* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2007 | ••••••• | 0.21 |
2008 | •••••••••••••••• | 0.49 |
2009 | •••••••••••••••••••• | 0.64 |
2010 | ••••••••• | 0.27 |
2011 | ••••••••• | 0.26 |
2019 | ••••• | 0.14 |
1 is. [ər. “şair” söz. cəmi] klas. Şairlər. Əgərçi Sədi və Hafizdən sonra İranda şeir qayətdə tənəzzülə düşüb, şüəranın əşarı küllən biməzmun və məhz puç ləffazlıq olmuşdu. M.F.Axundzadə. Seyyida, bunca ki məsciddən edirlər nifrət; Nə görüblər, görəsən kim, şüəra məsciddə? S.Ə.Şirvani. …Bizim şüəra cismən fövt olublarsa da, ruhən və mənən həlak olmayıblar. F.Köçərli. [A.Səhhət] gənc ikən şeirlə maraqlanaraq Seyid Əzimə təqlidən bir çox qəzəl yazmışdır. Ədəbi qaydanı, xüsusən, əruz vəznini Şamaxı şüəra və ürəfasından sayılan Hacı Cabbar Sabitdən öyrənmiş(di)… A.Şaiq.
Azərbaycan dilinin izahlı lüğəti / şüəraŞÜƏRA’ ə. «şair» c. şairlər.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti