* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [yun. tynos – nümunə, forma] 1. Şeylərin, hadisələrin məlum qrupuna uyğun gələn nümunə, model və ya variant; forma, növ. Sərnişin təyyarəsinin tipləri. Torpaq tipləri. Kazarma tipində ev. 2. biol. Heyvan və bitki sistematikasında: qohum sinifləri birləşdirən bölgü. Gül bitkilərinin tipi. Buğumayaqlı heyvanlar tipi. 3. İnsanın etnik mənsubiyyəti ilə bağlı olan səciyyəvi fiziki quruluşu, siması. Afrikalı tipi. Monqol tipi. Şərq tipi. // Sifət, xarici görünüş haqqında. Kəndli tipi. Şofer tipində bir adam. 4. İctimai, peşə, mənəvi və s. xüsusiyyətləri bir cür olan adamlar kateqoriyası, habelə hər hansı belə bir qrupun bariz nümayəndəsi. Gənc kəndli tipi. – Usta Zeynal tamamilə dolğun, bitkin və parlaq ictimai tipdir. M.İbrahimov. 5. ədəb. və inc. Hər hansı bir insan qrupunun səciyyəvi xüsusiyyətlərini özündə birləşdirən bədii surət. Meşşan tipi. Alim tipi. Komik tip. 6. dan. Adətən qəribə və ya mənfi xasiyyətli adam haqqında. Qəribə tip. Tipin biridir. – [Məhəmməd:] Kolxozumuzun xeyri üçün gərək belə pozğun tiplərə divan tutanda uf deməyəsən! M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / tip2 &TUMBLE is. tex. □ Tip&Tumble funksiyalı ikinci sıra oturacaqları – bəzi 3 sıra oturacağı olan avtomobillərdə 2-ci sıra oturacaqlar önə qatlanaraq sərnişinlərin 3-cü sıraya asanlıqla keçməsinə yaxud yük bölməsini genişləndirməyə imkan verir.
Yeni sözlər və yeni mənalar lüğəti / tip3 yun. typos – ləpir, nümunə, forma 1) şeylərin, hadisələrin məlum qrupuna uyğun gələn əşyalar qrupu, nümunə, model və ya variant: forma, növ; 2) ədəbiyyatda, incəsənətdə fərdi özünəməxsusluqla bu və ya digər ictimai qrupun, sinfin, millətin nümayəndələrinə xas olan səciyyəvi xüsusiyyətləri təcəssüm etdirən (ümumiləşdirən), bu səciyyəvi xüsusiyyətləri ilə başqalarından fərqlənən bədii və ya bədii ümumiləşdirilmiş obraz, surət (adam); Adətən, qəribə və ya mənfi xasiyyətli adam haqqında. Məsələn, qəribə tip, tipin biridir, meşşan tipi, alim tipi; 3) ictimai, peşə, mənəvi və s. xüsusiyyətləri bir cür olan, eyni xarakterik xarici və ya daxili əlamətli insanlar (adamlar) kateqoriyası, qrupu, habelə hər hansı belə bir qrupun bariz nümayəndəsi; 4) şeylərin, hadisələrin məlum qrupuna uyğun gələn nümunə, model və ya variant; forma, növ.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / tip1 сущ. тип: 1. образец, модель или разновидность, форма, которым соответствует известная группа предметов, явлений. Sərnişin təyyarəsinin tipi тип пассажирского самолета, avtomobillərin tipləri типы автомобилей, kazarma tipində ev дом казарменного типа 2. биол. высшее подразделение в систематике животных и растений, объединяющее родственные классы. Buğumayaqlı heyvanlar tipi тип членистоногих животных, gül bitkilərinin tipi тип цветковых растений 3. характерный физический склад, облик человека, связанный с его этнической принадлежностью. Şərq tipi восточный тип, afrikalı tipi африканский тип 4. разряд, категория людей, объединенных какими-л. характерными чертами (социальными, профессиональными, нравственными), а также яркий представитель какой-л. такой группы. Gənc kəndli tipi тип молодого крестьянина, müasir həkim tipi тип современного врача 5. лит., иск. художественный образ, обобщающий характерные черты какой-л. группы людей. Mənfi tip отрицательный тип, ziyalı tipi тип интеллигента 7. разг. человек (обычно странных или отрицательных качеств, свойств). Qəribə tipdir это (он) странный тип
Azərbaycanca-rusca lüğət / tip1 [yun. typos-nümunə, forma] тип (1. жуьре; чешне; форма; модел ва я вариант; 2. биол. гьайванрин ва набататрин систематикада: сад-садаз мукьва синифар ччара авуна сад авунвай жуьреяр; 3. жуьреба-жуьре халкьариз хас тир лишанар квай бедендин къурулуш, къецепатан акунар; 4. сад хьтин лишанар, къилихар, хесетар, пеше квай инсанрин категория ва гьахьтин группадикай тир кас; 5. лит, харус. вичик инсанрин са малум группадиз хас тир лишанар, къилихар умумиламишнавай художественный образ, сурет; 6. къариба кас ва я пис къилих авай кас).
Azərbaycanca-ləzgicə lüğəti / tip