IV sözü azərbaycan dilində

IV

Yazılış

  • IV • 99.6967%
  • ıv • 0.2134%
  • Iv • 0.0899%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
GTA IV
Grand Theft Auto IV — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən 2008-ci ildə satışa çıxarılmış döyüş-macəra janrında olan videooyun. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Oyun Nyu-Yorkun uydurma versiyası olan Liberty City-də keçir. Oyun qaranlıq keçmişindən qaçan Şərqi Avropalı müharibə veteranı Niko Bellic adlı bir şəxsin həyatını mövzu alır. Avropadan qaçaq gəmiylə yola çıxan və Amerikaya ayaq basan Niko Bellicin məqsədi qaranlıq keçmişindən qaçmaq və Amerikan xəyalını yaşamaqdır. Əmisi oğlu Romanın çox-çox şişirdib təriflədiyi məktublarına inanıb Liberty City-yə yaşamağa gələn Niko Bellic, Rockstar'ın milyonlar satan "Grand Theft Auto" ardıcıllığının bu seriyasındakı əsas xarakteridir. Mafiya və qumar borclarıyla başı bəlada olan Romana kömək edərkən öz adını da doğrultmaya çalışan Niko sakit bir həyat arzu edərkən bir anda özünü borclar və yeraltı cinayət dünyasının içinə çəkilmiş halda tapır. Bu xəyalın əslində bir yalandan ibarət olduğunu, şəhərdə hörmət duyulan tək şeyin pul və etibar olduğunu anladığında isə artıq onun üçün geri dönmək çox gecdir. İndi onun həyatı Rus, Alban, yəhudi və İtalyan mafiyalarıyla mübarizədən ibarətdir. Mərhəmətsiz şəhərin küçələrindəki Niko artıq çirkli və ruhsuz bir tətikçidir.
IV Adrian
IV Adrian (lat. Hadrianus IV) və ya Nikolas Breykspir (ing. Nicholas Breakspeare; ən tezi 1100 və ən geci 1120, Sant Albans, İngiltərə krallığı və ya Abbosts-Lanqli[d], İngiltərə krallığı – 1 sentyabr 1159, Anani[d], Papa dövləti, Müqəddəs Roma imperiyası) — 1154-cü ildən Roma Papası. O, yeganə ingilis Roma papası olmuşdur. IV Adrian Avinyon yaxınlığındakı Müqəddəs Ruf Avqustin monastırının rahibi, sonra abbatı, nəhayət 1150-ci ildə kardinalı olmuşdur. O, 1152-ci ildə Skandinaviyada Papa legatı olmuş və burada kilsəni Qriqorian islahatı prinsipləri əsasında yenidən təşkil etmişdir. IV Adrian Romada Breşiyalı Arnoldun başçılıq etdiyi respublikaçı hərəkatına qarşı mübarizə aparmışdır. 1155-ci ildə o, imperator I Fridrix Barbarossanı taclandırmışdır.
IV Afonso
IV Afonso (port. Afonso IV de Portugal; 8 fevral 1291[…], Koimbra, Santaren[d] və ya Lissabon – 28 may 1357 və ya 29 may 1357, Lissabon) — Portuqaliya krallığının VII kralı. 1325–1357-ci illərdə hakimiyyətdə olmuşdur.
IV Agis
IV Agis (q.yun. Ἄγις; e.ə. 265, Sparta – e.ə. 241, Sparta) — e.ə. 245–241-ci illərdə Sparta padşahı. Spartada islahatçı hökmdar olaraq tanınmışdır. Borcların ləğvi, torpağın azad əhali arasında bölüşdürülməsi və s. yollarla ölkədəki narazılığı zəiflətməyə, Spartanın keçmiş hərbi qüdrətini bərpa etməyə çalışmışdır. İri torpaq sahibləri onun islahatlarını ləğv etmişdir. IV Agis hakimiyyətdən salınaraq edam olunmuşdur.
IV Amenhotep
Exnaton, IV Amenhotep, IV Amenofis (e. ə. XIV əsr, Teben – e.ə. 1336) — Misirin Qədim dövrünə aid XVIII sülalənin IX fironu. == Həyatı == IV Amenhotep (e.ə.1372–1354) atası III Amenhotepin ölümündən sonra Misirdə XVIII sülalənin IX fironu olmuşdur. Bu dövrdə Misirdə hakim inanc baş Tanrı hesab olunan Amona inam idi və Amon rahibləri hakimiyyətdə iradə sahibi idilər. Fironlar hər hansı bir işə başlayarkən mütləq kahinlərin öncəgörmələrinə və fikirlərinə qulaq verirdilər. IV Amenhotep Amon-Ra tanrısına pərəstişlə sıx bağlı olan Fiva əyanlarının qüdrətini sarsıtmağa cəhd göstərmişdir. Əhalinin orta təbəqələrinə arxalanan IV Amenhotep Fiva kahinlərinə və qədim əyanlara zərbə endirdi, sonra isə Aton tanrısının kultunu elan etdi. IV Amenhotep dövlətin paytaxtını yeni Axetaton şəhərinə (indiki Tel-əl-Amarna şəhərciyi) köçürdü.
IV Amenofis
Exnaton, IV Amenhotep, IV Amenofis (e. ə. XIV əsr, Teben – e.ə. 1336) — Misirin Qədim dövrünə aid XVIII sülalənin IX fironu. == Həyatı == IV Amenhotep (e.ə.1372–1354) atası III Amenhotepin ölümündən sonra Misirdə XVIII sülalənin IX fironu olmuşdur. Bu dövrdə Misirdə hakim inanc baş Tanrı hesab olunan Amona inam idi və Amon rahibləri hakimiyyətdə iradə sahibi idilər. Fironlar hər hansı bir işə başlayarkən mütləq kahinlərin öncəgörmələrinə və fikirlərinə qulaq verirdilər. IV Amenhotep Amon-Ra tanrısına pərəstişlə sıx bağlı olan Fiva əyanlarının qüdrətini sarsıtmağa cəhd göstərmişdir. Əhalinin orta təbəqələrinə arxalanan IV Amenhotep Fiva kahinlərinə və qədim əyanlara zərbə endirdi, sonra isə Aton tanrısının kultunu elan etdi. IV Amenhotep dövlətin paytaxtını yeni Axetaton şəhərinə (indiki Tel-əl-Amarna şəhərciyi) köçürdü.
IV Baqrat
IV Baqrat (gürc. ბაგრატ IV) (1018 – 24 noyabr 1072) Baqrationilər sülaləsinin bir üzvüdür. 1027–1072 illərdə Gürcüstan kralı olmuşdur. Uzun və hadisəli hakimiyyəti illərində Gürcüstan hakimiyyətini Bizans imperiyasından və Səlcuqlulardan qorumağa çalışdı. Bir sıra daxili qarşıdurmalar nəticəsində Baqrat Liparitidlər sülaləsindən olan ən güclü vassalları və rəqibləri məğlub edərək bir çox qapalı feodalları nəzarət altına aldı. Lorri və Kaxeti şahları, Tiflis əmirinin təsirini azaltdı. Bir çox Qafqaz hökmdarları kimi Nobelissimos, Kuropalatis və Sebastos kimi Bizans adlarına da sahibdir. == Hökmdarlığın erkən dövrü == Gürcüstan kralı I Giorginin (1014–1027) ilk həyat yoldaşı Məriyəmin oğlu idi. Atası tərəfindən Bizans imperiyasına qarşı müharibənin itirilməsindən sonra 1022-ci ildə Bizans imperatoru II Basileios (976–1025) üç yaşında girov götürüldü. Gənc Baqrat üç ili imperiya paytaxtı olan Konstantinopolda Bizans sarayında keçirdi və 1025-ci ildə sərbəst buraxıldı.
IV Bela
IV Bela və ya Böyük Bela (mac. IV. Béla, 29 noyabr 1206, Transilvaniya – 3 may 1270, Buda)—1235–1270-ci illərdə Macarıstan və Xorvatiyanın kralı. IV Bela həmçinin 1254–1258-ci illər ərzində Striya hersoqu olmuşdur. == Həyatı == Bela kral II Andraşın ilk həyat yoldaşından olan ən böyük oğlu idi. O, 29 noyabr 1206-cı ildə Transilvaniyada anadan olmuşdu. Kral Andraşın təşəbbüsü ilə 7 iyunda Papa III İnnokenti yepiskop və baronlara müraciət edərək gələcək krala sədaqət andı içməyi tapşırdı. 1213-cü ildə atası II Andraş onu Bulqar çarı Borilin qızı ilə nişanlasa da tezliklə bu nişan pozulur. II Andraş Müqəddəs Torpaqlara səfəri zamanı IV Belanı nənəsi Meraniyanın yanında qoyur. 1218-ci ildə səfərdən qayıtdıqdan sonra isə onu Niseya imperatorunun qızı ilə evləndirir. Nikah 1220-ci ildə baş tutur.
IV Bolduin
== Uşaqlığı == IV.Bolduin uşaqlıqda atasının Yerusəlimdəki sarayında böyüdü. O, uşaqlıq illərində Yaffa və Aşkelonun qrafinyası olan, atası sonradan boşanan və Sidon Lordluğunun gələcək xanımı olacaq anası ilə çox vaxt keçirmədi. Bolduin tarixçi Vilyam tərəfindən təhsil almışdır. Bir gün Vilyam gənc şahzadə haqqında kədərli bir şey kəşf etdi. Bir gün şahzadə dostları ilə oynayırdı, dırnaqlarını bir-birlərinin qollarına vuraraq yaralamağa çalışırdılar, lakin Bolduin ağrı hiss etmirdi. Vilyam bunun ciddi xəstəliyin əlaməti olduğunu dərhal anladı, ancaq bir neçə ildən sonra cüzamın qəti diaqnozu qoyuldu və xəstəlik yetkinlik dövründə daha da sürətləndi. == Taxta çıxması == Bolduinin atası I Amalrik 1174-cü ildə öldü və Boduin 13 yaşında taxta çıxdı. Yetkinlik dövründə Yerusəlim iki ardıcıl regent tərəfindən idarə edildi. Əvvəlcə Miles of Planci, sonra atasının əmisi oğlu Qraf Tripoli III. Raymond 1175-ci ildə Səlahəddin Əyyubi ilə müqavilə bağladı. Bolduin cüzam xəstəsi olduğu üçün uzun müddət hökmranlıq etməsi və varislik təyin etməsi gözlənilmirdi.
IV Ceyms
Ceyms ( ) — Şotlandiya kralı IV Ceymsin və Marqarita Tüdorun ən böyük oğlu.
IV David
IV David və ya Qurucu David (gürc. დავით აღმაშენებელი, Davit Ağmaşenebeli; 1073, Kutaisi – 8 fevral 1125, Tiflis) — 1089–1125-ci illərdə hakimiyyətdə olmuş, Baqationlar sülaləsindən Gürcüstan çarı. Gürcüstanı vahid dövlətdə birləşdirmişdi. Səlcuqilər dövləti 1097-ci ildə parçalandıqdan sonra xərac verməmiş və ölkənin müstəqilliyini bərpa etmişdir. O, Ermənistan torpaqları hesabına dövlətin ərazisini genişləndirmişdi. 1118–1120 illərdə hərbi islahat keçirərək əsas qüvvəsi qıpçaq süvariləri olan ordu yaratmışdı. 1121-ci ildə Didqori döyüşündən sonra azad olunmuş Tiflisi çarlığın paytaxtı etmişdir. Azərbaycan Şirvanşahlar dövləti ilə müttəfiqlik və qohumluq əlaqələri var idi. Ümumiyyətlə, IV David müsəlman dövlətləri ilə sıx əlaqə saxlamışdır. Şəhərlər, yollar, körpülər salınmasına, karvansaralar və s.
IV Drest
Qiromun oğlu Drust və ya IV Derst - müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == Qiromun oğlu Drust və ya IV Derst Qiromun üç oğlundan biridir. "Piktlərin xronikası"nda xəbər verildiyi kimi IV Drest III Drestlə eyni vaxtda hakimiyyətdə olmuşdur. Müxtəlif mənbələrə görə o, bir ildən on beş ilədək hakimiyyətdə olmuşdur. Qiromun oğlu Drust və ya IV Derstin iki qardaşı I Qartnark və Keyltran sonralar Piktlər krallığının davamçıları olmuşdur. Onların başçısı Qvined krallığının hökmdarı Maylquna ərə getmişdir. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской.
IV Eduard
IV Eduard (ing. Edward IV of England) (28 aprel 1442, Ruan – 9 aprel 1483, Vestminster, Böyük London regionu[d]) — İngiltərə kralı. York hersoqu olan atası Riçard Plantagenetin 1460-cı ilin dekabrında Veykfild döyüşündə həlak olmasının ardından Eduard York ailəsinin taxt iddialarını miras aldı. 1461-ci ilin əvvəllərində baş tutan ard-arda 2 döyüşdə Lankaster qüvvələrini darmadağın edərək VI Henrini taxtdan endirdi və İngiltərə kralı oldu. Ölkədə sükunəti təmin etmək məqsədilə, Lankaster ailəsindən Elizabet Vudvillə 1464-cü ildə evlənsə də, bu nikah ən yaxın adamı, üstəlik dayısı oğlu olan Vorvik lordu Riçard Nevillə münasibətlərini pisləşdirdi. Belə ki, 1470-ci ildə Vorvik lordu ilə kralın kiçik qardaşı Corc krala qarşı ayaqlandılar və həbs tutulan sabiq kral VI Henrini yenidən taxta çıxardılar. Flandriyaya qaçan Eduard burada hərbi güc toplayaraq 1471-ci ilin martında İngiltərəni işğal etdi. Barnet və Qlosterşir döyüşlərində qazandığı qələbənin ardından iqtidarı tamamilə ələ aldı. Çox keçmədən VI Henri həbs tutulduğu London qalasında ölü olaraq tapıldı. Lankasterlərin son namizədi olan Henri Tüdorun taxt iddialarını davam etdirməsinə baxmayaraq IV Eduardın bu ikinci səltənəti nisbətən sülh və əmin-amanlıqla keçdi.
IV Eoxayd
IV Qəddar Eoxayd və ya Eoxayd mak Ayda (şot.kelt Eochaid mac Áeda; VIII əsr – 819) — Dal Riada kralı (811–819). == Həyatı == IV Eoxayd Ağ Edin və onun pikt əsilli həyat yoldaşının oğlu idi. Beləliklə, IV Eoxayd Piktaviya kralı Konstantinin bacısı oğlu idi. IV Eoxayd kral Konstantinin dəstəyi ilə taxta çıxmışdır. Buna baxmayaraq, onun hakimiyyət şəriki var idi – əmisi Konstantinin oğlu III Domnall. IV Eoxayd 819-cu ildə vəfat etmiş, taxtı III Domnalla buraxmışdır. === Ədəbiyyat === Braun, Deyvid. The Irish Identity of the Kingdom of the Scots in the Twelfth and Thirteenth Centuries. Vudbric: Boydell,. 1999.
IV Filip
IV Filip (Fransa) — Kapetinqlər sülaləsinə məxsus 1285–1314-cü illərdə Fransa kralı.
IV Fraat
IV Fraat (parf 𐭐𐭓𐭇𐭕, Frahāt; e. ə. I əsr – e.ə. 2) — Arşakilər sülaləsindən olan Parfiya çarı. O, eramızdan əvvəl 38–32-ci illərdə hökmranlıq etmişdir. II Orodun oğlu olan Fraat Roma ilə müharibədə irsi şahzadə I Pakorun ölümündən sonra varis təyin edilmişdir. O, taxtın varisi təyin edilsə də, atası padşah II Orodu öldürərək taxta çıxmış, ardınca bütün qardaşlarını öldürmüşdür. IV Fraat eramızdan əvvəl 2-ci ildə həyat yoldaşı və oğlu gələcək padşah V Fraatın başçılıq etdiyi sui-qəsdçilər dəstəsi tərəfindən öldürülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Bigwood, J. M. "Queen Mousa, Mother and Wife(?) of King Phraatakes of Parthia: A Re-evaluation of the Evidence". Journal of the Classical Association of Canada.
IV Georq
IV Georq və ya IV Corc (ing. George IV, alm. Georg IV.‎; 12 avqust 1762[…], Sent-Ceyms sarayı, Böyük London – 26 iyun 1830[…] və ya 1830, Vindzor sarayı[…]) — 19 yanvar 1820 – 26 iyun 1830-cu illəri arasında Britaniya kralı. Hannoverlər sülaləsinin nümayəndəsi. Faktiki olaraq şahzadə regent kimi ölkəni atası III Georqun ruhi xəstəliyi ilə bağlı 1811-ci ildən 1820-ci ilə qədər IV Georq idarə edirdi. == Həyatı və hakimiyyəti == IV Georqun reqentliyi dövründə I Napaleon Bonapart məğlub edilir və uzunmüddətli müharibə Britaniyanın qələbəsi ilə bitir. 1795-ci ildə IV Georq Karolina Braunşveyqlə evlənir. Bu izdivacdan onun bir qızı — Şarlotta Avqusta dünyaya gəlir. IV Georq bütün Britaniya monarxları arasında ən populyar olmayanlarından idi. Onun haqqında çoxlu lətifələr gəzirdi.
IV Henri
IV Henrix (fr. Henri IV de France; 13 dekabr 1553 – 14 may 1610[…], Paris) — Fransa kralı. IV Henrix Fransada dini müharibələrdən qalib çıxan, quqenotların başıçsı, 1572-ci ildən etibarən Navarra kralı 1589-cu ildən etibarən isə Fransa kralı olmuşdur. Burbonların banisi hesab olunur. IV Henrinin taxta olan hüquqları ölümcül yaralanmış halda öz tərəfdaşlarına Navarra monarxına sadiq qalmağı əmr etmiş III Henri tərəfindən təstiqlənmişdi, lakin yalnız uzunmüddətli mübarizədən onra o, Fransa kralı ola bilmişdi. Öz rəqiblərini zərərsizləşdirmək üçün, Navarralı IV Henrix 1593-cü ilin 25 iyul tarixində katolikliyi qəbul etdi və artıq 1594-cü ilin 22 mart tarixində Parisə kral kimi daxil olmuşdur. 1595-ci ildə roma papası IV Henrini kilsədən ayrılmasını və kafir elan olunması təhlükəsindən qorumuşdur. Məzhəblərarası mübarizələrə son qoymaq üçün IV Henrix 1598-ci ilin 13 aprelində protestantlara etiqad azadlığı bəxş edən Nant razılaşmasıını imzaladı, yalnız bundan sonra Hugenot müharibələri bitmişdir. 1610-cu ilin mayında katolik Fransua Ravalyakom tərəfindən Parisdə qətlə yetirilmişdir. 1610-cu ilin iyulun birində krallıq abbatlığı olan Sen-Denidə dəfn edilmişdir.
IV Henrix
IV Henrix (fr. Henri IV de France; 13 dekabr 1553 – 14 may 1610[…], Paris) — Fransa kralı. IV Henrix Fransada dini müharibələrdən qalib çıxan, quqenotların başıçsı, 1572-ci ildən etibarən Navarra kralı 1589-cu ildən etibarən isə Fransa kralı olmuşdur. Burbonların banisi hesab olunur. IV Henrinin taxta olan hüquqları ölümcül yaralanmış halda öz tərəfdaşlarına Navarra monarxına sadiq qalmağı əmr etmiş III Henri tərəfindən təstiqlənmişdi, lakin yalnız uzunmüddətli mübarizədən onra o, Fransa kralı ola bilmişdi. Öz rəqiblərini zərərsizləşdirmək üçün, Navarralı IV Henrix 1593-cü ilin 25 iyul tarixində katolikliyi qəbul etdi və artıq 1594-cü ilin 22 mart tarixində Parisə kral kimi daxil olmuşdur. 1595-ci ildə roma papası IV Henrini kilsədən ayrılmasını və kafir elan olunması təhlükəsindən qorumuşdur. Məzhəblərarası mübarizələrə son qoymaq üçün IV Henrix 1598-ci ilin 13 aprelində protestantlara etiqad azadlığı bəxş edən Nant razılaşmasıını imzaladı, yalnız bundan sonra Hugenot müharibələri bitmişdir. 1610-cu ilin mayında katolik Fransua Ravalyakom tərəfindən Parisdə qətlə yetirilmişdir. 1610-cu ilin iyulun birində krallıq abbatlığı olan Sen-Denidə dəfn edilmişdir.
IV Hörmüz
IV Hörmüz (pəhl. 𐭠𐭥𐭧𐭥𐭬𐭦𐭣; fars. هرمز چهارم‎) — I Xosrovun oğlu. 579–590-cı illərdə Sasanilər imperiyasının hökmdarı olmuşdur. == Mənşəyi == IV Hörmüz adı ilə tanınsa da, Şahnamədə Torkzad, yəni Türk oğlu adı ilə də tanınır. Bunun səbəbini isə onun anasının türk xaqanının qızı olması göstərilir. Lakin bunu Encyclopædia Iranica rədd edir. Burada bildirilir ki, onun anasının türk xaqanının qızı olması mümkün deyildi, çünki IV Hörmüz II Xosrovdan otuz il öncə, təxminən 540-cı ildə dünyaya gəlmişdi. == Siyasəti == I Xosrov Hörmüzdün özünün şəxsi qabiliyyətlərini və bacarıqlarını görmüşdü və onu lider olaraq görürdü və onu IV Hörmüz adı ilə varisi elan edir. Hörmüzd 579-cu ildə taxta sahib olur, təvazökar və qəddar görünürdü, amma ürəyiaçıq və səmimi adam deyildi.
IV Kvarkvare
IV Kvarkvare - 16-cı mesxet çarı. II Keyxosrovun oğlu idi. Hakimiyyət boyu əsasən xəstə olduğu üçün əsl hakimiyyət qardaşı II Manuçarda və anası Dedis İmedidə idi. Çıldır döyüşündən sonra Osmanlı vassallığını qəbul etmişdi.
IV Mehmed
IV. Mehmed və ya Ovçu Mehmed (2 yanvar 1642, Konstantinopol – 6 yanvar 1693, Ədirnə) — 19. Osmanlı padşahı və 98. İslam xəlifəsidir. Atasının taxtdan devrilməsi nəticəsində 1648-ci ildə 6 yaşında sultan elan edildi. Tez-tez ova çıxması ona ovçu ləqəbini qazandırmışdır. 39 illik səltənəti ilə I. Süleymandan sonra ən uzun müddətli hakimiyyəti ilə seçilir. Dönəmində bir çox memarlıq işləri görüldü. 60 ildir inşaatı bitməyən Yeni Məscid külliyəsi məhz bu dövrdə tamamlanmışdır. 1658–1680 müddətində Rumeli və Anadolu hisarları təmir edilmişdir. Misir bazarı, Hünkar qəsri, Körpülü külliyəsi, Safranbolu Körpülü Mehmed Paşa Məscidi, Vəzirkörpü Fazil Əhməd Paşa külliyəsi, İncəsu Mərzifonlu Qara Mustafa Paşa Məscidi və karvansarası məhz bu dövrdə inşa edilmişdir.
IV Murad
IV Murad (osman. مراد رابع Murād-i rābi‘; 27 iyul 1612, Konstantinopol – 8 (18) fevral 1640, Konstantinopol) — 17-ci Osmanlı padşahı və 96-cı İslam xəlifəsi. İrəvan və Bağdad fatehidir. IV Murad 27 iyul 1612-ci il tarixində İstanbulda Sultan I Əhmədin və əsl adı Anastasiya olan yunan əsilli Kösəm Sultanın oğlu olaraq dünyaya gəldi. Böyük qardaşı Gənc Osmanın Yeddiqüllə zindanlarında bir qrup yeniçəri tərəfindən öldürülməsi və daha sonra zorla taxta oturulan əmisi I Mustafanın müxtəlif intriqalarla yenidən devrilməsi nəticəsində 11 yaşında taxt-tac sahibi oldu. == Həyatı == === Şahzadəlik illəri === 27 iyul 1612 tarixində İstanbulda dünyaya gəlmişdir. İndiki Bəylərbəyi sarayının ərazisində yerləşən və vaxtilə II Səlimin qızı Gövhərxan Sultan üçün inşa etdirdiyi sarayda dünyaya gəlmişdir. I Əhməd və Mahpeykər Kösəm Sultanın oğludur. Şahzadəlik illəri haqqında mənbələrdə çox məlumat yoxdur. II Osman hadisələrindən sonra sədrəzəm Davud Paşanın tərtibiylə digər qardaşları ilə birlikdə Üsküdara aparılarkən sui-qəsdə məruz qalmış və saray ağalarının müdaxiləsiylə sui-qəsddən xilas olmuşdur.
IV Mustafa
IV Mustafa (Osmanlı türkçəsi: سلطان الرابع مصطفى Mustafa-i rabi; 8 sentyabr 1779, Konstantinopol – 17 noyabr 1808, Konstantinopol) — 29-cu Osmanlı padşahı, 93-cü İslam xəlifəsidir. == Həyatı == === İlk illəri === 8 sentyabr 1779-cu ildə dünyaya gəlmişdir. Atası 27. Osmanlı sultanı I Əbdülhəmid, anası isə bolqar əsilli Aişə Səniyəpərvər Sultandır. Həmyaşıd qardaşı Şahzadə Süleymanla birlikdə 29 fevral 1784-cü ildə təntənəli bir mərasimlə ilk dini təhsilinə başladı. Şahzadəlik illərində sarayda klassik təhsil almış, qardaşı Şahzadə Mahmudla birlikdə atasının şəhərdəki təftişlərində iştirak etmişdir. Atasının vəfatının ardından (7 aprel 1789) taxta çıxan əmisi Sultan Səlim övladı olmadığı üçün qardaşı uşaqlarına nəvaziş göstərmişdir. Bu dönəmdə sarayda rahat bir həyat sürmüşdür. === Səltənət illəri === Sultan Səlim tərəfindən başladılan hərbi və bürokratik islahatlar yeniçəri və üləmaların müxalifətiylə yarımçıq qaldı və tərtiblənən bir saray çevrilişi ilə (Qabaqçı Mustafa üsyanı) taxtdan endirilərək Şimşirlik bölümünə həbs edilən Sultan Səlimin yerinə IV Mustafa taxta çıxarıldı (29 may 1807). Üsyanın ardından sədarət naibi Kösə Musa Paşa, Qabaqçı Mustafa, şeyxülislam Mehmed Əfəndi, başqazılar və yeniçəri ocağının öndə gələn zabitlərinin iştirakıyla bir məclis toplandı.
IV Nikomed
IV Nikomed Filopatr (e. ə. II əsr – e.ə. 74, Nikomediya, Vifiniya) – e.ə. 94 - e.ə. 74 illər arasında Vifiniya kralı. III Nikomedin oğlu və varisidir. == Bioqrafiyası == Nikomedin taxta çıxana qədərki həyatı barədə heç bir məlumat yoxdur. Taxta çıxması atasının ölümündən sonra reallaşmışdır. Hakimiyyətinin ilk illərində ölkəsində sülh hakim ikən, qısa müddət sonra ölkənin sərhədləri Roma Respublikasının ən böyük düşmənlərindən olan Pont kralı IV Mitridat tərəfindən hücuma məruz qalmağa başladı.
Dünya Azərbaycanlılarının IV Qurultayı
Dünya Azərbaycanlılarının IV Qurultayı — 2016-cı il 3–4 iyun tarixində Bakı şəhərində keçirilən dünya azərbaycanlılarının IV qurultayı. İyunun 3-də Heydər Əliyev Mərkəzində açılış mərasimi olan Dünya Azərbaycanlılarının IV Qurultayının iclaslarında diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirdilər. Qurultayda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud problemlər və onların həlli yolları, eləcə də digər məsələlər diqqət mərkəzində saxlanıldı. Qurultayda ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidentinə müraciət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərləri və parlamentlərinə, həmçinin dünya azərbaycanlılarına müraciətlər qəbul edilib. İyunun 4-də yekunlaşan qurultay görüşlərində xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə edilmişdi. == İştirakçılar == 2016-cı il iyun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində gerçəkləşən Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimi olmuşdur. 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi qurultayda xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçilər, ictimai xadimlər, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olmuşdur. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, Qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də işitirak etmişdir. Dünya azərbaycanlılarının IV qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olunacaq.
E.ə. IV əsr
E.ə. IV əsr == Mədəniyyət == Skopye ərazisində ilk insan məskənləri e.ə. IV əsrə aiddir.
Grand Theft Auto IV
Grand Theft Auto IV — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən 2008-ci ildə satışa çıxarılmış döyüş-macəra janrında olan videooyun. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Oyun Nyu-Yorkun uydurma versiyası olan Liberty City-də keçir. Oyun qaranlıq keçmişindən qaçan Şərqi Avropalı müharibə veteranı Niko Bellic adlı bir şəxsin həyatını mövzu alır. Avropadan qaçaq gəmiylə yola çıxan və Amerikaya ayaq basan Niko Bellicin məqsədi qaranlıq keçmişindən qaçmaq və Amerikan xəyalını yaşamaqdır. Əmisi oğlu Romanın çox-çox şişirdib təriflədiyi məktublarına inanıb Liberty City-yə yaşamağa gələn Niko Bellic, Rockstar'ın milyonlar satan "Grand Theft Auto" ardıcıllığının bu seriyasındakı əsas xarakteridir. Mafiya və qumar borclarıyla başı bəlada olan Romana kömək edərkən öz adını da doğrultmaya çalışan Niko sakit bir həyat arzu edərkən bir anda özünü borclar və yeraltı cinayət dünyasının içinə çəkilmiş halda tapır. Bu xəyalın əslində bir yalandan ibarət olduğunu, şəhərdə hörmət duyulan tək şeyin pul və etibar olduğunu anladığında isə artıq onun üçün geri dönmək çox gecdir. İndi onun həyatı Rus, Alban, yəhudi və İtalyan mafiyalarıyla mübarizədən ibarətdir. Mərhəmətsiz şəhərin küçələrindəki Niko artıq çirkli və ruhsuz bir tətikçidir.
IVR
IVR (ing. Interactive Voice Response) — səs tonları vasitəsilə zənglərin marşrutlaşdırması funksiyasını yerinə yetirən sistemi. Bu sistem vasitəsilə zəng-mərkəzinə zəng edən müştəri telefonun klaviaturasında uyğun düymələri daxil edərək interaktiv sorğuda iştirak edir. IVR səsləndirilməsi — zəng-mərkəzinin əsas xidmətidir. Musiqi müşayiətinin düzgün seçilmiş uyğunluğu, diktorun və istifadə edilən leksikanın səsləri təşkilatın zəng xidmətinin düzgün qurulmasının əsasını təşkil edir. IVR-sistemin köməyi ilə yerinə yetirilən marşrutlaşdırma - operatorların və şirkətin xidmətlərinin düzgün istiqamətləndirilməsini təmin edir. Sadə IVR nümunələri: Salam! Siz "x"-şirkətinə zəng etmisiniz. Əgər tariflər və qoşulma şərtləri haqqında məlumat almaq istəyirsinizsə — 1 düyməsinə, öz ödəniş detallarınızı dəqiqləşdirmək istəyirsinizsə — 2 düyməsinə, öz hesabınızın vəziyyəti haqqında məlumat almaq istəyirsinizsə, — 3 düyməsinə basın. Əgər faks göndərmək istəyirsinizsə — sadəcə öz faks aparatınızda START düyməsinə basın.
IV Albert (Bavariya hersoqu)
IV Albert (alm. Albrecht IV der Weise‎, 15 dekabr 1447 və ya 15 dekabr 1447, Münxen – 18 mart 1508 və ya 18 mart 1508, Münxen) Vittelsbaxlar sülaləsindən 1467-ci ildən Bavariya-Münhen hersoqu və 1503-cü ildən sonra isə yenidən birləşmiş Bavariyanın hersoqu idi. == Həyatı == Albert Bavariya-Münhen hersoqu III Albertin və Brunsvik-Qrubenhaqenli Annanın oğlu idi. Uşaqlıqda ruhani istiqamətdə yetişdirilmişdi. Bunun üçün 15 avqust 1461-ci ildə Köln Universitetinə göndərilmişdi. Lakin böyük qardaşı IV İohannın ölümündən sonra ruhani karyerasını dayandırdı və Paviadan Münhenə qayıtdı. Qardaşları Kristof və Volfqanq hakimiyyətdən istefa verəndən sonra Albert tək hersoq oldu, lakin 1467-ci ildə qardaşı hersoq Sigizmund üçün Bavariya-Münhendən ayrılan torpaqda yeni Bavariya-Daxau hersoqluğu yaradıldı. 1501-ci ildə Sigizmundun ölümündən sonra həmin torpaqlar Bavariya-Münhenə qayıtdı. Albert 1485-ci ildə Abensberq qraflarının nəslinin kəsilməsindən sonra onların torpaqlarını aldı. == Habsburqlarla əlaqələr == Avstriyalı Kuniqundanın IV Albertlə evliliyi intriqaların və aldatmaların nəticəsi idi.
IV Aleksey (Trabzon imperatoru)
IV Aleksey Komnenos (yun. Αλέξιος Μέγας Κομνηνός) (1379, Trabzon – 26 aprel 1429) — 19-cu Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru III Manuel, anası isə Gürcü çarı IX Davidin qızı Evdokiya Baqrationidir. 1395-ci ildə atası tərəfindən ortaq imperator elan edildi. Atasının 1417-ci ildə ölümünün ardından idarəni təkbaşına ələ aldı. Atasının ölümündə əli olduğu ehtimal olunur. Onun səltənətində Genuyalılarla 1418-ci ildə sülh bağlansa da, onlarla mübarizədə Venesiya ilə ittifaq quruldu. Digər tərəfdən şərqi Anadoluda güclənən Qaraqoyunlularla yaxın münasibətlər quruldu və 1420-ci ildə qızlarından birini Qaraqoyunlu sultanı Qara Yusifin oğlu Cahanşahla evləndirdi. Apardığı evlilik siyasətləriylə qonşularıyla dost münasibət saxladı. Digər qızı Mariyanı 1428-ci ildə Bizans imperatoru VIII İohannla, Evdokiyanı isə italyan əsilli lord Nikol Krispo ilə evləndirdi.
IV Antiox (Kommagena çarı)
IV Qay Yuli Antiox Yepifan (q.yun. Γαίος Ἰούλιος Ἀντίοχος ὀ Ἐπιφανής; I əsr – I əsr, Roma) — Kommagenanın 38–72-ci illərdə hakimiyyətdə olmuş son çarı. Armenia imperiyasıdan asılı halda hökm sürmüşdür. "Yervanduni" epiteti "şöhrətli" deməkdir. == İrsi == Antiox Yervanduni özü və həyat yoldaşı İotap üçün bir neçə sikkə zərb etdirmişdir. O, ölümündən sonra İotap şəhərini ona həsr həsr etmişdir. == İstinadlar == == Xarici keçidlər == https://web.archive.org/web/20151227175141/http://www.mavors.org/PDFs/Commagene.pdf William Smith (ed.), Dictionary of Greek and Roman Biography and Mythology, 1870. http://books.google.com.au/books?id=S_iZdOzcQCoC&pg=PA192&lpg=PA192&dq=Strabo+and+Antonia+&source=web&ots=to-ReZ9Ehv&sig=nbs8aS8VpIPUEpAjlR3mhs_7lHs&hl=en#PPA25,M1. "Coinage of Antiochus IV".
IV Artakserks Arses
Artakserks (/ ˌɑːrtəˈzɜːrksiːz /; qədim farsca: 𐎠𐎼𐎫𐎧𐏁𐏂𐎠, romanlaşdırılan: Artaxšaçā) və ya Arses (qədim farsca: 𐎠𐎼𐏁𐎣, romanlaşdırılan: Aršaka) və ya Arşaka ilə də tanınan e.ə. 338 - 336-cı illər arasında On ikinci Əhəmənilər Kralı idi. Əhəmənilər İmperiyasının yenidən canlanmasına səbəb olan atası III Artakserksin Bagoas tərəfindən zəhərlənməsindən sonra Arses taxta çıxdı. İmperiyanı idarə edə biləcəyi umudu ilə Arses taxta oturdu. Əhəmənilər İmperiyasının III Artakserks sui-qəsdindən zəifləməsi və Arsesin canişinliyindən sonra Yunan Korinf ittifaqı 336-cı ildə Asiyaya qoşun yeritdi. Arses, özünü Bagoasın təsirlərindən qurtarmaq üçün onu zəhərləməyə çalışdı ancaq müvəffəq olmadı, əksinə Bagoasın əmri ilə zəhərləndi. Bagoas, sonra Arsesin əmisi oğlu III Daranı taxta oturdu.
IV Con (Portuqaliya kralı)
IV Con (port. João IV) və ya Bərpaedici Con (port. João o Restaurador; 19 mart 1604, Vila-Visoza sarayı[d] – 6 noyabr 1656, Ribeyra sarayı) — Braqanza sülaləsinə mənsub ilk Portuqaliya kralı. == Mənbə == D. A. Brading (24 September 1993). The First America: The Spanish Monarchy, Creole Patriots and the Liberal State 1492–1866. Cambridge University Press. p. 213. ISBN 978-0-521-44796-6 Davenport, Frances Gardiner (2004). European Treaties Bearing on the History of the United States and Its Dependencies to 1648.
IV Filip (Fransa)
IV Filip Gözəl (fr. Philippe IV le Bel, iyun 1268[…], Fontenblo – 29 noyabr 1314, Fontenblo)- Kapetinqlər sülaləsinə məxsus 1285–1314-cü illərdə Fransa kralı. Fransa tarixinin görkəmli nümayəndələrindən biri. == Həyatı == IV Gözəl Filipp 1268-ci ildə Fontebloda anadan olmuşdur. Onun atası III Cəsarətli Filipp, anası Araqonlu İzabella olmuşdur. Bu nikahdan III Cəsarətli Filippin üç oğlu: Lüdovik, Gözəl Filipp və Karl Valua doğulmuşdur. İkinci dəfə o, Sisiliya və Yerusəlim şəhərlərinin kraliçası, Flandrsk qrafinyası Mariya Brabantskayaya evlənmişdi. IV Filippə 17 yaşında ikən Reymsdə tac qoyulur. O, hakimiyyətə atasının Araqoniya üzərinə yürüşü zamanı ölümündən sonra gəlir. IV Filippin hakimiyyəti orta əsrlər Avropasının tarixində ən mühüm dövrlərdən biri olmuşdur.

Oxşar sözlər

#ıv nədir? #ıv sözünün mənası #ıv nə deməkdir? #ıv sözünün izahı #ıv sözünün yazılışı #ıv necə yazılır? #ıv sözünün düzgün yazılışı #ıv leksik mənası #ıv sözünün sinonimi #ıv sözünün yaxın mənalı sözlər #ıv sözünün əks mənası #ıv sözünün etimologiyası #ıv sözünün orfoqrafiyası #ıv rusca #ıv inglisça #ıv fransızca #ıv sözünün istifadəsi #sözlük