* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Uzun pambıq, kətan, yun və s. liflərindən eşilib hazırlanan və əsasən bağ kimi işlədilən məmul. İplə bağlamaq. Tayları iplə sarımaq. – [Ağa:] Gördüm yeşiyin ipi qırılıb. Molla Nəbiqulu yeşiklə bərabər ağacdan uçub, düşüb Qasımın otağının üstünə. Ə.Haqverdiyev. // məc. Buxov, cidar, əl-ayağı bağlayan şey mənasında. [Koroğlu dedi:] Qırılar zəncirlər, iplər; Nər atılar meydana indi. “Koroğlu”. 2. Pambıq iplikdən toxunmuş. Çarıq bağlarından, uzunboğaz rəngli ip corablarından bəlli idi ki, ananın əzizidir. Mir Cəlal. □ İp vurmaq – toxumaq (iplə). Torun ipini vurmaq. Corab ipi vurmaq. – Ömrünü susmaq və başını aşağı salaraq məkik atmaqla, ip vurmaqla keçirən şərbaflar və muzdurlar yavaş-yavaş səsini qaldırıb “urreyy” çığırdı. Ə.Əbülhəsən. ◊ İpə (ipə-sapa) yatmamaq (gəlməmək) – heç bir nəsihət götürməyən, söz eşitməyən, yaxud heç bir nizam və intizama uyuşmayan adam haqqında. Padşah nə qədər dəlil-dəlalət elədi, Qəmər ipə-sapa gəlmədi ki, gəlmədi. (Nağıl). Uşaq oynayar, gülər; Xəstə deyilsə əgər; Bəzisi sakit olar; Bəzisi ipə yatmaz. R.Rza. İpə-sapa düzmək (düzülmək) – fikrin, sözlərin düzgün, səlis, rəvan ifadə edilməsi haqqında. Fikirlər cərgə-cərgə ipə-sapa düzüldü; O, iztirab əlində üzüldükcə, üzüldü. B.Vahabzadə. İpə-sapa yatmaq (gəlmək) – yola gəlmək, söz eşitmək, nəsihət qəbul etmək. [Hümmətyar:] [Xanpəri] ancaq iki ildir daha o adam deyildir. İndi, necə deyərlər, ipə-sapa yatır. Ə.Vəliyev. …ipinə (ipinin üstünə) odun yığmaq olmaz – etibarsız, sözünün üstündə durmayan, mütərəddid adam haqqında. Xan Fətəlinin adını eşitcək təkrar qəzəbləndi: – Onun sözünü danışma! – dedi, – onun ipinin üstünə odun yığmaq olmaz! Çəmənzəminli. İpini boşaltmaq (buraxmaq) – sərbəstlik vermək, pis hərəkətlərinə göz yummaq, qabağını almamaq, başlıbaşına buraxmaq. Uşağın ipini lap boşaltmısan ha. İpini çəkmək (yığmaq, yığışdırmaq) – pis yoldan, pis əməldən qaytarmaq, qabağını almaq, həddini göstərmək, intizama çağırmaq. [İmamzadə:] Sən bunların ipini yığışdıra bilməsən, hər cür xata baş verə bilər. Q.İlkin. Boğazına ip salmaq – boğub öldürmək. İslamın fikrinə gəlmişdi ki, Tellini xoş dillə alıb qışlağa gətirsin, sonra bir gecə boğazına ip salıb boğsun. S.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / ip1 Bu sözün müqabilində həm də əyrik işlədilib. Rus dilindəki нить latınca netum (əyirmək) sözündəndir. Latış dilində isə ip sözü “verevka” (ruslara latışlardan keçib) “deşiyə salma” (saplama) mənasında işlədilir. Görünür, bu, sap sözünün şəhri ilə bağlıdır. Bizdə ip və sap fərqlənir, onlarda isə fərqlənmir. Balta sapı kimi birləşmələrdə də sap məhz “deşiyə salınan” deməkdir. İpə “əyrik” demişiksə, onda onun (ip sözünün) alınma olması ehtimalını irəli sürə bilərik. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ip2 ing. Internet Protocol – «internet protokolu» sözündən yaranmış abreviatura
Azərbaycan dilinin etimologiya lüğəti / ip2 İP Ax, neçə cüt corab Tiflis ipindən qəzet çap edənlərə bu zənanlar verərlər.. (N.Vəzirov); QATMA (kəndir və yaxud yundan eşilmiş ip) [Qarı:] Bu olsun nişan paltarı, – dedi, – indiyə kimi bir qatma da verməyiblər ki.. (S.Rəhimov); SAP Çubuğun alt ucuna uzun sap bağlayıb pusquda durardıq (S.S.Axundov).
Azərbaycan dilinin sinonimlər lüğəti / ip2 I сущ. 1. бечёвка (тонкая веревка) 2. верёвка (скрученные или свитые в виде шнура пряди шерсти, хлопка и др. волокнистых материалов). İplə bağlamaq связать веревкой 3. пряжа (нить, состоящая из равномерно распределенных по её длине волокон, соединенных при помощи скручивания). İp əyirmək прясть пряжу, ipi dolaşdırmaq путать пряжу ◊ ipə-sapa düzmək говорить как по писаному; ip ucu vermək kimə давать, дать повод кому; ipə yatırtmaq kimi укрощать, укротить, усмирять, усмирить кого; ipə-sapa yatmaq становиться, стать подкладистым; ipə-sapa yatmamaq не поддаваться, не поддаться; ipi qırıb qaçmaq убежать, скрыться; ipini çəkmək (yığmaq, yığışdırmaq) kimin одергивать, одернуть кого (резким замечанием остановить, призвать к порядку); ipini boşaltmaq kimin сделать кому-л. в чём-л. послабление; ipinin üstünə odun yığmaq olmaz kimin нельзя положиться на кого; boğazına ip salmaq kimin задушить кого
Azərbaycanca-rusca lüğət / ip1 i. 1. string, twine; 2. cord; (paltar asmaq üçün) cloth-line; ~lə bağlamaq to cord (d.), to tie up with cord (d.); paltarı ~dən asmaq (qurutmaq üçün) to hang* (up) clothes on the line; 3. yarn; yun ~ woolen yarn; pambıq ~ cotton yarn; ◊ ~ə yatırtmaq to curb (d.), to subdue (d.); ◊ ~ə-sapa yatmamaq to yield to no persuasion, to stand one’s ground; to get* violent / turbulent / uncontrolled; ◊ ~ini çəkmək / yığmaq to pull smb. up, to hold* back (d.); ◊ ~i qırmaq to slip away, to get* out of hand
Azərbaycanca-ingiliscə lüğət / ip1 is. corde f ; ficelle f ; ~lə bağlamaq corder vt ; ficeler vt ; fil m, yun ~ fil de laine ; pambıq ~ fil de coton
Azərbaycanca-fransızca lüğət / ip1 сущ. 1. еб, гъал; iplə bağlamaq епиналди кутӀунун; 2. пер. галтӀам, бухав, гъил-кӀвач кутӀундай затӀ; 3. гъаларикай храй; гъалун, гъаларин (мес. гуьлуьтар); ** ipə (ipə-sapa) yatmamaq (gəlməmək) епиниз татун (лагьай гаф ван текъвер, несигьат кьан тийир, рекьив текъвер, терс касдин гьакъинда); ipə-sapa yatmaq (gəlmək) епиниз атун, рекьив атун, лагьай гаф ван хьун, несигьатар кьабулун; ipini boşaltmaq (buraxmaq) еб гъуьргъуь авун (бушарун, ахъаюн), кӀандайвал ахъаюн, пис гьерекатар авуниз рехъ гун, вилик пад кьун тавун, кьилди-кьилихъ ахъаюн; ipini çəkmək (yığmaq, yığışdırmaq) еб кӀватӀун, пис рекьелай элкъуьрун, вилик пад кьун, гьадди чирун; boğazına ip salmaq туьтуьниз еб вегьин, бамишна кьин.
Azərbaycanca-ləzgicə lüğəti / ip