Oktay Vural
Oktay Vural (9 fevral 1956, Diyarbəkir) — türk siyasətçi, hüquqşünas, bürokrat və elm insanı, millət vəkili, Türkiyə Respublikasının 2001–2002-ci illərdə nəqliyyat və infrastruktur naziri vəzifəsini icra edib.
Oktay Vural 9 fevral 1956-cı ildə Diyarbəkirdə anadan olub. Orta təhsilini Diyarbakırda bitirib 1979-cu ildə İstanbul Universiteti hüquq fakültəsini bitirib. 1983-cü ildə Ege Universiteti iqtisadiyyat fakültəsinin İqtisadiyyat üzrə magistr dərəcəsini alıb. 1987-ci ildə Dokuz Eylül Universiteti Sosial Elmlər İnstitutundan iqtisad elmləri doktoru dərəcəsini alıb.
1988-ci ildə Dokuz Eylül Universiteti iqtisadiyyat və idarəetmə elmləri fakültəsinin dosenti olub. BOTAŞ boru kəmərləri və yanacaq nəqliyyatında A. Ş. idarə heyətinin müdiri olub.
Prezident yanında Dövlət Nəzarət Agentliyinin idarə heyəti üzvü olub.
Türkiyə Gübrə Sənaye A. Ş. İdarə Heyətinin və Baş Direktorluğunun, Demokratiyada Birliyin Üzvü, NATO Parlament Assambleyasının üzvü, XXI, XXIII, XXIV və XXV İzmir Millət vəkili, TBMM Sənaye, Ticarət, Enerji, Təbii Qaynaqlar, İnformasiya və Texnologiya Komissiyası və Nəqliyyat Nazirliyi vəzifələrini icra edib.
XXIII və XXIV dönəm Türkiyə Böyük Millət Məclisində MHP Qrup sədrinin müavini vəzifəsini rəhbərlik edib.