su sözü azərbaycan dilində

su

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • su • 88.4442%
  • Su • 11.3745%
  • SU • 0.1797%
  • sU • 0.0016%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
.su
Keçmiş Sovetlər İttifaqının İnternet kodu
Su
Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddə. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir.
Evtrof su
Evtrof su — qida maddələri ilə zəngin olan su. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Hiqroskopik su
Mineral su
Mineral su — aktiv kimyəvi komponentlərlə və qazlarla zəngin olan təbii sudur. Su canlı aləmin fəaliyyətində böyük rol oynayır ki, canlı varlıq susuz yaşaya bilməz. Hər bir insan gündəlik tələbini ödəmək üçün 2 litrdən artıq su qəbul etməlidir. Bu qədər normanı insanlar müxtəlif içkilərlə məsələn, su, çay, qəhvə, şirələr, təbii və mineral sular və s. ilə ödəyirlər. Bir qayda olaraq mineral su dedikdə əlavə hazırlıqsız içmək üçün yararlı olan və bioloji aktivliyə malik su qəbul olunur, lakin hamı tərəfindən qəbul olunan beynəlxalq təsnifata görə tərkibində duzların qatılığı 1q/l-dən böyük olan suyu mineral hesab edirlər. Duzun qatılıöı 1q/l-dən az olan su süfrə suyu adlanır. Yerin təkindən gələn yeraltı sular təbii bulaqlar vasitəsilə yer üzərinə çıxır və bu sulara mineral sular deyilir. Bu suların tərkibində yüksək miqdarda qazlar, kimyəvi elementlər və onların birləşmələri olur və öz radioaktivliyi ilə seçilir. Bir çox mineral sular müalicə məqsədi ilə istifadə edilirsə, bəziləri süfrə suları kimi tətbiq edilir.
Normal su
Qara Su
Qara Su — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Məskunlaşma yoxdur. Qara su vulkan-tektonik məşəllidir. Adanın uzunluğu 900 m, eni isə 600 metr təşkil edir. Sahildən 8 km aralıdır. Bakı arxipelaqında ən iri vulkan məşəlli adadır. Qarasu adası palçıq vulkanında XIX əsrin ikinci yarısında 1876-cı cı ilin fevral, mart aylarında iki püskürmə baş verir. Bu, vulkanın insanların hafizəsində qalan ilk püüskürmə olur. 1977-ci ildə aprel ayında ən intensiv və uzun müddətli (2 gün) püskürmə olub. Ada qaz, su, neft pərdəcikli lilli su verən coxlu sayda qrifon və salzalar vardır.
Qazlı su
Qazlı su — mineral sərinləşdirici içki və ya karbon qazı ilə doymuş adi su. QOST 28188-2014 uyğun olaraq karbon dioksid ilə doyma baxımından üç növ karbonlu su var: karbon dioksid səviyyəsində 0,2% -dən 0,3% -ə qədər az qazlı; orta qazlı — 0,3-0,4 %; çox qazlı — 0,4 %-dən çox. Təbii qazlı su qədim dövrlərdən bəri tanınır və dərman vasitələri kimi istifadə olunur. Hippokrat öz əsərinin bir bütöv fəslini suya həsr etmiş və suyu xəstənin yalnız içməsi üçün deyil, onun içində üzməsi üçün də olduğunu söyləmişdir. XVIII əsrdə mənbələrdən alınan mineral su butulkalarda dünyaya yayılmağa başlanmışdır. Ancaq çox bahalı idi və tez xarab olurdu. Buna görə də sonradan suyun süni şəkildə qazlaşdırmasına cəhdlər edilmişdir. Qazlı suyu ilk dəfə 1767-ci ildə ingilis kimyaçısı Cozef Pristli yaratmışdır. Dr.
Rıçal-su
Rıçal-su - xloridli-hirdokarbonatlı müalicəvi mineral süfrə suyudur. Suyun mənbəyi Cənubi Dağıstan dağlarıdır. Suyun hündürlüyü 1120 m Çnal Xiv rayonu kəndi yaxınlığındadır. Suyu 1862-ci ildən istehsal olunur. Rıçal çayı özü mənbəyini bu sudan götürür. Çay Dağıstanın [[Xiv rayonu] rayonunun mərkəzindən keçir. Çayın eni 25-50 m, dərinliyi isə 1,75 m-dir. Çayın ətrafı meşə ilə örtülmüşdür. Suyun mənbəyində sahəsi 500 ha olan təbii qoruq mövcuddur. Burada diametri 200-250 km-də heç bir yaşayış yoxdur.
SU-25
Suxoy Su-25 (rus. Су-25) (NATO kod adı: Frogfoot) — SSRİ tərəfindən istehsal edilən iki mühərrikli, tək oturacaqlı hücum və hava dəstək təyyarəsi. Bu təyyarə Sovet Quru Qoşunlarını yaxın hava dəstəyi ilə təmin etmək məqsədilə konstruksiya olunmuşdur. İlk prototipin uçuş testləri 22 fevral 1975-ci ildə həyata keçirilmişdir. Sınaqları uğurla tamamladıqdan sonra 1978-ci ildə Gürcüstan Sovet Sosialist Respublikasının paytaxtı olan Tiflis şəhərində seriyalı istehsalına başlanılmışdır. Bu döyüş təyyarəsinin ilkin variantlarına iki oturacaqlı təlim-döyüş təyyarəsi olan Su-25UB, Su-25BM, həmçinin xarici ölkələrə ixrac üçün nəzərdə tutulmuş Su-25K daxildir. 2012-ci ildə bəzi təyyarələr Su-25SM səviyyəsində modernizasiya olunmuşdur. Su-25T və Su-25TM (digər adı ilə Su-39) növbəti modernizasiya variantları hesab olunsa da, bu variantlar geniş istehsal olunmamışdır. Su-25 və Su-34 qırıcıları 2007-ci ildə istehsal olunan yeganə zirehli, sabit qanadlı döyüş təyyarələri idi. Su-25-lərin əksər hissəsi hazırda Rusiya və digər MDB dövlətləri tərəfindən istismar olunur.
SU-57
Suxoy Su-57 (rus. Сухой Су-57) (T-50 PAK FA, Т-50, И-21, NATO kod adı Felon) — Rusiya çoxməqsədli 5-ci nəsil qırıcı təyyarəsi. "Suxoy" birləşmiş konstruktor bürosu tərəfindən layihələndirilib, Т-50 şərti adı altında tanınır. Əsas üstünlüyü radara görünməməsidir. Bu təyyarə Rusiya HHQ-lərindəki Su-27 və MiG-29-ları əvəz etmək üçün hazırlanmışdır. Əsas rəqibləri Amerika F-22 və F-35 təyyarələri olan Su-57 ilk uçuşunu 29 yanvar 2010-cu ildə etmişdir. Rusiya bu təyyarələrdən 1000 ədəd istehsal etməyi planlaşdırırdı, lakin sonra bu rəqəm 76-ya enib. Hindistan da 25 milyard dollarlıq müqavilə ilə Rusiyadan 250 ədəd Su-57 almağı və birgə istehsal etməyi planlaşdırsa da, sonradan bu müqaviləni ləğv edib. “T-50 PAK FA” qırıcıları amerikanların beşinci nəsil “F-22 Raptor” döyüş təyyarəsi və “F-35” qırıcılarına qarşı ciddi rəqib ola bilər. “T-50” qırıcısı qanadları altında daşıdığı “hava-hava” sinfindən olan raketlərinin uzaq məsafələrdəki hədəfləri vurmasından ötrü maksimal kinetik enerji ilə təmin edilib və o, öz konstruksiyanın gücünə əsasən, həm yüksək sürətlə, həm də ki, daha hündürdən uça bilər.
Seydu Su
Seydu Su (12 dekabr 1995-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako FK klubunda qapıçı kimi çıxış edən peşəkar Seneqal futbolçusudur. Su Monako akademiyası vasitəsilə inkişaf etmişdir. Su əsas komanda ilə debütünü 20 may 2017-ci ildə çempion olduğu 2016-17 mövsümünün final görüşündə Renn klubuna qarşı oyunda etmişdir. O, 45 dəqiqə meydanda mübarizə aparmış və ikinci hissədə Loik Badiaşil ilə əvəz olunmuşdur.
Su-17
Sukhoi Su-17 (NATO kod adı: Fitter) Sovet hücum təyyarəsi Su-7 qırıcı-bombardman təyyarəsinə əsasən yaradılıb və onun modern versiyası olaraq istehsal edilib. Uzun müddət Sovet, daha sonra Rusiya ordusunda xidmətdə olub və xeyli sayda Şərq bloku və Yaxın Şərq ölkələrinə ixrac edilib.
Su-24
Suxoy Su-24 (NATO kod adı: Fencer) — 1970 və 1980-ci illərdə Sovetlər Birliyinin hər cür hava şəraitində istifadə edilə bilən ən inkişaf etmiş havadan hücum təyyarəsi. İki kreslolu, iki motorlu təyyarə Rusiyanın ilk inteqrasiya edilmiş rəqəmsal naviqasiya/hücum sistemi ilə təchiz edilmiş təyyarəsidir. Su-24-ün konfiqurasiyasında F-111 ilə oxşarlıqlar var. Keçmiş Sovet respublikaları hava qüvvələri və eləcə də başqa bir neçə ölkədə hazırda istifadə edilir. 1961-ci ildə Suxoy Su-7b nin xidmətə daxil olma səbəbi Suxoyun hər bir hava şəraitində nöqtə hava hücumlarını dəstəkləyəcək bir model inkişaf etdirmək ehtiyacından yaranmışdı. S-28 və S-32 üzərində aparılan ilkin araşdırmalar Suxoy Su-7 dizaynının bu vəzifə üçün lazımlı bütün avionik sistemləri daşımaq üçün çox aşağı olduğunu ortaya qoydu. OKB-794 konstruktor bürosuna yeni təyyarənin əsasını təşkil edən Puma kod adlı inkişaf etmiş bir naviqasiya/hücum sistemi yaratmaq tapşırıldı. 1962 və 1963-cü ildə Suxoy 2 ədəd Tumansky R-21 F-300 turboreaktiv mühərrikiylə təchiz edilmiş, 2 pilotlu bir S-6 prototipini istehsal etdi. Prototip araşdırıldı ancaq Puma avadanlığının inkişaf etdirilməsi istiqamətində əskikliklərdən ötəri hər hansı bir sifariş verilmədi. 1964-ci ildə Suxoy S-58 M üzərində işə başladı.
Su-27
Su-27 (rus. Су-27) (NATO kod adı: Flanker – Flanqa zərbə) — SSRİ/Rusiya tərəfindən istehsal olunan dördüncü nəsil taktiki-qırıcı təyyarə. Təyyarə istənilən hava şəraitində fəaliyyət göstərmək və havada hərbi üstünlük əldə etmək üçün yaradılmışdır. Müxtəlif modifikasiyalar şəklində Rusiya Hərbi Hava Qüvvələri də daxil olmaqla Müstəqil Dövlətlər Birliyi ölkələri, Hindistan, Çin və digər ölkələrin hərbi hava qüvvələrinin istismarındadır. Çində lisenziya əsasında "Shenyang J-11" adı ilə istehsal edilir. Ağır qırıcı təyyarələrə aid edilir. Əsas rəqibi və oxşarı ABŞ istehsalı olan F-15 hesab edilir. MiQ-29 ilə birlikdə cütlük yaradaraq ABŞ-nin F-15 və F-16 hərbi təyyarə cütlüyünə qarşı mübarizə aparmaq üçün yaradılmışdır. Yüksək manevrliliyi yüngül qırıcılarla mübarizə aparmağa, çoxməqsədli qırıcı kimi istifadə edilməsinə imkan verir. Təyyarədaşıyıcılar üçün olan variantı Su-33 adlanır.
Su-30
Sukhoi Su-30 (rus. Сухой Су-30; NATO kod adı: Flanker-C) — 2 mühərrikli, iki yerlik supermanevrli qırıcı təyyarə. İstənilən hava şəraitində, hava-hava və hava-yer və yerüstü dəstək missiyalarını həyata keçirmək üçün nəzərdə tutulmuşdur. S-30 proyekti Sukhoi kompaniyasının öz daxilində Su-27-ni yeniləmək planının nəticəsidir. Yaranan yeni təyyarəyə Su-30 adı rəsmi olaraq 1996-cı ildə Müdafiə Nazirliyi tərəfindən təyin olundu. Flanker (Su-27) ailəsinə aid olan təyyarələrdən yalnız Su-27, Su-30, Su-34 və Su-35 təyyarələrinin Müdafiə Nazirliyi tərəfindən seriyalı istehsalına sifariş verilmişdir. Digər təyyarələr yalnız, məsələn Su-37 prototip mərhələsini keçməyiblər. Adlandırmada fərq olsa Su-30 digər "Flankerlər" kimi öz baza təyyarələrinə — Su-27 təyyarəsinə struktur cəhətdən demək olar ki identikdirlər, yəni oxşardırlar. Su-30 iki rəqib kompaniya tərəfindən müxtəlif brendlərdə istehsal edilir, lakin hər iki kompaniya – KnAAPO və Irkut, Suhkoi şirkətinə aiddir. KnAAPO Çin, İndoneziya, Uqanda, Venesuela və Vyetnama satılan Su-30MKK, Su-30MK2 versiyalarını istehsal edir.
Su-33
Suxoy Su-33 (rus. Сухой Су-33; NATO kod adı: Flanker-D) — Rusiyanın Suxoy şirkəti tərəfindən dizayn olunmuş istənilən hava şəraitində əməliyyat uçuşu həyata keçirmək qabiliyyəti olan iki mühərrikli, çoxməqsədli qırıcı. Hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş bu döyüş təyyarəsi Su-27K olaraq da tanınır. Təyyarə öz baza modeli olan Su-27 ilə müqayisədə tamamilə dəniz əməliyyatları üçün dizayn olunub. Qanadları Su-27-ə nisbətən daha genişdir. Su-33 inkişaf etdirilmiş mühərrikə və havada yanacaqdoldurma imkanına sahibdir. İlk dəfə 1995-ci ildə Admiral Kuznetsov adlı aviadaşıyıcının üzərində istifadə edilsə də, bu döyüş təyyarəsinin rəsmi olaraq xidmətə daxil olma tarixi 31 avqust 1998-ci ilə təsadüf edir. Sovet İttifaqının dağılmasının ardınca Rusiya Hərbi Dəniz Qüvvələrində də ixtisarların baş tutması nəticəsində cəmi 26 qırıcı istehsal olunmuşdur. Çin və Hindistana satış cəhdləri də uğursuzluqla nəticələnmişdir. 2009-cu ildə Su-33 döyüş təyyarələrinin xidmət müddətini başa çatdırmasının ardınca onları əvəzləmək məqsədilə Rusiya HDQ üçün MiQ-29K qırıcıları sifariş olunmuşdur.
Su-34
Suxoy Su-34 (NATO kod adı: Super Flanker) — döyüş təyyarələri taktiki bombardman üçün müasirləşdirilmiş Su-27 modelinin iki nəfərlik versiyası. İki pilotun yan-yana oturduğu və eyni vəzifəni yerinə yetirə biləcək xüsusi bir dizayna sahibdir. İlk uçuşu 1993-cü ildə reallaşdırılıb və 1997-ci ildən etibarən istifadə edilməyə başlanılıb. Su -34 döyüş təyyarələri Sibir bölgəsində fəaliyyət göstərən Suxoy Holding-ə aid Novosibirsk şirkəti tərəfindən istehsal edilir. Rusiya Hava Qüvvələri şirkətlə bağladığı müqavilədə 2020-ci ilə qədər 124 ədəd Su-34 təyyarəsinin alınacağını açıqlayıb. Rusiyanın əlində 2015-ci il məlumatına görə 80-dan çox Su-34 var. Onlardan 15-i Suriyadadır. Su-34 havadan atılan “AA-12” raketləri təchiz edilib. 2014-cü ilin ilin mart ayında alınan 4++ nəsil təyyarələr köhnə Suxoy Su-24 Fencer-in yerini alacaq. Yaşanan bəzi qeyri-müəyyənliklər layihəsinin başlamasını geciktirdi.
Su-35
Suxoy Su-35 (rus. Сухой Су-35, NATO kod adı: Flanker-E) — Su-27 qırıcısının iki dəfə təkmilləşdirilmiş törəmə forması. Bir oturacağı və supermanevretmə qabiliyyəti var. Suxoy Dizayn Bürosu tərəfindən dizayn olunmuşdur. Komsomolsk-on-Amur Təyyarə Zavodunda istehsal olunmuşdur. İlk variant 1980-ci illərdə Su-27-də bir inkişaf kimi tərtib edilmiş və Su-27M kimi tanınmışdır. Bu törəmə, daha böyük ağırlığın öhdəsindən gəlmək üçün struktur gücləndirməsini və çox funksiyalı radarı əhatə edir. İlk prototip 1988-ci ilin iyun ayında ilk uçuşunu etdi. Sovet İttifaqının dağılması səbəbindən təyyarə kütləvi şəkildə istehsal olunmadığı üçün, Suxoy təyyarəsi ixrac sifarişlərini cəlb etmək üçün Su-35 olaraq yenidən təyin edildi. İstehsal edilən on dörd təyyarə sınaq və nümayiş üçün istifadə edildi.
Su (dəqiqləşdirmə)
Su — maye Su tayfası — Su (film, 2003) — film. .su — Keçmiş Sovetlər İttifaqının İnternet kodu.
Su (maye)
Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddə. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir.
Su (tayfa)
Su tayfası — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri. E.ə. III minilliyin sonunda çivli yazılarda Urmiya gölünün cənubunda"Su adamların ölkəsi" barədə də danışılır. Su tayfaları e.ə. əvvəl XXI əsrin ikinci yarısında Mesopotomiyada hakimiyyətdə olmuş III Ur sülaləsindən asılı idi. Bunu çivli yazılarda Laqaş canişini Urdunnanın Su xalqının ensisi olaraq təqdim edilməsi faktı da təsdiq edir. Su tayfaları e.ə. 2003-cü ildə Elamlılarla birlikdə III-Ur sülaləsinə qarşı hərbi hücumunda və bunun nəticəsində həmin sulalənin süqutunda da iştirak etmişdilər. Tədqiqatlarda qaynaqlara əsaslanaraq Su tayfa adı Subar, Subir, Subi sözü ilə eyniləşdirilir. Görünür ki, bu sözlər qaynaqlarda Su tayfa adının variantları kimi verilir.
Su (şanyü)
Şanyü Su (v. 63) — cəmi 6 ay hökmdarlıq etdi. Xəstəliyinə görə öldü və yerinə əmisioğlu Çjan şanyü keçdi.
Su Ana
Su Ata
Dövrəli su təchizatı sistemi
Dövrəli su təchizatı sistemi — Sudan qənaətlə istifadə etmək üçün yaradılır. Suyu soyutduqdan, təmizlədikdən sonra yenidən istehsalata verirlər, su mənbəyindən (anbar, kanal) isə suyu ancaq su itkilərini tamamlamaq üçün götürürlər.
Dürriyə Sultan
Dürriyə Sultan (3 avqust 1905, Konstantinopol – 15 iyul 1922) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Dürriyə Sultan 3 avqust 1905-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun ikinci xanımı Ünsiyar xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 26 mart 1920-ci ildə atasının əmisi qızı Naimə Sultanın yeganə oğlu Mehmed Cahid Osman bəylə evləndi. Cütlüyün toy mərasimi Yıldız sarayında baş tutdu və nikah şeyxülislam Heydərizadə İbrahim Əfəndi tərəfinən bağlandı. Mərasimin ardından yeni evli cütlük Naimə Sultanın sahilsarayında yaşamağa başladılar. Ancaq cəmi 1 il sonra 6 noyabr 1921-ci ildə cütlüyün nikahı öz istəkləriylə şeyxülislam Mehmed Nuri Əfəndi tərəfindən ləğv edildi. Ayrılıq səbəbi məlum olmasa da, Mehmed Cahid Osman bəy çox keçmədən Dürriyə Sultanın xalası Levrens Həcər Hüseynlə evlənmiş, cütlüyün ayrılma səbəbi də məhz bu sevgi hekayəsi olaraq görülmüşdür. Ayrıldıqdan qısa müddət sonra Dürriyə Sultan 15 iyul 1922-ci ildə tutulduğu vərəm xəstəliyi səbəbilə müalicə aldığı Heybəliadada vəfat etdi.
Dürrüşəhvar Sultan
Xədicə Xeyriyyə Ayşə Dürrüşəhvar Sultan və ya Dürrüşəhvar Sultan (Osmanlıca: خدیجه خیریه عائشه درشهوار سلطان) (d. 26 yanvar 1914 - ö. 7 fevral 2006) —son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin qızı. == Həyatı == Dürrüşəhvar Sultan 26 yanvar 1914 tarixində Çamlıca səmtindəki köşkdə dünyaya gəlmişdir. Atası Şahzadə Əbdülməcid Əfəndi, anası isə Məhisti Qadınəfəndidir. Uşaqlığı Dolmabağça sarayında keçmişdir. 1 noyabr 1922 tarixində səltənət qaldırıldı və atası sonuncu Osmanlı xəlifəsi oldu. Bu illərdə atası cümə salamlıqlarına gedərkən onu da öz arabasına mindirir, bu səbəblə İstanbul əhalisi arasında müzakirə səbəbi olmuşdu. 3 mart 1924-cü ildə TBMM xilafətin ləğvi və Osmanlı sülaləsinin sürgünü barədə qəbul etdi. Ailənin bir çox üzvünə ölkəni tərk etmələri üçün 48 saat möhlət verilsə də, Əbdülməcid Əfəndi, 2 xanımı, oğlu Ömər Fərrux Əfəndi və qızı Dürrüşəhvar Sultanla bir neçə xidmətçiyə ölkəni dərhal tərk etmələri əmr edildi.
Dədə Qorqud (Suraxanı)
Dədə Qorqud – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə yaşayış massivi olaraq da adlanır. == Təhsil == Qəsəbədə 315 nömrəli məktəbdə 960 şagird yeri olan məktəb binası tikilərək istifadəyə verilmişdir.
Dəkkən sultanlıqları
Dəkkən sultanlıqları – Orta əsrlərdə Hindistandakı Bijapur, Golkonda, Əhmədnagar, Bidar və Berar İslam dövlətlərinə verilən ümumi ad. Dəkkən sultanlıqları, Krişna çayı ilə Vindhya arasında, Dəkkən yaylasında yerləşir. Bu sultanlıqlar, Bahmani sultanlığının ləğvi əsnasında müstəqillik qazanmışdırlar. 1490-cı ildə Əhmədnaqar müstəqilliyini elan etmiş, sonra isə eyni il ərzində Bicapur və Berarda müstəqilliyini elan etmişdir. Golkonda 1518-ci ildə, Bidar 1528-ci ildə müstəqil olmuşdur. Bu sultanlıqlar ümumiyyətlə rəqib olsalar da, 1565-ci ildə zəifləyən Vicayanaqar imperiyasına qarşı birləşdilər. Vijanayagar imperatorluğana qarşı baş vermiş Talikota döyüşündə Vijanayagar məğlub oldu və tənəzzül dövrünə qədəm qoydu. 1574-cü ildə Berar sultanlığındakı çevrilişdən sonra Əhmədnaqar sultanlığı bu krallığı fəth etdi. 1619-cu ildə Bidar sultanlığı Bijapur tərəfindən özünə birləşdirildi. Əhmədnaqar 1636-cı ildə, Golkonda və Bijapur isə Övrəngzibin 1686-1687-ci illərdəki ekspedisiyaları əsnasında Böyük Moğol İmperiyası tərəfindən fəth edildi.
Eldar Sultanov
Eldar Bəşir oğlu Sultanov — Polis zabiti və Çernobıl faciəsində likvidator. == Həyatı == === Erkən illəri === 1972-ci ildə Bakıda polis kimi işə başlayıb. 1974-cü ildə Ukraynaya təyinat alıb. === Çernobıl faciəsi === 1986-ci il aprelin 26-da Çernobıl faciəsi baş verəndə, Eldar Sultanov Ukraynanın Qostomel şəhərində polis zabiti idi. Qəzadan bir neçə gün sonra, axşam xəbərlərində Çernobıl alovlara bürünmüş nüvə zavodunu görəndən sonra, hərbi komissarlığa yollanaraq, könüllü olaraq xilasetmə əməliyyatlarında iştirak etmək qərarına gəlir. Hadisə zamanı, bir çox könüllü kimi sənəd imzalayaraq, bütün məsuliyyəti öz üzərinə götürmüşdü. İşə başlayandan bir neçə həftə sonra şualanma Sultanova da təsir etdi. O bir ay müddətində xəstəxanada müalicə aldı, daha sonra yenidən təmizləmə işlərinə geri qaytarıldı. Bir il sonra, 1987-ci ilin may ayında, o, yarı iflic olmuş vəziyyətdə zəhərli bölgəni tərk etdi. O, Kiyevdəki xəstəxanada 5 ay müddətində radiasiyaya qarşı müalicə aldı.
Eleqant susüpürən
Eleusine indica subsp. indica
Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi
Gəncə iğtişaşları və ya digər adı ilə Gəncə hadisələri — 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaş. Rəsmi məlumatlara əsasən iğtişaşlardan bir həftə əvvəl, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi olundu. Sui-qəsd cəhdindən sonra Yunis Səfərovu müdafiə edən bir qrup şəxs Gəncə şəhərində iğtişaşlar törətdi. İğtişaşlar 2 polisin öldürülməsi, onlarla insanın yaralanması və 54 nəfərin həbs edilməsi ilə yadda qaldı. == Zəmin == 2018-ci il iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçi Qasım Aşbazov Gəncə meriyasının inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldı və xəstəxanaya yerləşdirildi. Bir müddət sonra 1983-cü ildə Gəncədə anadan olan Rusiya vətəndaşı Yunis Səfərovun dərhal həmin ərazidə xidmət aparan polislər tərəfindən saxladıldığı məlum oldu. Bir müddət sonra bir sıra KİV-ləri həm Elmar Vəliyevin, həm də Qasım Aşbazov xəstəxanada vəfat etdiyi haqqında xəbərlər yaydı. Amma xəbərlər həqiqətə uyğun deyildi. İyulun 6-da isə Elmar Vəliyevin müalicəsini İsraildə davam etdirəcəyi bildirildi. Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunan Yunis Rafiq oğlu Səfərov, 1983-cü il sentyabr ayının 29-da Gəncə şəhərində anadan olub.
Elnur Sultanov
Elnur Sultanov (tam adı: Elnur İxtiyar oğlu Sultanov; 26 aprel 1978, Bakı) — Azərbaycan diplomatı. == Diplomatik fəaliyyəti == Elnur Sultanov 10 fevral 2012-ci ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmiş və Azərbaycan Respublikası Prezidentinin elə həmin gün imzaladığı digər Sərəncam ilə Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 may 2014-cü il tarixli Sərəncamı ilə iqamətgahı Brazilia şəhərində olmaqla, eyni zamanda daha 3 ölkədə Azərbaycan Respublikasının – Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında və Surinam Respublikasında, 23 fevral 2015-ci il tarixli Sərəncamı ilə də Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 26 iyul 2021-ci ildə Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfiri təyin edilmişdir.
Epipactis viridans var. subrotundifolia
Eragrostis pilosa subsp. imberbis
Eragrostis pilosa (lat. Eragrostis pilosa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin eragrostis cinsinə aid bitki növü.
Eragrostis pilosa subsp. neglecta
Eragrostis pilosa (lat. Eragrostis pilosa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin eragrostis cinsinə aid bitki növü.
Eramızın əzəlində sui-qəsd (roman)
Eremostachys molucelloides subsp. macrophylla
Phlomoides molucelloides (lat. Phlomoides molucelloides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin phlomoides cinsinə aid bitki növü.
Eria suavis
Eria coronaria (lat. Eria coronaria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin eriya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Coelogyne coronaria Lindl. Trichosma coronaria (Lindl.) Kuntze === Heterotipik sinonimləri === Eria cylindripoda Griff. Eria medogensis S.C.Chen & Z.H.Tsi Eria suavis (Lindl.) Lindl. Trichosma suavis Lindl.
Eria subaliena
Pinalia floribunda (lat. Pinalia floribunda) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin pinaliya cinsinə aid bitki növü. == Sinonimləri == Eria leucostachya Lindl. Eria floribunda Lindl. Eria euryantha Schltr. Eria subaliena Gagnep.
Erianthus ravennae subsp. parviflorus
Saccharum ravennae (lat. Saccharum ravennae) — qırtıckimilər fəsiləsinin şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Agrostis ravennae (L.) P.Beauv. Andropogon caudatus M.Bieb. [Invalid] Andropogon ravennae L. Erianthus elephantinus Hook.f. Erianthus jamaicensis Andersson Erianthus monstieri Carrière Erianthus parviflorus Pilg. Erianthus purpurascens Andersson Erianthus ravennae (L.) P.Beauv. Erianthus ravennae var. binervis Chiov. Erianthus ravennae var.
Erica arborea subsp. parviflora
Erica arborea (lat. Erica arborea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin erika cinsinə aid bitki növü. == Sinonimləri == Arsace arborea Fourr. Erica acrophya Fresen. Erica arborea subsp. parviflora Spirlet Erica elata Hoffmanns. & Link Erica procera Salisb. Erica scoparia Thunb. Erica stylosa Rudolph Ericoides arboreum (L.) Kuntze == Yarımnövləri == Erica arborea subsp.
Erigeron crispus subsp. crispus
Erigeron bonariensis (lat. Erigeron bonariensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü. == Arealı == Erigeron bonariensis növü Meksikadan Tropikal Amerikaya qədər yayılmışdır. == Sinonim == Aster ambiguus (DC.) E.H.L.Krause Conyza ambigua DC. Conyza bonariensis (L.) Cronquist Conyza bonariensis f. bonariensis Conyza chenopodioides DC. Conyza crispa (Pourret) Rupr. Conyza crispa (Pourr.) Cout. Conyza gracilis Hoffmanns. & Link Conyza hispida Kunth Conyza ivifolia Burm.f. Conyza ivifolia (L.) Less. [Illegitimate] Conyza leucodasys Miq.
Erigeron philadelphicus subsp. philadelphicus
Erigeron philadelphicus (lat. Erigeron philadelphicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü. == Sinonim == Erigeron philadelphicus f. philadelphicus Erigeron philadelphicus subsp. philadelphicus Erigeron philadelphicus var. philadelphicus Erigeron philadelphicus var. scaturicola (Fernald) Fernald Erigeron purpureus Aiton Erigeron purpureus var. purpureus == Yarımnöv == Erigeron philadelphicus var. provancheri (Vict.
Erigeron subacaulis
Erigeron subacaulis (lat. Erigeron subacaulis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron subalpinus
Erigeron subalpinus (lat. Erigeron subalpinus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron subdecurrens
Erigeron subdecurrens (lat. Erigeron subdecurrens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Ermənistan–Suriya münasibətləri
Suriya—Ermənistan münasibətləri — Suriya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur. Ermənistanın Şamda səfirliyi və Hələbdə isə konsulluğu var. 1997-ci ildə isə Suriya İrəvanda səfirlik açmışdır. == Tarix == Ermənistanla Suriya arasındakı münasibətlər uzun bir tarixə malikdir. VII əsrdə Kilikiya Ermənistanı Bizans və Ərəb xilafəti arasında sülh pozulana qədər müstəqilliyini qoruyur. II Yustinianın ərəblərlə müharibəni başladıqdan sonra Kilikiyadakı Slavyan köçkünlər onların tərəfinə keçir və nəticədə Kilikya Ermənistanı asanlıqla işğal edilir. Daha sonra hər iki tərəf də bu bölgəyə yürüşlər təşkil edir. 705-ci ildə Ermənistanın İşxanı Bizans imperatoruna kömək istəyi ilə müraciət edir.

su sözünün leksik mənası və izahı

  • 1 is. 1. Dənizləri, gölləri, çayları, bulaqları əmələ gətirən və hidrogenlə oksigenin kimyəvi birləşməsindən ibarət olan şəffaf rəngsiz maye. Yağış suyu. Çay suyu. İçməli su. – Stol üzərindəki qrafindən stəkana su töküb içdim. A.Şaiq. // Müalicə məqsədilə işlədilən mədən suları. Badamlı suyu. Borjom suyu. // Cəm şəklində: sular – mədən suları çıxan yerlər, bu sularla müalicə olunan kurort yerləri. Məktubundan belə görünür ki, yayda müalicə üçün sulara gedəcəksən. S.S.Axundov. // məc. Boş, mənasız sözlər, ibarələr, ifadələr, danışıqlar, əsərlər haqqında. Əsərdə su çoxdur. Kitabın yarısı sudur. 2. Çayın, dənizin, gölün su kütləsi. Su ilə əhatə olunmaq. Sudan keçmək. // Çay, bulaq, axar su. [Kərəm:] Su başında duran qızlar, gəlinlər; Allı gəlin, Xan əslimə bənzərsən. “Əsli və Kərəm”. …Naməlsəm məhəlləsinin bir neçə cavanları daha artıq səbir edə bilməyib əllərində bel su başına getdilər. N.Nərimanov. // Cəm şəklində – sular. Su sahələrinin, dənizlərin, göllərin, çayların bir hissəsi. Dövlət suları. Territorial sular. 3. məc. Tər mənasında. Su içində gəlib çıxdıq. Uşaq su içindədir, paltarını dəyiş. 4. Meyvədən, səbzəvatdan çıxarılan şirə. Nar suyu. Kök suyu. Alma suyu. Portağal suyu. // Bəzi ətirli bitkilərin yarpaq və çiçəklərindən distillə yolu ilə alınan ətirli maddə, maye. Gül suyu. Nanə suyu. 5. Xörəyin duru hissəsi. Xörəyin suyunu çoxaltmaq. Düşbərənin suyu çox düşüb. ◊ Su(yunu) dəyişmək – müalicə məqsədilə yaşadığı yerdən başqa yerə köçmək, ya getmək, iqlimini dəyişmək, havasını dəyişmək. Su ilə od arasında qalmaq – çaşbaş qalmaq, nə edəcəyini bilməmək, çaşmaq. Su kimi – rahat, rəvan, səlis; tez, incimədən, çətinlik çəkmədən. Su kimi əzbərləmək. Su kimi cavab vermək. – [Səriyyə Saraya:] [Müəllim] dedi ki, iki ayda lap su kimi oxumaq öyrədəcəyəm. Mir Cəlal. Su kimi getmək – tez xərclənib getmək (pul haqqında). Sudan quru çıxmaq – çətin, ağır vəziyyətdən qurtarmaq, heç bir ziyan, cəza görmədən yaxasını qurtarmaq. [Qurban:] Elədir, bu haramzada sudan quru çıxacaq. Ə.Məmmədxanlı. Suyu bir yerdən axmamaq – düz gəlməmək, bir-birinə öyrəşə bilməmək, yola getməmək (adətən ər-arvad haqqında). Əmisi qızı ilə Cəmilin ər-arvadlığı cəmisi üç ay çəkdi. Onların suyu bir yerdən axmazdı, ulduzları barışmazdı. Ə.Vəliyev. Suyu bulandırmaq – aranı qarışdırmaq, araya fitnə salmaq. [Muxtar anasına:] Bunlar hamısı bəhanədir, suyu bulandırmaqdır. B.Bayramov. Suyu sovulmuş dəyirmana oxşamaq (dönmək) – xaraba qalmaq, pis kökə düşmək, dağılmaq, işləməz hala gəlmək. [Qəndab:] Çingizin yaşadığı otaq suyu sovulmuş dəyirmana dönmüşdü. B.Bayramov. Suyu süzülə-süzülə (süzələnə-süzələnə) getmək (qayıtmaq) – kor-peşman, qanı qara, kefi pozulmuş halda, pərt. Sınıq düşən Səlim bəy suyu süzələnə-süzələnə Gorusa qayıdıb, istər-istəməz Peterburqa bir də xəbər yazdı. S.Rəhimov. Suyu üfürə-üfürə içən – çox ehtiyatlı, vasvası adam haqqında. [Zeynəb Leyliyə:] Ölçüb-biçəndən, suyu üfürüb içəndən aşiq olmaz? Ə.Məmmədxanlı. Çox (nə qədər) su axmış – illər keçmiş, çox vaxt keçmiş, xeyli ötmüş. Bu illər ərzində nələr olmamışdı, nə qədər sular axmış, nə qədər adamlar həlak olmuş, torpağın üstündə nə qədər dəyişikliklər baş vermişdi. M.İbrahimov. Gözü su içməmək – bax göz. Üzündə su yoxdur – bax üz. Üstünə su ələnmək – bax üst.

    Azərbaycan dilinin izahlı lüğəti / su
  • 2 SU f. bax suy. SU’ ə. 1) nasaz, pis; 2) yamanlıq, pislik. Sui-qəsd birinin canına qəsd etmə; öldürmə; sui-iste’mal bir şeyi işlətməmə, öz hüquq və vəzifələrindən başqalarının zərərinə qanunsuz istifadə etmə; sui-niyyət pis niyyət, pis fikir; sui-təfsir pis məna vermə; sui-tə’sir pis təsir; sui-zənn pis xəyal; bədgümanlıq.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / su

su sözünün etimologiyası

  • 1 Vaxtilə yul (bulaq, arx), yulaq (çay, su), kölər (su yığılan yer), yelpir, yelpək (мо­чить), çoqra (кипеть), çoqrama yul (isti su), ol ton (yaş paltar), çilə (мочить), çi (ро­са), çun (мыться), yelpiş (отсыревать) və s. sözləri bu anlamda işlənib. M.Kaşğaridə oxuyuruq: Aqturur gözüm yulaq, / Tüşlənir ördək, yuğaq... / Yəni “Göz yaşım çay kimi axır, onun gölünə ördəklər, qazlar yığışır”. Su sözünün əsli cu kimi olub, “maye” mənasını əks etdirib. Süd, yelin, yağış, göl və s. sözlər “su” (cu) mənası ilə bağlıdır (yelin celin, yağış cağış, göl cöl kimi olub). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / su

su sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 SU Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı (S.S.Axundov); AB (kl.əd.) Nə ab ilə orda aldı dəstəmaz? (Aşıq Ələsgər); Bir çeşmə gərək önümdə pür ab; Ta bula ləbim onunla sirab (Xətayi); CU (kl.əd.) Gör, mehr qılırsa sərvi-dilcu; Bağinə həmişə bağlayım cu (Xətayi).

    Azərbaycan dilinin sinonimlər lüğəti / su

su sözünün rus dilinə tərcüməsi

  • 1 1. вода; 2. сок; 3. подливка;

    Azərbaycanca-rusca lüğət / su
  • 2 I сущ. 1. вода: 1) прозрачная, бесцветная жидкость, образующая ручьи, реки, озёра, моря и т.д., представляющая собой химическое соединение водорода с кислородом. Təmiz su чистая вода, şəffaf su прозрачная вода, bulanıq su мутная вода, qaynar su горячая вода, qaynanmış su кипячёная вода, çiy su сырая вода, içməli su питьевая вода, şirin su пресная вода, duzlu su солёная вода, axar su проточная вода, durğun su стоячая вода, bulaq suyu родниковая вода, quyu suyu колодезная вода, dəniz suyu морская вода, yağış suyu дождевая вода, bir stəkan su стакан воды, bir qurtum su глоток воды, su şırnağı струя воды, su damcısı капля воды, suyun təmizlənməsi водоочистка, suyun şirinləşdirilməsi опреснение воды, su içmək пить, выпить воду, su tökmək налить воды 2) напиток или водный раствор какого-л. вещества, применяемый для утоления жажды, а также в лечебных или иных целях. Qazlı su газированная вода 3) водная масса реки, озера, моря. Xəzərin suyu воды Каспия, yeraltı sular грунтовые воды, suyun çirklənməsi загрязнение воды, suyun səthi поверхность воды (зеркало воды), suyun səviyyəsi уровень воды, suyun yatması спад воды 4) водные пространства, участки морей, озёр, рек. Məhəlli sular (ərazi suları) территориальные воды, dövlət suları государственные воды, neytral sular нейтральные воды 2. разг. сок: 1) напиток из жидкости, отжимаемой из ягод, фруктов, овощей. Üzüm suyu виноградный сок, nar suyu гранатовый сок, limon suyu лимонный сок 2) перен. об энергии, силе кого-л. Canında hələ su var kimin ещё в соку кто; suyunu çıxarmaq kimin выжать все соки из кого 3. бульон (чистый, ничем не заправленный мясной отвар). Ət suyu мясной бульон, toyuq suyu куриный бульон 4. разг. пот (выделение бесцветная жидкость, выделяемая подкожными железами). Uşaq suyun içindədir ребёнок весь в поту II прил. 1. водный (связанный с водой, относящийся к воде). Su axını водный поток, su yolu водный путь, su təsərrüfatı водное хозяйство, su nəqliyyatı водный транспорт, su mənbələri водные источники, su ehtiyatı водные ресурсы, su stansiyası водная станция, su rejimi водный режим, su mübadiləsi водный обмен (водообмен), su məhlulu водный раствор, su bitkiləri водная растительность; мед. su qızdırması водная лихорадка; эмбр. su qişası водная оболочка 2. водяной: 1) относящийся к воде. гидрогеол. Su buxarı водяной пар, su layı водяной слой, su pərdəsi водяная плёнка, su təbəqəsi водяная оболочка 2) приводимый в движение водой. гидротех., тех. Su çarxı водяное колесо, su turbini водяная турбина, su mühərrikləri водяные двигатели; физ. su manometri водяной манометр, su kalorimetri водяной калориметр; геол. su bağlayıcısı водяной затвор 3) как составная часть некоторых ботанических и зоологических названий. зоол. Su şəpərəsi водяная ночница, su əqrəbi водяной скорпион, su keçisi водяной козёл, su ulağı водяной ослик, su taxtabitiləri водяные клопы; su anbarı водохранилище, su axını водосток, su boşaltma водоотлив, su burulğanı водоворот, su qovşağı гидроузел, su doyumu водонасыщенность, su dövranı водооборот, su enerjisi гидроэнергия, suəmələgəlmə водообразование, su kəməri водопровод, sugötürmə водоразбор, su müalicəsi гидротерапия, su müalicəxanası водолечебница, su sayğacı водомер, su sahəsi акватория, su təchizatı водоснабжение, su çalovu водочерпалка, su faunası гидрофауна, su quşları водоплавающие птицы; бот. su sarmaşığı ежеголовка, мед. ağız suyu (tüpürcək) слюна; qızıl suyu позолота; sudan istifadə пользование водой (водопользование); suyu açmaq пустить воду, su vermək: 1) kimə поить, напоить кого, дать воду к ому 2) nəyə поливать, полить что 3) техн. закалять, закалить. Polada su vermək закалять сталь; su buraxmaq пропускать воду; su çəkmək: 1) черпать воду (из глубокого места, колодца и т.п.) 2) намокать, намокнуть (о ране) 3) впитывать, впитать воду, сделаться влажным 4) провести куда-л. воду; suya dönmək: 1) истаять 2) мокнуть, промокнуть; suya çəkmək: 1) мыть, промывать, промыть 2) полоскать, прополоскать в чистой воде; suya getmək идти за водой; suya girmək войти в воду, окунуться в воду; suyu çəkilmək: 1) выкипать, выкипеть 2) высыхать, высохнуть ◊ ağzına su almaq набрать воды в рот; ağzının suyu axır kimin слюнки текут у кого; aydan arı, sudan duru кристально чистый (о человеке); aralarından su keçmir kimin водой не разольёшь кого; aşına su qatmaq kimin насыпать соли на хвост кому; bulanıq suda balıq tutmaq в мутной воде рыбу ловить; dəyirmanına su tökmək (axıtmaq) kimin лить воду на мельницу кого, чью; dərisini sudan çıxarmaq спасти свою шкуру; elə bil üstünə su çiləndi kimin будто холодной водой обдали кого; elə bil suya batdı как будто (словно) в воду канул; barmağından su dammaz kimin зимой снега не выпросишь у кого; əlinə su tökməyə yaramaz kim kimin в подмётки не годится кто кому; iki damcı su kimi как две капли воды; kürkünü sudan çıxarmaq уметь выворачиваться, выкручиваться из затруднительного положения, уметь устраивать свои дела; gözüm su içmir kimdən, nədən не уверен, сомневаюсь в ком, в чём; gözünə su ver (gözünüzə su verin) бери (берите) пример с кого-л.; gözünün suyunu axıtmaq лить слёзы, плакать; odla su arasında между (меж) двух огней; между молотом и наковальней; su altından yasa gedən скрытный, скрывающий свои намерения; su altından yasa getmək действовать исподтишка; su axar çuxurunu tapar два сапога пара, одного поля ягода; saman altından su yeritmək действовать исподтишка, втихомолку; su bahasına (qiymətinə) дешевле пареной репы, за чечевичную похлёбку; su(yu) bulandırmaq мутить воду; su qabı (bardağı) suda sınar повадился кувшин по воду ходить, на том ему и голову сложить; su ilə od arasında bişmək (bişib bərkimək) пройти (сквозь) огонь и воду (и медные трубы); su ilə çörək kimi lazımdır нужно как хлеб насущный; hava və su kimi lazımdır необходимо (нужно) как воздух и вода; su içmək kimi asan iş дело проще простого; su kimi bilmək (əzbərləmək) знать назубок, выучить; su kimi getmək (axmaq): 1) легко проходить, пройти 2) уплывать, уплыть (быстро израсходоваться); su topuğundandır kimin море по колено кому; suda balıq kimi как рыба в воде (непринужденно, хорошо); sudan quru çıxmaq выйти сухим из воды; suya düşmək потерпеть крах (фиаско), кончить провалом; suyu bir yerdən axmamaq не уживаться, не ужиться, никак не привыкнуть друг к другу (о супругах); suya düşmüş cücə kimi как мокрая курица; suya salıb çıxarmaq kimi устраивать головомойку кому; suyu kəsilmiş (sovulmuş, qurumuş) dəyirman kimi мерзость запустения (полное опустошение, разорение); suyu süzülən qarı kimi как в воду опущенный; suyu süzüləsüzülə (getmək, qayıtmaq) несолоно хлебавши (уйти, вернуться); suyu süzülən cücə kimi как мокрая курица; suyu üfləyə-üfləyə (üfürə-üfürə) içmək быть чрезмерно осторожным; suyu çəkmək kimə смахивать на кого (быть похожим на кого, напоминать кого); suyun lal axanı, adamın yerə baxanı в тихом омуте черти водятся; suyunu dəyişmək сменить (переменить) климат; suyunun suyu бурда бурдой; sular qaralanda когда начнёт смеркаться; xəlbirlə su daşımaq решетом воду носить; üzündə su yoxdur kimin нет ни стыда, ни совести у кого; ни стыда, ни совести у кого; üzünün suyu getmək (tökülmək) терять, потерять стыд; üzünün suyunu tökmək kimin: 1) срамить, осрамить 2) смущать, смутить кого, говорить непристойности; ürəyinə su səpmək kimin успокаивать, успокоить кого, рассеять чьё беспокойство; yeyib üstündən su içmək nəyin присваивать, присвоить что (завладеть чьим-л. имуществом и т.п.); elə bil üstünə soyuq su töküldü (ələndi) будто окатили (обдали) холодной водой кого; üstünə soyuq su ələmək kimin охладить пыл чей; o vaxtdan çox sular axıb с тех пор много (немало) воды утекло (ушло); çulunu sudan çıxarmaq: 1) сводить концы с концами 2) связывать, связать концы с концами; кое-как справляться, справиться с чем-л

    Azərbaycanca-rusca lüğət / su

su sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. water; yağış ~yu rain-water; təzə ~ fresh water; şirin ~ sweet water; mineral ~ mineral water; dəniz ~yu sea-water; ağır ~ kim. heavy water; ~ ilə getmək to travel by water; iki damla ~ kimi oxşar as like as two peas; ◊ Elə bil ağzına ~ alıb ≅ He is silent as the grave; ~ vermək 1) bax suvarmaq; 2) (polada) temper; ~ kimi bilmək məc. to know* perfectly; ~ kimi oxumaq to read* fluently / easily; ~ qiymətinə satmaq to sell* for nothing / very cheap; ~ çəkmək 1) to lay* on water (supply); (evə) to put* (the) water in the house; 2) (quyudan və s.) to draw* water; 3) to absorb, to take* in, to suck in; ~ çıxartmaq 1) to lay* on water (supply); 2) (quyudan) to draw* water; ~ya dönmək to turn into water, to turn watery / thin; ~ya çəkmək (yuyulmuş paltarı və s.) to rinse (d.); to swill (d.); ~yu çəkilmək to dry, to dry up; (xörək) to boil away; ~yu çəkmək (oxşamaq); to be* like, to bear* resemblance; 2. juice, sap; ağcaqayın ~yu birch sap; meyvə ~yu fruit juice; 3. (xörəyin) dressing; (ət) gravy II. s. water; ~ enerjisi water power; ~ dəyirmanı water mill; ~ borusu water pipe; ~ təchizatı water supply; ~ yolu waterway; ~ nasosu water pump

    Azərbaycanca-ingiliscə lüğət / su

su sözünün fransız dilinə tərcüməsi

  • 1 is. eau f ; ~ nəqliyyatı vasitəsi ilə (dənizlə) par transport par eau ; ~ya buraxılma (gəminin) lancement m d’un navire ; ~yun çirkləndirilməsi pollution f de l’eau

    Azərbaycanca-fransızca lüğət / su

su sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. яд; yağış suyu марфадин яд; su içmək яд хъун; // цин; su damcısı цин стӀал; 2. пер. гьакӀан буш, манасуз гафар, ибараяр, рахунар, эсерар; 3. вацӀун, гьуьлуьн, вирин яд; вацӀ, гьуьл, булах, чешме, авахзавай яд; könlü balıq istəyən quyruğunu suya vurar. Ata. sözü гъед кlанида тум цел эляда; // sular гз. ятар а) вацӀун, гьуьлуьн, вирин ва мс. цикай ибарат тир пай; dövlət suları девлетдин ятар; б) мядендин ятар авай, курортдин ва мс. чкаяр; 4. пер. яд, гьекь; at su içindədir балкӀан цин къене ава; 5. яд, меже (емишрин, хъчарин ва мс.); üzüm suyu ципицӀрин яд; 6. яд, къафундин (хуьрекдин) кьеж квай, жими пай; ** su(yunu) dəyişmək пер. яд дегишун, ял ягъун ва я мс. макьсаддалди са патахъ фин, гьава дегишун; su ilə od arasında qalmaq цинни цӀун арадал аламукьун, ийир-тийир хьун, акахьна (какахьна) амукьун, вуч ийидатӀа течиз амукьун; su kimi яд хьиз, михьиз, сересдиз; фад, четинвал чӀугун тавуна, регьятвилелди; su kimi getmək яд хьиз фин, фад харж хьана фин (пул); sudan quru çıxmaq цяй кьуруз экъечӀун, четин везиятдай са зарарни галукь тавуна хев хкудун; suyu bir yerdən axmamaq яд са патахъ тефин, сад-садав дуьз татун, вердиш тахьун, рекье тефин (гъуьлни паб); suyu bulandırmaq яд рагъуларун, араяр акадарун, арада фитне ттун; suyu sovulmuş dəyirmana oxşamaq (dönmək) яд амачир регъуьз ухшар хьун (элкъуьн), харапӀа хьун, пис куькве гьатун, чукӀун; suyu süzülə-süzülə (süzələnə-süzələnə) getmək (qayıtmaq) яд кӀвахьиз-кӀвахьиз фин (хъфин, хтун), пашман яз, иви чӀулав яз, кефияр чӀуру яз (хъфин, хтун); suyu üfürə-üfürə içən къайи циз уф гудайди, гзаф игьтиятлу, кстах касдин гьакъинда; çox (nə qədər) su axmış гзаф (гьи кьадар) ятар фенва, йисар (вахтар) алатнава; gözü su içməmək кил. göz; üzündə su yoxdur кил. üz; üstünə su ələnmək кил. üst.

    Azərbaycanca-ləzgicə lüğəti / su

su sözünün türk dilinə tərcüməsi

"su" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#su nədir? #su sözünün mənası #su nə deməkdir? #su sözünün izahı #su sözünün yazılışı #su necə yazılır? #su sözünün düzgün yazılışı #su leksik mənası #su sözünün sinonimi #su sözünün yaxın mənalı sözlər #su sözünün əks mənası #su sözünün etimologiyası #su sözünün orfoqrafiyası #su rusca #su inglisça #su fransızca #su sözünün istifadəsi #sözlük