İtaliyanı sözü azərbaycan dilində

İtaliyanı

Yazılış

  • İtaliyanı • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İtaliyanın Albaniyaya hücumu
İtaliyanın Albaniyaya hücumu — İtaliya ordusunun 7–12 aprel 1939-cu il tarixlərində Albaniya krallığına hücumu və ardınca ilhaqı. Münaqişə İtaliyanın lideri Benito Mussolininin imperialist siyasətinin nəticəsi idi. Albaniya tez bir zamanda işğal olunmuş və onun hökmdarı kral I Zoğu qonşu Yunanıstana qaçmağa məcbur qalmışdır. Albaniya İtaliya tacı ilə şəxsi ittifaqda protektorat kimi İtaliya imperiyasının bir hissəsinə çevrilmişdir. == Zəmin == Albaniya uzun müddət İtaliya krallığı üçün böyük strateji əhəmiyyətə malik olmuşdur. İtaliyanın dəniz strateqləri Vlyora limanına və Vlyora körfəzinin girişindəki Sazan adasına tamah salırdılar, çünki bu iki sahə İtaliyaya Adriatik dənizinin girişinə nəzarət və Balkanlarda hərbi əməliyyatlar üçün əlverişli baza verəcəkdi. Osmanlı hakimiyyətinin son illərində islamın təsiri zəiflədikcə alban milliyətçi hərəkatı Balkanlarda panslavizmdən, eləcə də İngiltərə-Fransa hegemonluğundan narahat olan Avstriya-Macarıstan və İtaliyadan güclü dəstək almışdır. Birinci Dünya müharibəsindən əvvəl İtaliya və Avstriya-Macarıstan müstəqil alban dövlətinin yaradılmasını dəstəkləyirdilər. İtaliya müharibənin əvvəlində Avstriya-Macarıstan tərəfindən tutulmasın deyə Albaniyanın cənub hissəsini işğal etmişdir. Bu işğal müddəti uzun sürməmiş, ardınca baş tutan Vlyora müharibəsi zamanı albanların göstərdiyi müqavimət və müharibədən sonrakı dövrdə yaranan daxili problemlər İtaliyanı 1920-ci ildə Albaniyadan çəkilməyə məcbur etmişdir.
İtaliyanın diplomatik nümayəndəliklərinin siyahısı
İtaliyanın diplomatik nümayəndəliklərinin siyahısı (it. Rappresentanze diplomatiche d'Italia) - İtaliyanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. İtaliya dünya ölkələri arasında ən geniş diplomatik nümayəndəlik ofislərinə sahib olan ölkədir. İtaliya eyni zamanda sərhədləri daxilində səfirlik yerləşən yeganə ölkədir. Vatikanda ölkənin səfirliyi fəaliyyət göstərir.
İtaliyanın inzibati bölgüsü
İtaliyanın inzibati bölgüsünə 20 region (it. Singular regione) daxildir ki, bunlardan 5-i xüsusi muxtar vilayət statusuna malikdirlər.
İtaliyanın kişilərdən ibarət milli basketbol komandası
İtaliyanın kişilərdən ibarət milli basketbol komandası — İtaliyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. İtaliya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Ettore Messinadır.
İtaliyanın mərkəzində zəlzələ (2016)
İtaliyanın mərkəzində zəlzələ (it. Terremoto del Centro Italia del 2016) — 2016-cı ilin 24 avqust tarixində yerli vaxtla 03:36-da İtaliyanın mərkəzi Latsio və Umbriya vilayətlərində yerin 10 km dərinliyində 6.4 bal gücü təsirində baş vermiş zəlzələ. Zəlzələdən sonra 40-dan çox güclü təkan qeydə alınmışdır. Yeraltı təkanların 6.4 maqnituda səviyyəsində olduğu təxmin edilir. Hadisə nəticəsində Akkumoli şəhərində azı 6 nəfər ölüb, Arkuata del Trontoda 2, Amatriçedə 5 nəfər dünyasını dəyişib. Bundan əlavə, Peskara del Tronto şəhərində bir uşaq həyatını itirib. Hadisədən sonra 294 nəfərin həlak olduğu, 150 nəfərin itkin düşdüyü bildirlir. İtaliyanın mərkəzində baş vermiş zəlzələ nəticəsində Abruçço və ətraf bölgələrdə 65 mindən çox insan evsiz qalıb.
İtaliyanın vergi sistemi
== Ümumi məlumat == İtaliya öz iqtisadi inkişafına görə dünyanın sənaye dövlətlərinin "böyük yeddiliyində" təmsil olunur. ÜDM-in həcmi təqribən 2,3 triliyon ABŞ dolları, adambaşına düşən ÜDM göstəricisi 39900 ABŞ dollarıdır. Iqtisadi cəhətdən Avropada dördüncü, dünyada isə 7-ci ən böyük ölkədir. Düünyada ilk 10 ən böyük məhsul ixracatçısından biridir. Burada həyat səviyyəsi hətta ABŞ, Almaniya və s. ölkələrdən də bəzi sahələrdə üstündür. Ən çox şərab ixrac edən, ən böyük turizm regionlarından olan, dünyada 4-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya Avropada 5-ci ən böyük avtomobil istehsalçısıdır. İtaliya 301 336 kvadrat kilometr ərazidə yerləşən iri döv¬lətdir və bu göstəriciyə görə Qərbi Avropada yalnız Fran¬sa, Ispaniya və Almaniyadan geri qalır. İtaliya əha¬lisinin sayı son statistik məlumatlara görə 58 883 958 nəfərdir. Onların 94%-i ital¬yan¬lardır.
İtaliyanın xarici siyasəti
İtaliyanın xarici siyasəti - İtaliyanın xarici siyasətində aşağıdakı istiqamətlər prioritet təşkil edir: Avropa İttifaqı NATO və ABŞ Yaxın Şərq və Aralıq dənizi regionu Balkan regionuBununla yanaşı, İtaliya Respublikası istər beynəlxalq, istərsə də regional təşkilatlar çərçivəsində dövlətlərlə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. İtaliyanın xarici siyasətində prioritet sahələr isə aşağıdakılar hesab olunur: İnsan hüquqları Tərksilah Ətraf-mühit Enerji təhlükəsizliyi Terrorizmə qarşı mübarizə NATO – 1955-ci ildən NATO-nun üzvü olan İtaliya Respublikasının bu təşkilata qoşularkən əsas məqsədi təhlükəsizliyinin təmin olunması idi. İtaliya NATO-nun rəhbərliyi altında həyata keçirilən əməliyyat və missiyalara öz əsgərləri ilə töhfə verən 4-cü NATO ölkəsidir. İtaliya Əfqanıstandakı “Azadlığa dəstək” missiyasına 2000 nəfərdən artıq qoşun göndərmişdir. Bununla yanaşı, İtaliya 2006-cı ilin noyabr ayında İraqdan qoşunlarını çıxarsa da, ölkədə vəziyyətin sabitləşdirilməsi üçün görülən tədbirlərə dəstək verir. İtaliya həmçinin, NATO çərçivəsində Aralıq dənizi regionunda terrorçuluğa qarşı keçirilən hərbi dəniz missiyasında da iştirak edir. İtaliya NATO-nun genişlənməsini dəstəkləyir, lakin bu genişlənmə prosesi zamanı Rusiyanın təhlükəsizlik maraqlarının nəzərə alınmasının tərəfdarıdır. ABŞ – İtaliya ilə ABŞ arasında ümumi liberal dəyərlərə əsaslanan dostluq əlaqələri mövcuddur. Siyasi sahədə ABŞ-la İtaliya arasında bütün səviyyələrdə sıx əlaqələr qurulmuşdur və bu, heç vaxt İtaliyanın Avropa inteqrasiya proseslərində iştirakı ilə ziddiyyət təşkil etməmişdir. ABŞ və İtaliya azadlıq, inkişaf, insan hüquqlarına və ümumi dəyərlərə hörmət prinsiplərinə əsaslanan eyni fundamental dəyərləri və maraqları bölüşür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.28 dəfə / 1 mln.
2003 ••• 0.39
2004 ••• 0.34
2005 ••••••••• 1.35
2006 ••• 0.45
2007 ••••••••••• 1.69
2008 ••••• 0.73
2009 ••••• 0.64
2010 •••• 0.64
2011 ••••••••••••• 2.06
2012 •••••••••••• 1.89
2013 •••••••••••• 1.75
2014 •••••• 0.86
2015 ••• 0.34
2016 ••••• 0.69
2017 •••••••••• 1.46
2018 •••••••• 1.20
2019 ••••••• 0.97
2020 •••••••••••••••••••• 3.18

"italiyanı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#italiyanı nədir? #italiyanı sözünün mənası #italiyanı nə deməkdir? #italiyanı sözünün izahı #italiyanı sözünün yazılışı #italiyanı necə yazılır? #italiyanı sözünün düzgün yazılışı #italiyanı leksik mənası #italiyanı sözünün sinonimi #italiyanı sözünün yaxın mənalı sözlər #italiyanı sözünün əks mənası #italiyanı sözünün etimologiyası #italiyanı sözünün orfoqrafiyası #italiyanı rusca #italiyanı inglisça #italiyanı fransızca #italiyanı sözünün istifadəsi #sözlük