Işılay Sayqın
Işılay Sayqın (türk. Işılay Saygın; 4 aprel 1947, Buca, İzmir ili – 27 iyul 2019, İzmir) — Türk memar, siyasətçi və nazir.
== Bioqrafiyası ==
Osman Nuri Sayqın və həyat yoldaşı Fatmanın ailəsində, İzmir ilinin Buca bələdiyəsində anadan olmuşdur. Egey Universitetinin Memarlıq fakültəsini bitirmişdir.
1973-cü ildən siyasətlə məşğul olur. Bu zaman Ədalət Partiyasına qatılır. İki müddət ərzində rayon başçısı vəzifəsini icra etmişdir. 1980-ci il çevrilişindən sonra vəzifəsini itirir. 1980-1983-cü illərdə memar işləmişdir. 1983-cü ildə Milliyyətçi Demokratik Partiyaya qatılır, elə həmin il Türkiyə parlamentinə üzv seçilir.