* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Tabe olma, boyun əymə, sözə qulaq asma, göstərişə əməl etmə; tabelik. Ata-anaya itaət. Böyüyə itaət. – [Qaplan:] Əmrinə itaət bir vəzifədir; Verdiyin hər fərman bizə töhfədir. A.Şaiq. Çay üstündə qazı həmçinin vəz edib böyüyün kiçiyə məhəbbəti, kiçiyin böyüyə itaəti barəsində uzun bir söhbət elədi. Ə.Haqverdiyev. Bu səsdə itaət tələb edən bir güc var idi. H.Seyidbəyli. □ İtaət etmək (eləmək, qılmaq) – tabe olmaq, əməl etmək, sözə qulaq asmaq. Zeynəb oğlundan … razıdır. Ondan ötəri ki, Vəliqulu o itaəti ki anasına eləyir, bəlkə atasına eləməzdi. C.Məmmədquluzadə. [Soltan bəy:] Qızım, inad olma, atan nə deyir sən də ona itaət elə. Ü.Hacıbəyov. [Şeyx Sənan:] Get, babandır, Xumar, itaət qıl; Hər nə əmr etsə, dinlə, hörmət qıl! H.Cavid. İtaətdə durmamaq – tabe olmamaq, sözə qulaq asmamaq, özbaşına hərəkət etmək. İtaətdə olmaq – birinin tabeliyində, əmrində, hakimiyyəti altında olmaq. İtaətdən çıxmaq – itaətsizlik etmək, tabe olmamaq; sözə, əmrə, göstərişə əməl etməmək, qulaq asmamaq, başlı-başına hərəkət etmək. [Hacı Murad:] …Qız mənim itaətimdən çıxa bilməz. S.S.Axundov. İtaətdən çıxan əsgər; Alar ölüm cəzasını. R.Rza. 2. İtaətlə şəklində zərf – müti bir surətdə, itaət edərək; müticəsinə, ehtiramla. Girdman adı gələndə, hamı hörmətlə və itaətlə baş əydi. M.Hüseyn. Soltanı qarabaşlar itaətlə dinlədi. M.Rahim.
Azərbaycan dilinin izahlı lüğəti / itaət2 ə. tabe olma; mütilik.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / itaət2 сущ. послушание, повиновение, подчинение. İtaət tələb etmək kimdən требовать повиновения, itaət etmək повиноваться, подчиняться; itaətində durmaq kimin повиноваться кому, быть в подчинении у кого; itaətində durmamaq не повиноваться, не подчиняться, itaətdən çıxmaq выйти из повиновения, из подчинения
Azərbaycanca-rusca lüğət / itaət1 i. obedience; ~ etmək to obey (d.); qanuna ~ etmək to obey the law; bir kəsə ~ etmək to obey smb.; Qulaq asın və itaət edin! Listen and obey!
Azərbaycanca-ingiliscə lüğət / itaət1 is. obéissance f, soumission f ; ~ etmək obéir vi ; soumettre (se)
Azərbaycanca-fransızca lüğət / itaət1 [ər.] сущ. 1. итӀаат; табий хьунухь, чӀалаз килигун, гафуниз яб гун (амал авун); муьтӀуьгъвал, табийвал; itaət etmək (eləmək, qılmaq) итӀаат авун, табий хьун, муьтӀуьгъ хьун, чӀалаз килигун, гафуниз яб гун (амал авун); itaətdə durmamaq итӀаат тавун, табий тахьун, чӀалаз килиг тавун, гафуниз яб тагун (амал тавун), вичиз кӀанивал авун; itaətdə olmaq итӀаатдик хьун, садан табийвилик, буйругъдик, гъилик хьун; itaətdən çıxmaq итӀаат тавун, итӀаатсузвал авун, табий тахьун, муьтӀуьгъ тахьун; чӀалаз килиг тавун, гафуниз (буйругъдиз) амал тавун (яб тагун), вичиз кӀанивал гьерекат авун; 2. itaətlə нареч. итӀаатдалди, итӀаат авуна, муьтӀуьгъ яз; муьтӀуьгъвилелди, гьуьрметдивди.
Azərbaycanca-ləzgicə lüğəti / itaət