illət sözü azərbaycan dilində

illət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • illət • 89.4737%
  • İllət • 5.2632%
  • İLLƏT • 5.2632%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

illət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Xəstəlik, azar. Mən zaminəm ki, olmaya bir illət ilə fövt; Hər xəstəyə dava edələr gər şərab ilə. S.Ə.Şirvani. Bu illətin Allaha qalıb bircə davası. Ə.Nəzmi. [Qurban:] Məsələ küləkdə deyil, professor, görünür, o qəndil ağaclarının özündə bir illət var. Ə.Məmmədxanlı. // Cismani nöqsan, qüsur. [Şeyx Mərvan:] İştə çirkinlik öylə bir illət; Ki, dəmadəm qazandırır nifrət. H.Cavid. 2. Bir şeyə səbəb olan hal, əsil səbəb. Ucuzdur, var illəti; Bahadır, var hikməti. (Ata. sözü). Millətimizin ehtiyacı, qüsur və nöqsanımızın illəti, dalda qalmağımızın səbəbi nədə isə, gərəkdir dürüst təhqiq və tədqiq oluna. F.Köçərli. Lakin ondan da övladı olmadı, buna Xədicə artıq şad idi, çünki illəti ərində görürdü. S.S.Axundov. 3. Məqsəd, arzu, niyyət. Aşıq, nədir illətin? Ürəkdə var niyyətin; Məni heyran qoyubdur; Şirin sözün, söhbətin. (Bayatı). Dedik, qoy yaşasın, nə minnəti var? Bəlkə çil toyuğun bir illəti var! S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / illət
  • 2 ə. 1) xəstəlik, naxoşluq; 2) qüsur, əskiklik, nöqsan, əyər-əskik; 3) dəlil, əsas, sübut; 4) səbəb; 5) məqsəd, qayə.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / illət

illət sözünün etimologiyası

illət sözünün sinonimləri (yaxın mənalı sözlər)

illət sözünün rus dilinə tərcüməsi

  • 1 1. болезнь, недуг; 2. дефект, недостаток; 3. причина;

    Azərbaycanca-rusca lüğət / illət
  • 2 сущ. устар. 1. хворь, болезнь 2. порок (физический недостаток) 3. причина (обстоятельство, явление, обусловливающее другое явление) 4. желание, мечта

    Azərbaycanca-rusca lüğət / illət

illət sözünün inglis dilinə tərcüməsi

illət sözünün fransız dilinə tərcüməsi

illət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. иллет (1. азар, хестевал, хенеквал; бедендин нукьсан, кимивал; 2. са затӀуниз себеб жедай гьал, асул себеб; 3. макьсад, мурад, ният).

    Azərbaycanca-ləzgicə lüğəti / illət

illət sözünün türk dilinə tərcüməsi

illət sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Quba) xəstəlik adı II (Salyan) məqsəd, fikir. – Sə:n nəsə başqa illətin var, özün dimirsən

Azərbaycan dilinin dialektoloji lüğəti.

"illət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#illət nədir? #illət sözünün mənası #illət nə deməkdir? #illət sözünün izahı #illət sözünün yazılışı #illət necə yazılır? #illət sözünün düzgün yazılışı #illət leksik mənası #illət sözünün sinonimi #illət sözünün yaxın mənalı sözlər #illət sözünün əks mənası #illət sözünün etimologiyası #illət sözünün orfoqrafiyası #illət rusca #illət inglisça #illət fransızca #illət sözünün istifadəsi #sözlük