sutka sözü azərbaycan dilində

sutka

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sutka • 96.8535%
  • Sutka • 3.1390%
  • SUTKA • 0.0075%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sutka
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Orta sutkalıq temperatur
Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. Bütün müşahidə saatlarının ədədi ortası orta sutkalıq temperatura bərabərdir. Əgər meteoroloji məntəqədə 8 dəfə ölçmə işləri aparılırsa, bütün ölçmə işlərinin nəticələrinin cəmini 8 — ə bölüb, havanın orta sutkalıq temperaturunu alırıq. Bundan başqa orta illik və orta aylıq temperaturlar da hesablamaq mümkündür.
Ulduz sutkası
Verilmiş coğrafi meridianda yaz bərabərliyi nöqtəsinin iki ardıcıl eyni adlı kulminasiyası (aşağı və ya yuxarı kulminasiya) arasında keçən zaman fasiləsinə ulduz günü deyilir. Ulduz gününün başlanğıcı yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından hesablanır. Yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından verilmiş ana qədər keçən vaxta ulduz vaxtı deyilir. Verilmiş coğrafi meridianda ulduz vaxtı ədədi qiymətcə yaz bərabərliyi nöqtəsinin saat bucağına bərabər olacaq. Bir çox astronomik məsələlərin həllində ulduz vaxtından istifadə etmək əlverişlidir. Lakin bizim həyatımız və əməli fəaliyyətimiz üçün bu anlayış yaramır. Bizim gündəlik həyatımız Günəşin doğub batması ilə əlaqədar olduğundan Günəş günü və Günəş vaxtından istifadə etmək daha uyğundur. Məlum olduğu kimi Günəşin illik hərəkəti günlük hərəkətinin əks tərəfinə yönəlib. Əgər nəzərə alsaq ki, Günəş illik hərəkətində gündə təxminən yerini 1° dəyişir, göstərmək olar ki, orta Günəş günü ulduz günündən təxminən 4m, daha doğrusu 03m56s.6=03m.9426 uzundur. Doğrudan da tropik il ərzində Günəş 360° və ya 24m dönür.
Sutkalar
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.

sutka sözünün leksik mənası və izahı

  • 1 [rus.] 24 saata bərabər vaxt ölçüsü, gecə və gündüzün davam etdiyi müddət; gün. Düz yeri bir yupyumru şey qapır; Həm də deyir, sutkada bir fırlanır. M.Ə.Sabir. [Qədir] bir sutka ayaq üstə durdu. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / sutka

sutka sözünün sinonimləri (yaxın mənalı sözlər)

sutka sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. сутки (единица измерения времени, равная 24 часам; общая продолжительность дня и ночи). Bir sutka одни сутки, iki sutka двое суток, beş sutka пять суток, üç sutka yarım трое с половиной суток, sutka ərzində в течение суток, за (одни) сутки, в (одни) сутки

    Azərbaycanca-rusca lüğət / sutka

sutka sözünün ləzgi dilinə tərcüməsi

"sutka" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sutka nədir? #sutka sözünün mənası #sutka nə deməkdir? #sutka sözünün izahı #sutka sözünün yazılışı #sutka necə yazılır? #sutka sözünün düzgün yazılışı #sutka leksik mənası #sutka sözünün sinonimi #sutka sözünün yaxın mənalı sözlər #sutka sözünün əks mənası #sutka sözünün etimologiyası #sutka sözünün orfoqrafiyası #sutka rusca #sutka inglisça #sutka fransızca #sutka sözünün istifadəsi #sözlük