* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [lat.] Təpəsindəki deşikdən od, qaz püskürən konusşəkilli dağ; yanar dağ. Palçıq vulkanı. Sönmüş vulkan. – Vulkan hadisələri dedikdə, biz yerin dərin qatlarından yanar odlu maddənin (maqmanın) yer səthinə çıxmasını nəzərdə tuturuq. M.Qaşqay. // məc. Obrazlı təşbehlərdə. Xilas et bu darğın qəlbi möhnətdən; Başımda sevdanın vulkanı yanar. S.Vurğun. [Afət:] Ürək od püskürən coşqun vulkandır; Vüsala irməyib xeyli zamandır. M.Rahim. Ürəyində vulkan kimi nifrət coşan Gülara hara getdiyini, bu axşam harada qalacağını bilmirdi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / vulkan4 (lat. Vulcanus-od allahı) yer qabığındakı tektonik çatlar və kanallar üzərində əmələ gələn, dərin maqma ocaqlarından yerin səthinə lava, qaynar qaz, su buxarı və suxur qırıntıları püskürən, geoloji törəmə. Fəaliyyət xarakterinə görə V.-fəaliyyətdə olan, yuxuya gedən və sönmüş; formasına görə mərkəzi və çat tipli olur. вулкан volcano
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / vulkan1 lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı
Azərbaycan dilinin etimologiya lüğəti / vulkan1 VULKAN ..fəaliyyətdə olan ən uca vulkan Kamçatkadakı Klyuçevski sopkadır (“Fiziki coğrafiya”); YANARDAĞ Vezuvi adlı yanardağın lavası altında Qerkülazm və Pompey şəhərləri basdırılıb (F.Ağazadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / vulkan1 I сущ. вулкан. Vulkan boğazı жерло вулкана, vulkan püskürməsi извержение вулкана, vulkan ağzı кратер вулкана, palçıq vulkanı грязевой вулкан, sönmüş vulkan потухший вулкан II прил. 1. вулканический. Vulkan şüşəsi вулканическое стекло, vulkan qumu вулканический песок, vulkan gili вулканическая глина, vulkan qazları вулканические газы, vulkan tufu вулканический туф, vulkan külü вулканический пепел, vulkan lavası вулканическая лава, vulkan süxuru вулканическая порода, vulkan adaları вулканические острова, vulkan bombası вулканическая бомба 2. вулканный (прогноз и т.п.) 3. геол. сопочный. Vulkan palçığı сопочная грязь, palçıq vulkanı qazı сопочный газ, palçıq vulkanı suları сопочные воды
Azərbaycanca-rusca lüğət / vulkan1 i. coğ. volcano; aktiv ~ active volcano; sönmüş ~ extinct volcano; palçıq ~ı mud volcano
Azərbaycanca-ingiliscə lüğət / vulkan1 is. coğ. volcan m ; aktiv ~ volcan en activité ; sönmüş ~ volcan éteint ; palçıq ~ı volcan de boue
Azərbaycanca-fransızca lüğət / vulkan1 [lat.] вулкан (кукӀушдай цӀай, газ хкадардай конусдин кӀалуб авай дагъ; кузвай дагъ); palçıq vulkanı кьарадин вулкан; // вулкандин.
Azərbaycanca-ləzgicə lüğəti / vulkan2 [lat.] сущ. вулкан (къадим Римдин мифологияда цӀун гъуц-аллагь).
Azərbaycanca-ləzgicə lüğəti / vulkan