Vulka sözü azərbaycan dilində

Vulka

Yazılış

  • Vulka • 71.4286%
  • vulka • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cənubi Afrika Respublikasındakı vulkanların siyahısı
Cənubi Afrika ərazisindəki vulkanların siyahısı Siebert L, Simkin T (2002-). Volcanoes of the World: an Illustrated Catalog of Holocene Volcanoes and their Eruptions. Smithsonian Institution, Global Volcanism Program Digital Information Series, GVP-3, (http://www.volcano.si.edu/world/).
Daşgil palçıq vulkanı
Daşgil palçıq vulkanı — Azərbaycan Respublikasının palçıq vulkanlarından biridir. Daşgil palçıq vulkanı yetərincə yastı və en dairəsi istiqamətində uzanmış yüksəklik olaraq hazırda fəaliyyət göstərən kiçik vulkanlar kateqoriyasına aid edi­lir. Tektonik cəhətdən vulkan alt pliosen süxurlarından təşkil olunmuş və uzu­nuna pozulmalarla mürəkkəbləşmiş eyniadlı antiklinalın periklinalında yer­ləşir. Onun krater sahəsində hal-hazırda fəaliyyətdə olan və intensiv surətdə qaz və az miqdarda qatı neft pərdəcikli palçıq ifraz edən 45 salz və qrifon, həmçinin bir neçə sönmüş pilpilə yerləşmişdir. Salzlar qaynayaraq, böyük miqdarda qaz bura­xır və hesablamalara görə, sutka ərzində hərəsi 700 kub.m-ə qədər qaz ifraz edir. Vulkanın krater bəndinin diametri 200, palçıq brekçiyasının sahəsi , orta qalınlığı isə, qazıma məlumatlarına görə təşkil edir. Vulka­nın yer səthinə çıxardığı palçıq brekçiyasının ümumi həcmi 260 mln. kub.m-dən çoxdur. Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi.
Diləngəz palçıq vulkanı
Diləngəz palçıq vulkanı — Bakının Qaradağ rayonu ərazisində yerləşən vulkan. Vulkandan cənubda Qoturdağ, şərqdə Daşgil, şimalda isə Göyərçin palçıq vulkanları yerləşir.
Dovşandağ palçıq vulkanı
Dovşandağ palçıq vulkanı - Xəzər dənizi sahilində Bəndovan burnundan şimalda yerləşir. Ondan şimal-qərbdə Ağzıbir, cənub-şərqdə isə Bəndovan palçıq vulkanları yerləşir. Ağzıbir, Bəndovan və Dovşandağ palçıq vulkanları bir xətt üzrə şimal-qərbdən cənub-şərq istiqamətində uzanırlar. Şirvan Milli parkə ərazisinə daxildir.
Durovdağ palçıq vulkanı
Durovdağ palçıq vulkanı — Azərbaycanın şərqində yerləşən gözəl və aktiv olan vulkanlardan biridir. Salyan stansiyasından 16 km cənub-şərqdə yerləşmiş və nisbi hündürlüyü 30 m, nəhəng kraterinin diametri 1 km-ə kimi olan yüksəklikdir. Kraterin mərkəzi ölçüləri 700x400 m olan qabarıq-müstəvi şəklindədir. Krater sahəsində onlarla sayda sopkalar və 800-dən çox qrifonlar vardır ki, bunlardan nazik neft pərdəsi olan lilli su və qaz qabarcıqları çıxır. Vulkan brekçiyasının yayılma sahəsi 50 ha, orta qalınlıq 60 m, həcmi isə 30 mln m³-dir.
Dəmirçi palçıq vulkanı
Dəmirçi palçıq vulkanı — Azərbaycan Respublikasının Şamaxı rayonu, Dəmirçi kəndi ərazisində yerləşən palçıq vulkanı. Dəmirçi Azərbaycanda yeganə vulkandır ki, Şamaxı rayonunda sıx bitki örtüyü olan yüksəkliklərin əhatəsində yerləşir. Vulkan Bakıdan 120 km şimal-qərbdə, eyni adlı kənddən 2.5 km cənub-şərqdə, Pirsaat çayının saö sahilindədir, nisbi hündürlüyü 20 m olan az qabarıqlı yüksəkliyi təşkil edir. Palçıq vulkanı örtüyü 12.*80m ölçülü sahəni tutur. Şamaxı-Qobustan regionunun palçıq vulkanlarında olduğu kimi bu vulkanda, yerin üzərinə çıxan axıntılarda müxtəlif növ minerallar öyrənilib, sulfatlar ˗ mirabilit, tenardit, yarozit, gips, eləcə də onların kalsium, maqnezium və dəmirlə qarışığı müəyyən edilib. Aktiv vulkanlar sırasına daxildir. 1958, 2008-ci il-ci ildə püskürüb.
Erebus vulkanı
Erebus — Antarktida və Cənub yarımkürrəsində Cənub qütbünə ən yaxın fəaliyyət göstərən vulkan. Vulkan Ross adasında yerləşir. Erebusdan başqa adada üç sonmüş vulkan vardır. Vulkanın hündürlüyü 3794 metr təşkil edir. Vulkanın aktivliyi 1972-ci ildən müşahidə edilir. Nyu-Meksiko ştatının dağlarda ehtiyat çıxarma və texnologiya mühəndisliyi tərəfindən vulkanda müşahidə stansiyası qurulur. Vulkan kraterində lava gölü vardır. Erebus vulkanı 28 yanvar 1841-ci ildə İngilis ekspedisiyası rəhbəri Ceyms Ross rərəfindən kəşf edilir. Ekspedisiya Erebus(1826) və Terror(1813) gəmiləri ilə həyata keçirilir. Vulkanın kraterinə ilk dəfə 10 mart 1908-ci ildə Ernest Şelktonun birinci ekspedisiyası zamanı çıxılır.
Eritreyadakı vulkanlar
Eritreya ərazisindəki fəaliyyət göstərən və sönmüş vulkanların siyahısı Siebert L, Simkin T (2002-). Volcanoes of the World: an Illustrated Catalog of Holocene Volcanoes and their Eruptions. Smithsonian Institution, Global Volcanism Program Digital Information Series, GVP-3, (http://www.volcano.si.edu/world/).
Eritreyadakı vulkanların siyahısı
Eritreya ərazisindəki fəaliyyət göstərən və sönmüş vulkanların siyahısı Siebert L, Simkin T (2002-). Volcanoes of the World: an Illustrated Catalog of Holocene Volcanoes and their Eruptions. Smithsonian Institution, Global Volcanism Program Digital Information Series, GVP-3, (http://www.volcano.si.edu/world/).
Eyyafyatlayokudl vulkanı
Eyyafyatlayokudl vulkanı — İslandiyada vulkan. Vulkan İslandiyanın cənubunda, paytaxt Reykyavikdən 125 km şərqdə yerləşən Eyyafyatlayokudl (isl. Eyjafjallajökull) buzlağının altında yerləşir. Buzlaqın adı "ada dağların buzlaqı" kimi tərcümə olunur. Eyja [ɛɪja] — ada, Fjall [fjatll] — dağ, Jökull [jœːkʏtl] — buzlaq. Vulkanın son püskürməsi 20 mart 2010-cu il tarixində müşahidə olunmuşdur. 14 aprel 2010-cu ildə vulkandan böyük həcmdə külün püskürməsi nəticəsində Avropanın bir çox ölkələri hava nəqliyyatını dayandırmışdı.
Ficidəki vulkanların siyahısı
Список действующих и потухших вулканов Фиджи. Ficidəki fəaliyyət göstərən və sönmüş vulkanların siyahısı Siebert L, Simkin T (2002-). Volcanoes of the World: an Illustrated Catalog of Holocene Volcanoes and their Eruptions. Smithsonian Institution, Global Volcanism Program Digital Information Series, GVP-3, (http://www.volcano.si.edu/world/).
Filippinin aktiv vulkanlarının siyahısı
Filippin adalarının fəal vulkanları--Filippin İnstitutunun Vulkonologiya və Seysmologiya bölməsinin məlumatlarına görə son 600 il ərzində püskürmələr qeydə alınmışdır. Ancaq mütəxəsislərin dəqiq fikri yoxdur ki, bu vulkanlardan hansı aktivdir. 2008-ci ildə 23 aktiv vulkan qeydə alınmışdır. Onlardan 21-i qeydə alınmışdır. Yalnız 1-i isə Leonard Knyazev 1800 il bundan əvvəl püskürmüşdür.
Fransız Cənub və Antarktika əraziləri vulkanlarının siyahısı
Fransız Cənub və Antarktika ərazilərində yerləşən fəaliyyət göstərən və sönmüş vulkanların siyahısı.
Fransız Cənub və Antarktika ərazilərindəki vulkanların siyahısı
Fransız Cənub və Antarktika ərazilərində yerləşən fəaliyyət göstərən və sönmüş vulkanların siyahısı.
Fueqo vulkanı
Fueqo vulkanı (isp. Volcán de Fuego) — Qvatemalada Çimaltenanqo, Eskuintla and Sacatepquez deparatmentlərinin sərhəddində yerləşən aktiv stratovulkan. Volkan Qvatemalanın ən məşhur və turistik şəhəri olan Antiquanın 16 km qərbində yerləşir. O, İspaniyanın işğalından bəri tez-tez püskürür, ən son 2018-ci ilin iyun və noyabr aylarında püskürmüşdür. Fueqo aşağı səviyyədə davamlı olaraq aktiv olması ilə məşhurdur. Kiçik qaz və kül püskürmələri hər 15–20 dəqiqədə bir təkrarlanır, ancaq böyük partlayışlar çox nadir görünür. Andezit və bazalt lava tipləri üstünlük təşkil edir və son partlayışlar köhnə partlayışlarla müqayisədə daha ağır materialları püskürtmüşdür. Fueqo Akatenanqo vulkanı ilə birlikdə La Horkita kimi bilinən vulkan kompleksini yaradır.
Gülbəxt palçıq vulkanı
Gülbəxt palçıq vulkanı — Bakı şəhərindən 20 km qərb-cənub-qərb istiqamətdə, Puta dəmir yolu stansiyasından 12–13 km qərbdə yerləşmişdir. Onun hüdudlarında, birincisi neft çıxışlarını, ikincisi isə vulkanın sopka və qrifonlarını əhatə edən iki qrup ayrılır. Sahənin geoloji quruluşunda Abşeron və Ağcagil mərtəbələri və Məhsuldar qat çöküntüləri iştirak edirlər. Vulkan tullantıları içərisində külli miqdarda Məhsuldar qat süxurlarının, aç miqdarda alt Kaynoçoy üçüncü dövr və üst Təbaşir çöküntülərinin qırıntıları rast gəlir. Brekçiya örtüyünün qalınlıüı mərkəç hissədə 150 m-ə, yayılma sahəsi 29 ha-a çatır. Brekçiya həcmi 22 mln. m³ təşkil edir. Vulkandan 50 m şimal-qərb istiqamətdə 2-2.5 m hündürlüklü sönmüş palçıq sopkası vardır. Ondan 10 m qərb istiqamətdə bir-birindən 10–12 m məsafədə 30-50 sm hündürlüklü qır təpələri mövcuddur. 0.8x0.8 kraterli bir salçası olan, su və qaç püskürən çıxış ətrafında qır qatı yaranmışdır.
Gürcüstandakı vulkanların siyahısı
Gürcüstanda sönmüş vulkanların siyahısı Siebert L, Simkin T (2002-). Volcanoes of the World: an Illustrated Catalog of Holocene Volcanoes and their Eruptions. Smithsonian Institution, Global Volcanism Program Digital Information Series, GVP-3, (http://www.volcano.si.edu/world/).
Güzdək Bozdağı palçıq vulkanı
Güzdək Bozdağı palçıq vulkanı — Güzdək qəsəbəsindən 6 km qərbdə yerləşir. Abşeron yarımadasının ən iri orfoqrafik vahidlərindən biri hesab edilir. Vulkan təpəsi yastı səthli kəsik konus şəklindədir. Brekçiya əsasən, Paleosen, Eosen, Oliqosen-Miosen və qismən üst Təbaşir mənşəli bərk süxurlardan ibarətdir. Sahənin şimal-şərq hissəsində qaç və palçıq püskürən, paraçit çıxışların əmələ gətirdiyi 27 sopka yerləşir. Palçıq vulkanı sahəsinin geoloji quruluşunda Abşeron, Ağcagil mərtəbəsi və Məhsuldar qat çöküntüləri iştirak edirlər. Brekçiya örtüyü göstərir ki, vulkan bir neçə dəfə püskürmüşdür. Qıvrılan uçun dil şəklindəki püskürmənin uzunluğu bir kilometrədək uzanır. Yerli sakinlərin məlumatlarına görə vulkanın keçən əsrdə baş vermiş iri püskürməsi çamanı yaxınlıqda olan 6 çoban, 2000-dən çox mal-qara həlak olmuşdur. Ətrafı işıqlandıran güclü alovun şüaları 10 km məsafədən görünürmüş.
Hamamdağ palçıq vulkanı
Hamamdağ palçıq vulkanı - Xəzər dənizi sahilində Pirsaat burnunda yerləşir. Ondan cənub-qərbdə Ağzıbir, cənubda isə Bəndovan palçıq vulkanları yerləşir.
Havay tipli vulkan
Havay tipli vulkan – mərkəzi tipli vulkan qurğusudur; lavaların az qalınlıqlı "qatlarından" və bunlarla laylaşan cüzi miqdarda qırıntal-ovuq materialdan ibarətdir. Qurğu- nun 8° bucaq altında хеyli yasamal yatan yamaclar qalxan görkəmindədir. Vulkanın zirvəsində krater yalımyatar ya- macları olan və bəzən kalderanın ölçüləri qədər geniş nim- çəvari görkəmə malikdir. İşlək vulkanların kraterlərinin dibində lava gölü əmələ gəlir. Havay vulkanları son dərəcə böyük ölçülərə malik olur; hündürlüyü okеan dibi hesaba alınmaqla 4 km, en kəsik 400 km-ə çatır. Bu vulkanlar formaca qalxanvari vulkanlara aiddir.
Hekla vulkanı
Hekla - İslandiyanın cənubunda vulkan. Hündürlüyü 1481 metrdir. 874- cü ildən bəri 20 dəfə püskürüb və İslandiya adasının aktiv vulkanı hesab edilir. Orta əsrlərdə islandlar bu vulkanı "cəhənnəmdəki su " adlandırırdılar. Vulkan külünün öyrənilməsi nəticəsində məlum olmuşdur ki, vulkan 6600 il ərzində aktiv olmuşdur. Sonuncu püskürməsi 2000-ci ildə baş vermişdir. Hekla-uzunluğu 40 km olan vulkan dağının bir hissəsidir. Belə ki, bu dağın ən aktiv tərəfi 5,5 km-lik hissəsi olub Heklugja adlanır və hansı ki, Hekla vulkanına aiddir. Vulkanın ən erkən püskürməsi 1104-cü ildə qeydə alınmışdır ki, bundan bəri 20-30 püskürmə müşahidə edilmişdir. Heklanın püskürmələri bir-birinə oxşamır.
Hondurasdakı vulkanların siyahısı
Hondurasda fəaliyyətdə olan və sönmüş vulkanların siyahıları Siebert L, Simkin T (2002-). Volcanoes of the World: an Illustrated Catalog of Holocene Volcanoes and their Eruptions. Smithsonian Institution, Global Volcanism Program Digital Information Series, GVP-3, (http://www.volcano.si.edu/world/).
I Pyotr adası (vulkan)
I Pyotr adası (vulkan) — Antarktida ərazisində yerləşən vulkan. Antarktik yarımadasından cənub-qərbdə yerləşən I Pyotr adasında yerləşir. Elsuort Torpağının qarşı tərəfində yerləşir. Vulkanın hündürlüyü 1640 metrdir. Araşdırılmış materiallar onu göstərir ki, son püskürmə 10 000 il öncəyə aiddir. Hazırda vulkan fəal deyil.
Kamen (vulkan)
Kamen — Rusiyanın Kamçatka yarımadasında yerləşən sönmüş stratovulkan. Vulkan Şərqi vulkan qurşağında yerləşir. Konus formalı olub ən qədim vulkanlardan biri hesab olunur. Kamen vulkanı Kamçatka yarımadasının mərkəzində, Klyoçevskaya Sopka və Bezımyannıy vulkanlarını arasında yerləşir. Kamen vulkanı yaxınlığında Şmidt və Boqdanoviş buzlaqları var. Ümumən vulkan Klyoçevskaya vulkan qrupuna daxildir. Dəniz səviyyəsindən 4585 metr yüksəkliyi olan Kamen Kamçatkanın ikinci ən hündür vulkan hesab olunur. Vulkan yamacı dikdir. Cənub-şərq hissəsində dərin sirk mövcuddur. Sirk 1000-1200 il əvvəl, uçqun nəticəsində meydana gəlmiş.
Kamçatka vulkanları
Kamçatka vulkanları — Rusiyanın şərqində, Kamçatka yarımadasında, Kamçatka ərazisindəki vulkanlar Sakit Okean Halqa hissəsini təşkil edir. Kamçatka yarımadasında yerləşən vulkanların dəqiq sayını müəyyənləşdirmək çətindir. Müxtəlif mənbələrdə bir neçə yüzdən minə qədər vulkan qeyd olunur. Kamçatka vulkanları müxtəlif formalı və müxtəlif ölçülüdür, müxtəlif geoloji dövrlərdə əmələ gəlmiş və hazırda müxtəlif dərəcələrdə aktivdirlər. Onların əksəriyyəti hazırda fəaliyyət göstərməyən qədim vulkanlarla əlaqəlidir, lakin bəzi vulkanlar aktivdir. Yarımadadakı bəzi vulkanlar üçün "vulkan" sözünün əvəzinə "təpə" sözü tez-tez istifadə olunur. Sönmüş və aşağı olan bəzi vulkanlara çox vaxt sadəcə dağlar deyilir. Hal-hazırda Kamçatka vulkanları arasında təxminən 29-u aktivdir. Aktiv vulkan anlayışı olduqca nisbidir. Tarixi dövrdə püskürən vulkan aktiv sayılır.

"vulka" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vulka nədir? #vulka sözünün mənası #vulka nə deməkdir? #vulka sözünün izahı #vulka sözünün yazılışı #vulka necə yazılır? #vulka sözünün düzgün yazılışı #vulka leksik mənası #vulka sözünün sinonimi #vulka sözünün yaxın mənalı sözlər #vulka sözünün əks mənası #vulka sözünün etimologiyası #vulka sözünün orfoqrafiyası #vulka rusca #vulka inglisça #vulka fransızca #vulka sözünün istifadəsi #sözlük