İtaliyada sözü azərbaycan dilində

İtaliyada

Yazılış

  • İtaliyada • 99.9023%
  • italiyada • 0.0651%
  • İTALİYADA • 0.0326%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Türk İtaliyada
Türk İtaliyada (it. Il turco in Italia) — Coakkino Rossininin 2 pərdəli Feliçe Romaninin librettosunda opera. Komediya janrda olan bu operanın ilk premyerası 14 avqust, 1814 cı ildə Milanda, La Skalada oyananılmışdır. Opera Frans Zeydelmanın eyniadlı operasının Katerino Maççoloy tərəfindən yazılmış librettosu əsasında yazılmışdır. Feliçe Romani köhnə librettonun üzərində Rossininin töviyyələri ilə işləyərək yeni bir libretto ortaya qoymuş olur. Personaj Səlimin partiyası xüsusi olaraq opera müğənnisi Filippo Qallinin səsinə müvafiq yazılmışdır. Bu opera həm də bir il qabaq yazılmış olduğu “İtalyan qadın Əlcəzairdə” operası ilə analoq təşkil edir. Hadisə XVIII əsrdə Neapolda vaqe olur. Şair Prosdoçimo opera librettosu üçün süjet axtarır. Musiqiyə yatımlı bir şey tapa bilmir.
İtaliyada futbol
İtaliyada Futbol Futbol (it. calcio [ˈkaltʃo]) İtaliyada ən populyar idman növüdür. İtaliyan dilində futbol Kalço adlanır və çox zaman İtaliya futboluna Kalço kimi xitab edilir. İtaliya milli futbol komandası dünyanın ən yaxşı milli komandalarından biri hesab olunur. Onlar dörd dəfə (1934, 1938, 1982, 2006) FIFA Dünya Kubokunun qalibi olublar, Bu göstəricidə onları yalnız Braziliya (5 kubok ilə) geridə qoyub. İtaliya Milli Futbol komandası dünya çempionatlarında iki dəfə ikinci (1970, 1994), bir dəfə üçüncü (1990) və bir dəfə dördüncü (1978) yeri tutublar. Onlar həmçinin iki Avropa Çempionatının qalibi (1968 və 2020), iki dəfə isə finalçısı oolublar (2000, 2012). İtaliya Milli komandasının Konfederasiyalar Kubokunda ən yaxşı nəticəsi, Kubokun 2013-cu ildəki yarışında üçüncü yeri tutmalarıdır. Milli komanda bir dəfə Olimpiya futbol turnirinin qalibi (1936) və iki dəfə Mərkəzi Avropa Beynəlxalq Kubokunun qalibi olub (1927–30 və 1933–35). İtaliyanın yüksək səviyyəli yerli liqası, A Seriyası, dünyanın ən məşhur peşəkar idman liqalarından biridir və tez-tez ən taktiki milli futbol liqası kimi təsvir olunur.
İtaliyada islam
İtaliyada islam (it. L'Islam in Italia) — İtaliya ərazisində islam dininin yayılmasını göstərir. 1995-ci ildə Romada ölkənin və Avropanın ən böyük məscidinin təntənəli açılışı olmuşdur. Onun inşa edilməsi barədə danışıqlar hələ 1930-cu illərdə aparılmışdır, lakin həmin zaman İtaliyanın rəhbəri olan Mussolini yalnız Məkkədə katolik kilsəsinin tikiləcəyi təqdirdə buna razılıq verəcəyini bildirmişdi. İndi isə məscid "qarşılığı olmadan" inşa edildi.
İtaliyada vergilər
İtaliya öz iqtisadi inkişafına görə dünyanın sənaye dövlətlərinin "böyük yeddiliyində" təmsil olunur. ÜDM-in həcmi təqribən 2,3 triliyon ABŞ dolları, adambaşına düşən ÜDM göstəricisi 39900 ABŞ dollarıdır. Iqtisadi cəhətdən Avropada dördüncü, dünyada isə 7-ci ən böyük ölkədir. Düünyada ilk 10 ən böyük məhsul ixracatçısından biridir. Burada həyat səviyyəsi hətta ABŞ, Almaniya və s. ölkələrdən də bəzi sahələrdə üstündür. Ən çox şərab ixrac edən, ən böyük turizm regionlarından olan, dünyada 4-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya Avropada 5-ci ən böyük avtomobil istehsalçısıdır. İtaliya 301 336 kvadrat kilometr ərazidə yerləşən iri dövlətdir və bu göstəriciyə görə Qərbi Avropada yalnız Fransa, Ispaniya və Almaniyadan geri qalır. İtaliya əhalisinin sayı son statistik məlumatlara görə 58 883 958 nəfərdir. Onların 94%-i italyanlardır.
İtaliyada yunanlar
Yunanların İtaliyadakı varlığı (yun. Έλληνες στην Ιταλία, it. Greci in Italia) — e.ə. VIII əsrdə tacirlərin və müstəmləkə qruplarının köçü ilə başlayır və bu günə qədər də davam edir. Считается, что они являются потомками древней Hazırda İtaliyanın cənubundakı Kalabriya (Reqqio Kalabriya əyaləti) və Apuliya bölgələrində, xüsusilə Salentina yarımadasında, qədim Böyük Yunanıstan bölgəsinin sərhədləri daxilində yaşayan, yunan dili dialektində danışan Qriko xalqı kimi tanınan etnik azlıq vardır. Onların İtaliyanın cənubunda əsrlər boyu yaşamış qədim və orta əsr yunan icmasının nəslindən olduqları güman edilir. X əsrə qədər Bizans əyaləti olan və XVII əsrə qədər Moreya və Kritdə ərazisi olan İtaliya və Maltanın Yunan Pravoslav Arxeparxiyasının indiki mərkəzi olan Venesiyada yunan icması çoxdan mövcuddur. Bu qrupla yanaşı, Yunanıstandan gələn daha az sayda yeni miqrantlar da İtaliyada yaşayır və ölkədə mühacir icması təşkil edir. Bu gün Cənubi İtaliyadakı bir çox yunan assimilyasiyaya olunarkən İtalyan adət və mədəniyyətinə də riayət edir. E.ə.
Yeni il İtaliyada
İtaliyada ölüm cəzası
İtaliyada ölüm cəzasının tətbiqi 1889-cu ildən etibarən qadağan edilmişdir. İtaliyadakı faşizmin hökmranlığını və demokratiyanın erkən bərpasını əhatə edən 1926-1947-ci illər isə istisnalıq təşkil edir. 1860-cı ildə İtaliya birləşməzdən əvvəl, demək olar ki, bütün birlik dövlətlərində ölüm cəzası tətbiq edilmişdir. Toskanada isə hələ 1786-cı ildə bu cəza ləğv edilmişdir. Hazırkı konstitusiyanın qəbul edilməsi nəticəsində 1948-ci il yanvarın 1-dən etibarən istifadə edilməmişdir. İtaliyada birlik dövlətlərindən ölüm cəzasını ilk ləğv edən 30 noyabr 1786-cı ildə, sonralar Müqəddəs Roma İmperiyasının imperatoru olmuş Pietro Leopoldonun hakimiyyəti dövründə, Böyük Toskana hersoqluğu olmuşdur. Beləliklə də, Toskana dünyanın ilk ən müasir Avropa dövləti idi ki, işgəncə və ölüm cəzasından imtina etmişdir. Buna baxmayaraq, digər bütün birlik dövlətlərində ölüm cəzasına qanunla icazə verilirdi; ona görə də 1860-cı ildə İtaliya Krallığı elan ediləndə Toskanadan başqa bütün İtaliyada qanuni olan ölüm cəzası ilə bağlı qanunvericilik bölündü. Bundan sonra nazir Zanardellinin təklifi ilə Parlamentin hər iki palatasının, demək olar ki, yekdilliklə təsdiq etməsi ilə ölüm cəzası 1889-cu ildə Cəza Məcəlləsində qəti şəkildə ləğv edildi. Halbuki Kral I Umbertonun ümumi əfv verməsi ilə (18 yanvar 1878-ci il kralın əfv sərəncamı) 1877-ci ildən etibarən İtaliyada ölüm cəzası həyata keçirilmirdi.
İtaliyada Yeni il
Yeni il İtaliyada (it. Capodanno) — İtaliyada təntənə ilə qeyd olunan bayram. İtaliyada Yeni il axşamı köhnə ev əşyalarının pəncərədən küçəyə atılması ənənəsi hələ də qalmaqdadır. Küçədən keçənlər üçün heç də təhlükəsiz olmayan bu adətə əməl edən italyanlar hesab edir ki, nə qədər çox mebel atsanız, Yeni il öz gəlişi ilə evinizə bir o qədər sərvət gətirə bilər. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır. İtaliyalı uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti də var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə illə vidalaşırlar.
İtaliyada COVID-19 pandemiyası
İtaliya, Avropada Çinə və oradan birbaşa uçuşları dayandıran ilk ölkə idi. Yanvar ayında Romada qeydə alınan ilk iki hadisədən sonra İtaliya termal skanerlərdən istifadə edərək digər ölkələrdən gələn sərnişinlərin temperaturunu yoxlamağa başladı. 31 yanvar 2020-ci ildə Romaya gələn iki çinli turistdə SARS-CoV-2 təsdiqləndi. Fevralın 21-də Lombardiyada COVID-19-a yoluxma ilə bağlı 16 hadisə təsdiqləndi. Fevralın 22-də ölkənin şimal bölgələrində, o cümlədən bir neçə ölümcül hadisə və daha 60 hadisə qeydə alınıb. İtaliyanın şimalındakı on bir bələdiyyə, infeksiya mərkəzi olaraq təyin olundu və karantinə alındı. Buna baxmayaraq, artıq fevral ayının sonunda İtaliya infeksiyaların sayına görə dünyada ikinci yerə çıxdı (Çin birinci yerdədir). Fevralın 29-da İtaliyada koronavirusla bağlı 18,500-dən çox sınaq keçirildi. Fevralın 29-da 29 ölüm, 1.128 yoluxma və 50 sağalmış xəstə qeyd edildi. 9 mart 2020-ci ildə İtaliya karantin statusunu uzatdı və infeksiyanın yayılmasının qarşısını almaq üçün daha kəskin tədbirlər gördü.
İtaliyada koronavirus pandemiyası 2020
İtaliya, Avropada Çinə və oradan birbaşa uçuşları dayandıran ilk ölkə idi. Yanvar ayında Romada qeydə alınan ilk iki hadisədən sonra İtaliya termal skanerlərdən istifadə edərək digər ölkələrdən gələn sərnişinlərin temperaturunu yoxlamağa başladı. 31 yanvar 2020-ci ildə Romaya gələn iki çinli turistdə SARS-CoV-2 təsdiqləndi. Fevralın 21-də Lombardiyada COVID-19-a yoluxma ilə bağlı 16 hadisə təsdiqləndi. Fevralın 22-də ölkənin şimal bölgələrində, o cümlədən bir neçə ölümcül hadisə və daha 60 hadisə qeydə alınıb. İtaliyanın şimalındakı on bir bələdiyyə, infeksiya mərkəzi olaraq təyin olundu və karantinə alındı. Buna baxmayaraq, artıq fevral ayının sonunda İtaliya infeksiyaların sayına görə dünyada ikinci yerə çıxdı (Çin birinci yerdədir). Fevralın 29-da İtaliyada koronavirusla bağlı 18,500-dən çox sınaq keçirildi. Fevralın 29-da 29 ölüm, 1.128 yoluxma və 50 sağalmış xəstə qeyd edildi. 9 mart 2020-ci ildə İtaliya karantin statusunu uzatdı və infeksiyanın yayılmasının qarşısını almaq üçün daha kəskin tədbirlər gördü.
İtaliyada futbol rekordları və statistikası
Bu səhifədə İtaliyada olan futbol rekordları barədə məlumatlar və statistik məlumatlar var 36, Yuventus 9, Yuventus (2011–12 mövsümündən 2019–20 mövsümünə qədər) 5, Yuventus (1930–31 mövsümündən 1934–35 mövsümünə qədər) 5, Torino (1942–43 mövsümü və 1945–46 mövsümündən 1948–49 mövsümünə qədər) 5, İnter (2005–06 mövsümündən 2009–10 mövsümünə qədər) 90, İnter 63, Breşiya 17, İnter, 2006–07 15, Yuventus, 2015–16 13, Napoli, 2016-17-2017-18 13, Yuventus, 2013-14-2014-15 12, Yuventus, 2013–14 və 2017–18 11, Roma, 2005–06 və 2012-13-2013-14 11, Latsio, 2019–20 11, İnter, 2020–21 10, Yuventus, 1931–32 və 2015–16 10, Milan, 1950–51 10, Bolonya, 1963–64 10, Napoli, 2017–18 33, Yuventus, 2015–16 – 2016–17 12, Roma, 2016-17-2017-18 33, Yuventus, 2013–14 (38 matç) 30, İnter, 2006–07 (38 matç) 30, Yuventus, 2017–18 (38 matç) 29, Yuventus, 2015–16, 2016–17 (38 matç) 29, Torino, 1947–48 (40 matç) 28, Milan, 2005–06 (38 matç) 28, Roma, 2016–17 (38 matç) 28, Napoli, 2017–18 (38 matç) 28, Yuventus, 2018–19 (38 matç) 28, İnter, 2020–21 (38 matç) 27, İnter, 1950–51 (38 matç) 19, Yuventus, 2013–14 (19 matç) 16, Milan, 2020–21 (19 matç) 1654, Yuventus 1520, İnter 1439, Milan 1262, Roma 1109, Fiorentina 5,139, İnter 4,877, Milan 4,401, Roma 3,914, Fiorentina 58, Milan, 1990–91 – 1992–93 (26 may 1991, 0–0 Parma ; 21 mart 1993, Parma 0–1) Corcio Kyellini: 9 (2012–2020, hamısı Yuventus ilə) Canluici Buffon: 42 yaş (2019–20) Updated as of 14 November 2022 Qalın hərflərlə yazılmış oyunçular hələ də A Seriyasında aktivdirlər. 22 may 2022-ci il tarixinə yenilənib. Son matçını oynayanda ən azı 40 yaşı olan oyunçular. Marko Ballotta 44 il, 38 gün (son oyun: 11 may 2008, Latsio) Canluici Buffon 43 il, 83 gün (son oyun: 12 may 2021, Yuventus) Françesko Antonioli 42 il, 235 gün (son oyun: 6 may 2012, Çezena) Alberto Fontana 41 il, 297 gün (son oyun: 15 November 2008, Palermo) Roberto Kolombo 41 il, 234 gün (son oyun: 15 April 2017, Kalyari) Dino Zoff 41 il, 76 gün (son oyun: 15 may 1983, Yuventus) Alessandro Kostakurta 41 il, 25 gün (son oyun: 19 may 2007, Milan) Pietro Vierchowod 41 il, 10 gün (son oyun: 16 April 2000, Pyaçentsa) Paolo Maldini 40 il, 339 gün (lson oyun: 31 may 2009, Milan) Xavyer Zanetti 40 il, 281 gün (son oyun: 18 may 2014, İnter) Françesko Totti 40 il, 243 gün (son oyun: 28 may 2017, Roma) Daniele Balli 40 il, 231 gün (son oyun: 4 may 2008, Empoli) Zlatan İbrahimoviç 40 il, 231 gün (son oyun: 22 may 2022, Milan) Albano Bizzarri 40 il, 192 gün (son oyun: 20 may 2018, Udineze) Silvio Piola 40 il, 159 gün (son oyun: 7 mart 1954, Novara) Enriko Albertosi 40 il, 100 gün (son oyun: 10 February 1980, Milan) Nikola Pavarini 40 il, 83 gün (son oyun: 18 may 2014, Parma) Canluka Palyuka 40 il, 92 gün (son oyun: 18 February 2007, Askoli) Serjio Pellissier 40 il, 43 gün (son oyun: 25 may 2019, Kyevo) Luka Bukki 40 il, 37 gün (son oyun: 19 April 2009, Napoli) Stefano Sorrentino 40 il, 17 gün (son oyun: 14 April 2019, Kyevo) 22 may 2022-ci il tarixinə yenilənib. Wisdom Amey; (Bologna), 15 il, 274 gün (12 may 2021) Amedeo Amadei; (Roma), 15 il, 280 gün (2 may 1937) Pietro Pellegri; (Genoa), 15 il, 280 gün (22 December 2016) Gianni Rivera; (Alessandria), 15 il, 288 gün (2 June 1959) Aristide Rossi; (Cremonese), 15 il, 294 gün (29 June 1930) Giuseppe Campione; (Bologna), 15 il, 298 gün (25 June 1989) Andrea Pirlo; (Brescia) 16 il, 2 gün (21 may 1995) Stephan El Shaarawy; (Genoa) 16 il, 55 gün (21 December 2008) Lorenzo Tassi; (Brescia) 16 il, 99 gün (22 may 2011) Stefano Okaka; (Roma) 16 il, 131 gün (18 December 2005) Paolo Pupita; (Cesena) 16 il, 134 gün (28 January 1990) Nicola Ventola; (Bari) 16 il, 166 gün (6 November 1994) Francesco Totti; (Roma) 16 il, 182 gün (28 March 1993) Giuseppe Sacchi; (Milan) 16 il, 231 gün (25 October 1942) Gianluigi Donnarumma; (Milan) 16 il, 242 gün (25 October 2015) 22 may 2022-ci il tarixinə yenilənib.
İtaliyada ilin ən yaxşı müdafiəçisi
Seria A İlin ən yaxşı müdafiəçisi (İtalyanca: Migliore difensore) mükafatı "İtaliya Futbol Assossasiyası" tərəfindən A Seriyasında çıxış etmiş ən yaxşı müdafiyəçiyə təqdim edilirdi. Belə ki, hər il baş tutan Oskar del Kalço mükafatlandırma gecəsində 2000-2010-cu illər aralığında bu müfakatda sahibinə təqdim edilirdi. 2011-ci ildən başlayaraq isə ən yaxşı müdafiyəçinin adı "Seriya A-da ilin ən yaxşı komandası"nın bir hissəsi kimi təqdim edilməyə başladı.
İtaliyada 1848–1849-cu illər inqilabı
1848–1849-cu illər İtaliya inqilabı — Avstriya imperiyasına qarşı çevrilmiş burju-demokratik inqilab, 1848-ci il üsyanlarından biri. XIX əsrin birinci yarısında İtaliya hələ də parçalanmış halda idi. İtaliya torpaqlarının bir hissəsi Avstriya imperiyasının, bir hissəsi isə Burbonların hakimiyyəti altında idi. Papa XVI Qriqorinin ölümündən sonra yeni papa olmağa əsas 2 namizəd var idi. Bunlardan biri italiyalı digəri isə avstriyalı idi. Sonda Romadakı Fransa səfiri olan Rossinin fəal diplomatik səyləri nəticəsində , gözlənilənin əksinə olaraq İtaliyalı nümayəndə qalib gəldi. Əsl adı (Covanni Mariya Mastai-Ferretti olan Kardinal IX Piy (Papa Pius) adı ilə Roma Papası oldu. Bu İtalyanlarda böyük sevincə səbəb oldu. IX Piy hakimiyyətə gələn kimi islahatlara başladı. İsveçrə qvardiyası buraxıldı, siyası məhbuslara amnitsiya verildi, 1847-ci ilin martında senzura yumşaldıldı, liberal fikirləriylə fərqlənən kardinal Kutsini dövlət katibi təyin etdi, Romanın idarə olunması üçün senat yaradıldı, ilk dəfə dövlət şurası və nazirlər şurası yaradıldı.

"italiyada" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#italiyada nədir? #italiyada sözünün mənası #italiyada nə deməkdir? #italiyada sözünün izahı #italiyada sözünün yazılışı #italiyada necə yazılır? #italiyada sözünün düzgün yazılışı #italiyada leksik mənası #italiyada sözünün sinonimi #italiyada sözünün yaxın mənalı sözlər #italiyada sözünün əks mənası #italiyada sözünün etimologiyası #italiyada sözünün orfoqrafiyası #italiyada rusca #italiyada inglisça #italiyada fransızca #italiyada sözünün istifadəsi #sözlük