zillət sözü azərbaycan dilində

zillət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zillət • 90.5405%
  • Zillət • 5.4054%
  • ZİLLƏT • 4.0541%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.14 dəfə / 1 mln.
2003 •••••••••• 0.79
2006 •••••••••••••••••••• 1.58
2009 ••• 0.16
2010 ••• 0.18
2012 ••• 0.17
2017 ••• 0.16
2019 •• 0.14

zillət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Çətinlik, ağır şərait, pis vəziyyət, ağır maddi ehtiyac, yoxsulluq, məşəqqət, üsrət. [Mehribanın atası:] [Mehribanın] zillətdə qalmasına heç bir halda razı olmaram. S.Hüseyn. [İkinci oğlu:] Nə zillətdir, nə möhnətdir; Buna bais, bəli, sənsən! Ü.Hacıbəyov. Bilməyəcəksiniz nə dərd, nə zillət; Aşıb-daşacaqdır sizinçin dövlət. S.Vurğun. // Həqirlik, xarlıq, alçalma. [Məsmə:] Düşdüyüm mühit məni zillət və səfalət içində sürünməyə məhkum etmişdi. S.Hüseyn. □ Zillət çəkmək – əziyyət içində yaşamaq, ağır vəziyyətdə olmaq, ehtiyac içində yaşamaq. Fərhadü Məcnundən sən eylə ibrət; Müddət bari-qəmdə çəkdilər zillət. Aşıq İskəndər bəy. [Bəbir bəy:] Zillət çəkməsən, sabah qucağına alıb öpəndə heç ləzzət də verməz. Mir Cəlal. Zillətə salmaq – 1) ağır vəziyyətə salmaq, ehtiyac içində yaşatmaq. Hicran dərdi məni salıb zillətə; Səni görsəm dərdim azalı, Güllü. Aşıq Ələsgər; 2) həqir etmək, xar etmək, alçaltmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / zillət

zillət sözünün sinonimləri (yaxın mənalı sözlər)

zillət sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ZİLLƏT – XOŞBƏXTLİK Nə zillətdir, nə möhnətdir; Buna bais, bəli, sənsən (Ü.Hacıbəyov); Təbiət qoysa yaşarsan, görərsən ki, xoşbəxtlik nə imiş (Mir Cəlal). ZİLLƏT – SƏADƏT Bu səadət deyil də, zillətdir (H.Cavid).

    Azərbaycan dilinin antonimlər lüğəti / zillət

zillət sözünün rus dilinə tərcüməsi

  • 1 крайняя нужда, нищета, угнетенность

    Azərbaycanca-rusca lüğət / zillət
  • 2 сущ. 1. мытарства, мучения, страдания. Zillət içində в мучениях, zillətdən qurtarmaq избавиться от мучений, zillətə salmaq kimi подвергать страданиям кого, zillətə dözmək переносить страдания, zillətə düçar olmaq испытывать мучения, zillət vermək kimə доставлять страдания кому 2. трудности, тяготы, мытарства 3. гнёт, бремя. Zillət altında под гнётом, zillətdən qurtulmaq сбросить гнёт, zillət içində qalmaq нести бремя 4. унижение, унизительное положение. Zillətə salmaq kimi поставить в унизительное положение кого

    Azərbaycanca-rusca lüğət / zillət

zillət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (əzab, əziyyət) suffering; (möhnət) misery, adversity, distress; 2. (maddi ehtiyac) hardship, poverty, privation; ~ çəkmək: (maddi ehtiyac içində yaşamaq) to suffer privation, to be* hard-up, to live in (extreme) poverty, to have* a hard time, to suffer hardship; (əzab, əziyyət çəkmək) to suffer torments; to be* oppressed; ~ə salmaq to cause suffering (to)

    Azərbaycanca-ingiliscə lüğət / zillət

zillət sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) souffrance f ; misère f, adversité f, détresse f ; 2) pauvreté f, indigence f ; ~ çəkmək (maddi ehtiyac içində yaşamaq) vivre dans la pauvreté (la pénurie), souffrir de la pauvreté ; souffrir vi, souffrir des tourements ; ~ ə salmaq causer des souffrances ; causer des soucis

    Azərbaycanca-fransızca lüğət / zillət

zillət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. зиллет, четинвал, залан шараит, пис везият (гьал), юхсулвал, игьтияж, мишекъат; // русвагьвал, усалвал, алчахвал, беябурчивал; zillət çəkmək зиллет чӀугун, азиятдик (игьтияждик) яшамиш хьун, четин (пис) везиятда (гьалда) хьун; zillətə salmaq зиллетдик кутун а) четин везиятда (гьалда) ттун, кӀеве ттун, азиятдик (игьтияждик) кутун; б) русвагь авун, алчахарун.

    Azərbaycanca-ləzgicə lüğəti / zillət

zillət sözünün türk dilinə tərcüməsi

zillət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. bax züll.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"zillət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zillət nədir? #zillət sözünün mənası #zillət nə deməkdir? #zillət sözünün izahı #zillət sözünün yazılışı #zillət necə yazılır? #zillət sözünün düzgün yazılışı #zillət leksik mənası #zillət sözünün sinonimi #zillət sözünün yaxın mənalı sözlər #zillət sözünün əks mənası #zillət sözünün etimologiyası #zillət sözünün orfoqrafiyası #zillət rusca #zillət inglisça #zillət fransızca #zillət sözünün istifadəsi #sözlük