам и расхлебывай; it qursağı yağ götürməz слишком жирно для кого

    Azərbaycanca-rusca lüğət / it

it sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. dog; ağıllı ~ a clever dog; ~dən qorxmaq to be* afraid of dog; ov ~ i. gun-dog; (tazı) hound; ~ kimi yaşamaq to lead* a dog’s life; ~ kimi ölmək to die like a dog; ◊ ~ kimi yorulmaq to be* dog-tired; İtə yiyəsinə / sahibinə görə hörmət edərlər at. söz. Love me, love my dog II. s. dog (attr.); dog’s; doggish; doggy ~ xaltası dog-collar; ~ biti dog-louse; ◊ ~(in) günü dog’s life; ◊ günündə yaşamaq to live a dog’s life, to live like a dog

    Azərbaycanca-ingiliscə lüğət / it

it sözünün fransız dilinə tərcüməsi

  • 1 is. chien m, chienne f ; ov ~i chien de chasse ; ~ kimi yaşamaq vivre comme un chien ; ~ kimi ölmək mourir vi (ê) comme un chien

    Azərbaycanca-fransızca lüğət / it

it sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кицӀ; кичӀ (нугъ.); ov iti гъуьрчен кицӀ (тула, тази); çoban iti чубанд кицӀ (хпен кицӀ); // кицӀин (мес. ван); кицӀерин (мес. суьруь); 2. пер. кицӀи хьиз кьадай, сив квай, мез туькьуьл, чӀуру къилихдин, дяве кьадай, экъуьгъдай, сивик пад квачир кас; ** it də getdi, ip də рах. я лидикай хьанач, я пинедикай (л.х.м.), са куьникайни хьанач, вири гъиляй акъатна, вири умудар пуч хьана; it dəftərində adı yoxdur адан тӀвар кицӀин дафтардани авайди туш (гзаф гьуьрметсуз, садани кваз такьар, садазни гьисаба авачир касдикай рахадамаз); it günü çəkmək рах. кицӀин къа (куькве) хьун, гзаф пис, азабдивди яшамиш хьун; it kökündə кил. it günündə; it günündə, it diriliyində рах. кицӀин къа, кицӀин куькве (аваз) а) гзаф пис (чиркин) гьалда; б) кицӀ хьиз галатна, юргъун гьалда; it ilində фаданлай, лап куьгьнедай, алатна фейи, рикӀел аламачир са вахтунда; it yiyəsini tanımır рах. кицӀиз вичин иеси чир жезмач (инсан гзаф авай, басрух авай, къалабулух авай чкадикай рахадамаз); itə dönmək рах. кицӀиз элкъуьн, кицӀи хьиз къун, гзаф хъел атун, вири агъуламишун; itin dilini bilir зар. кицӀин чӀални чида (биж, гзаф крар, амалар чидай касдикай рахадамаз); itin dişi, motalın dərisi рах. сарар кицӀин, хам целцин (заз талукьвал авач, заз вуч ава, чпиз чида); itin sözünü demək рах. кицӀиз кьван лугьун, сивел атай пис (залан) гафар лугьун, абурдай вегьин; itlə çıxarmaq (qovmaq) кицӀ гьалаватна акъудун (чукурун), экъуьгъна, абурар гана чукурун; itlə pişik kimi (dolanmaq) кицӀни кац хьиз (хьун), сад-садав рекье тефир, гьамиша къалда авай ксарикай рахадамаз; başına it oyunu açmaq (gətirmək) кил. baş; ...kimin iti tutub ...ламраз ни чавш лагьана, ... хатурдик ни хкӀуна; ...nə iti (itim) azıb? рах. ...адан (зи) вуч кар (ажал) ава, ...адан (зи) квез лазим (герек) я.

    Azərbaycanca-ləzgicə lüğəti / it

it sözünün türk dilinə tərcüməsi

"it" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#it nədir? #it sözünün mənası #it nə deməkdir? #it sözünün izahı #it sözünün yazılışı #it necə yazılır? #it sözünün düzgün yazılışı #it leksik mənası #it sözünün sinonimi #it sözünün yaxın mənalı sözlər #it sözünün əks mənası #it sözünün etimologiyası #it sözünün orfoqrafiyası #it rusca #it inglisça #it fransızca #it sözünün istifadəsi #sözlük