vulkanı sözü azərbaycan dilində

vulkanı

Yazılış

  • vulkanı • 98.4699%
  • Vulkanı • 1.3115%
  • VULKANI • 0.2186%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ajdaak vulkanı
Ajdaak (Qızıl Dağ) (erm. Աժդահակ) — Ermənistan ərazisində sönmüş vulkan. Geqam silsiləsinin ən yüksək nöqtəsi. Dəniz səviyyəsindən 3597,3 metr yüksəklikdədir. Ermənistanın ərazisində və sərhədlərində yerləşən Alagöz, Qapıcıq və Ağdaban dağlarından sonra dördüncü ən yüksək dağ. Dağın başında, kraterdə adsız göl yerləşir. Vulkanın yuxarı hissəsindən Ararat, Hatis, Ara dağlarına, Sevan gölünə, həmçinin Qeqam silsiləsini və Kotyak Geqama silsiləsi yamaclarını və Kotayk bölgəsini görmək olar. vadisini görmək olar. Qeqam silsiləsində, vulkanın yaxınlığında Akna gölü (erm. Ակնալիճ) var.
Alaid vulkanı
Akaid vulkanı — Böyük Kuril cərgəsinə daxil olan Atlasov adasında yerləşən vulkan. Vulkan günümüzdə belə fəaliyyətini göstərir. O Kuril adalarında mövcud olan ən hündür və ən şimalda yerləşən vulkandır. Stratovulkan kraterə malik bir zirvədir. Vulkanın hündürlüyü 2339 metr təşkil edir. Oxot dənizi dibindən 2850–3000 metr hündürlükdə qərarlaşır. Vulkanın dəniz səviyyəsində uzununluğu 12–17 km təşkil edir. Kraterin diametri 900–1300 metrdir. Konusun dərinliyi 200 metr təşkil edir. Kraterin daxilində cavan konus vardır ki, onunda hündürlüyü 250 metrdir.
Amsterdam vulkanı
Amsterdam vulkanı — Amsterdam adasının cənub-qərbində yerləşən yatmış vulkan. Vulkanın püskürməsi qeydə alınmamışdır. Ətrafı sıx bitkilərlə örtülüdür. Hündürlüyü 881 metrdir. Vulkanının sualtı hissəsi 365 metr hündürlüyə malikdir. Antarktika plitəsinin şimalında yerləşir. Vulkanın formalaşması iki etapda baş tutmuşdur. Ən çox püskürmə və yala axını adanın şimal-şərqində yerləşən Dyoma kraterində baş vermişdir.
Aqunq vulkanı
Aqunq vulkanı — İndoneziyanın Bali adasında yerləşən ən aktiv vulkanlardan biri. Bu stratovulkan Bali adasının ən yüksək zirvəsidir. Vulkan həm ətaraf mühitə, həm də iqlimə də təsir göstərir. Bali sakinləri inanırlar ki, Aqunq vulkanı Meru dağının surətidir. Əfsanəyə görə, Aqunq vulkanı ilk hindular tərəfindən Bali adasına gətirilən Meru dağının bir parçasıdır. Bali adasının ən mühüm məbədlərindən biri olan Pura Besakih Aqunq vulkanının yamacından daha yüksəkdə yerləşmişdir. Vulkanın tez-tez buludlarla əhatə olunmasına baxmayaraq, vulkanın zirvəsindən Lambok adasında yerləşən Rincani dağının zirvəsini görmək olar. == 1963–1964-cü il püskürməsi == 1963-cü il 18 fevralda yerli sakinlər yüksək partlayış səsləri eşitdilər və Aqunq vulkanın kraterindən yüksələn buludları gördülər. Nəticədə 24 fevralda lava növbəti 20 gün ərzində dağın şimal yamacı boyunca 7 km aşağı axmağa başladı.
Aso vulkanı
Aso (yap. 阿蘇山 Aso-san) — Yaponiyanın Kyuşu adasında, Kumamoto prefekturasında yerləşən vulkan. Aso böyük bir kalderdir. Ən yüksək nöqtəsinin hündürlüyü 1592 metrdir. Kalderin diametri 24х18 km-dir. Kalderin çevrəsinin uzunluğu 120 km-dir. Aso vulkanı 300 000–90 000 il əvvəl, pleystosen epoxasında formalaşmışdır. Kalderin mərkəzində 17 konus mövcuddur. Əsas beş zirvə mövcuddur: Takadake (1592), Nekodake, Ebosidake, Kidzimadake və Nakadake. Ən aktiv krater Nakadakedir.
Berenberq vulkanı
Berenberq (norv. Beerenberg) — Yan Mayen adasında yerləşən, dünyanın şimal qütbünə ən yaxın fəaliyyətdə olan vulkanı. Vulkan adamnın şimal-şərq qurtaracağında yerləşir. Strato vulkan buzlaqla örtülüdür. Hündürlüyü 2277 metrsir. Vulkan kraterinin eni 1 kilomterə yaxındır. Vulkan uzun illər yatmış olaraq bilinsə də XX əsrin 70-ci illərində aktivləşmişdir. Son püskürmə 1985-ci ilə təsadüf etmişdir. Berenberq norveç dilindən tərcümədə "Ayı adası" mənasını verir.
Berutarube vulkanı
Berutarube (rus. Берутарубе) — Böyük Kuril cərgəsinə daxil olan İturup adasında yerləşən aktiv vulkan. Strato vulkanın hündürlüyü 1223 metrdir. Adanın cənubunda yerləşir və Çasovoy yarımadasını əmələ gətirir. Hazırda qərb ətələklərində termal aktivlik müşahidə edilir. == İstinadlar == == Mənbə == Активные вулканы Курильских островов.
Erebus vulkanı
Erebus — Antarktida və Cənub yarımkürrəsində Cənub qütbünə ən yaxın fəaliyyət göstərən vulkan. Vulkan Ross adasında yerləşir. Erebusdan başqa adada üç sonmüş vulkan vardır. Vulkanın hündürlüyü 3794 metr təşkil edir. Vulkanın aktivliyi 1972-ci ildən müşahidə edilir. Nyu-Meksiko ştatının dağlarda ehtiyat çıxarma və texnologiya mühəndisliyi tərəfindən vulkanda müşahidə stansiyası qurulur. Vulkan kraterində lava gölü vardır. Erebus vulkanı 28 yanvar 1841-ci ildə İngilis ekspedisiyası rəhbəri Ceyms Ross rərəfindən kəşf edilir. Ekspedisiya Erebus(1826) və Terror(1813) gəmiləri ilə həyata keçirilir. Vulkanın kraterinə ilk dəfə 10 mart 1908-ci ildə Ernest Şelktonun birinci ekspedisiyası zamanı çıxılır.
Eyyafyatlayokudl vulkanı
Eyyafyatlayokudl vulkanı — İslandiyada vulkan. Vulkan İslandiyanın cənubunda, paytaxt Reykyavikdən 125 km şərqdə yerləşən Eyyafyatlayokudl (isl. Eyjafjallajökull) buzlağının altında yerləşir. Buzlaqın adı "ada dağların buzlaqı" kimi tərcümə olunur. Eyja [ɛɪja] — ada, Fjall [fjatll] — dağ, Jökull [jœːkʏtl] — buzlaq. Vulkanın son püskürməsi 20 mart 2010-cu il tarixində müşahidə olunmuşdur. 14 aprel 2010-cu ildə vulkandan böyük həcmdə külün püskürməsi nəticəsində Avropanın bir çox ölkələri hava nəqliyyatını dayandırmışdı.
Fueqo vulkanı
Fueqo vulkanı (isp. Volcán de Fuego) — Qvatemalada Çimaltenanqo, Eskuintla and Sacatepquez deparatmentlərinin sərhəddində yerləşən aktiv stratovulkan. Volkan Qvatemalanın ən məşhur və turistik şəhəri olan Antiquanın 16 km qərbində yerləşir. O, İspaniyanın işğalından bəri tez-tez püskürür, ən son 2018-ci ilin iyun və noyabr aylarında püskürmüşdür. Fueqo aşağı səviyyədə davamlı olaraq aktiv olması ilə məşhurdur. Kiçik qaz və kül püskürmələri hər 15–20 dəqiqədə bir təkrarlanır, ancaq böyük partlayışlar çox nadir görünür. Andezit və bazalt lava tipləri üstünlük təşkil edir və son partlayışlar köhnə partlayışlarla müqayisədə daha ağır materialları püskürtmüşdür.Fueqo Akatenanqo vulkanı ilə birlikdə La Horkita kimi bilinən vulkan kompleksini yaradır.
Hekla vulkanı
Hekla - İslandiyanın cənubunda vulkan. Hündürlüyü 1481 metrdir. 874- cü ildən bəri 20 dəfə püskürüb və İslandiya adasının aktiv vulkanı hesab edilir. Orta əsrlərdə islandlar bu vulkanı "cəhənnəmdəki su " adlandırırdılar. Vulkan külünün öyrənilməsi nəticəsində məlum olmuşdur ki, vulkan 6600 il ərzində aktiv olmuşdur. Sonuncu püskürməsi 2000-ci ildə baş vermişdir. Hekla-uzunluğu 40 km olan vulkan dağının bir hissəsidir. Belə ki, bu dağın ən aktiv tərəfi 5,5 km-lik hissəsi olub Heklugja adlanır və hansı ki, Hekla vulkanına aiddir. == Püskürmənin tarixi == Vulkanın ən erkən püskürməsi 1104-cü ildə qeydə alınmışdır ki, bundan bəri 20-30 püskürmə müşahidə edilmişdir. Heklanın püskürmələri bir-birinə oxşamır.
Kelud vulkanı
Alimlər Kelud vulkanının püskürmə təhlükəsinin real olduğunu bildirirlər. İndoneziya dakı ən təhlükəli vulkanlardan biri olan Kelud vulkanı fəallaşıb. Bununla əlaqədar ətraf ərazilərin sakinləri müvəqqəti sığınacaqlara evakuasiya ediliblər. Alimlər vulkanın fəalığının son mərhələyə çatdığını xəbərdarlıq edərək püskürmə təhlükəsinin real olduğunu bildirirlər. == 1919 == Ən dağıdıcı püskürmə isə 1919-cü ildə qeydə alınıb. O zaman baş verən güclü partlayış yüzlərlə yaşayış məntəqəsini dağıtmış və 5160 insanın həyatına son qoymuşdu. == 1990 == Xatırladaq ki, dünyanın ən fəal vulkanlarından olan Kelud vulkanı 1990-cı ildə püskürmüşdü və həmin vaxt onlarla insan tələf olmuşdu. == 2007 == === 17.10.2007 === İndoneziyadakı ən təhlükəli vulkanlardan biri olan Kelud vulkanı fəallaşıb. Bununla əlaqədar ətraf ərazilərin sakinləri müvəqqəti sığınacaqlara evakuasiya ediliblər. Alimlər vulkanın fəalığının son mərhələyə çatdığını xəbərdarlıq edərək püskürmə təhlükəsinin real olduğunu bildirirlər.
Klivlend vulkanı
Klivlend vulkanı (ing. Cleveland Volcano) — Şimali Amerikada, Alyaska ştatı, Çuqinadak adasında yerləşən aktiv vulkan. Vulkan 1730 m yüksəklikdə yerləşir. Aleut adalarının ən aktiv vulkanıdır. == Fəaliyyət == Bu vulkanın 19-cu və 20-ci əsrlərdə bir çox qeydə alınmış püskürmələri, həmçinin 18-ci əsrdə ərazidə vulkanik fəaliyyətin bir neçə hesabatı vardır. Son püskürmə 2011-ci ildə baş vermişdir. Vulkan 2011-ci il dekabrın 30-da 4,5 kilometr məsafəyə kül püskürmüşdür.
Krakatau vulkanı
Krakatau (ind. Krakatau) — İndoneziya ərazisində fəaliyyətdə olan vulkan, Malay arxipelaqına daxil olan Yava və Sumatra adaları arasında Zond boğazında yerləşir. Adanın sahəsi 10,5 km² təşkil edir. Hazır ki vulkanın hündürlüyü 813 metrdir. 1883-cü il püskürməsinə qədər vulkanın hündürlüyü daha böyük idi. Böyük ada yerləşən vulkan patlayışdan sonra tamamən dağılır və suya gömülmüşdür. == Tarixi == Krakatau stratovulkan olduğundan hər zaman püskürkələr və küll dumanları müşahidə edilir. Vulkonoloqların fikircə 535-ci ildə baş vermiş ən güçlü püskürmədir. Alimlər belə düşünür ki, bu püskürmə nəticəsində Zond boğazı yaranıb. Belə ki, Sumatra və Yava adaları bir birindən ayrılaraq iki müstəqil adalara çevrilmişlər.
Lava vulkanı
Lava vulkanı - (rus. вулкан лавовый, ing. lava volcano) əsasən lavadan, qismən də şlak və başqa qırıntılı məhsullardan təşkil olunmuş əksər halda qalxanvarı for­­malı vulkan. L. v. püskürməsi sa­kit və partlayışsız (eksplozivlik əmsalı 10%-dən az) keçir. Sin. effuziv vulkan.
Marumukutru vulkanı
Marumukutru vulkanı (malaq. Maromokotro) — Adanın ən hündür nöqtəsi sönmüş vulkanıdır. Hündürlüyü 2876 metrdir. Zirvə Saratanana dağ massivində yerləşir. Tərcümədə "meyvə ağacları barı" anlamını verir.
Palçıq vulkanı
Palçıq vulkanları – maqmatik mənşəli vulkanlara nisbətən məhdud sahələrdə yayılmışdır. Onlar adətən neftli – qazlı sahələrlə üst – üstə düşür. Məhz bu fakta əsaslanaraq palçıq vulkanlarının neft – qaz yataqları ilə mənşəcə yaxın olması müddəası irəli sürülür. Buna görə də palçıq vulkanlarının və eləcə də neft – qaz yataqlarının yayıldığı sahələr maqmatik mənşəli vulkanların yayıldığı sahələr kimi geniş deyil. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanda, əsasən, Cənub-Şərqi Qafqazda yerləşir. Ümumilikdə dünyanın 42 ölkəsində palçıq vulkanı aşkar edilmişdir. Palçıq vulkanlarının mənşəyi haqqında ilk dəfə H.V.Abix fikir söyləmişdir. O, belə bir nəticəyə gəlmişdir ki, palçıq vulkanları səthə çıxmaq üçün lazım olan istilik enerjisini – maqmadan, brekçiya əmələ gətirən qırıntı süxurlarını – yarılma (qırılma) zonasından, suyu – dənizdən, qazı – bitumlu süxurlardan, palçıq vulkanlarının fəaliyyətinin başlanması üçün lazım olan impulsları isə zəlzələlərdən alır. Digər geoloq – alimlər palçıq vulkanlarının əsas yaranma səbəbini geodinamikada – qırışlar, boşluqlar və çatların yaranması və inkişafı ilə əlaqələndirirlər. Neftçi – geoloqların fikrincə isə palçıq vulkanları neft yataqlarında toplanmış karbohidrogen qazlarının ifrat təzyiqi nəticəsində yaranır.
Qarqar vulkanı
Qarqar vulkanı — Azərbaycan və Ermənistan sərhəddində yerləşən yatmış vulkan. Vulkanın hündürlüyü 3584 metr təşkil edir. Son püskürmənin b. e. ə 3000 illərdə baş verməsi ehtimal edilir.
Santorini vulkanı
Santorini (yun. Σαντορίνη) — Egey dənizində yerləşən Tira adasında olan vulkan şəbəkəsinə aid kaldera. Bu kalderanın əmələ gəlməsi zamanı güçlü vulkan püskürməsi baş vermiş və nəticədə Egey sivilizasiyası, Krit, Tira adaları və Egey dənizi sahillərində olan yaşayış məntəqələrti məhv olmuşdur. Pürkürmənin b.e.ə 1645—1600 illərdə olması qeyd olunur. Partlayışın güçü 7 ball olaraq qiymətləndirilir. Bu isə Tambora və Krakatau vulkanlarının püskürməsindən 3 dəfə güçlü olması anlamına gəlir. Sunaminin hündürlüyü 100 metrə çatmnası ehtimal edilir. Nəticədə isə Krit adasında mövcud olan Minoy sivilizasiyası məhv olmuşdur. Vulkandan 200–1000 km aralıda yerləşən ərazilər küllə örtülmüşdür == Püskürmənin tarixi == Minoy sivilizasiyasında yaşayan insanlar yaxşı dənizçilər və tacirlər idilər. Onların donanması bir zamanlar Egey dənizində hakimlik edirdi.
Solfatara vulkanı
Solfatara (it. Solfatara di Pozzuoli) — İtaliyanın Possuoli şəhəri yaxınlığında yerləşən vulkan. Bu vulkan roma mifalogiyasına görə Vulkan adlı dəmirçılık tanrısının evi olmuşdur. == Adı == Bir deyimə görə vulkanın adı italyanca «solfo» yəni «azot» sözündən əmələ gəlmişdir. Digər versiyada isə latınca «Sulpha terra» sözündən əmələ gəlmiş mənası «Kükürdlü torpaq» mənasını verir.
Tanaqa vulkanı
Tanaqa vulkanı (ing. Tanaga Volcano) — Aleut adaları sistemindəki Tanaqa adasının şimal ucunda yerləşən stratovolkan. Əsas zirvənin şərqində başqa bir konusda vardır. Onun bir neçə püskürməsi 1763-cü ildən bəri məlumdur: 1763-1770, 1791, 1829, 1914-cü illərdə.
Torağay vulkanı
Torağay palçıq vulkanı — Azərbaycan Respublikasının ən böyük palçıq vulkanlarından biri. Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsindən 28 km məsafədə yerləşir. Bu vulkan daha çox Çeyildağ qəsəbəsinə yaxındır və buradan da 12 km məsafədə yerləşir. Onun kraterinin diametri təxminən 900 metrdir. Bu vulkan hələ də faliyyətdədir. Vulkan 402 metr hündürlüyə malikdir. == Haqqında == Torağay palçıq vulkanı Azərbaycanın nəhəng və relyef baxımından yaraşıqlı və kəskin ifadə olunmuş vulkanlarından biridir. Mütləq hündürlüyü olan bu vulkanın fəaliyyəti 1841-ci ildən başlayaraq qeydə alınır və sonuncu püskürmə 1988-ci ildə baş vermişdir, ən intensiv fəaliyyət dövrü isə dörd dəfə püskürdüyü 1984-1988-ci illərin payına düşür. Vulkan plio­sen-eopleystosen süxurlarından təşkil olunmuş eyniadlı antiklinalın şimal-şərq qanadının tavan hissəsini mürəkkəbləşdirən ümumqafqaz və antiqafqaz istiqamətli qırılmaların kəsişmə düyünündə yerləşir. Vulkan ətraf relyefin hamarlanmış formaları fonunda kəskin surətdə seçilir və özlüyündə kəsik konus görünüşlü iri dəyirmi yüksəkliyə cavab verir.
Vezuvi vulkanı
Vezuvi vulkanı (it. Monte Vesuvio, lat. Mons Vesuvius) — İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən və yüksəkliyi 1280 metr olan vulkanik dağ. Eramızın 79-cu ilində Ve­zu­vi vul­ka­nı­nın partlayışı Neapol­un cə­nu­bun­da­kı Pompey, Herkulanum və Stabiya şə­hə­rləri­nin yox ol­ma­sı­na səbəb olmuşdur. Vezuvi vulkanı eyni zamanda Spartakın başlatdığı üsyana ev sahibliyi edən ilk yerdir. Spartak, eramızdan əvvəl 73-cü ildə Capua şəhərindəki qladiator məktəbindən qaçan 77 dostu ilə birlikdə Vezuvi dağına sığındı. == Təhlükəsi haqqında == Maqma dəliklərindən çıxan maddələri tədqiq edən Fransa və İtaliya alimləri 1944-cü ildən bəri "susan" Vezuvinin partlayacağı halda 700 min nəfərin həyatının təhlükə altında qala biləcəyini bildirirlər. Yerin 8–9 km dərinliyində maqma növünün araşdırılmasının çox əhəmiyyətli olduğunu bildirən tədqiqatçılar indiki maqmanın tərkibinin min illər bundan əvvəlkinə oxşar olmasını və son dərəcə güclü partlayış meydana gətirəcəyini vurğulamışlar. Bu maqmanın sonuncu, 1944-cü ildəki partlayışda olduğu kimi bazaltik xüsusiyyətə sahib olması halda, partlayışın çox şiddətli olmaması ehtimalı ifadə edilmişdir.Vezuvi vulkanı püskürdükdə İtaliyanın bir şəhəri lavanın altında qalmışdır. Mütəxəssislər lazımi tədbirlər görülməsə Vezuvi vulkanının növbəti püskürməsi zamanı 300 min insanın öləcəyini bildirirlər.
Vulkano vulkanı
Vulkano (it. Vulcano) — İtaliyanın Siciliya adasından şimalda yerləşən Lipar adaları prupuna daxil olan Vulkano adasında yerləşən vulkanlar qrupu. Vulkan 130 000 il öncə formalaşmağa başlamışdır. Onun formalaşmasını 6 etapa bölmək olar. Aktivlik cənubdan şimala döğru uzanırdı. del Pryano kalderası adanın cənub-şərqində, del Rossa isə şimal-qərbdə yerləşir. La Rossa hazırda 391 [metr hündürlüyə malikdir. B.e.ə 183-cü ildə Vulkanello krateri formalaşmağa başlamışdır. Onun zirvəsi üç konusdan ibarətdir. Vulkanellnun aktivliyi XVI əsrdə bitmişdir.
Çat vulkanı
Çаt tipli vulkаn –bu vulkаnlаrın gətirmə kаnаlı çаt, yаrıq görkəmdə оlur. Püskürmə yа bütün çаt bоyu, yа dа оnun аyrı-аyrı hissələrində bаş vеrir; bu hаldа vulkаnlаr аdətən mоnоgеn оlur . Еyyаfyаllаyöküll vulkаnı - Islаndiyа. Püskürmədən sоnrа gətirmə çаtı qаpаnır, lаkin çох hаl- lаrdа yеni çаt təzаhür еdir və bu çаtın püskürmə mаtеriаlı əvvəlki mаtеriаl üzərində lаylаşır. Çаt vulkаnlаrının bа- zаltlаrdаn ibаrət lаvа örtükləri ən çох ölçülərə mаlik оlur. Аyrı-аyrı lаvа örtüklərinin qаlınlığ аdətən 5–15 m оlmаq- lа, bəzən 100 m-ə çаtır. Çаt vulkаnlаrının özəl tipi lipаrit və lipаrit-dаsit örtüklərindən ibаrət оlur.
Abix palçıq vulkanı
Abix palçıq vulkanı- Bakı şəhərindən 12 kilometr şimalda,Keyrəki vulkanından qərbdə yerləşir və sonuncudan çökəkliklə ayrılır. Uzun müddətdir püskürmür. Abşeron yarımadasında və Xəzərdə olan palçıq vulkanlarını öyrənmiş, Azərbaycanın geoloji quruluşuna və 1859-cu il Şamaxı zəlzələsinə aid əsərlər yazmış alman geoloqu, Peterburq Elmlər Akademiyasının akademiki German Vilhelm Abixin (1806–1886) şərəfinə adlandırılmışdır. Memorial toponimdir.Krater sahəsi hamarlanmış, xeyli geniş bir meydançanı tutub, yaşılımtıl sopka şlamı ilə örtülüdür. Abix vulkanının iki krateri vardır. Bunlardan biri-qədimi diametri 170 metr olan hamarlanmış sahə şəklindədir. Digəri isə nisbətən cavan olub,yalnız şimal-qərb bəndi mühafizə olunmuşdur. Vulkan üçün uzun müddət sakitlik dövrü keçirir və onun püskürmə fəaliyyəti Keyrəki vulkanına nisbətən çox zəifdir. Keyrəki və Abix vulkanlarının palçıq örtüyünün tutduğu sahənin eni 700 m, uzunluğu isə 1100 metr olub, 0,8 kvadrat kilometr təşkil edir. == Mənbə == Yusifov Elman.Bioloji müxtəliflik:Abşeron yarımadasının təbiət abidələri- Bakı:Nurlar NPM,2007.
Atbatan palçıq vulkanı
Abşeron yarımadasının şimal-qərb hissəsində, Pirəkəşkül N saylı hərbi-hissəsindən 3 km cənubda, şose yolunun sol tərəfində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 130–140 m-dir. Səthin forması və xarakteri ilə bərabər palçıq vulkanlarının ölçülərinə təsir edən digər faktorlar püskürülmüş brekçiyanın miqdarından, konsistensiyasından da asılıdır. Vulkanın morfologiyasını dəyişdirən digər şərtlər əraçinin iqlim şəraiti və hidrogeoloji rejimidir. Günəş şüasının və küləklərin təsiri ilə baş verən buxarlanma, atmosfer yağıntıları səthdə kəskin çatların, eroçiya kəsiklərinin yaranmasına səbəb olur. Zaman keçdikcə bu kəsiklər dərin yarğanlara çevrilir. Belə dərin yarğanlar Otman Bozdağı üçün çox xarakterikdir. Bəçən kraterdə yaranan salza və qrifonlardan çıxan iri həcmli su kütləsi onun yamaclarının parçalanmasına səbəb olur. Belə vəziyyət Şonqar palçıq vulkanında müşahidə edilir. == Mənbə == Yusifov, Elman.
Axtarma-Paşalı palçıq vulkanı
Axtarma-Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. == Haqqında == Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur.
Ayrantökən palçıq vulkanı
Ayrantökən palçıq vulkanı — Bakıdan 65 km cənub-qərbdə, Atbulaq d/y stansiyasından 4.5 km şimal-şərqdə yerləşir və nisbi hündürlüyü 190 m olan uzanan yayladır. Morfoloji əlamətlərinə görə ovalığa oxşar formadadır. Cənub yamacı boyunca 1964–1990-cı il püskürmələrinin brekçiya axını müşahidə olunur. 1.5 km uzunluğunda və 200 m enində "dillər" 1964-cü il püskürməsi zamanı düzənliyə axmışdır. Yüksəklik sahəsində 4 vulkan təzahürləri vardır ki, bunlardan biri strukturun cənub-qərb hissəsində yerləşir və neftli qrifonları təşkil edir. Digəri, sopka və qrifonların böyük qrupu indiki kraterin şimal- qərbində yerləşir və çoxlu sayda aktiv fəaliyyətli mikroformalara malikdir; sopkaların hündürlüyü 5–10 m-ə çatır. Krater sahəsinin ətrafında uzunluğu 700–800 m, dərinliyi 2–3 m olan bir neçə iri çatlar vardır. Kraterin mərkəzində brekçiyanın parçalanması müşahidə olunur. Brekçiyanın ümumi həcmi 500 mln. m³, örtük sahəsi isə 805 ha-dır.
Ağtəpə palçıq vulkanı
Ağtəpə palçıq vulkanı — Bakının Qaradağ rayonu ərazisində yerləşən vulkan. == Ümumi məlumat == Vulkandan cənubda Torağay palçıq vulkanı yerləşir.
Ağzıbir (Bozdağ) palçıq vulkanı
Ağzıbir (Bozdağ)palçıq vulkanı -Xəzər dənizi sahilində Ələt Körpü qəsəbəsindən 17 km cənubda, Xıdırlı qəsəbəsindən 4,5-5 km cənub-şərqdə yerləşir. == Ümumi məlumat == Ondan şimal-şərqə Hamamdağ, cənub-şərqdə isə Bəndovan palçıq vulkanları yerləşir. Ağzıbir, Bozdağ və Dovşandağ palçıq vulkanları bir xətt üzrə şimal-qərbdən cənub-şərq istiqamətində uzanmaqla nida şəkillidirlər. Ağzıbir palçıq vulkanının geoloji quruluşunda Məhsuldarqat, Ağcagil, Abşeron və Dördüncü dövr çöküntüləri iştirak edir. Bu vulkan Bəndovan antiklinal quruluşunun catmavari hissəsində yerləşir. O, həmin quruluşun şimal-qərb periklinal hissəsinə uyğun gəlir. Bu tektonik quruluşun istər şimal-qərbdən cənub- şərqə doğru və istərsə də qərbdən-şərqə doğru uzanan tektonik sınmalarla kəsilir. Sonuncuların mürəkkəbləşdiyi hissədə də Ağzıbir palçıq vulkanı yaranmışdır. Öz geomorfoloji quruluşuna görə Ağzıbir palçıq vulkanı on xarakter vulkanlardan biridir. Antiklinal quruluşun ox hissəsinə yaxın zonalarda yerləşmiş vulkan ocaqları onun çatma hissəsini xeyli sahədə parçalamışdır.
Ağzıbir palçıq vulkanı
Ağzıbir palçıq vulkanı — eyni adlı dağ silsiləsində Ağzıbir vulkanlar qrupuna aiddir. Burada Ağzıbir, Aralıq, Dovşandağ palçıq vulkanları diqqəti cəlb edir. Bu vulkanlar Azərbaycanın cənubunda, cənub-şərqi Şirvan düzünün sahil zolağında, Ələt dəniz körpüsü stansiyasından 15–20 km cənub və cənub-qərbdə yerləşir. Ağzıbir iri vulkan olub, 120 m yüksəkliyə malik, eyni adlı dağ silsiləsinin şimal-qərb hissəsinin kənarında yerləşmişdir. Vulkanın krateri Bozdağ dağının zirvəsindədir. Onun yamaclarının düşmə bucaqları müxtəlifdir, müxtəlif dərəcədə də parçalanmaya məruz qalmışlar. Şimal yamacı – ən çox yastı və hamar, qərb və şərq yamacları isə daha dikdir. Vulkanda 3 püskürmə – 1964, 1978 və 2002-ci il püskürmələri qeydə alınmışdır. Vulkan brekçiyası ilə örtülən sahə 514 ha, orta qalınlıq 80 m, kütlənin həcmi 410 min m³-dir. Krater sahəsində bir neçə qaz, su, palçıq çıxaran qrifoncıqlar vardır.
Babazanlı palçıq vulkanı
Babazanlı palçıq vulkanı - Salyan rayonu ərazisində, Kürün sol sahilində yerləşən vulkan. == Ümumi məlumat == Vulkandan cənubda Duzdağ gölündən şimaldadır.
Bahar (Ələt) palçıq vulkanı
Bahar (Ələt) palçıq vulkanı — Xəzərətrafı düzənliyin dəniz sahili ilə qovuşduğu bir hissədə, Qobustan qəsəbəsindən 15 km cənub-şərqə, Daşgil antiklinal quruluşunun cənub-şərq qurtaracağında yerləşmiş, 28 m mütləq yüksəkliyə malikdir. == Ümumi məlumat == Bahar palçıq vulkanı mərkəzi hissədə məhsuldarqat, ətraf hissədə isə Ağcagil və Abşeron süxurlarından təşkil olunmuşdur. Bu palçıq vulkanı 1853, 1859, 1882, 1886, 1908, 1909, 1911, 1912, 1926 və 1967-ci ildə püskürmüşdür. Püskürmə zamanı səthə yayılmış brekçiyanın eni 70–80 m, tutduğu sahə 20 ha, brekçiyanın orta qalınlığı 3 m, ümumi həcmi isə 370 min m³ olmuşdur, ən iri dilinin uzunluğu 350 m-dir. Bu palçıq vulkanının kökü üst Təbaşir çöküntülərinə qədər çatır ( Ə.Ə.Yaqubov və b. 1970). Bahar palçıq vulkanının yastan (krater) hissəsi əsasən hamar, şimal-şərq kənarı isə kələ kötürdür. Brekçiya valları demək olar ki, yox dərəcəsindədir. Nisbi yüksəkliyi 5–8 m-ə çatan ayrı-ayrı kiçik vallar bir neçə metr məsafədən artıq uzanır. Son 1967-ci il püskürməsindən ayrılmış brekçiya axını vulkan səthini hamarlanmışdır.
Bahar palçıq vulkanı
Bahar palçıq vulkanı, Ələt burnu - Azərbaycan Respublikasında palçıq vulkanı. Qaradağ rayonu ərazisində, Ələt burnundadır. İki sopka qrupundan ibarətdir. Bəzi sopkaların nisbi hündürlüyü 8-10 metrə çatır. Vulkanların salz və qrifonlarından qaz, palçıq və neftli su çıxır. Son dəfə 1967-ci il 20 martda püskürmüşdür. Bu zaman alov sütunu vulkandan 150 metr hündürlüyə qalxmış, sopka brekçiyası böyük əraziyə yayılmışdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı,2011, səh.41-42.
Boğ-Boğa palçıq vulkanı
Boğboğa — Abşeron yarımadasında, Sabuncu Şəhər tipli qəsəbə.-nin qərbində palçıq vulkanı. Hündürlüyü 87 m. Palçıq vulkanları püskürərkən yer səthinə çıxan su, palçıq və qaz müxtəlif səslər çıxarır. Belə vulkanlar əhali arasında boğ-boğa və ya pilpilə adlandırılır. Boğboğa sözü vulkanın çıxardığı səsə muvafiq olaraq təqlidi təkrar xarakteri daşıyır.Boğ-boğa palçıq vulkanı üçərində triqometrik məntəqə qurulmuş təpənin çirvəsini tutur. Təpə vulkan püskürmələrinin brekçiyadan təşkil olunmuşdur. Burada külli miqdarda qrifon vardır. Qrifonlardan axan qatı neftli sular qır örtüyü əmələ gətirir. Boü-boüa vulkanı tektonik cəhətdən Balaxanı - Sabunçu - Ramana qırışıüının qərb hissəsində yerləşib, bu strukturun şimal qalxmasını əmələ gətirir. Şəkildən göründüyü kimi 30 il əvvəl vulkanın ətrafı boş sahələr olmuşdur.
Böyük Kənizədağ palçıq vulkanı
Böyük Kənizədağ palçıq vulkanı - Azərbaycanın ən iri palçıq vulkanlarından biri. == Ümumi məlumat == Vulkanın mütləq yüksəkliyi 399,4 m olub, Torağay palçıq vulkanının mütləq yüksəkliyinə demək olar ki, bərabərdir. O, şərqdən Ceyrankeçməz çayı dərəsindəki düzənlikdən 375 m, qərbdə isə geniş dəniz terrası düzənliklərindən 100 m-ə qədər ucalır. Böyük Kənizədağ palçıq vulkanı Qılınc-Torağay-Kənizədağ-Sanqaçal (dəniz)-Duvannı (dəniz) antiklinal qırışıqlığı zonasına daxildir. Böyük Kənizədağ palçıq vulkanı braxiantiklinal qırışıq üzərində yerləşir, şimal-qərbdən cənub-şərq istiqamətində uzanır. Vulkan eninə və uzununa istiqamətlənən tektonik pozulmaların kəsişdiyi yerdə yaranmışdır. Bu pozulmaların amplitudası 125-150 m-ə çatır. Vulkanın ətraf hissəsində və eləcə də onun gövdəsində Məhsuldarqat, Ağcagil və Abşeron çöküntüləri intişar tapmışdır. Böyük Kənizədağ palçıq vulkanının krater sahəsi dairəvi şəkildə olub, səthi son püskürmə materialları ilə kələ-kötürləşmişdir. Onun şimal hissəsində zəif parçalanmış krater valı aypara şəklində uzanır.
Böyük Mişovdağ palçıq vulkanı
Böyük Mişovdağ palçıq vulkanı- (288 m) Qobustanın cənub qurtaracağında yerləşmiş ən iri vulkanlardan biridir. == Ümumi məlumat == Bu vulkan qərbdən şərqə doğru uzanan Mişovdağ tirəsinin suayrıcının cənub hissəsində yerləşmişdir. Vulkan kraterinin burada yerləşməsinə baxmayaraq onun bütün axın materiallları cənub yamaca toplanmışdır. Palçıq vulkanının qurluşunda Paleogen, orta Miosen və aşağı Pliosen dövr süxurları iştirak edir. Brekçiyalarda Məhsuldarqatın qumdaşları, təbaşir dövrünün əhəngdaşları parçalarına da rast gəlinir. Palçıq vulkanının əsasında Paleogen dövr çöküntüləri iştirak edir. Vulkan iri Mişovdağ tektonik quruluşunun çatmavari hissəsinə yaxın bir zolaqda yerləşmişdir. Onun ox hissəsində Məhsuldarqat, səthində isə Abşeron dövr çöküntüləri iştirak edir. Antiklinal bir neçə dizyunktiv pozulmalarla parçalanmışdır. Qırışığın şimal qanadı 300°, cənub qanadı isə 500° -yə qədər olan bucaq altında düşür (Ə.Ə.Yaqubov, Ə.Ə.Əlizadə, M.M.Zeynalov, 1971).
Bəndovan palçıq vulkanı
Bəndovan palçıq vulkanı — Vulkan Bakıdan 80 km cənub-qərbdə, Xəzər dənizi sahilində yerləşir. Morfoloji cəhətdən oturacağının diametri 2 km-dən çox olan dağdır. Yamacları, xüsusilə, şimal-şərq və cənub-qərb yamacları dərin yarğanlarla parçalanmışdır. Mütləq hündürlüyü 47 m, nisbi hündürlüyü isə 87 m-dir. Zirvəsi kəskin dərə-təpəli yaylaşəkilli səthdir və burada qaz, lil, neft qabarcıqlı bulanıq su çıxan çoxlu sayda sopkalar, qrifonlar və salzalar qrupu vardır. Bəzi sopkaların hündürlüyü 3–4 m-ə çatır, salzların diametri isə 1–2 m-dir. Vulkan brekçiyası sahəsi 118 ha, orta qalınlığı 35 m, həcmi isə 412 mln m³-dur.
Daşgil palçıq vulkanı
Daşgil palçıq vulkanı — Azərbaycan Respublikasının palçıq vulkanlarından biridir. == Haqqında == Daşgil palçıq vulkanı yetərincə yastı və en dairəsi istiqamətində uzanmış yüksəklik olaraq hazırda fəaliyyət göstərən kiçik vulkanlar kateqoriyasına aid edi­lir. Tektonik cəhətdən vulkan alt pliosen süxurlarından təşkil olunmuş və uzu­nuna pozulmalarla mürəkkəbləşmiş eyniadlı antiklinalın periklinalında yer­ləşir. Onun krater sahəsində hal-hazırda fəaliyyətdə olan və intensiv surətdə qaz və az miqdarda qatı neft pərdəcikli palçıq ifraz edən 45 salz və qrifon, həmçinin bir neçə sönmüş pilpilə yerləşmişdir. Salzlar qaynayaraq, böyük miqdarda qaz bura­xır və hesablamalara görə, sutka ərzində hərəsi 700 kub.m-ə qədər qaz ifraz edir. Vulkanın krater bəndinin diametri 200, palçıq brekçiyasının sahəsi , orta qalınlığı isə, qazıma məlumatlarına görə təşkil edir. Vulka­nın yer səthinə çıxardığı palçıq brekçiyasının ümumi həcmi 260 mln. kub.m-dən çoxdur. == Mənbə == Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi.
Diləngəz palçıq vulkanı
Diləngəz palçıq vulkanı — Bakının Qaradağ rayonu ərazisində yerləşən vulkan. == Ümumi məlumat == Vulkandan cənubda Qoturdağ, şərqdə Daşgil, şimalda isə Göyərçin palçıq vulkanları yerləşir.
Dovşandağ palçıq vulkanı
Dovşandağ palçıq vulkanı - Xəzər dənizi sahilində Bəndovan burnundan şimalda yerləşir. == Ümumi məlumat == Ondan şimal-qərbdə Ağzıbir, cənub-şərqdə isə Bəndovan palçıq vulkanları yerləşir. Ağzıbir, Bəndovan və Dovşandağ palçıq vulkanları bir xətt üzrə şimal-qərbdən cənub-şərq istiqamətində uzanırlar. Şirvan Milli parkə ərazisinə daxildir.
Durovdağ palçıq vulkanı
Durovdağ palçıq vulkanı — Azərbaycanın şərqində yerləşən gözəl və aktiv olan vulkanlardan biridir. Salyan stansiyasından 16 km cənub-şərqdə yerləşmiş və nisbi hündürlüyü 30 m, nəhəng kraterinin diametri 1 km-ə kimi olan yüksəklikdir. Kraterin mərkəzi ölçüləri 700x400 m olan qabarıq-müstəvi şəklindədir. Krater sahəsində onlarla sayda sopkalar və 800-dən çox qrifonlar vardır ki, bunlardan nazik neft pərdəsi olan lilli su və qaz qabarcıqları çıxır. Vulkan brekçiyasının yayılma sahəsi 50 ha, orta qalınlıq 60 m, həcmi isə 30 mln m³-dir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.63 dəfə / 1 mln.
2002 •••••••••••••• 6.85
2003 •••• 1.57
2004 ••••••••• 4.38
2005 •••• 2.02
2006 ••••• 2.48
2007 0.42
2009 •••• 1.92
2010 ••••• 2.54
2011 ••••••••••• 5.49
2012 •••••••• 4.04
2013 ••••••••••• 5.54
2014 ••••• 2.23
2015 •• 1.02
2016 ••• 1.39
2017 •••••••••••••• 6.83
2018 •••••••••••••••••••• 10.34
2019 •••••••••• 5.01
2020 •••• 1.59

"vulkanı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vulkanı nədir? #vulkanı sözünün mənası #vulkanı nə deməkdir? #vulkanı sözünün izahı #vulkanı sözünün yazılışı #vulkanı necə yazılır? #vulkanı sözünün düzgün yazılışı #vulkanı leksik mənası #vulkanı sözünün sinonimi #vulkanı sözünün yaxın mənalı sözlər #vulkanı sözünün əks mənası #vulkanı sözünün etimologiyası #vulkanı sözünün orfoqrafiyası #vulkanı rusca #vulkanı inglisça #vulkanı fransızca #vulkanı sözünün istifadəsi #sözlük