* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Pambıqdan, yundan və s.-dən iplik əyirmək üçün ortası şiş, iki ucu sivri ağac alət. Qərənfil bacı gözünü əlindəki iydən çəkib hirsli-hirsli … baxdı… İ.Əfəndiyev. [Tapdıq] bir gün tezdən anasından xəbərsiz durub tağalağı iyin üstündən çıxartdı, cibinə qoydu. Ə.Vəliyev. İndi cəhrə uğuldayır, uğuldadıqca yun əlçim eşilib sapa dönərək iyə toplanırdı. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / iy2 is. Maddələrin, şeylərin burun qişasının xüsusi sinirlərinə təsir etmə xassəsi. Kəskin iy. İy duymaq. Onun burnu yaxşı iy bilir. – Güllərin ətri otların iyinə qarışıb, ətrafa saçılmaqda idi. T.Ş.Simurq. Həyəti götürən soğan, qovurma, zəfəran iyi adamı valeh edirdi. Mir Cəlal. ◊ İy almaq – 1) harada olduğunu duymaq, izinə düşə bilmək, axtarıb tapmaq. …Jandarm idarəsi iy almaqda ov tulasından belə həssasdı. M.Hüseyn. İyinizi alıblar! Ceyran çox həssas heyvandır, – deyə Almurad baba bizi başa saldı. İ.Əfəndiyev; 2) xörək, gül və ya xarab olan bir şeyin qoxusunu hiss etmək. …Leylək bir qədər gedəndən sonra, cızbız iyi aldı. S.Rəhimov. İy çəkmək – bax iy almaq. İy çəkirlər tulatək ta ki, görüb harda var aş; Kimdə var ağca plov, hər gecə yağlı bozbaş. S.Ə.Şirvani. Burada Zeynal dayanıb, burnunu sağa-sola döndərərək iy çəkdi. Ə.Əbülhəsən. İy götürmək (basmaq) – hər tərəfə iy yayılmaq. İy vermək – 1) iylənmək, qoxumaq. Ət iy verir; 2) dan. üstüörtülü, eyhamlı, ikibaşlı söz, danışıq haqqında. Sənin sözün iy verir. İy(i) burnundan getməmək – xoş qoxulu bir şeyin ətrini daim hiss etmək, duymaq. Sən bu yerin canısan; Sultanısan, xanısan; İyin burnumdan getməz; Təbrizin reyhanısan. (Bayatı).
Azərbaycan dilinin izahlı lüğəti / iy1 Mənbələrdə igi sözü iy (веретено) kimi verilib, igil sözü isə “быть согнутым” formasında açıqlanıb. Deməli, iy “əyib üstünə dolayan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / iy1 İY I is. Qoxu. İyi çəkən burun, darı dənləyən qulaqlar (R.Rza). İY II is. Mil, ox. Arvad dükcəni iydən çıxardıb, üstünə sacayaq qoydu ki, gecə iyə ilişən olmasın (Çəmənzəminli).
Azərbaycan dilinin omonimlər lüğəti / iy2 1 I сущ. запах. Kəskin iy острый запах, bənövşə iyi запах фиалки; iy bilmək распознавать запахи, iy duymaq чувствовать запах II прил. пахучий; iy vəziləri зоол. пахучие железы ◊ iyini də bilməyir nəyin и не нюхал чего, iyi burnunda qalıb nəyin не забыл, все время чувствует запах чего; iyi burnundan getməmiş nəyin еще не успел забыть, как …; iyi gəlmək nəyin пахнуть чем; нести чем, разить чем; iy vermək: 1. пахнуть, издавать запах; 2. вонять; pis iy вонь, дурной запах, зловоние; yaxşı iy аромат, благоухание 2 сущ. 1. веретено (приспособление для прядения) 2. вращающаяся ось в различных механизмах. İy telləri тех. нити веретена; ilbiz iyi анат. веретено улитки
Azərbaycanca-rusca lüğət / iy1 I. i. smell, odour; scent; ~ bilmək to smell, to catch* / to pick up the smell (of); ~ hiss etmək to catch* / to pick up the smell (of), to smell; qəşəng / dəhşətli / qeyri-adi ~ a nice / horrible / unusual smell; qızılgülün ~i the scent of roses; çiçəklərin ~i the scent / odour of flowers; ətirin ~i the scent / odour of perfume; zərif ~ a delicate scent / odour; zəif ~ a faint smell / odour; iyrənc ~ a nasty / disgusting smell; reek; tütün və pivə ~i a reek of tobacco and beer; ~ gəlmək 1) to smell (of); 2) (pis) to reek (of); Baharın iyi gəlir It smells of spring, Spring is in the air; Onun nəfəsindən (ağzından soğan iyi gəlir) His breath reeks of onions; ◊ Bu işdən əyrilik iyi gəlir This business reeks of dishonesty; ◊ Siz bilirsinizmi bundan nə iyi gəlir? d.d. Do you realize what this implies? ◊ Bundan xata iyi gəlir This means trouble II. i. toxuc. Spindle
Azərbaycanca-ingiliscə lüğət / iy1 is. odeur f, arôme m, parfum m ; çiçəklərin ~i parfum des fleurs ; zərif ~ odeur délicate ; iyrənc ~ mauvaise odeur
Azərbaycanca-fransızca lüğət / iy2 сущ. ни; ял; balıq iyi гъетрен ни; pis iy пис ни, пис ял; ** iy almaq а) нида гьатун, геле гьатун, авай чка чир хьун, къекъвена жугъурун; б) ни атун, ни гьисс авун (къафундин ва мс.); iy çəkmək ни чӀугун, ни акалун; iy götürmək (basmaq) ниди къачун, ни акъатун, ни гьатун, ял гьатун, ни чукӀун; iy vermək а) ни агалтун, ни атун, ял агалтун (мес. якӀухъ, нисидихъ); б) рах. ни гун, ни атун (къаб алай, айгьам квай гафарин, рахунрин гьакъинда).
Azərbaycanca-ləzgicə lüğəti / iy