işlər sözü azərbaycan dilində

işlər

Yazılış

  • işlər • 63.8042%
  • İşlər • 36.1858%
  • İŞLƏR • 0.0077%
  • iŞlər • 0.0011%
  • İŞlər • 0.0011%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Müvəqqəti işlər vəkili
Müvəqqəti işlər vəkili (Fransızca: chargé d'affaires) əsasən müxtəlif səbəblərdən səfir göndərilməyən və ya göndərilə bilməyən ölkələrlə diplomatik əlaqələri idarə etmək üçün vəzifələndirilən və ya missiya liderinin yoxluğunda ona vəkalət eden diplomatdır. Müvəqqəti işlər vəkilinin statusu 1961-ci ildə Vyanada imzalanan Diplomatik Əlaqələr üzrə Vyana Konvensiyasında müəyyən edilib.
Kanada Xarici İşlər Nazirliyi
Kanada Xarici İşlər Nazirliyi (fr. Affaires mondiales Canada) — xarici siyasətindən, həmçinin idxal-ixrac və beynəlxalq ticarət siyasətindən cavabdehdir. 1909-cu il 1 iyunda nazirlik Xarici İşlər Nazirliyi olaraq yaradıldı, sonra Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi adını aldı. Həmin dövrdə Kanadanın xarici siyasəti Böyük Britaniya tərəfindən idarə olunurdu. Nazirliyin adı Kanadanın xarici siyasətinə nəzarət etməsindən 60 il sonra yalnız 1993-cü ildə Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi olaraq dəyişdirildi.
Kolumbiya Xarici İşlər Nazirliyi
Kolumbiya Xarici İşlər Nazirliyi (isp. Ministerio de Relaciones Exteriores) — Kolumbiyanın beynəlxalq əlaqələrindən məsul olan, Kolumbiya icra hakimiyyəti orqanıdır. Xarici diplomatik nümayəndəliklər vasitəsilə xaricdə dövlətini təmsil etdiyi məsələlər ilə bağlı xarici siyasətin formalaşdırılmasına nəzarət edir.
Kosovo Xarici İşlər Nazirliyi
Kosovo Xarici İşlər Nazirliyi — dövlətin xarici əlaqələrindən məsul, qismən tanınmış Kosovo Respublikasının dövlət icra hakimiyyəti orqanı.
Latviya Xarici İşlər Nazirliyi
Liberiya Xarici İşlər Nazirliyi
Liberiya Xarici İşlər Nazirliyi — digər ölkələrlə əlaqələri idarə etməkdən məsuldur. Xarici İşlər Nazirliyinin binası Monroviya şəhərində yerləşir.. Liberiyanın Xarici İşlər Nazirliyi ölkə 1847-ci ildə müstəqil elan edildikdən sonra, 1848-ci ildə hökumətin kabinet səviyyəsində bir şöbəsi yaradılıb. Əvvəlcə "Dövlət Departamenti" adlanan nazirlik 1972-ci ilə qədər onun adını daşıdı. 1848-1981-ci illərdə hər bir xarici işlər naziri (əvvəlki "dövlət katibi") nazirliyi Liberiyanın ən sıx əhalisi olan Montserrado əyalətinə köçürdü.
Litva Xarici İşlər Nazirliyi
Litva Xarici İşlər Nazirliyi (lit. Lietuvos Respublikos užsienio reikalų ministerija) — Litva Respublikasının xarici dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərdə həyata keçirən hökumət orqanı. == Nazirlər == Xarici İşlər Naziri - Litvanın xarici siyasətinin formalaşmasında iştirak edən və Litvanın və vətəndaşlarının maraqlarını təmsil edən, hüquqlarını müdafiə edən Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsindədir. === Litva Xarici İşlər Nazirlərinin siyahısı (1918-1940) === 1918-ci il 4 noyabr Litva Xarici İşlər Nazirliyi müstəqilliyini bərpa etdikdən qısa müddət sonra açıldı.
Makedoniya Xarici İşlər Nazirliyi
Makedoniya Xarici İşlər Nazirliyi — dövlətin xarici dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri sahəsində dövlət idarəçiliyini həyata keçirən orqan. Nazirlik, 1991-ci ildə Şimali Makedoniyanın müstəqilliyindən sonra yaradılmışdır. Nazirliyin adı və funksiyası dövlətin yaranmasından sonra dəyişilmədi.
Malayziya Xarici İşlər Nazirliyi
Malayziya Xarici İşlər Nazirliyi (malay Kementerian Luar Negeri) — xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əlaqələrin idarə edilməsindən məsul. Malayziyanın xarici siyasətini inkişafından, planlaşdırılmasından və tətbiq edilməsindən məsuliyyət daşıyır. Nazirlik binası Putracaya şəhərində yerləşir. == Tarixi == Malayziya İşlər Nazirliyi 1956-cı ildə Malayziyanın müstəqilliyindən əvvəl yaranmışdır.
Malaziya Xarici İşlər Nazirliyi
Malayziya Xarici İşlər Nazirliyi (malay Kementerian Luar Negeri) — xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əlaqələrin idarə edilməsindən məsul. Malayziyanın xarici siyasətini inkişafından, planlaşdırılmasından və tətbiq edilməsindən məsuliyyət daşıyır. Nazirlik binası Putracaya şəhərində yerləşir. == Tarixi == Malayziya İşlər Nazirliyi 1956-cı ildə Malayziyanın müstəqilliyindən əvvəl yaranmışdır.
Malta Xarici İşlər Nazirliyi
Malta Xarici İşlər Nazirliyi (malta Ministru tal-Affarjiet Barranin ta' Malta) — Maltanın xarici siyasətini, vətəndaşlarının maraqlarını təmsil edən orqan. Nazirlik 1967-ci ildə Malta müstəqillik əldə etdikdən sonra yaradılmışdır. == Malta Xarici İşlər Nazirləri == Corc Borq Oliver (21 sentyabr 1964 — 21 iyun 1971); Dominik Mintoff (21 iyun 1971 — 20 dekabr 1981); Aleks Skebberas Triqona (20 dekabr 1981 — 12 may 1987); Çensu Tabone (12 may 1987 — 16 mart 1989); Edvard Fenek Adami (16 mart 1989 — 5 may 1990); Qvido de Marko (5 may 1990 — 29 oktyabr 1996); Corc Vella (29 oktyabr 1996 — 6 sentyabr 1998); Qvido de Marko (8 sentyabr 1998 — 24 mart 1999); Co Borq (24 mart 1999 — 23 mart 2004); Con Dalli (23 mart — 3 iyul 2004); Maykl Frendo (3 iyul 2004 — 12 mart 2008); Tonio Borq (12 mart 2008 — 28 noyabr 2012); Fensis Zammit Dimek (28 noyabr 2012 — 13 mart 2013); Corc Uliyam Vella (13 mart 2013 — 9 iyun 2017); Karmelo Abelo (9 iyun 2017 — davam edir).
Moldova Xarici İşlər Nazirliyi
Moldova Xarici İşlər Nazirliyi (mold. Ministerul Afacerilor Externe și Integrării Europene al Republicii Moldova) — Moldova hökumətinin doqquz nazirliyindən biri. Dövlətin xarici siyasətindən cavabdehdir. == Tarixi == 1944-cü il fevralın 1-də Moldova Sovet Sosialist Respublikasının Xarici İşlər Xalq Komissarlığı olaraq qurulmuşdur. 1946-cı il martın 27-də Moldova Sovet Sosialist Respublikasının Xarici İşlər Nazirliyi yaradılır. Moldova Konstitusiyasına görə, hökumət quruluşu qəbul edilmiş qanunla müəyyənləşdirilir. Xarici İşlər Nazirliyinin mövqeyi, Moldova hökumətində ən yüksək vəzifələrdən biri hesab edilir.
Monqolustan Xarici İşlər Nazirliyi
Monqolustan Xarici İşlər Nazirliyi (monq. Монгол улсын Гадаад харилцааны яам) — Monqolustanın mərkəzi icra hakimiyyəti orqanı, Moqolustanın xarici dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri sahəsində dövlət idarəetməsini həyata keçirir. 2011-ci ildə - müasir tarixdə Monqolustan Xarici İşlər Nazirliyi 100 illiyini qeyd etdi. 1961-ci ildə Monqolustan BMT, ÜTT, BVF və ATƏT kimi təşkilatların üzvü olmuşdur. 1962-ci ildə YUNESKO-nun üzvülüyünə daxil olur. Monqolustan dünyanın 181 ölkəsi və Avropa İttifaqı ilə siyasi əlaqələri var . 1921-ci ilin noyabrında Rusiya ilə, 1949-cu ildə isə Çin Xalq Respublikası ilə diplomatik münasibətlər quruldu. Monqolustanın xaricdə 35 diplomatik nümayəndəliyi var.
Monteneqro Xarici İşlər Nazirliyi
Monteneqro Xarici İşlər Nazirliyi (Ministarstvo inostranih poslova Crne Gore) — digər ölkələrlə xarici əlaqələrdən məsuldur.
Myanma Xarici İşlər Nazirliyi
Myanma Xarici İşlər Nazirliyi (birm. နိုင်ငံခြားရေးဝန်ကြီးဌာန) — ölkənin beynəlxalq əlaqələrini nəzarət edir. Nazirliyin 44 ölkədə səfirlikləri və konsulluqları fəaliyyət göstərir. == Tarixi == II Dünya müharibəsi zamanı Britaniya hökuməti Hindistana köçdü. 1942-ci ildən Xarici İşlər, Müdafiə Nazirliyi tərəfindən xidmət göstərir. II Dünya Müharibəsindən sonra Müdafiə və Xarici Əlaqələr Departamenti qubernatorun məsləhətçisi tərəfindən qurulmuş və birbaşa xidmət etmişdir. Daha sonra Aun San və Britaniya hökumətinin rəhbərliyi ilə Myanma nümayəndələri Myanmanın xarici işlərini görməyə başladılar. 1946-cı ildə icra şurası nəzdində və həmin şuranın sədr müavini general Aun San tərəfindən icra edildi. Xarici İşlər Nazirliyi 17 mart 1947-ci ildə Aun San tərəfindən yaradılmışdır. 4 may 1948-ci ildə Nazirlik adını dəyişdi və Xarici Büro adlandırdı.
Niderland Xarici İşlər Nazirliyi
Niderland Xarici İşlər Nazirliyi (nid. Ministerie van Buitenlandse Zaken) — Niderland Krallığının xarici əlaqələrindən, o cümlədən Avropada əməkdaşlıq və beynəlxalq inkişafından məsuldur. Bu məqsədlə nazirliyin daxilində aşağıdakı qanunlar yaradılmışdırː Beynəlxalq hüquq normalarını və insan hüquqlarına hörmətin gücləndirilməsi. Təhlükəsizliyin və sabitliyin gücləndirilməsi, effektiv humanitar yardım və səmərəli idarəetmə. Avropa əməkdaşlığını gücləndirmək. Dünyadakı zənginliyi artırmaq və yoxsulluqun azaldılması. İnsanlığın və sosial inkişafın gücləndirilməsinə kömək etmək. Ətraf mühitin qorunması və inkişaf etdirilməsi. Xaricdəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək. Niderlandın mədəni profilini təkmilləşdirmək və Niderland daxilində və xaricində müsbət bir görünüş yaratmaq.
Norveç Xarici İşlər Nazirliyi
Norveç Xarici İşlər Nazirliyi — Norveç Krallığı Xarici İşlər Nazirliyi, 1905-ci il 7 iyun tarixində əsası qoyulmuşdur. Norveç parlamenti (Böyük palata) eyni gündə İsveçlə fərdi birliyini ləğv etmək qərarına gəldi. == Təşkilat strukturu == Norveç Xarici İşlər Nazirliyi 110 xarici missiyanı və 3 səlahiyyətində olan təşkilatı idarə edir: Norveç Əməkdaşlıq İnkişafı üzrə Agentlik, Norveç "Sülh Körpüsü" və "Norfund ölkələri İnkişafı və İnvestisiya Fondu". Norveç nazirliklərindən fərli olaraq, Xarici İşlər Nazirliyi təşkilatın rəhbəri kimi iki nazir çıxış edir. Xarici İşlər Naziri ən çox siyasi sahəyə, inzibati rayonlara rəhbərlik edir. Nazirliyin bəzi şöbələri nazirlərə hesabat verir.
Pakistan Xarici İşlər Nazirliyi
Pakistan Xarici İşlər Nazirliyi (Ministry of Foreign Affairs of Pakistan) — hökumətin ən əhəmiyyətli nazirliklərindən biri, digər ölkələrlə iqtisadi, mədəni və elmi əlaqələrin yaradılması üçün Pakistanın xarici siyasətinin həyata keçirilməsinə məsuldur. Pakistan Xarici İşlər Nazirliyi binası İslamabad hökumət kompleksində yerləşir. == Tarixi == 1947-ci ildə Nazirlik Britaniya Hindistanı və Pakistanın formalaşmasından sonra yaradılmışdır. İlk Xarici İşlər Naziri Pakistanın dövlət xadimi Məhəmməd Xan Zafrulla idi. Xarici İşlər Nazirini Pakistanın baş naziri təyin edirdi.
İşlər
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi (Azərbaycan) — Azərbaycanda ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılmasından məsul olan dövlət qurumu. Daxili İşlər Nazirliyi (Gürcüstan) — Gürcüstanın dövlət hüquq-mühafizə orqanı. Daxili İşlər Nazirliyi (Türkiyə) — Türkiyə Cümhuriyyəti yanında fəaliyyət göstərən və ümumiyyətlə təhlükəsizlik və ictimai asayiş və vilayət idarəsindən məsul olan nazirlik.
Xarici İşlər Nazirlikləri
Xarici işlər nazirliyi — dövlətlərin icraedici hakimiyyət orqanı, digər dövlətlərlə diplomatik əlaqələr sisteminə rəhbərlik edən dövlət qurumu (xarici siyasət). Hər dövlətin Xarici İşlər Naziri vəzifəsini bir səlahiyyətli nazir tərəfindən icra edilir.
Xarici İşlər Nazirliyi
Xarici işlər nazirliyi — dövlətlərin icraedici hakimiyyət orqanı, digər dövlətlərlə diplomatik əlaqələr sisteminə rəhbərlik edən dövlət qurumu (xarici siyasət). Hər dövlətin Xarici İşlər Naziri vəzifəsini bir səlahiyyətli nazir tərəfindən icra edilir.
Daxili işlər orqanları
Daxili işlər orqanları (Belarus)
Prezidentin İşlər İdarəsi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi — Azərbaycan Prezidentinin və Prezident Administrasiyasının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur. İşlər İdarəsi Administrasiyanın tərkibinə daxil deyil. Azərbaycanın dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən orqandır. 2021-ci ildən Prezidentin İşlər müdiri Ramin Quluzadədir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Strukturu == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tabe olan təşkilatlar: "Ulduz" Qonaq Evi (Prezident İqamətgahı və "Ulduz" Sarayı daxil olmaqla) "Azadlıq" Qonaq Evi "Gənclik" iqamətgahı "Zuğulba" iqamətgahı (1 N-li Pansionat və "Şəfəq" Sarayı daxil olmaqla) İşlər İdarəsinin Pansionatı (əvvəlki adı: 2 N-li Pansionat) "Qəbələ" iqamətgahı "Marxal" Müalicə-İstirahət Kompleksi Rəsmi Qəbullar Sarayı (əvvəlki adı: Səadət sarayı) "Azərsuvenir" "Azərbaycan Nəşriyyatı" MMC Prezident Kitabxanası İctimai-Siyasi Sənədlər Arxivi Təsisçisi olduğu qəzetlərin siyahısı: "Bakinski raboçi" qəzetinin redaksiyası "Respublika" qəzetinin redaksiyası "Xalq qəzeti"nin redaksiyası == Azərsuvenir == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin «Azərsuvenir» (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2012-ci il tarixli 155 saylı Qərarı ilə Azərbaycan «Zərgərsənaye» İstehsalat Birliyinin bazasında yaradılmışdır. Müəssisənin əsas fəaliyəti dövlət orden və medallarının, müxtəlif yubiley və xatirə medallarının, döş nişanlarının, dünya dövlətlərinin bayraqlarının, Azərbaycan milli naxış və ornamentləri ilə bəzədilmiş yüksək əyarlı hədiyyəlik gümüş məmulatlarının və digər milli suvenirlərin istehsalından ibarətdir. Bütün məhsullar «Azərsuvenir» MMC-nin istehsalı olan futlyarlarla fərdi qaydada qablaşdırılır. Yuxarıda qeyd olunan məhsulların müasir tələblərə cavab verən yüksək keyfiyyətli istehsalatını təmin etmək məqsədi ilə, müəssisədə yeni istehsalat sahələri yaradılmış müasir avadanlıqlar və yüksək texnoloqiyalar tətbiq edilmişdir. Bütün məmulatların istehsalı «Azərsuvenir» MMC-də fəaliyyət göstərən, yüksək peşəkarlardan ibarət bədii-texniki şuranın nəzarəti altında icra olunur.
Xarici işlər nazirliyi
Xarici işlər nazirliyi — dövlətlərin icraedici hakimiyyət orqanı, digər dövlətlərlə diplomatik əlaqələr sisteminə rəhbərlik edən dövlət qurumu (xarici siyasət). Hər dövlətin Xarici İşlər Naziri vəzifəsini bir səlahiyyətli nazir tərəfindən icra edilir.
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə və ya MDB beynəlmiləl döyüşçülərin işləri üzrə komitə —MDB üzvü olan dövlətlərin vətəndaşlarının SSRİ dövründə lokal müharibə iştirakçılarının işləri üzrə beynəlxalq koordinasiya şurası.1991-ci ilin avqust ayından rəhbəri Ruslan Auşevdir. == Komitənin məqsəd və vəzifələri == Komitənin Əsasnaməsinə görə əsas fəaliyyət istiqamətləri: müharibə, lokal müharibə veteranlarının və terror qurbanlarının həyat səviyyəsinin yüksəldilməsi; veteran və əlilərin sosial müdafiəsi üzrə hüquqi sənədlərin hazırlanması; dövlətlər arası səviyyədə veteranların iqtisadi, tibbi, hüquqi problemlərinin həll edilməsi; müvafiq kontingentin və onların ailə üzvlərinin tibbi. sosial, əmək, psixoloji reabilitasiyası.
Neft və qaz çıxarılan rayonlarda qəza-xilasedici və bərpa işləri (film, 1974)
== Məzmun == Tədris filmində respublikamızın neft və qaz çıxarılan bölgələrində hər cür təbii fəlakətlərin və baş verə biləcək qəzaların qarşısını almaq üçün görülən tədbirlərdən-xilasedici və qəzabərpa işlərindən söhbət açılır. == Film haqqında == Film SSRİ Mülki Müdafiə Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Peru Xarici İşlər Nazirliyi
Peru Xarici İşlər Nazirliyi (isp. Ministerio de Relaciones Exteriores del Perú) — dövlətin xarici siyasətini inkişaf etdirmək və həyata keçirmək üçün məsuliyyət daşıyır. Nazirlik, müxtəlif ölkələrdə akkreditə olunmuş konsullar və və beynəlxalq təşkilatlarla, eləcə də Xarici Ticarət və Turizm Nazirliyi və Peru səfirləri ilə birlikdə fəaliyyət göstərir.
Polşa Xarici İşlər Nazirliyi
Polşa Xarici İşlər Nazirliyi (pol. Ministerstwo Spraw Zagranicznych) — Polşa beynəlxalq əlaqələrinin saxlanılmasında cavabdeh, Avropa birliyi və Birləşmiş Millətlər Təşkilatı kimi regional milli olmayan siyasi təşkilatların iştirakını əlaqələndirməkdən məsuldur. Xarici İşlər Nazirliyi, Polşa Respublikasının digər dövlətlərlə arasında yaxşı, dostluq əlaqələrini saxlamaq üçün məsuliyyət daşıyır. Eyni zamanda, Polşa xalqının nümayəndəsi kimi çıxış etməlidir. Buna görə də bütün Polşa diplomatik nümayəndəlikləri Xarici İşlər Nazirliyinə tabedir. == Tarixi == Xarici İşlər Nazirliyi ilk olaraq Birinci Dünya müharibəsində Polşanın işğalçı Alman qüvvələrindən müstəqilliyini bərpa etdiyi zaman Regent Şurasının səlahiyyətlərinə nəzərən Leon Vesilevskinin rəhbərliyi ilə yaradılmışdır. Lakin nazirlik yalnız Regent Şurasının çökməsindən, Versal müqaviləsinin qəbul olunmasından və Jozef Pilsudskinin hakimiyyətə gəlməsindən sonra ona verilmiş məsuliyyətləri yerinə yetirməyə başladı. 1939-cu ilə qədər nazirlik Varşavanın mərkəzi hissəsində, Pilsudska Meydanı içərisində olan Bruhl Sarayında yerləşdi. İkinci Dünya Müharibəsi dövründə nazirlik ləğv olunur, Polşa hökumətini Fransaya, qalan hissəsi isə Londona sürgün edilir. Sürgündə Polşa hökumətinin bir hissəsi formalaşmağa başladı.
Portuqaliya Xarici İşlər Nazirliyi
Portuqaliya Xarici İşlər Nazirliyi (port. Ministério dos Negócios Estrangeiros) — Portuqaliya Respublika Hökumətinin xarici orqanı. Nazirliyin baş qərargahı Lissabonda yerləşir.
Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Almatı Akademiyası
Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Almatı Akademiyası (qaz. Қазақстан Республикасы Ішкі істер министрлігінің Алматы академиясы) — Qazaxıstanın ali təhsil müəssisəsi, polis bölmələrində cinayətkarlıqla mübarizə və kadr idarəçiliyinin aktual problemləri üzrə tətbiqi elmi araşdırmalar aparan ölkənin ən böyük elmi mərkəzi. == Tarixi == Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Akademiyası, ölkə Hökumətinin 1 iyul 1999-cu il tarixli Fərmanı ilə Respublika Daxili İşlər Nazirliyinin Almatı hüquq və Almatı texniki institutlarının bazasında yaradıldı. Qazaxıstan Respublikası daxili işlər orqanlarının 1998-2005-ci illər üçün departament təhsilinin təkmilləşdirilməsi və inkişafı Proqramına uyğun olaraq Qazaxıstan . Almatı Akademiyasının ad günü 23 iyul 1956-cı il tarixində Almatı Orta Xüsusi Polis Məktəbinin qurulduğu gündür. Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin 11 iyun 2002-ci il tarixli 407 nömrəli əmrinə əsasən Akademiyada üç institut yaradıldı: Daxili İşlər Müdirliyinin rəhbərliyini yetişdirən bir institut; orta ixtisas təhsili əsasında hüquq institutu; tədqiqat institutu . Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Almatı Hüquq Kollecinin yenidən qurulmasından sonra Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Akademiyası Hüquq İnstitutunun Xüsusi Fakültəsi təşkil edildi. Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Akademiyası. Xüsusi fakültə 2012-ci ilin sentyabr ayında yenidən təşkil edildi və Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Almatı Akademiyasının Texniki Fakültəsi yaradıldı. Bu anda Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Almatı Akademiyasında "Əməliyyat-İstintaq", "İstintaq-Kriminalist", "Əməliyyat-Məhkəmə", "İnzibati-Hüquq" və "İnformasiya Sistemləri" ndə məşq edirlər.
Qazma işlərində təhlükəsizlik (film, 1936)

"işlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#işlər nədir? #işlər sözünün mənası #işlər nə deməkdir? #işlər sözünün izahı #işlər sözünün yazılışı #işlər necə yazılır? #işlər sözünün düzgün yazılışı #işlər leksik mənası #işlər sözünün sinonimi #işlər sözünün yaxın mənalı sözlər #işlər sözünün əks mənası #işlər sözünün etimologiyası #işlər sözünün orfoqrafiyası #işlər rusca #işlər inglisça #işlər fransızca #işlər sözünün istifadəsi #sözlük