İtaliya sözü azərbaycan dilində

İtaliya

Yazılış

  • İtaliya • 99.8955%
  • italiya • 0.0812%
  • İTALİYA • 0.0232%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
DMAX (İtaliya)
«DMAX» — «Discovery Networks Europe» şirkətinin sahibləndiyi İtaliya şəbəkə telekanalı.Telekanalın İtaliya ərazisində yayımı 10 noyabr 2011-ci il saat 18:45-də Destroyed in Seconds verilişə ilə başlamışdır.«DMAX» telekanalı rəqəmsal televiziyada 52-ci, «Sky Italia» platformasında 136 və 137-ci, «Tivù Sat» platfromasında isə 28-ci kanalda yayımlanır.Telekanal İtaliya ərazisində kişi auditoriyası üçün nəzərdə tutulan ilk əyləncə kanalıdır.2021-ci ilə qədər telekanal Six Nations yarışlarını yayımlayacaq.
Gənc İtaliya
Gənc İtaliya (it. Giovine Italia) — 1831–1834-cü və 1840–1848-ci illərdə fəaliyyət göstərmiş italyan inqilabi təşkilatı. == Tarixi == Fransada 1830-cu il inqilabı İtaliya vilayətlərinə böyük təsir göstərdi. 1831-ci ilin fevralında Parma, Modena və Romada silahlı üsyanlar baş verdi. Bolonyada yaradılmış müvəqqəti hökumət papanın dünyəvi hakimiyyətinin ləğvini və Müəssislər Məclisinin çağırılmasını elan etdi, lakin hakimiyyəti ələ keçirən burjuaziya xarici müdaxilənin qarşısını almaq üçün Parma və Modena üsyançıları ilə əməkdaşlığı dayandırdı. 1831-ci ilin martında Avstriya ordusu Roma vilayətində üsyanı yatırdı. 1831-ci il üsyanlarının məğlubiyyəti nəticəsində ölkədə karbonarilərin və digər qrupların nüfuzu əsaslı şəkildə zəiflədi. İtaliyada azadlıq hərəkatının proqram və metodlarının dəyişilməsi zəruri idi. Bu vəzifənin icrasını Cüzeppe Madzininin başçılığı altında XIX əsrin 30-cu illərinin əvvəlində yaradılmış demokratik cərəyan öz üzərinə götürdü. Karbonarilərlə əlaqələri kəsən C. Madzini 1831-ci ildə Marseldə gizli şəkildə fəaliyyət göstərən "Gənc İtaliya" təşkilatını yaratdı.
Kampaniya (İtaliya)
Kampaniya (it. Campania) — İtaliya muxtar vilayətlərindən biri. Regiounun əhalisi 5,8 milyon nəfərdir və bu göstəriciyə görə Kampaniya İtaliya regionları arasında ikinci yeri tutur. 13.590 km² ərazisi olan Kampaniya əhalisinin sıxlığına görə ölkədə birinci yerdədir. == Tarixi == Antik dövrdə Kampaniya Böyük Yunanıstanın tərkib hissəsi idi. Pun müharibələri vaxtı ərazi Hannibal tərəfindən tutulmuşdu. Sonra Kampaniya Roma hakimiyyəti altında keçdi. 476-cı ildə Roma imperiyasının düşməsindən sonra ərazi ostqotlar, Bizanslılar və lanqobardların hakimiyyəti altında idi. XI əsrdən etibarən Kampaniyanın ərazisi Siciliya krallığına daxil olurdu. 1282-ci ildə baş vermiş antifransız üsyanından sonra keçmiş Siciliya krallığının materik hissəsi Neopol krallığı adlanmağa başladı.
Kiçik İtaliya
Kiçik İtaliya (ing. Little İtaly) - Kiçik İtaliya anlayışı XIX əsrdə Amerika Birləşmiş Ştatlarında yaranmışdır. Həmin dövrlərdə İtaliyadan minlərlə miqrant, gəmilər vasitəsi ilə Amerika Birləşmiş Ştatlarına miqrasiya edirdi. Amerika dövlət idarəsi, italyanların kompakt yaşaması məqsədi ilə şəhərlərdə yeni qəsəbələrin təşkil edilməsinə qərar vermişdi. Gəlmə italyanlar arasında qanuna qarşı itəatsizlik, işsizlik və mifia əlaqləri güçlü olduğundan, dövlətin İtaliyalı miqrantları vahid ərazidə çəmləməsində maraqlı idi. Müasir dövrdə Kanada, Avstraliya və ABŞ-də Kiçik İtaliyalar mövcuddur. Çin məhəllələridən fərqli olaraq, kiçik italiya etnik italyanlar azlıq təşkil edir.
Lana, İtaliya
Lana— İtaliyanın şimalındakı Cənubi Tirol şəhərindəki bir bələdiyyə. Lana Ultental girişində, Etsçtalda (Etsç vadisi) Bolzano və Merano arasında yerləşir. 2010-cu ildə əhalisi 11,206 nəfər idi. Cənubi Tirolun 3 bələdiyyəsindən biridir, adı XX əsrin başlanğıcında alman adlarının italyan adları ilə dəyişilməsi proqramına əsasən dəyişdirilmişdir. Digər 2 bələdiyyə Qaiz və Plauzadır.
İtaliya
İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir. Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar və karfagenlilər əsasən Sardiniya və Siciliya adalarında öz kolonialarını yaratmışdır, həmçinin yunanlar Cənubi İtaliyada, etrusklar və keltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar.
Ostin (İtaliya)
Austis (sardin. Aùstis) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhər. Sahəsi 50,81 km²-dir. Kommunanın əhalisi 820 nəfər, əhalinin sıxlığı isə 16 nəfər/km²-dir. == Qonşu kommunalar == Austis kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Neoneli, Nughedu Santa Vittoria, Olzai, Ortueri, Sorgono, Teti və Tiana.
Rozelle (İtaliya)
Rozelle (it. Roselle) — İtaliyanın Toskana regionunda şəhər.
Vittoriya (İtaliya)
Vittoriya (it. Vittoria) — İtaliyanın Siciliya regionunda şəhər.
İtaliya (bina)
İtaliya (port. Edifício Itália) — Braziliyanın San-Paulu şəhərində yerləşən 46 mərtəbəli göydələn. 1965-cı ildə inşa edilmişdir. Braziliyada ikinci ən yüksək göydələndir. Memarı Frans Hipdir (Franz Heep). Binanın hündürlüyü 168 metr, daxili sahəsi 52 000 kvadrat metrdir.
İtaliya Krallığı
İtaliya krallığı (it. Regno d'Italia) — 1861-ci ildə İtaliyanın birləşməsinin nəticəsi və 1946-ci ildə İtaliya Respublikasının elanına qədər davam etmiş bir krallıqdır. İtaliya Krallığı Roma İmperiyasının süqutundan sonra qurulan və bütün İtaliya yarımadasını əhatə edən ilk dövlətdir. == Fransız idarəçiliyində İtaliya == XVIII əsrin son illərində İtaliya I Napoleon tərəfindən işğal edilərək fransız təsiri altına girdi. 1789-cu il inqilabı başlayarkən İtaliya siyasi vəziyyət belə idi: Sardiniya krallığı, Milan hersoqluğu, Genoa Respublikası, Venesiya respublikası, Toskana qraflığı, Papalıq dövləti və Neopol-Siciliya krallıqları var idi. Bu dövlətlərin bəzilərində hökmdarlar yerli deyildilər. İtaliya Direktoriya dövründə fransız orduları tərəfindən işğal edildiyi zaman, Avstriya və Prussiyanın bu dövlətə qarşı başlatdıqları müharibəyə İtaliyanın krallıqla idarə olunan iki dövləti (Sardiniya və Napoli) müttəfiq olaraq qatılmışdı. Direktoriya Napaleona batil inanclar ocağını söndürmək və İtalyanı canlandırmaq üçün Papanın siyasi gücünü ləğv etməsini əmretmişdi. Napaleonun əmrindəki ordular 1796-cı ildə İtaliyaya girərək iki il içində yarımadanı həm işğal etdi, həm də Avstriyanı sülh bağlamağa məcbur etdi. Milanı tutan Napaleon ardınca Romaya yönəldi.
İtaliya Kuboku
İtaliya Kuboku (tatar. Coppa Italia) — İtaliyanın 1922-ci ildən təşkil olunan miili futbol yarışı.
İtaliya Prezidenti
İtaliya Respublikasının Prezidenti (it. Presidente della Repubblica Italiana) — dövlət başçısı, milli birliyin təmsilçisi və İtaliya konstitusiyasının təminatçısı. Prezident dövlətin konstitusiyalı orqanıdır və İtaliya parlamenti palatalarının müştərək iclasında seçilir. Prezident səlahiyyətlərinin icra müddəti 7 ildir.
İtaliya Respublikası
İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir. Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar və karfagenlilər əsasən Sardiniya və Siciliya adalarında öz kolonialarını yaratmışdır, həmçinin yunanlar Cənubi İtaliyada, etrusklar və keltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar.
İtaliya Superkuboku
İtaliya Superkuboku (it. Supercoppa Italiana) — İtaliya A Seriyasının qalibi ilə İtaliya Kubokunun qalibi arasında keçirilən futbol turniri.
İtaliya bayramları
İtaliya bayramları 6 yanvar - pasxa bazar ertəsi, 25 aprel – faşizmdən qurtuluş günü, 1 may – əmək günü, 2 iyun – respublika elan olunması günü (Romada paradla keçir), 15 avqust – Uspeniye (ferraqosto), 1 noyabr- bütün müqəddəslərin günü, 5 noyabr, 25 dekabr – milad (adətən evdə yaxın və qohumların əhatəsində keçirilən ən sevimli bayramdır). Bundan başqa hər bir kənd və şəhər öz müqəddəsinin ad gününü qeyd edir; Roma – Petr, Milan – Amvrosiy, Turin – İoann və s. İyul və avqustda bir çox firmalar işi dayandırır və tətilə bağlanırlar. Həmçinin, milad bayramı və yeni ildə də.
İtaliya bayrağı
İtaliya bayrağı — İtaliyanın Dövlət bayrağı === Bayraq Günü === 1997-ci ildən 7 yanvar günü "Milli Bayraq Günü" olaraq elan edilmişdir. == Maraqlı faktlar == İtaliyanın bayrağını Napoleon hazırlayıb.
İtaliya bulqarları
İtaliya bulqarları — Altsek xan ilə birlikdə VII əsrdə İtaliyada məskunlaşmış bulqarlara verilən ad. Altsek xan Kubrat xanın ən kiçik oğlu idi. 631-ci ildə qardaşı Batbayan xandan ayrılaraq Avar xaqanlığına sığınmışdı. Lakin burada çox qala bilməyərək üsyan etmiş və xaqanın qəzəbinə uğramışdır. Bundan sonra Bavariyaya gedən və I Daqobertdən sığınacaq tələb edən şahzadə xəyanətə uğradı və bu dəfə İtaliyaya köçməyə məcbur oldu. 9000 qəbilə üzvündən 800ü sağ qalmışdı. Lombard kralı I Qrimoald tərəfindən ona "qastald" titulu verilərək cənubi İtaliyadakı Sepino, Boyano, İserniya şəhərləri onun sərəncanıma verildi. == Ümumi məlumat == Bulqarlar İtalyanın indiki Kampaniya və Molize bölgələrində məskunlaşmışdılar. 787-ci ildə "Lanqobard tarixi" əsərinin müəllifi Pavel yazırdı ki, "bulqarlar Latın dilini mükəmməl danışır, bununla belə onlar öz dillərini unutmamışlar". Bulqarlar indi İtaliyada qəsəbə və şəhər statusuna sahib olan məskənlər də salmışlar.
İtaliya coğrafiyası
İtaliya coğrafiyası - 15 region və 5 muxtar regiona bölünür. Regionlar: Abrutso, Bazilikata, Kalabriya, Kampanya, Emilia-Romanya, Latsio,Liquriya, Lombardiya, Marke, Molize, Pyemont, Pulya (Apulya), Toskana, Umbriya, Veneto. Muxtar regionlar: Friuli-Venesiya Culiya, Sardiniya, Siciliya, Trentino-Alto Adice,Valle d’Aosta. Əsas şəhərləri: Roma (paytaxt), Milan, Turin, Neapol, Florensiya.
İtaliya cəbhəsi
İtaliya danaayağı
İtaliya danaayağı (lat. Arum italicum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin danaayağı cinsinə aid bitki növü.
İtaliya faşizmi
İtaliya faşizmi (it. fascismo italiano), həmçinin klassik faşizm və ya sadəcə faşizm — İtaliyada inkişaf etmiş faşist ideologiyası. Bu ideologiya Benito Mussolininin rəhbərliyi altında 1922–1943-cü illərdə İtaliya krallığını idarə edən Milli Faşist Partiyası, 1943–1945-ci illərdə hakimiyyətdə olmuş Respublikaçı Faşist Partiyası, İtaliya Sosial Hərəkatı və digər neofaşist hərəkatları ilə əlaqələndirilir. İtaliya faşizmi italyan milliyətçiliyindən və İtaliya ərazisini genişləndirmək istəyindən qaynaqlanır. Faşistlər millətin üstünlüyünü və gücünü bəyan etməkdə bunu vacib hesab edirlər. İtaliya faşistləri müasir İtaliyanın Qədim Romanın varisi olduğunu iddia edirdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == "Labor Charter" (1927–1934). Mussolini, Benito. Faşizm doktrinası. Sorel, Georges.
İtaliya gerbi
İtaliya gerbi - İtaliyanın Dövlət gerbi.
İtaliya incəsənəti
İtaliya incəsənəti —Bu dünya mədəniyyət tarixinin zəfər səhifəsidir. Heç vaxt, heç yerdə bu qədər görkəmli sənətkarlar, istedadlar yetişməmiş, incəsənətin bütün sahələrində bu qədər kəşflər edilməmiş, XVI-XVII əsrlər İtaliyasındakı kimi şah əsərlər yardılmamışdır. Həqəqitən bu dövrlər ölkənin qızıl yüzillikləridir. Rəssamların, heykəltəraşların və memarların statusu dəyişildi. Onlar sadə sənətkarlardan hörmət bəslənilən böyük sənətkarlara çevrildilər. Onların fəaliyyətləri yüksək qiymətləndirilir, saraylara dəvət olunur, Roma papaları, hersoqlar, xarici ölkələrin dövlət xadimləri onları öz saraylarına dəvət etmək üçün rəqabət aparırdılar. Sənətkarların individuallığı, yüksək sənətkarlığı, dərin biliklərə sahib olmağı dünya incəsənəti tarixinə İtaliya İntibahını bəxş etdi. Siyasi-iqtisadi şəraitin əlverişliliyi Avropa İntibahının məhz İtaliyada təşəkkülünə təkan verən səbəblərdən idi. = İtaliyada İntibah = İntibah yalnız klassik ənənələrin və parlaq mədəniyyətinin dirçəlməsi demək deyildir. Bu miflərə və bibliya süjetlərinə yeni baxış idi.
İtaliya iqtisadiyyatı
İtaliya iqtisadiyyatı öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyini" qapayır. Adambaşına ÜDM göstəricisi İtaliyada 39.900 dollardır (nominal). Avropada iqtisadi cəhətdən dördüncü, dünyada isə 7-ci ən böyük ölkə İtaliyadır. Dünyada ilk 10 ən böyük məhsul ixracatçısından biri də İtaliyadır. Burada həyat səviyyəsi hətta ABŞ, Almaniya və s. ölkələrdən də bəzi sahələrdə üstündür. Ən çox şərab ixrac edən, ən böyük turizm regionlarından olan, dünyada 4-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya Avropada 5-ci ən böyük avtomobil istehsalçısıdır. İtaliya 300 min km² ərazidə yerləşən iri döv­lətdir və bu göstəriciyə görə Qərbi Avropada yalnız Fran­sadan, İspaniyadan və Almaniyadan geri qalır. İtaliya əha­lisinin sayı 58 milyon nəfərdir. Onların 94%-i ital­yan­lardır.
"İtaliya qarşısında xidmətlərə görə" ordeni
İtaliya Respublikasına xidmətinə görə ordeni (it. Ordine al merito della Repubblica Italiana) — İtaliya respublikasının ən yüksək mükafatı. == Tarixi == Orden ilk dəfə 1951 ci ildə İtaliya prezidenti tərəfindən təsis edilmişdir. Ordenin rəhbəri İtaliya prezidentidir. Ordenə 16 Kansler daxildir.
1848-1849-cu illər İtaliya inqilabı
1848–1849-cu illər İtaliya inqilabı — Avstriya imperiyasına qarşı çevrilmiş burju-demokratik inqilab, 1848-ci il üsyanlarından biri. == İnqilab ərəfəsində ictimai-siyasi vəziyyət == XIX əsrin birinci yarısında İtaliya hələ də parçalanmış halda idi. İtaliya torpaqlarının bir hissəsi Avstriya imperiyasının, bir hissəsi isə Burbonların hakimiyyəti altında idi. Papa XVI Qriqorinin ölümündən sonra yeni papa olmağa əsas 2 namizəd var idi. Bunlardan biri italiyalı digəri isə avstriyalı idi. Sonda Romadakı Fransa səfiri olan Rossinin fəal diplomatik səyləri nəticəsində , gözlənilənin əksinə olaraq İtaliyalı nümayəndə qalib gəldi. Əsl adı (Covanni Mariya Mastai-Ferretti olan Kardinal IX Piy (Papa Pius) adı ilə Roma Papası oldu. Bu İtalyanlarda böyük sevincə səbəb oldu. IX Piy hakimiyyətə gələn kimi islahatlara başladı. İsveçrə qvardiyası buraxıldı, siyası məhbuslara amnitsiya verildi, 1847-ci ilin martında senzura yumşaldıldı, liberal fikirləriylə fərqlənən kardinal Kutsini dövlət katibi təyin etdi, Romanın idarə olunması üçün senat yaradıldı, ilk dəfə dövlət şurası və nazirlər şurası yaradıldı.
Albaniyada İtaliya protektoratı
Albaniyada italyan protektoratı — Birinci Dünya müharibəsi zamanı İtaliya krallığı tərəfindən tətbiq edilmiş protektorat. İtaliya rəhbərliyi altında Albaniyanın hüquqi müstəqilliyi təmin olunsun deyə tətbiq edilmişdir. Protektorat 1917-ci il iyunun 23-dən 1920-ci ilin yayına qədər mövcud idi. == Tarixi == İtaliya krallığı 1914-cü ilin dekabrında Vlyora limanını işğal etdi, lakin 1915-ci ilin sonu 1916-cı ilin əvvəlində baş verən Avstriya-Macarıstan müdaxiləsindən sonra və 27 fevral 1916-cı ildə Durres şəhərini itirdikdən sonra, alman qoşunları oranı tərk eləmək məcburiyyətində qaldı. 1916-ci ilin may ayında İtaliyanın general Settimio Pyaçentini komandanlığı altında olan 100 000-lik XVI-cı korpusu qayıtdı və 1916-ci ilin payızında Cənubi Albaniya regionunu zəbt etdi, eyni zamanda fransız ordusu 29 noyabr 1916-cı ildə Korça və onun ətrafını tutmuşdur. Əsasən Balkan cəbhəsinin inkişaf etməsi ilə, İtaliya (Girokastrada) və Fransa qüvvələri (Korçada) Antantanın razılığı ilə 1916-cı ilin payızında keçmiş Şimali Epir Muxtar Respublikasınln (oraya yunan azlığı nəzarət edirdi) ərazisinə daxil oldular. Fransa hakimiyyəti 10 dekabr 1916-cı ildə Korça Muxtar alban respublikasını protokol üzrə elan etdi. Həmin protokola əsasən, Korça, Bilişt, Kolyonya, Opar və Gora ərazilərində muxtar vilayətləri yaranır. 12 dekabr 1916-cı ildə İtaliya öz səfiri vasitəsilə izahat üçün müraciət etdi, çünki Korça Muxtar alban respublikasının yaradılması London müqaviləsinin şərtlərini pozurdu. Avstriya-Macarıstan Fransanın Korça ilə bağlı presedentini Albaniyanın protektorantlıq altında müstəqilliyinin elan edilməsinin əsaslandırılması üçün istifadə etdi, bu hadisə 3 yanvar 1917-ci ildə Şkoderdə baş verdi.
Almaniya-İtaliya futbol yığmalarının rəqabət tarixi
Almaniya və İtaliya yığmaları arasındakı futbol rəqabəti Avropanın iki ən maraqlı futbol yığması olan Almaniya və İtaliya arasında keçirilir və beynəlxalq səviyyədə davamlılığına görə yalnız Braziliyadan geri qalır. Ümumilikdə hər iki komanda bütün Avropa ölkələrinin birlikdə ümumi nəticəsindən çox - 8 dəfə FİFA Dünya Kubokunun qalibi və 14 dəfə bu turnirin finalçısı olublar. Onlar bir-birinə qarşı 5 dəfə Dünya Kubokunun finalında oynayıblar və bu oyunlar dünya futbolu tarixinə keçib. 1970-ci ildə bu iki ölkə arasında keçirilən "Əsrin oyunu" yarımfinal oyunu İtalyanın əlavə vaxtda qazandığı 4:3 hesablı qalibiyyəti ilə yadda qalmışdır, bu dramatik oyuna Mexiko şəhərində Azteca stadionunun (Estadio Azteca) girişində xatirə lövhəsi qoyulmuşdur. Almaniya milli futbol komandası həmçinin 3 dəfə UEFA Avropa Çempionatı kubokunu qazanmışdır, İtaliya milli futbol komandası isə bu titulu yalnız bir dəfə qazanmışdır. Bu iki ölkə Avropa Çempionatında 4 dəfə üz-üzə gəlmişdir, bunlardan üçü əsas hissədə heç-heçə (birində almanlar penaltilərdə qalib olmuşdur), biri isə italyanların qələbəsi ilə baş çatmışdır. Almaniyanın beynəlxalq çempionatlarda daha çox qalib olmasına baxmayaraq, İtaliya başa-baş keçirdikləri 34 oyuna 15 qələbə, 11 heç-heçə və 8 məğlubiyyətlə dominantlığını qoruyub saxlayır. Bundan başqa, Almaniya Avro-2016 dörddə bir mərhələsindəki oyuna qədər heç vaxt əsas oyunlarda İtalyanı məğlub edə bilməyib (almanlar italyanlar üzərindəki digər bütün qələbələri yoldaşlıq oyunlarında qazanıb). Bundan başqa, bu iki yığma arasında Avro-1996 qrup mərhələsində İtaliya turnirdən uzaqlaşdırıldı, həmin vaxt Almaniya artıq nokaut mərhələsinə vəsiqə qazanmışdı. Həmçinin İtaliya və Almaniya Demokratik Respublikası (Şərqi Almaniya) arasında hərəsinə 1 qələbə və 2 heç-heçə olmaqla 4 matç keçirilmişdir.
Almaniya–İtaliya futbol rəqabəti

Avstriya-İtaliya-Fransa müharibəsi
İkinci İtaliya İstiqlaliyyət müharibəsi, Avstriya-İtaliya-Fransa müharibəsi, Fransa-Avstriya müharibəsi, Avstriya-Sardiniya müharibəsi və 1859-cu il İtaliya müharibəsi (it. Seconda guerra d'indipendenza italiana; fr. Campagne d'Italie) — 1859-cu ildə İkinci Fransa imperiyası və Sardiniya krallığının Avstriya imperiyasına qarşı apardığı müharibə. Bu, İtaliyanın birləşməsi prosesində həlledici rol oynamışdır. == Müharibə == İtalyan xalqı üçün İtaliyanı birləşdirmək uğrunda (Lombardiya və Venesiya Avstriyanın tabeliyində idi) milli azadlıq müharibəsi olan bu müharibə 29 aprel 1859-cu ildə başlamışdır. Müttəfiqlər Avstriya qoşunlarını bir neçə dəfə məğlub etmiş, lakin Prussiyanın Reynə qoşun toplamasından, İtaliyada milli azadlıq hərəkatının genişlənməsindən qorxan, vahid və qüvvətli İtaliya dövlətinin yaranmasını istəməyən III Napoleon müvəffəqiyyətli döyüş əməliyyatlarını dayandırmış və 1859-cu ildə Avstriya ilə separat Villafranka barışığı imzalamışdır. Lombardiya Sardiniyaya birləşdirilmiş, Venesiya Avstriyanın hakimiyyətində qalmışdır. 1860-cı ildə Sardniya bağlanmış Turin müqaviləsinə görə, İtaliyanın Savoyya və Nitsa vilayətləri Franasaya verilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Blumberg, Arnold. A Carefully Planned Accident: The Italian War of 1859 (Susquehanna University Press.
Avstriya-İtaliya müharibəsi
Avstriya-İtaliya müharibəsi — 1848-1849-cu illərdə İtaliyanın xarici ağalıqdan qurtulması uğrunda müharibə. Bu müharibə həm də İtaliyanın birinci istiqlaliyyət müharibəsi adlanır. == Müharibənin səbəbləri == Avropadakı 1848-1849-cu illər inqilabları müharibəyə təkan verdi. İtaliya xalqının feodal-mütləq qaydalara qarşı milli-qurtuluş hərəkatından və mübarizəsindən başlandı. İtaliya 17 mart 1848-ci ildə Avstriya əleyhinə üsyan qaldıran Venesiya vilayəti özünü respublika elan etdi. 18 martda Milanda üsyan qalxdı. Üsyan günlərində yaradılan milli qvardiya dəstələri avstriyalı qoşunları gərgin döyüşlərdən sonra şəhərdən qovdu. Bütün Lombardiya avstriyalılara qarşı qalxdı. Hərbi yardım almaq ümidi ilə, Lombardiya, bəzi Venesiya əyalətləri, Parma və Modena özlərinin Sardiniya krallığına (Pyemont) birləşməsini elan etdilər. == Hərbi əməliyyatlar == Sardiniya kralı Karl Albert 23 mart 1848-ci ildə Avstriyaya müharibə elan etməyə məcbur oldu.
Avstriya - İtaliya müharibəsi

Azadlıq Xalqı Partiyası (İtaliya)
Xalq Azadlığı(it. Il Popolo della Libertà, PdL) - İtaliyada siyasi partiya. 2008-ci ildə təsis, 2013-cü ildə ləğv edilib.
Azərbaycan-İtaliya futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 07.09.2002 Bakı AÇSO Azərbaycan – İtaliya 0:2 10.10.2003 Reco di Kalabriya AÇSO İtaliya – Azərbaycan 4:0 10.10.2014 Palermo AÇSO İtaliya – Azərbaycan 2:1 10.10.2015 Bakı AÇSO Azərbaycan – İtaliya 1:3 === U-21 === 06.09.2002 Bakı AÇSO Azərbaycan – İtaliya 0:3 10.10.2003 Katanzaro AÇSO İtaliya – Azərbaycan 6:0 17.11.2007 Fermo AÇSO İtaliya – Azərbaycan 5:0 25.03.2008 Bakı AÇSO Azərbaycan – İtaliya 0:2 === U-19 === 09.01.2011 Sankt-Peterburq BT İtaliya – Azərbaycan 2:2 pen. 3:5 11.10.2011 Laxolm, İsveç AÇSO İtaliya – Azərbaycan 2:1 === U-17 === 17.03.2013 Halkid BT İtaliya – Azərbaycan 0:1 === U-16 === 28.03.2013 Riqa YO İtaliya – Azərbaycan 1:1 === Klublar === 17.09.2009 Italiya YO Yuventus (U-17) - Azərbaycan (U-17) 3:4 02.04.2010 Olbia BT Yuventus (U-19) - Azərbaycan (U-19) 0:1 04.10.2012 Bakı UEFA AL QM Neftçi – İnter 1:3 07.12.2012 Milan UEFA AL QM İnter - Neftçi 2:2 21.07.2013 Udine YO Udineze - Bakı 1:1 02.10.2014 Milan UEFA AL QM İnter - Qarabağ 2:0 11.12.2014 Bakı UEFA AL QM Qarabağ – İnter 0:0 29.09.2016 Florensiya UEFA AL Fiorentina – Qarabağ 5:1 08.12.2016 Bakı UEFA AL Qarabağ – Fiorentina 1:2 27.09.2017 Bakı UEFA ÇL Qarabağ – Roma 1:2 05.12.2017 Roma UEFA ÇL Roma – Qarabağ 1:0 31.08.2022 Roma BT Roma (U-17) – Neftçi (U-17) 1:0 01.09.2022 Roma BT Lociçiani (U-17) – Neftçi (U-17) -:- == Qadınlar == === Əsas milli komanda === === U-21 === === U-19 === 23.10.2021 Paduya, İtaliya AÇSO İtaliya - Azərbaycan 9:0 === U-17 === === Klublar === == Futzal == === A milli === 02.02.2014 Antverpen, Belçika AÇ İtaliya – Azərbaycan 7:0 03.02.2016 Belqrad, Azərbaycan AÇ İtaliya – Azərbaycan 3:0 === Klublar === 25.04.2010 Lissabon UK Araz – Luparense 2:2 pen.
Azərbaycan-İtaliya münasibətləri
Azərbaycan–İtaliya münasibətləri — Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımışdır. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Molokanskaya küçəsi 35 ünvanında İtaliyanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Enriko Ensom rəhbərlik etmişdir. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulmuşdur.1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilmişdir. Azərbaycan Respublikasının İtaliyadakı hazırkı səfiri Vaqif Sadıqov etimadnaməsini İtaliya Prezidenti C.Napolitanoya 8 fevral 2011-ci il tarixində təqdim etmişdir. İtaliyanın ölkəmizdəki səfiri M.Baldi etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə 23 oktyabr 2009-cu ildə təqdim etmişdir. İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Şəfiqə Məmmədova olmuşdur. 4 mart 2016-cı il tarixindən Azər Kərimli işçi qrupunun rəhbəridir.İtaliya Senatında yaradılmış İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri isə xanım Rossana Boldidir.
Azərbaycan-İtaliya sazişləri (1920)
İtaliya-Azərbaycan sazişləri — Azərbaycan və İtaliya dövlətləri arasında iqtisadi-siyasi əlaqələri genişləndirmək məqsədilə bağlanmış sazişlər. == Sazişin bağlanması == 1919-cu ilin payızından etibarən, ağqvardiyaçı rus generallarının məğlubiyyəti ilə əlaqədar beynəlxalq vəziyyət yeni yaranmış müstəqil respublikaların xeyrinə dəyişməyə başladı. Azərbaycan Hökuməti ölkənin müstəqilliyinin dünyanın böyük dövlətləri tərəfındən tanınması məsələsinin həllini sürətləndirmək məqsədilə Beşlər Şurasına, o cümlədən İtaliyaya müraciət etdi. İtaliyanın Azərbaycanda güclü iqtisadi marağı var idi. Lakin o, mandatlığa götürmək istədiyi əraziləri xarici təcavüzdən qorumaq iqtidarında deyildi. Gələcəkdə Rusiya və Türkiyə ilə qarşılaşmaq qorxusu İtaliyanı bu işdən çəkindirdi. Azərbaycan Hökuməti İtaliya ilə iqtisadi-siyasi əlaqələri gücləndirmək məqsədilə general İbrahim ağa Usubovun başçılığı ilə Romaya nümayəndə heyəti göndərdi. Heyət "hərbi missiya" adlanırdı və əsasən, hərbi, iqtisadi məsələlərlə bağlı işlər aparmalı idi. İtaliya hökuməti 1920-ci il yanvarın 17-də Azərbaycanı de-fakto tanıması haqda qərarını general İ.Usubova təqdim etdi və ölkəmizlə daimi əlaqə saxlamaq fikrində olduğunu bildirdi. == Sazişin şərtləri == General İ.Usubov Romada sənayeçi-senator S.E.Konti ilə görüşdü.
Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin İtaliyaya səfəri
Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin İtaliyaya səfəri - AXC rəhbərliyinin hərbi silah və sursat alınması üçün İtaliya krallığına 1919-cu ildə göndərdiyi nümayəndə heyətinin səfəri nəzərdə tutulur. == Arxa plan == İlk əvvəllər Azərbaycan Xalq Cümhuriyyəti İtalyan qoşunlarının Azərbaycanda yerləşdirilməsinə nail olmağa çalışırdı. Buna görə də Parisə ezam edilən müttəfiq komandanlığı yanında xüsusi nümayəndə Ə.Tahirov yolüstü Romada dayandı və İtaliya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirdi. İtaliya Xarici İşlər Nazirliyinin rəsmisi Mayoni ilə görüşdə Ə.Tahirov Azərbaycana ordu göndərilib-göndərilməyəcəyini soruşduqda Mayoni ona bir neçə kağız göstərərək bildirdi ki, Parisdə olan İtaliya nümayəndələri ilə görüşdə Ə.M.Topçubaşov Azərbaycana İtaliya ordusunun göndərilməsinin arzuolunmazlığını bəyan edib. Ə.M.Topçubaşov öz bəyanatında əhalinin bu addımdan narazı qalacağını vurğuladığından Mayoni bilmək istəyirdi ki, belə münasibət Ə.M.Topçubaşovun şəxsi fikridir, yoxsa, doğrudan da, əhali və hökumət Azərbaycana İtaliya ordusu göndərilməsinin əleyhinədir. Əslində İtaliya tərəfi Qafqaza ordu göndərməməyə qərar verdiyindən, Ə.M.Topçubaşovun ilk müzakirələr zamanı hələ ingilis ordusu Azərbaycanda olarkən İtaliya ordusunun ora göndərilməsinə ehtiyac olmadığı haqqında söylədiyi fikrinə istinad edirdi. Bu fikir, həm Аzərbaycan, həm Gürcüstan nümayəndələri tərəfindən irəli sürüləndə İngiltərə ordusunun Qafqazı tərk etməsi barədə rəsmi açıqlama hələ elan edilməmişdi. Lakin Britaniya hökumətinin Qafqazı tərk etmək barədə Sülh konfransına rəsmi müraciətindən sonra Cənubi Qafqaz respublikaları ətrafında siyasi şərait əsaslı dərəcədə dəyişmişdi. Ona görə də Ə.Tahirov Mayoniyə bildirdi ki, siz əhali və xalqın İtaliyaya münasibətini, polkovnik Qabba başda olmaqla, Azərbaycana göndərdiyiniz missiyaya göstərilən münasibət əsasında mühakimə yürüdə bilərsiniz. Bu missiyanın şərəfinə Azərbaycan hökumətinin təntənəli qəbul mərasimi keçirdiyini açıqlayan Ə.Tahirov əlavə etdi ki, hökumət və əhali sizin ordunuzu Azərbaycanda görməkdən şad olardı.
Azərbaycan–İtaliya futbol matçları
== Kişilər == === Əsas milli komanda === 07.09.2002 Bakı AÇSO Azərbaycan – İtaliya 0:2 10.10.2003 Reco di Kalabriya AÇSO İtaliya – Azərbaycan 4:0 10.10.2014 Palermo AÇSO İtaliya – Azərbaycan 2:1 10.10.2015 Bakı AÇSO Azərbaycan – İtaliya 1:3 === U-21 === 06.09.2002 Bakı AÇSO Azərbaycan – İtaliya 0:3 10.10.2003 Katanzaro AÇSO İtaliya – Azərbaycan 6:0 17.11.2007 Fermo AÇSO İtaliya – Azərbaycan 5:0 25.03.2008 Bakı AÇSO Azərbaycan – İtaliya 0:2 === U-19 === 09.01.2011 Sankt-Peterburq BT İtaliya – Azərbaycan 2:2 pen. 3:5 11.10.2011 Laxolm, İsveç AÇSO İtaliya – Azərbaycan 2:1 === U-17 === 17.03.2013 Halkid BT İtaliya – Azərbaycan 0:1 === U-16 === 28.03.2013 Riqa YO İtaliya – Azərbaycan 1:1 === Klublar === 17.09.2009 Italiya YO Yuventus (U-17) - Azərbaycan (U-17) 3:4 02.04.2010 Olbia BT Yuventus (U-19) - Azərbaycan (U-19) 0:1 04.10.2012 Bakı UEFA AL QM Neftçi – İnter 1:3 07.12.2012 Milan UEFA AL QM İnter - Neftçi 2:2 21.07.2013 Udine YO Udineze - Bakı 1:1 02.10.2014 Milan UEFA AL QM İnter - Qarabağ 2:0 11.12.2014 Bakı UEFA AL QM Qarabağ – İnter 0:0 29.09.2016 Florensiya UEFA AL Fiorentina – Qarabağ 5:1 08.12.2016 Bakı UEFA AL Qarabağ – Fiorentina 1:2 27.09.2017 Bakı UEFA ÇL Qarabağ – Roma 1:2 05.12.2017 Roma UEFA ÇL Roma – Qarabağ 1:0 31.08.2022 Roma BT Roma (U-17) – Neftçi (U-17) 1:0 01.09.2022 Roma BT Lociçiani (U-17) – Neftçi (U-17) -:- == Qadınlar == === Əsas milli komanda === === U-21 === === U-19 === 23.10.2021 Paduya, İtaliya AÇSO İtaliya - Azərbaycan 9:0 === U-17 === === Klublar === == Futzal == === A milli === 02.02.2014 Antverpen, Belçika AÇ İtaliya – Azərbaycan 7:0 03.02.2016 Belqrad, Azərbaycan AÇ İtaliya – Azərbaycan 3:0 === Klublar === 25.04.2010 Lissabon UK Araz – Luparense 2:2 pen.
Azərbaycan–İtaliya münasibətləri
Azərbaycan–İtaliya münasibətləri — Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımışdır. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Molokanskaya küçəsi 35 ünvanında İtaliyanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Enriko Ensom rəhbərlik etmişdir. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulmuşdur.1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilmişdir. Azərbaycan Respublikasının İtaliyadakı hazırkı səfiri Vaqif Sadıqov etimadnaməsini İtaliya Prezidenti C.Napolitanoya 8 fevral 2011-ci il tarixində təqdim etmişdir. İtaliyanın ölkəmizdəki səfiri M.Baldi etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə 23 oktyabr 2009-cu ildə təqdim etmişdir. İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Şəfiqə Məmmədova olmuşdur. 4 mart 2016-cı il tarixindən Azər Kərimli işçi qrupunun rəhbəridir.İtaliya Senatında yaradılmış İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri isə xanım Rossana Boldidir.
Azərbaycan–İtaliya voleybol matçları
== Kişilər == === A milli === === Klublar === == Qadınlar == === A milli === === Klublar === Azərbaycan təmsilçilərinin indiyədək Apennin təmsilçilərinə qarşı görüşləri həmişə çətin və gərgin olub. Belə ki, azərbaycanlıların qəniminə çevrilən italiyalılarla 2010-cu ilin dekabrınadək 17 dəfə qarşılaşma olmuşdur ki, bunlardan 14-də rəqib sevinib. Azərbaycan komandaları 18 set qazandıqları halda, 49-da uduzublar. Qeyd edək ki, Apennin təmsilçilərinin 7 klubu ilə qarşılaşan 3 Azərbaycan komandasından 1 dəfə Bakı Məişət Kondisionerlər Zavodu (BMKZ) və 2 dəfə "Azərreyl" meydanı qələbə ilə tərk edib. ==== Azərbaycan klublarının İtaliya klubları ilə bütün görüşləri ==== son yenilənmə: 7 yanvar 2011-ci il ==== Azərbaycan klublarının göstəriciləri ==== ==== İtaliya klublarının göstəriciləri ==== ==== Bütün matçlar ==== CEV kuboku, 1990/19911/8 final 1 dekabr (1990) "Peskopagano" – BMKZ – 3:1 (15:9, 6:15, 15:13, 15:7) 8 dekabr (1990) BMKZ – "Peskopagano" – 3:2 (15:6, 13:15, 14:16, 5:15, 5:15)CEV kuboku, 1991/19921/4 final 15 yanvar (1992) BMKZ – Modena – 0:3 (15:17, 13:15, 10:15) 22 yanvar (1992) Modena – BMKZ – 3:1 (15:8, 15:7, 12:15, 15:8)Çempionlar Liqası, 2002/2003Qrup mərhələsi 11 dekabr (2002) Azərreyl – Modena – 3:2 (20:25, 25:16, 25:19, 19:25, 15:13) 16 yanvar (2003) Modena – Azərreyl – 3:0 (25:23, 25:21, 25:21)Çempionlar Liqası, 2004/2005Qrup mərhələsi 7 dekabr Azərreyl – Novara – 0:3 (16:25, 21:25, 21:25) 15 dekabr (2004) Novara – Azərreyl – 3:0 (25:20, 25:22, 25:16)Çempionlar Liqası, 2005/2006Qrup mərhələsi 25 oktyabr (2005) Azərreyl – Peruca – 3:2 (14:25, 25:22, 21:25, 25:17, 15:13) 11 yanvar (2006) Peruca – Azərreyl – 3:0 (29:27, 25:19, 25:20) Pley-off mərhələsi 15 fevral (2006) Foppapedretti – Azərreyl – 3:1 (21:25, 25:15, 25:13, 25:18) 23 fevral (2006) Azərreyl – Foppapedretti – 2:3 (27:29, 22:25, 25:11, 25:22, 15:6)Çempionlar Liqası, 2006/2007Qrup mərhələsi 28 noyabr (2006) Azərreyl – Skavolini – 1:3 (24:26, 26:24, 21:25, 22:25) 16 yanvar (2007) Skavolini – Azərreyl – 3:1 (25:14, 25:21, 25:27, 25:14) Pley-off mərhələsi 8 fevral (2007) Foppapedretti – Azərreyl – 3:0 (25:17, 25:17, 25:16) 14 fevral (2007) Azərreyl – Foppapedretti – 0:3 (12:25, 23:25, 24:26)CEV kuboku, 2009/2010Yarımfinal 20 mart (2010) Rabitə – Yamamay – 2:3 (15:26, 25:22, 21:25, 25:17, 12:15)Çempionlar Liqası, 2010/2011Qrup mərhələsi 2 dekabr (2010) Rabitə – Skavolini – 3:1 (25:19, 25:23, 23:25, 25:21) 6 yanvar (2011) Skavolini – Rabitə – 3:2 (20:25, 25:21, 25:19, 23:25, 15:6)Qeyd: voleybolda 1998 oktyabrına kimi setin qalibi 15 topun yekunda müəyyənləşib.
Azərbaycan–İtaliya voleybol matçlarının siyahısı

Britaniya-İtaliya sazişi
İngiltərə-İtaliya sazişi — Cənubi Qafqazda ingilis ordusu mövqelərinin İtaliya ordusuna verilməsi haqqında saziş (1919, mart). == Tarixi == İtalyanların Qafqaza cəlb edilməsi ideyası ilk dəfə 1919-cu ilin martında ingilislər tərəfindən irəli sürülmüşdü. B.Britaniya hökuməti bəyan etmişdi ki, ingilislərin Qafqazdakı missiyası müvəqqəti xarakter daşıyır; onlar Qafqaz problemlərinin Paris Sülh Konfransı tərəfindən həllinədək regionda asayişi qoruyub saxlamaq üçün gəlmişlər; ingilislər üçün aydın idi ki, Qafqazın (o cümlədən Azərbaycanın) ingilis imperiyasına qatılması mümkünsüzdür; imperiyanın hüdudlarının genişləndirilməsinə deyil, yeni işğal olunan ərazilərin əldə saxlanmasına üstünlük verilməlidir; Qafqaz xalqlarının münasibətlərindəki gərginlik onların idarəçiliyini çətinləşdirər; ABŞ ilə Fransanın regiona buraxılmalarına və orada möhkəmlənmələrinə şərait yaradılması arzuolunmaz və yolverilməzdir. Buna görə də ingilis qoşunları İtaliya hərbi hissələri ilə əvəzlənməlidirlər. Yalnız bu cür əvəzlənmə İngiltərənin maraqları və Yaxın şərqdəki qüvvələr tarazlığı baxımından ingilislər üçün sərfəlidir. İtaliyanın Qafqazda ingilisləri əvəz etməsi Yaxın Şərqdəki mövcud qüvvələr nisbətini pozmurdu. Digər tərəfdən, bununla İtaliyanın Paris Sülh Konfransından narazılığı da bir qədər aradan qaldırılırdı. İlk dövrlərdə Qafqaz barəsində ingilislərlə italyanlar arasında gizli aparılan danışıqlar İtaliya hökumətinin Qafqazla bağlı həm siyasi, həm də iqtisadi marağının olduğunu üzə çıxardı. Digər Avropa rəhbərləri kimi, İtaliyanın baş naziri Orlando da ermənipərəst siyasi xadim idi. Hətta o, dünya müharibəsi başa çatdıqda, Ermənistanın müstəqilliyini müdafiə edərək bildirmişdi: == Şərtləri == İngiltərə-İtaliya danışıqları 1919-cu il martın 24-də Baş qərargahlar səviyyəsində ilkin sazişin imzalanması ilə nəticələndi.
Futbol üzrə İtaliya çempionatı
İtaliya A Seriyası — İtaliya futbol liqasının ali divizionu, dünyada ən güclü futbol divizionlarından biri sayılır, UEFA ölkə reytinqində IV yerdədi (2014 ilə əsasən) Çempionatın rəsmi sponsoru Telecom Italia sayılır, elə çempionatın adıda bununla bağlıdı it. Lega Nazionale Professionisti Serie A TIM. == Format == 2004–05 sezonundan etibarən italyan çempionatda 20 komanda iştirak edir. Futbol mövsümü ərzində (avqustdan maya qədər) hər bir komanda bir biri ilə 2 dəfə qarşılaşırlar. Beləliklə bir klub mövsüm ərzində 38 oyun keçirdir (andata adlanan 1-ci dövrədə 19, və ritorno adlanan 2-ci dövrədə 19 oyun). Görüşlərin ardıcıllığı hər iki dövrədə eynidir. Komandalar qələbəyə görə 3, heç-heçəyə görə isə 1 xal qazanırlar. Məğlubiyyətə görə xal verilmir. Klublarin eyni miqdarda xal topladığı halda, vurulmuş və buraxılmış topların fərqi müqayisə olunur. Əgər eyni miqdarda xalı çempionatda birinci yerdə olan komandalar qazanıblarsa, onda bu qayda etibarsız sayılır. Hər mövsümün sonunda hamıdan çox xal toplamış klub qalib elan edilir.
Gürcüstan–İtaliya münasibətləri
Gürcüstan–İtaliya münasibətləri — Gürcüstan Respublikası və İtaliya arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İki ölkə arasında diplomatik münasibətlər 11 may 1992-ci ildə qurulmuşdur. Hər iki ölkə Avropa Şurasının həqiqi üzvüdür. 1994-cü ildə İtaliyada Gürcüstan səfirliyi və altı il sonra Tiflisdə İtaliya nümayəndəliyini açılır. Ölkələr müdafiə, iqtisadiyyat, nəqliyyat, mədəniyyət, təhsil və s. sahələrdə əməkdaşlığı əhatə edən 18 müqavilə imzalamışlar. 2004-cü ildən bəri, Gürcüstan-İtalyan biznes forumları vaxtaşırı olaraq keçirilir. İqtisadiyyatın perspektivli və prioritet sahələri tikinti, infrastruktur, kənd təsərrüfatı və turizmdir. == Ticarət və iqtisadi əlaqələr == İtaliya ticarət baxımından Gürcüstanın onuncu ticarət tərəfdaşıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 124.41 dəfə / 1 mln.
2002 ••••••••••••• 126.77
2003 ••••••• 65.35
2004 ••••••••••••• 123.63
2005 •••••••••• 95.82
2006 ••••••••••••••• 146.85
2007 •••••••••••• 117.55
2008 •••••••••••• 111.58
2009 •••••••••••• 109.59
2010 ••••••••••••• 118.64
2011 •••••••••••••• 136.92
2012 ••••••••••••• 125.11
2013 •••••••••••• 109.26
2014 •••••••••• 95.93
2015 •••••••••••• 110.41
2016 •••••••••• 94.23
2017 •••••••••••••• 132.51
2018 •••••••••••••••••• 169.15
2019 •••••••••• 98.20
2020 •••••••••••••••••••• 197.06

italiya sözünün rus dilinə tərcüməsi

italiya sözünün fransız dilinə tərcüməsi

"italiya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#italiya nədir? #italiya sözünün mənası #italiya nə deməkdir? #italiya sözünün izahı #italiya sözünün yazılışı #italiya necə yazılır? #italiya sözünün düzgün yazılışı #italiya leksik mənası #italiya sözünün sinonimi #italiya sözünün yaxın mənalı sözlər #italiya sözünün əks mənası #italiya sözünün etimologiyası #italiya sözünün orfoqrafiyası #italiya rusca #italiya inglisça #italiya fransızca #italiya sözünün istifadəsi #sözlük