iy-toz sözü azərbaycan dilində

iy-toz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • iy-toz • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İy
Qoxu və ya iy — insan və heyvanlar tərəfindən havada uçan iyli maddələri hissetmə halı. Qoxu, qoxu hissi ilə hiss edilən, adətən havada çox kiçik konsentrasiyalarda həll olunan hər hansı kimyəvi maddələrdir. Fraqrens və aroma terminləri çox vaxt kosmetika və qida sənayesi tərəfindən xoş ətirləri təsvir etmək üçün istifadə olunur. Qoxuları qavrayışlarına görə pis və xoş qoxulara bölmək olar. Qoxu havada həll olunan qoxu molekullarının hissiyyatıdır. Qoxuların əksəriyyəti üzvi birləşmələrdən qaynaqlansa da, hidrogen sulfid və ammonyak kimi qeyri-üzvi maddələr də qoxuya bilər. Ətirin təsiri iki addımlı bir prosesdə həll edilə bilər. Birincisi, fizioloji mərhələdir; reseptorlarla burundakı stimul sahəsinin hissi. Sonra Psixoloji mərhələ başlayır. Qıcıqlandırıcılar insan beyninin qoxuya cavabdeh olan bölgəsi tərəfindən stimullaşdırılır və işləməsi təmin edilir.
Toz
Toz — orqanik və ya mineral mənşəli xırda bərk hissəcik. Tozlar - orta diametrli mikro hissəciklərə və diametri 0.1 mm. olan makro hissəciklərə bölünür. Hər hansı bir materialı toz halına keçirtdikdə daha toz hissəcikləri, yəni diametri 0.1–5 mm-ə çatan toz hissəcikləri yaranır. Rütubət təsir etdikdə toz adətən palçığa çevirilir. Atmosferdə tozun miqdarı iqlimə böyük təsiri göstərir. Toz hissəcikləri qlobal istiləşmənin nəticələrini yumşaldaraq günəş radiasiyasının bir hissəsini udur. Həmçinin toz hissəcikləri kondensasiyanın nüvəsi olaraq buludların formalaşmasında iştirak edir.
Toz qasırğası
Güclü külək vasitəsilə böyük miqdarda torpaq hissəciklərinin və qumun sovurulub aparılmasıdır. Torpaq qasırğası bəzən milyon tonlarla tozu uzaq məsafəyə aparıb əkinlərin üzərinə tökür, yararlı torpaqları, bitkiləri məhv edir. Çöllərdə qoruyucu meşə zolaqları salmat və s. aqrotexniki tədbirlərə toz qasırğası ilə mübarizə aparılır.
Yuyucu toz
Yuyucu toz ― paltarların əllə və ya paltaryuyan maşında yuyulması üçün nəzərdə tutulmuş tozlu yuyucu vasitə. Məişət kimyəvi maddələrinə aiddir. Sabun tərkibli — sabun və qələvi duzların qarışığı, yalnız pambıq və kətan parçaları 40 ° C temperaturda yumşaq suda yumaq üçün nəzərdə tutulmuşdur. Sintetik (tərkibində sintetik səthi aktiv maddələr olan) — suyun sərtliyinə, temperaturuna, turşuluq dərəcəsinə və parça növünə görə çox yönlü olması ilə fərqlənir. Qələvi — suyun sərtliyini azaltmaq, çamaşırları islatmaq və qaynatmaq üçün istifadə olunur. Müasir yuyucu tozların tərkibində anion və qeyri-ion səthi aktiv maddələr, soda, natrium silikat (toza qələvilik əlavə edir və tozu qranullara bağlayır), həmçinin seyreltici kimi duz balastı (adətən natrium sulfat (təxminən 40%) var. paltaryuyan maşında hər yuma üçün 150 q dozada konsentratsız yuyucu toz) və ya daha az tez-tez natrium xlorid) 5% −10% -dən çox olmayan miqdarda. Həmçinin, yuyucu tozların tərkibində digər komponentlər də ola bilər: kationik səthi aktiv maddələr, kimyəvi və optik parlatıcılar, ətirlər, kalsium və maqnezium ionlarını birləşdirən maddələr: (natrium tripolifosfat) seolitlər, sitratlar, Trilon B). Tozun tərkibində həmçinin fermentlər, sabun, tozun özünə gözəl rəng vermək üçün rəng qatqıları və çirkin səthə çökməsinin qarşısını alan maddələr ola bilər. Yuyucu toz məhlulunun pH səviyyəsini müəyyən edilmiş hədlərdə saxlamaq üçün onun tərkibinə müvafiq əlavələr, ən çox limon turşusu daxil edilə bilər.
Ariel (yuyucu toz)
Ariel — Procter & Gamble şirkətinə daxil olan yuyucu toz markası. Ariel Avropa ölkələri, Meksika, Braziliya, Türkiyə, Pakistan, Hindistan, Kolumbiya, Çili, Venesuela və Filippində əsas yuyucu toz markası hesab olunur. Ariel ilk dəfə 1967-ci ildə Böyük Britaniyada satışa çıxarıldı. Ariel xüsusi ləkə çıxarma enzimləri ilə ilk yuyucu toz hesab olunurdu. Paltaryuyan maşınların dəyişməsi və daha da inkişaf etdirilməsi nəticəsində Arielin məhsullarında da dəyişikliklər edilid. 80-cı illərdən etibarən satışa çıxarılan məhsullar bol köpükləndiricilik xüsusiyyəti ilə fərqlənirdi. 2010-cu ildə Airel üçün hazırlanmış reklam çarxının hazırlanmasında Çarli Çaplin, Mahatma Qandi və Corc Buş kimi simalardan istifadə olunmuşdur.
Toz içində çiçək (film, 1959)
Toz içində çiçək (hind. धूल का फूल, ing. Dhool Ka Phool) — rejissor Yaş Çopranın 1959-cu ildə çəkdiyi film. Filmdə kollecin tələbələri Mina (Mala Sinha) və Maheşin (Racendra Kumar) məhəbbətindən bəhs olunur.

iy-toz sözünün leksik mənası və izahı

  • 1 iyi-tozu qalmamaq – əsərəlaməti qalmamaq, heç bir izi qalmamaq, tamam yoxa çıxmaq, izsiz itmək. Vaxtilə gördüyün şeylərin iyi-tozu qalmayıb. – [Sultan bəy:] Qoy bir o arşınmalçı gözümə görünsün, ona mən bir patron çaxım ki, iyi-tozu qalmasın. Ü.Hacıbəyov; iyi-tozu görünməmək – qətiyyən hiss olunmamaq, varlığından heç bir əsər-əlamət olmamaq. Burada da onların iyi-tozu görünmür.

    Azərbaycan dilinin izahlı lüğəti / iy-toz

iy-toz sözünün rus dilinə tərcüməsi

  • 1 в сочет. iyi-tozu qalmayıb (görünmür) kimin, nəyin и следа не осталось, и след пропал, след простыл кого, чей, чего

    Azərbaycanca-rusca lüğət / iy-toz

iy-toz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 iyi-tozu qalmamaq ял-гел амукь тавун, са лишанни (гелни) амукь тавун, тамам квахьун, гелни амачиз квахьун.

    Azərbaycanca-ləzgicə lüğəti / iy-toz

Oxşar sözlər

#iy-toz nədir? #iy-toz sözünün mənası #iy-toz nə deməkdir? #iy-toz sözünün izahı #iy-toz sözünün yazılışı #iy-toz necə yazılır? #iy-toz sözünün düzgün yazılışı #iy-toz leksik mənası #iy-toz sözünün sinonimi #iy-toz sözünün yaxın mənalı sözlər #iy-toz sözünün əks mənası #iy-toz sözünün etimologiyası #iy-toz sözünün orfoqrafiyası #iy-toz rusca #iy-toz inglisça #iy-toz fransızca #iy-toz sözünün istifadəsi #sözlük