tiplər sözü azərbaycan dilində

tiplər

Yazılış

  • tiplər • 92.0000%
  • Tiplər • 8.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tiplər nəzəriyyəsi
Tiplər nəzəriyyəsi-maddələr sadə qeyri-üzvi maddələrdən (tiplərdən) törəyir və öz hidrogenlərinin qalıqlarla əvəz olunmasında əmələ gəlir. Bu nəzəriyyə radikallar nəzəriyyəsinin əksinə olaraq, molekulun dəyişən hissəsini əsas tutur, üzvi maddələrin reaksiyaları ilə qeyri-üzvi maddələrinin reaksiyaları arasında böyük oxşarlıq olduğunu irəli sürürdü. == Əsas tiplər == Ilk dövrdə bu nəzəriyyəni radikallar nəzəriyyəsinə zidd tutur və hətta radikal kəlməsini işlətməyərək, onu qalıqla əvəz edirdilər. Əsas tiplər H2O, HCl, NH3 və daha sonra CH4 qəbul olunmuşdur. Bu tiplərdə hidrogeni qalıqlarla əvəz edir və üzvi birləşmələrin bu, yaxud başqa tipə mənsubiyyətini aydınlaşdırmaqla onları müxtəlif siniflərə ayrırdılar. Məsələn, spirtlər, efirlər, turşular və onların törəmələri su tipinə aid edilir. Əsas tiplərdən törəyən üzvi maddələr bu tiplərin reaksiyalarını verməli idi. Su tipinə aid edilən spirtlərin su kimi natrium və PCl3 ilə reaksiyaya girməsi buna bir dəlil idi. == Qatışıq və mürəkkəb tiplər == Tiplər nəzəriyyəsini inkişaf etdirərək Kekule metan tipini aşkar etdi və beləliklə, tiplər sistemində doymuş karbohidrogenlərə yer tapmadı. Daha sonra tapılan bəzi maddələri məlum tiplərə aid etmək mümkün olmadığı üçün qatışıq və mürəkkəb tiplər irəli sürüldü.
Bakı Bazarlarının Tipləri (1907)
Bakı bazarlarının tipləri ― rejissor Vasili Amaşukeli tərəfindən 1907-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Kinosüjet Bakı həyatından bəhs edir. Film günümüzə qədər gəlib çatmayıb. == Filmin üzərində işləyən == Rejissor: Vasili AmaşukeliOperator: Vasili Amaşukeli == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bakı bazarlarının tipləri (film, 1907)
Bakı bazarlarının tipləri ― rejissor Vasili Amaşukeli tərəfindən 1907-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Kinosüjet Bakı həyatından bəhs edir. Film günümüzə qədər gəlib çatmayıb. == Filmin üzərində işləyən == Rejissor: Vasili AmaşukeliOperator: Vasili Amaşukeli == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Dağ tundra iqlimi (iqlim tipləri)
== iqlim tipləri == Planetimizin 11 əsas iqlim tipindən 8 - nə respublikamızda rast gəlinir. İqlim şəraitinin bu cür müxtəlifliyi və zənginliyi Azərbaycanın kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafına əlverişli şərait yaradır. == Dağ tundra iqlimi == Dağ tundra iqlimi. Dəniz səviyyəsindən 2700 m-dən yuxarıda yüksək dağlıq zona üçün səciyyəvidir və Böyük və Kiçik Qafqaz vilayətlərində, qismən Naxçıvan MR-da (3200 m-dən yuxarıda) rast gəlinir; əsasən ifrat rütubətlənmə (Ə=150-200% və daha çox) ilə fərqlənir. Qış və yay sərin olur. 10º-dən yuxarı temperatur cəmi 0-4000, Naxçıvanda isə 0-800º arasında dəyişir.
Elementar sirkulyasiya mexanizmlərinin tipləri
== Elementar sirkulyasiya mexanizmləri == Multanovskinin yaratdığı elmi məktəbin ideaları B.L.Dzedzeyevskinin tədqiqatlarında öz əksini tapmışdır. Dzedzeyevski şimal yarımkürəsində baş verən makro proseslərin təsnifatını vermişdir. O yer səthində baş verən proseslərin dinamikasını təhlil etdiyi zaman müəyyən etmişdir ki, müxtəlif sirkulyasiya situasiyaları tez-tez təkrarlanır. Həmin situasiyaları sonradan Dzedzeyevski elementar sirkulyasiya mexanizmləri adlandırmışdır. == Elementar sirkulyasiya mexanizmlərinin əsas tipləri == Elementar sirkulyasiya mexanizmlərinin tipləşdirməsi zamanı onların aşağıdakı xassələrindən istifadə edilmişdir: Polyar hövzədən daxil olan əsas hava kütlələrinin sayı və istiqaməti Tropik zonadan daxil edilən hava kütlələri (cənub kütlələr)Dzedzeyevski müəyyən etdiyi 4 elementar sirkulyasiya mexanizmlırini 13 əsas tipdə birləşdirmişdir. Apardığı tədqiqatlar nəticəsində alim şimal yarımkürəsində baş verən makroproseslərini ümumiləşdirərək 4 qrup sirkulyasiyaya ayırmışdır: Zonal sirkulyasiya. 1-2 tipləri əhatə edir Zonallığın olmadığı sirkulyasiya. 3-7 tipləri əhatə edir. 8-12 tipləri əharə edən meridional şimal sirkulyasiyası Meridional cənub sirkulyasiya.
Həşəratda ağız orqanlarının quruluş tipləri
Həşəratda ağız orqanlarının quruluş tipləri— Qidanın müxtəlifliyindən asılı olaraq, həşratda ağız orqanları müxtəlifdəyişikliyə uğramışdır. Bununla yanaşı onlar nə qədər dəyişsələr də və bir-birindən fərqlənsələr də ayrı-ayrı hissələrin quruluşuna və yerləşməsinə görə bir-birinə oxşardırlar. ağız orqanları üst dodaqdan, 3 cüt ağız ətraflarından və dilbənzər çıxıntıdan ibarətdir. Ağız ətraflarında bir cüt çənələr (mandibula) bir cüt alt çənələr (maksilla) və birdə buğumlu alt dodaq aiddir. Təkamül prosesində qidalanma xüsusiyyətindən asılı olaraq həşəratda bir neçə tip ağız orqanları inkişaf etmişdir:gəmrici, gəmirici-yalayıcı, sorucu, sancıcı-sorucu, kəsici-sorucu, yalayıcı. == Gəmirici tipli ağız orqanları == Gəmirici tipli ağız orqanları bərk qida ilə qidalanmağa uyğunlaşan həşəratada inkişaf etmişdir. Bu tip ağız orqanları buğumlanmamış üst çənələrdən, bir cüt buğumlu alt çənələrdən, xaricdən cüt olmayan alt dodaqdan ibarətdir. Ağızın üst hissəsində isə üst dodaq yerləşmişdir. Gəmirici ağız orqanlarında üst çənələr buğumsuz olmaqla yanaşı möhkəmdir, qidanın qoparılmasına və xırdalanmasına xidmət edir. Bu tip ağızlarda üst çənələr yaxşı inkişaf etmişdir.
Həşəratın bığcıqlarının quruluşu və tipləri
Həşəratın bığcıqlarının quruluşu və tipləri — Bığcıqlar və ya antenna həşərat üçün səciyyəvi orqan olub bir cütdür. Həşərat sinifində ancaq bığcıqsızlar dəstəsində bıöcıq yoxdur. Bığcıqlar başda, alının yanlarında, gözlərin arasında yerləşmişdir. Bığcıqlar həşəratın növündən aslı olaraq müxtəlif ölçüdədir. Bədənə birləşən birinci buğum saplaq, ikinci buğum ayaqcıq, qalan buğumlar isə qamçı adlanır. Bığcıqlar adətən çoxlu miqdarda buğumlardan təşkil olunmuşdur.Bəzən biğcıq qisa onların buğumluluğu az olur. Məsələn, milçək və iynəcələrdə bığcıq üç buğumdan ibarətdir. Böcəklərdə adətən 11, pərdəqanadlılarda 12-13 buğum olur. Bəzi həşəratda isə bığcıqlar uzun və çox buğumlu olub, bədənlərindən uzun olur. Məsələn şalalalarda, uzunbığ böcəklərdə bığcıqlar çoxbuğumlu və uzundur.
Java (dəyişən tipləri)
Java proqramlaşdırma dilində, dəyişənlərin tipləri iki yerə bölünür. 1. Primitiv tipli dəyişənlər. 2. Referans tipli dəyişənlər. Primitiv tipli dəyişənlər: Javada səkkiz ədəd primitiv dəyişənlər mövcuddur. Bunlar byte, short, int, long, float, double, boolean və char tipləridir. Bunlardan byte, short, int və long tiplərinin dəyərinə tam ədəd (yalnızca tam rəqəm) vermək olur. float və double tiplərinin qiymətinə kəsrli ədəd (məsələn: 1,3) vermək olur. boolean tipi biraz fərqli olaraq sadecə true (doğru) və false (yanlış) qiymətlərini alır.
Kabellərin tipləri
Kanal səviyyəsinin protokolları kabelin uyğun tipləri ilə əlaqələndirilirlər. Bu protokollar həm də kabel seqmentinin maksimal uzunluğunu müəyyən edirlər. Sizin kompüter şəbəkəniz üçün daha çox uyğun gələn protokolu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, hansı müvafiq kabel tipi istifadə edilməlidir və o, sizin şəbəkə qurduğunuz yer üçün nə qədər uyğun gəlir. Bundan başqa, bu tip kabelin və onunla əlaqəli komponentlərin – şəbəkə platalarının, konnektorların dəyərini, həmçinin bütün bu komponentlərin quraşdırılması üzrə işlərin tələb olunan həcmini nəzərə almaq lazımdır. Həmçinin müəyyən etmək lazımdır ki, verilən tipli hansı sort kabel sizin seçdiyiniz yer üçün daha çox uyğun gəlir. Kabelin sortu kateqoriya, ekranlamanın mövcud olması və naqilin qalınlığı kimi parametrlərdən asılıdır. Kompüter şəbəkəsində istifadə etmək üçün kabelin sortunu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, divarların bütün üzlük panelləri, kommutasiya panelləri və konnektorlar daha etibarlı şəbəkə mühitini təmin etmək üçün verilmiş kabel sortu ilə eyni kateqoriyaya malik olmalıdırlar. Üç əsas kabel tipi vardır: koaksial kabel, burulmuş cüt əsaslı kabel və optik lifli kabel. Koaksial kabel və burulmuş cüt əsaslı kabel elektrik siqnallarını keçirirlər və onların tərkibundə mis naqil olur. Optik lifli kabel işıq siqnallarını keçirir və şüşə və plastmas lifdən ibarətdir.
Qladiator tiplərinin siyahısı
Qladiator (lat. gladiator latın sözü olan "qladius"dan götürülmüşdür, mənası qılınc oynadan adam deməkdir.) — Qədim Romada tamaşaçıları əyləndirmək üçün başqa bir qladiatorla, vəhşi heyvanlarla və ya cinayətkarlarla ölüncəyə qədər vuruşan döyüşçüdür. Bəzi qladiatorlar öz həyatlarını təhlükəyə ataraq könüllü döyüşə qatılırdılar. Ancaq qladiatorların əksəriyyətini qullar, əsirlər və cinayətkarlar təşkil edirdi. Qladiator, yaxşı döyüşməsindən və ya ölməsindən asılı olmayaraq, Roma hərb etikasını nümayiş etdirməlidir. Bununla o alqış qazanır. Qiymətləndirmə tamaşaçılardan asılıdır. Bu yüksək də ola bilər, aşağı da. Qladiator döyüşlərinin əsl mənşəyi mübahisəlidir. E.ə.
Qışı quru keçən mülayim-isti iqlim (iqlim tipləri)
Qışı quru keçən mülayim-isti iqlim — Böyük Qafqazın cənub yamaclarının alçaqdağlıq və ortadağlıq zonalarında 400 - 1000 m hündürlüklərdə, (Qanıx -Əyriçay vadisində 200 - 500 m), Kiçik Qafqazın şimal və şərq yamaclarında dəniz səviyyəsindən 400 - 1500 m hündürlükdə yayılmışdır. O, az və mülayim rütubətlənmə (illik yağıntının miqdarı mümkün buxarlanmanın 50-100% - ni təşkil edir), yumşaq, az yağıntılı qış və mülayim - isti yayı ilə fərqlənir. 10º- dən yuxarı temperatur cəmi əsasən 3000º- dən 4000º- yə qədər olur. Dənli bitkilərin becərilməsi, bağçılıq, üzümçülük, həmçinin ortadağlıq zonada kurortların və istirahət zonalarının yaradılması üçün əlverişlidir.
Qışı quru keçən soyuq iqlim (iqlim tipləri)
Qışı quru keçən soyuq iqlim — Böyük Qafqazın şimal- şərq yamacında dəniz səviyyəsindən 1400-2700 m hündürlükdə yayılmışdır. Mülayim və kifayət rütubətlənmə ( illik yağıntı mümkün buxarlanmanın ≥75-100%-ni təşkil edir) ilə səciyyələnir. 10º -dən yuxarı temperatur cəmi əsasən 400º ilə 3000º arasında dəyişir.
Radio proqram tipləri
Radio proqram — == Radio proqram tipləri == Radioda proqram tipləri 3 yerə bölünür: "Musiqili formatlar"-əsas yük musiqiyə düşür, "Danışıq formatları"-veriliş danışıq üzərinə qurulur, "Xəbər formatları"-məlumat xarakteri daşıyır. Adətən stansiyalar daha çox dinləyici cəlb etmək üçün formatı tez-tez dəyişir. Bəzən də həmin format üçün rəqabət güclü olduğuna görə radiostansiya onu dəyişmək qərarına gəlir. Radio proqramlar müxtəlif və fərqli tipdə olur. === Məqsədinə görə radio proqramlar === Məqsədinə görə radio proqramları təhsil, mədəniyyət, dram, musiqi-əyləncə, xəbər, idman və reklam proqramlarına ayrılır. ==== Təhsil proqramları ==== Təhsil proqramlarının məqsədi bilgi vermək, xəbərdarlıq etmək, öyrətməkdir. Radio bu prosesi yerinə yetirərkən hər şeydən əvvəl obyektiv olmalıdır. Təhsil proqramlarında əsas iş dinləyicinin marağını oyatmaqdır. Təhsil proqramları hazırlayarkən ilk növbədə hansı məqsədə xidmət edəcəyini və bu xidməti reallaşdırmaq üçün hansı işlərin lazım olduğunu müəyyənləşdirək vacibdir. Ümumilkdə radio və tv-də təhsil iki formada öyrənilir: məktəb və məktəbdən kənar təhsil.
Sirkulyasiya tipləri
== Vanqeymə görə sirkulyasiya formaları == Q. Y. Vanqeymin təklif etdiyi təsnifat Yer kürəsinin atlantika-avropa sektorunda müşahidə olunan atmosfer dövranı üzrə tədqiqatlarını Vanqenqeym 1933-cü ildən başlamışdır. Makroproseslərin inkişaf mərhələsini tədqiq etdiyi zaman o, müəyyən etmişdir ki, müəyyən zaman intervalında əsas barik əsas barik sistemlərində və əsas hava axınlarının paylanmasında müəyyən qanunauyğunluqlar müşahidə olunur. == Elementar sinoptik proses == Həmin zaman müddəti 3-5 sutkaya bərabər olub və bu zaman müşahidə olunan prosesləri Vanqenqeym elementar sinoptik proseslər adlandırmışdır. (ESP) Vanqenqeym 42 illik məlumatları təhlil edərək bu sektorda müşahidə olunan bütün prosesləri 26 tipdə ümumiləşdirir. Ümumiləşdirmə zamanı aşağıdakı kriteriyalardan istifadə edilmişdir: Troposfer qatında barik və termik qradiyentlərin olması; Barik mərkəzlərinin yerdəyişməsinin istiqaməti; Hündürlüklərdə əsas axınların istiqaməti.Bu kriteriyalardan istifadə edərək Vanqenqeym müəyyən etdiyi 26 tipi 3 formada ümumiləşdirmişdir: Qərb (W) forması Şərq (E) forması Meridional (C) formasıBu zaman 26 tipdən 9-u W formasına, 10-u E formasına və 7-si C formasına aid edilmişdir.
Videokartlarda istifadə olunan yaddaş tipləri
Yayı quraq olan mülayim-isti iqlim (iqlim tipləri)
Yayı quraq olan mülayim-isti iqlim — Əsasən Lənkəran vilayətində yayılmışdır. Kifayət və hətta ifrat rütubətlənmə ( illik yağıntının miqdarı mümkün buxarlanmanın ≥100 - 150% - ni təşkil edir), yumşaq qış, mülayim isti , quru yay və çox yağışlı payızla fərqlənir. 10º-dən yuxarı temperatur cəmi 3000-4000º təşkil edir.
Səs tipləri
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2010 •• 0.18
2012 0.09
2016 ••• 0.35

"tiplər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tiplər nədir? #tiplər sözünün mənası #tiplər nə deməkdir? #tiplər sözünün izahı #tiplər sözünün yazılışı #tiplər necə yazılır? #tiplər sözünün düzgün yazılışı #tiplər leksik mənası #tiplər sözünün sinonimi #tiplər sözünün yaxın mənalı sözlər #tiplər sözünün əks mənası #tiplər sözünün etimologiyası #tiplər sözünün orfoqrafiyası #tiplər rusca #tiplər inglisça #tiplər fransızca #tiplər sözünün istifadəsi #sözlük