Villa sözü azərbaycan dilində

Villa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Villa • 71.8644%
  • villa • 27.2034%
  • VİLLA • 0.9322%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Brenda Villa
Brenda Villa (18 aprel 1980, Los-Anceles, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Brenda Villa, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Brenda Villa, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu. Brenda Villa, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Brenda Villa, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Villa Alemana
Villa Alemana - Çili şəhəri. Əhalisi 122.806 nəfərdir (2002).
Villa Bazilika
Villa Bazilika (it. Villa Basilica) — İtaliyanın Toskana regionunda şəhər.
Villa Ford
Villa Ford (ing. Willa Ford); doğum adı Amanda Li Mondano (ing. Amanda Lee Modano); 22 yanvar 1981) — ABŞ aktrisa, prodüser, müğənni, mahnı müəllifi, teleaparıcı və rəqqasəsi. Karyerasına müğənni kimi 1999-cu ildə "Mandah" adı ilə başlayıb. Ancaq bir müddət sonra adını Uilla Forda dəyişdirib. Əsl adı Amanda Li olan Uilla 1981-ci il yanvarın 22-si Raksin şəhərində anadan olub. 8 yaşında ikən uşaq xorunda oxumaqa, 11 yaşından isə incəsənət şirkəti olan "Tampa Bay Children's Choir"də çıxış eləməyə başlayıb. 2007-ci ildən xokkeist Mayk Modano ilə ailə həyatı qurmuş, 2012-ci ilin avqustunda boşanmışdır. 1999–2000-ci illərdə "MCA", 2000–2004-cü illərdə isə "Lava" və "Atlantic" leyblları ilə işləmişdir. İki sola albomu var: "Willa Was Here" (2001) və "Sexysexobsessive" (2004).
Eytor Villa-Lobos
Eytor Villa-Lobos (5 mart 1887[…], Rio-de-Janeyro – 17 noyabr 1959[…], Rio-de-Janeyro) — braziliyalı bəstəkar. Braziliya xalq musiqisindən və klassik Avropa musiqisindən təsirlənmişdir. Bachianas Brasileiras adlı əsər onun ən məşhur əsəridir.
Villa Park
Villa Park — "Aston Villa" komandasının ev oyunlarını oynadığı futbol stadionudur. Stadion İngiltərənin Birminhem şəhərində yerləşir. 1897-ci ildə açılmışdır. "Villa Park" 42.573 nəfərlik bir tutuma malikdir.
Villa Petrolea
Villa Petrolea (lat. Villa Petrolea) – XIX əsrin sonlarında Nobel Qardaşları Neft İstehsal Cəmiyyəti (Branobel) tərəfindən şirkətin işçiləri üçün Bakı ətrafında Qara şəhərin sərhəddində salınmış yaşayış qəsəbəsidir. Həmçinin qəsəbədə yerləşən Nobel qardaşlarının şəxsi iqamətgahı da belə adlanır. Hazırda burada Nobel Qardaşları Muzeyi və bir neçə təşkilatın ofisi fəaliyyət göstərir. 19-cu əsrin sonlarında Bakının şərq ətraf əraziləri bütünlüklə sənaye bölgəsi olduğuna görə, yaşayış üçün əlverişli deyildi. Burada yalnız neft sənayesində çalışan işçilər yaşayırdılar. Maddi vəziyyəti yaxşı olan sakinlər isə şəhərin daha təmiz bölgəsində Bakının mərkəzində məskunlaşmışdılar. Branobel şirkətinin inzibati-texniki işçilərini(o cümlədən Finlandiyadan, İsveçdən, Norveç və Almaniyadan da dəvət olunmuş) bu bölgəyə cəlb etmək üçün burada yaşayış üçün hər cür şəraiti olan bir qəsəbə salındı. Qəsəbə Qara Şəhərin şərq sərhəddində Keşlə kəndində yerləşirdi. Qəsəbənin ərazisində işçilər üçün evlər, məktəblər, teatr, xəstəxana və Nobel qardaşlarının Bakıdakı iqamətgahı tikilmişdir.
Villa Tugendhat
Villa Tugendhat, Çex Respublikasının Brno şəhərindəki Černá Pole regionunda yerləşən tarixi bir binadır. Avropadakı müasir memarlığın ilk prototiplərindən biridir və Alman memarı Ludwig Mies van der Rohe tərəfindən dizayn edilmişdir. 1928–1930-cu illər arasında Fritz Tugendhat və xanımı Greta üçün dəmir-beton konstruksiya formasında inşa edilmiş və modernizmin simvoluna çevrilmişdir.
Aston Villa FK
Aston Villa FK (ing. Aston Villa FC) — İngiltərənin Birminhem şəhərini təmsil edən peşəkar futbol klubu. 1874-cü ildə qurulan klub, 1897-ci ildən bəri oyunları "Villa Park"da oynamaqdadır. 1888-ci ildə qurulan İngiltərə çempionatının qurucularından biri olmaqla yanaşı İngiltərə Premyer Liqasının qurucularından biridir. Keçmiş sahibi Duq Ellis tərəfindən 2006-cı ildə satışa çıxarılan klub ABŞ iş adamı Rendi Lerner tərəfindən alınmışdır. 2016-cı ilin iyunundan isə klubun sahibi çinli biznesmen Sya Jiantondur. İngiltərə Premyer Liqasını və İngiltərə kubokunu 7 dəfə qazanan "Aston Villa" İngiltərənin ən uğurlu klublarından biridir. 1982-ci ildə UEFA Çempionlar liqasını qazanaraq bu kuboku başı üzərinə qaldıran 5 ingilis klubundan biri olmuşdur. 5 dəfə İngiltərə Liqa kubokunu və 1 dəfə İngiltərə Super kubokunu da qazanan "Aston Villa" kuboklar baxımından İngiltərənin ən böyük 4-cü klubudur. "Aston Villa" Birminhem şəhərinin bir digər təmsilçisi olan "Birmingem Siti" klubu ilə daimi rəqabət içərisindədir və 1879-cu ildən bəri bu iki klub arasında oynananılan derbi "Birmingem derbisi" adlandırılır.
Villa d'Adda
Villa d'Adda — İtaliyanın Lombardiya vilayətində yerləşən şəhər.
Villa Kastelli helikopter qəzası
Villa Kastelli helikopter qəzası (isp. Accidente aéreo de Villa Castelli) — 2015-ci ilin 9 mart tarixində Argentinanın şimal-qərbində yerləşən La Rioja bölgəsinin Villa Kastelli kəndi ərazisində baş vermiş helikopter qəzası. İki helikopterin toqquşması nəticəsində 10 nəfər həlak olmuşdur. Helikopterlər, fransız televiziya kanalı TF1 də yayımlanan "Dropped" adlı yarışma verlişinin çəkimlərini həyata keçirmək üçün istifadə edilməkdə idi. Yarışmada iştirak etmələri üçün səkkiz tanınmış fransız idmançı müəyyənləşdirilmişdi: Florens Arthaud, Alan Bernard, Filip Kandeloro, Jan Lonqo, An-Flor Marker, Kamilla Muffat, Aleksis Vastin və Slavin Viltord. İdmançılardan sadəcə Bernard və Viltord hadisə baş verən an helikopterdə deyildilər. Qəza Argentinanın paytaxtı Buenos Ayres şəhərinin 1170 km şimal-qərbində yerləşən Villa Kastelli kəndində baş vermişdir. Qəzada həyatını itirən idmançıların hər biri fransız vətəndaşları idi. İmdançılarla yanaşı iki nəfəri yerli pilot olmaqla toplam 10 nəfər həlak olmuşdur. Qəzada həlak olanlar əsasən Fransa idman dünyası üçün önəmli olan simalardır.
Villa Efrussi-de-Rotşild
Villa Efrussi-de-Rotşild (fr. Villa Ephrussi de Rothschild) — 1905-1912-ci illərdə baronessa Beatris Rotşild tərəfindən Kot d'Azurdakı Sen-Jan-Kap-Ferra burnunda tikilmiş Ephrussi ailəsinin villası. 1905-ci ildə Beatris atasının ölümündən sonra Sen-Jan-Kap-Ferra burnunda 7 hektar torpaq sahəsi aldı və xəyal etdiyi villanı tikməyə başladı. Tikinti 7 il davam etdi, tikinti zamanı Beatris 20-yə yaxın memar dəyişdirdi. 1912-ci ildə Beatris İl-de-Frans (fr. Ile de France — «fransız adası») adlı Villa Efrussi-de-Rotşild ilk qonaqlarını qəbul etdi. Kolleksiyaya olan sevgisi ilə tanınan o, villanı XV—XVIII əsrlərə aid orijinal sənət əşyaları ilə bəzəyib. 1934-cü ildə Beatrisin ölümündən sonra villa və onun müxtəlif fransız mülklərindən topladığı bütün sənət əşyaları sahibinin vəsiyyəti ilə Fransa İncəsənət Akademiyasına təhvil verildi. Hazırda villa muzeydir və ziyarətçilər üçün açıqdır.
Aşurbəyovun villası
Aşurbəyovun villası — Mərdəkanda yerləşən, əvvəllər Bakı milyonçusu Teymur bəy Aşurbəyova məxsus olmuş villa. Villa 1901-ci ildə inşa olunub. Aşurbəyovun villası tamamilə başqa xarakter daşıyır (1901-ci il). Burada Əsədullayevin villası ilə müqayisədə təntənəli memarlıq və xüsusi planlaşdırma qərarı özünü göstərmir. Əsas ərazidə binanın yuxarı və aşağı verandasında qurulan ayrı-ayrı otaqlar yerləşmişdir. Onların qruplaşdırılması bədiidir, baxmayaraq ki, ərazinin planlaşdırılmış quruluşu aydın xiyaban və yollarla müəyyən edilir.
Brickellia villarrealii
Brickellia villarrealii (lat. Brickellia villarrealii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid bitki növü.
Eduard Beneşin villası
Edvard Beneşin villası və ya Prezident evi (çex. Prezidentský domek, Vila Dr. Eduarda Beneše) — Çexoslovakiyanın ikinci prezidenti Edvard Beneşə məxsus olmuş Praqa qəsrinin yaxınlığındakı Kral bağında yerləşən binadır. Möhtəşəm Kral bağı Praqada XVI əsrdən mövcuddur. Burada Mərkəzi Avropada nadir rast gəlinən ağac və ekzotik bitkilər yetişdirilirdi. 1731-ci ildə parkın qərb hissəsində, Kraliça Annanın intibah dövrünə aid yay sarayının yaxınlığında, tropik floranın inkişaf etdirilməsi üçün oranjereya kompleksi tikilmişdi. Yüksək barokko üslublu bina K.İ.Dintsenhoferin layihəsi əsasında yaradılmışdır. 1938-ci ildə oranjereya Edvard Beneşin iqamətgahının tərkib hissəsinə çevrilmişdi. Prezident binanın yerləşdiyi ərazini və onun pəncərəsindən gözəl bağa açılan mənzərəni çox bəyənmişdi. Mövcud qədim oranjereya binasına üçbucaq frontonlu və eyni üslubda sadə fasadları olan iki mərtəbəli fligel əlavə edilmişdi.
Hacı Zeynalabdin Tağıyevin villası
Tağıyevin villası — Mərdəkanda yerləşən, əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş villa. Bina 1893–1895-ci illərdə mülki mühəndis İosif Qoslavski tərəfindən inşa olunub. XX əsrin əvvəllərində kapitalizm Bakı sənayesinin bütün sahələrində böyük uğurlara nail oldu, şübhəsiz bu da memarlığa öz təsirini göstərdi. Böyük mədaxilli evlər, burjuaziyanın sarayları, əhalinin orta təbəqəsinin binaları və şəhərdə əhalinin sinfi bərabərsizliyini göstərən kənarlarda kasıbların daxmaları. Tağıyevin villası memarlıq-planlaşdırma qərarına və yaşıllaşdırma tərtibatına görə nümunədir. Onun planlaşdırılmış kompozisiyası landşaft xüsusiyyətlərini yarpaqlı və iynəyarpaqlı ağacların növləri, daş lövhələrlə döşənmiş düz yollar hesabına heç də geridə qoymur. Döşəmə həmçinin torpağın üst hissələrinin bəzədilməsində bədii rol oynamışdır. Yeni villalar əvvəlkilərin təkrarı deyildir. Sifarişçilər memarların qarşısında hər dəfə yeni vəzifələr qoyurdular ki, bu da dənizkənarı villaların orijinal olmasına və böyük təmtəraqına və əzəmətinə görə fərqlənməsinə səbəb olmuşdur.
Hacınskinin villası
Hacınskinin villası — Mərdəkanda yerləşən, əvvəllər Hacınskiyə məxsus olmuş villa. Villa 1912-ci ildə tikilmişdir. Məşhur villaların sırasında 1912-ci ildə tikilən Hacınskinin villası da vardır. Hacı Zeynalabdin Tağıyevin villası, Əsədullayevin villası və Aşurbəyovun villasından fərqli olaraq burada planlaşdırmanın xarakteri daha vahiddir və klassik olaraq kəskindir – bir kompozisiya-planlaşdırma xətti üstünlük təşkil edir. Ərazinin enişli olması villanın ərazisində bir neçə verandanın quraşdırılmasını labüd etmişdir. Yuxarı hissədə modern çalarlı saxta roman memarlığının sarayı yerləşir. Saraydan - əsas həcmli-ərazi hissəsindən qərb istiqamətində bütün ərazini əhatə edən əsas xiyaban başlayır. Perpendikulyar xiyaban planlaşdırma kompozisiyasını şərtləndirir, xiyabanın kəsişməsində isə alçaq hovuz yerləşir. Aşağı verandadan əsas xiyabana doğru möhtəşəm mənzərə açılır. Parkın yaşıl fonunda sarayın plastik fasadı villanın yüksək relyefdə yerləşməsi ilə xüsusi cəlbedicilik yaradır.
Hacıyevin villası
Hacıyevin villası — Mərdəkanda yerləşən, əvvəllər Hacıyevə məxsus olmuş villa. Villa ərazisinin ensiz xətti onun üçün fərqli bir planlaşdırma tələb etmişdir. Neoroman memarlığının modern çalarlı əsas kompozisiya xəttində yerləşən ikimərtəbəli binası effektiv qala və damlarla villanın ərazisini eyni olmayan hissələrə bölür. Villanın əsas ərazisi planlaşdırma quruluşunun istiqamətləndiyi şimala dəniz sahillərinə baxır. Mərkəzi çox da böyük olmayan xiyaban 40 metr uzunluqda və 2,5 metr hündürlükdə olan və əhəngdaşından yonulmuş lövhələrlə döşənmiş düzbucaqlı hovuzu hər iki tərəfədən əhatə edir. Hovuzun divarı çox genişdir, onu istirahət üçün veranda kimi istifadə etmək olar. Villanın cənub hissəsi sadə qurulub. Bu villa planlaşdırma qərarına görə qurulub, lakin geniş ərazisi ilə digər villalardan memarlıq xüsusiyyətlərinə görə cəlbedicidir.
Keçekyanın villası
Keçekyanın villası — Rostov-na-Donu şəhərində, Svoboda meydanında yerləşən bina. XIX əsrdə inşa edilən bina Naxçıvan-na-Donu şəhərinin mərkəzində yerləşurdi. Hazırda ərazi Proletarski rayonu adlanır. Bu gün binada A. S. Puşkin adına uşaq kitabxanası yerləşir. Bina Rusiya Federasiyası regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Naxçıvan-na-Donu şəhərinin Bulvarnaya meydanı, ev 7 ünvanında yeləşən bina XIX əsrdə inşa edilmişdir. Binanın tikintisinə nəzarət şəhər arxitektoru Nikolay Nikitiç Durbax tərəfindən həyata keçirilmişdir. Sənədlərə görə 1886-cı ildən binanın sahibi Olqa Tarasovna Xocaev olmuşdur. 1894-cu ildə Xocaev binanı 8 min rubla İskuqi Xaçeresovna Kekeçyana satmışdı. O, həkim Fedorun həyat yoldaşı idi.
Krindaç villası
Krindaç villası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində bir mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Adres: Taqanroq ş, Atamanskaya küçəsi, 46. Villa XX əsrin əvvəllərində inşa edilmişdir. Onun ilk sahibi Yeqor İvanoviç Krindaç olmuşdur. O, mülki şəxslər üzrə vəkil kimi çalışırdı. Üstəlik içtimai işlərdə çalışırdı. Tarixdən məlumdur ki, Yeqor İvanoviç Krindaç ictimai əhəmiyyət daşıya kitabların yayılması ilə məşğul olan kitabların yayılması sahəsində böyük işlər görmüş və cəmiyyət üzvü olmuşdur. Cəmiyyət öz işinə 1876-cı ildə başlamışdır. Üç ildən sonra cəmiyyət Don Qoşunu vilayətinin xalq təhsili cəmiyyəti adlandırılmağa başlanılmışdır.
Luseqon Popovun villası
Lusenoq Popovun villası — Rostov-na-Donu şəhərində, Karl Marks meydanı ev 8 ünvanında yerləşən bina. Bina 1890–1891-ci illərdə inşa edilmişdir. Bina iri torpaq sahibi və maldar Luseqen Popova mənsub olmuşdur. 1928-ci ildən Popovun villasında doğum evi yerləşir. 2012-ci ildə bina rekonstruksiya edilmək üçün bağlanmışdır. Popovun villası regional əhəmiyyətli mədəni irs obyekti elan edilmişdir. İki mərtəbəli villa 1890–1891-ci illərdə Naxçıvan-na-Donu (hazırda Proletarski rayonu adlanan ərazi) mərkəzi meydanında yerləşirdi. Bina iri torpaq sahibi və maldar Luseqen Popova mənsub olmuşdur. Bina layihəsinin müəllifi isə Nikolay Nikitiç Durbax olmuşdur. Binanın birinci məryəbəsində kontorlar və dükanlar yerləşirdi.
Nikolay Paramonovun villası
Saqirovun villası — Rostov-na-Donu şəhərində, Puşkinskaya küçəsi ev 148 ünvanında yerləşən bina. Bina 1914-cü ildə Nikolay Elpidiforoviç Paramonovun vəsaiti hesabına inşa edilmişdir. Binanın layihəsi Leonid Feodoroviç Eberqə mənsubdur. Binada hazırda Cənub Federal Universitetinin Y. A. Jdanov adına bölgə elmi kitabxanası yerləşir. Bina neoklassizm stilində inşa edilmişdir. Federal əhəmiyyəmiyyətli arxitektur abidə kimi qorunur. Nikolay Elpidiforoviç Paramonovun villası 1914-cü ildə inşa edilmişdir. Bina layihəsinin müəllifi Leonid Feodoroviç Eberq idi. Paramonov villada həyat yoldaşı Anna İqnateva və uşaqları ilə birlikdə yaşayırdı. 1918-ci ildə bina milliləşdirilmişdir.
Pavl Kramerin villası
Pavl Kramerin villası — Rostov-na-Donu şəhərində yerləşən, 1910-cu illərdə neoklasizm stilində inşa edilmiş villa. Villa tacir P. İ. Kramerə məxsus olmuşdur. Bina 1997-ci ildə yerli əhəmiyyətli arxitektur abidə elan edilmişdir.. 2000-ci illərdə binada Rostov İctimai toplantı restoranı yerləşirdi. Villa Pavl İvanoviç Kramer tərəfindən 1914-cü ildə inms edilmişdir. O, incəsənət əşyalarını toplayan biridi kimi tanınırdı. Vətəndaş müharibəsi zamanı Kramer Rostov şəhərini tərk etmişdir. Onun topladığı şəkillər vilayət incəsənət muzeyinə dövr edilmişdir. Kramer villası isə milliləşdirilmişdir. 1920-ci illərdə binada rayon əhəmiyyətli müəssisə yerləşirdi.
Petrovun villası
Petrovun villası — Rostov-na-Donu şəhərində, Puşkinskaya küçəsi ev 115 ünvanında yerləşən bina. Bina XIX əsrin sonları inşa edilmişdir. Bina layihəsinin müəllifi Nikolay Aleksandroviç Doroşenkodur. 1958-ci ildən binada Rostov vilayəti seçmə incəsənt muzeyi yerləşir. Petrovun villası regional əhəmiyyətli mədəni irs obyekti elan edilmişdir. Villa XIX əsrin sonları inşa edilmişdir. Binanın ilk sahibi A. A. Dombrovski olmuşdur. O, binanı sonradan satmışdır. 1898-ci ildə bina Vladiqafqaz dəmiryolları idarəsinə mənsub olmuşdur. XIX əsrdə Vladiqafqaz dəmiryolları idarəsi uzun zaman sürən bir məhkəmə işi ilə əlaqədar müəyyən çətinlik yaşayırdı.
Qrekovun villası
Qrekovun villası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Bina XIX əsrin dördüncü yarısında inşa edilmişdir. Çexov küçədi, ev 121 ünvanında yerləşir. 4 fevral 1976-cı il qərarı ilə regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Qrekov villası Taqanroq şəhərində klassizm stilində inşa edilən ən yaxşı binalsrdan biridir. Şəhərin tipik bağçalı binalarına bənzəyir. Hər kolonna lepkalar ilə bəzədilmişdir. Əsas çıxış ön fasadda yerləşməməsi onun çatışmazlıqlarından sayılır. Villa Çexov küçəsi ilə Sobornaya xiyabanın kəsişdiyi ərazidə 1820-ci ildə inşa edilmişdir. Bina Dmitri Yevfokimoviç Qrekov binanı oğlu Timofey Dmitrieviç Qrekov üçün tikfirmişdi.
Sibyakov villası
Sibyakov villası — Rostov vilayəti Konstantinovsk şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina 190-cı ildə inşa edilmişdir. Bina modern stilinə sahibdir. Tikilidə uşaq incəsənət məktəbi yerləşir. Üç mərtəbəli bina 2002-ci il 12 dekabr tarixli 124 saylı qərarla arxitektur abidə elan edilmişdir. Adres: 347250, Rostov vilsyəti, Konstantinovsk ş, Lenin küçəsi, 8. Konstantinovsk şəhəri Lenin küçəsi kərpiçdən inşa edilmiş üç mərtəbəli bina. Tacir Nikolay İvanoviç Don çayının hündür bir kənarında villa inşa etdirməyi qərara alır. Bina 1906-cı ildə inşa edilir. Nikolay İvanoviç Konstantinovka və Nikolayevskda manifaktura məhsullarının satışı ilə məşğul olurdu.
Tağıyevin villası
Tağıyevin villası — Mərdəkanda yerləşən, əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş villa. Bina 1893–1895-ci illərdə mülki mühəndis İosif Qoslavski tərəfindən inşa olunub. XX əsrin əvvəllərində kapitalizm Bakı sənayesinin bütün sahələrində böyük uğurlara nail oldu, şübhəsiz bu da memarlığa öz təsirini göstərdi. Böyük mədaxilli evlər, burjuaziyanın sarayları, əhalinin orta təbəqəsinin binaları və şəhərdə əhalinin sinfi bərabərsizliyini göstərən kənarlarda kasıbların daxmaları. Tağıyevin villası memarlıq-planlaşdırma qərarına və yaşıllaşdırma tərtibatına görə nümunədir. Onun planlaşdırılmış kompozisiyası landşaft xüsusiyyətlərini yarpaqlı və iynəyarpaqlı ağacların növləri, daş lövhələrlə döşənmiş düz yollar hesabına heç də geridə qoymur. Döşəmə həmçinin torpağın üst hissələrinin bəzədilməsində bədii rol oynamışdır. Yeni villalar əvvəlkilərin təkrarı deyildir. Sifarişçilər memarların qarşısında hər dəfə yeni vəzifələr qoyurdular ki, bu da dənizkənarı villaların orijinal olmasına və böyük təmtəraqına və əzəmətinə görə fərqlənməsinə səbəb olmuşdur.
Torloniya villası
Torloniya villası (it. Villa Torlonia) - Romada Torloniya ailəsinə məxsus villadır. Villanın girişi Nomentan yolundandır. Villa, neoklasik üslubda memar Cüzeppe Valadye tərəfindən layihələndirilmişdir. Tikinti 1806-cı ildə bankir Covanni Torloniya tərəfindən sifariş edilərək başlamış və oğlu Alessandronun nəzarəti altında tamamlanmışdır. Vladimir Nabokovun bioqrafı Endryu Fildin sözlərinə görə, 1910-cu illərdə bu villanı gələcək yazıçı Vasili İvanoviç Rukavişnikovun əmisi icarəyə götürmüşdü. O, Rusiyanın Romadakı səfirliyinin katibi və Rusiyada ən varlı Ural qızıl mədənçi ailəsinin varisi idi . Villa bir müddət istifadə edilmirdi, lakin 1920-ci illərdə Torloniya knyazı, onu Benito Mussoliniyə ildə 1 lirəlik simvolik icarə haqqı ilə iqamətgah kimi hədiyyə etmişdi. Villa, 1945-ci ildən tərk edilsə də, sonralar restavrasiya edilərək turistlərin ziyarəti üçün açılmışdı. Burada həmçiniTorloniya ailəsinə aid antik heykəllər də nümayiş olunur.
Typhlodromalus villacarmelensis
Velikanovnanın villası (Rostov-na-Donu)
Velikanovnanın villası - Rostov vilayəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Tikili Rostov-na-Donu şəhəri, Serafimoviç küçəsi, ev 15 ünvanında yerləşir. Binanın inşasına 1884-cü ildə başlanılmışdır. 1890-cı ildə inşa işləri sonlandılmışdır. Bina regional əhəmiyyətli tarixi, arxitektur abidələri siyahısına daxil edilmişdir. Binanın layihəsinin müəllifləri mühəndislər Nikolay Aleksandroviç Doroşenko, N. M. Solokov olmuşdur. 1884—1890-cü illərdə rostovlu tacir Semyon İvanoviç Velikanov öz qızı Pelaqey üçün Kazan küçəsində villa inşa etdirmişdir. O, burada əri Matveey Kirilloviç Kozlovla birgə yaşamışdır. Matveey Kirilloviç Kozlovla dağ mühəndisi, şəhər dumasının üzvü olmuşdur. Villada ümumilikdə 28 otaq vardı.
Vi-di-Joli-Villaj
Vi-di-Joli-Villaj (fr. Wy-dit-Joli-Village) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 307 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 50 km şimal-şərqdə, Serji belediyyənin 19 km şimal-qərbdə yerləşir.
Violetta Villas
Violetta Villas (d. 10 iyun 1938) – Polşa caz müğənnisi. 1962 Rendez-vous with Violetta Villas 1966 Violetta Villas 1967 Violetta Villas (reedition) 1968 For you my darling 1968 About Love... 1977 There is no love without jealousy 1985 Las Vegas 1986 Violetta Villas (reedition) 1992 The most beautiful Christmas carols 1996 Daddy 2 guest star 1997 Christmas carols 1997 Villas sings Christmas carols 2001 When Jesus Christus was born... 2001 Violetta Villas (reedition) 2001 There is no love without jealousy (reedition) 2001 For you my darling (reedition) 2003 Valentine hits 2004 Christmas carols from heart 2008 To comfort the heart and warmth the soul 2009 The most beautiful Christmas carols (reedition) 1961 I don't believe you 1961 Such a frost 1961 I don't make it 1961 For you my darling 1961 Red Marianna 1961 Secret 1962 Get married, Johny!

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.95 dəfə / 1 mln.
2003 ••• 0.79
2004 ••••• 1.68
2005 •••• 1.35
2006 ••••• 1.58
2007 ••••• 1.69
2008 •••••• 1.95
2009 •••••••••••••••••••• 7.52
2010 ••••••••••••••••• 6.17
2011 •••••••••• 3.60
2012 •••••••••••••••• 5.85
2013 •••••••••••••••••••• 7.44
2014 •••••••••••••••• 6.01
2015 •••••••• 2.72
2016 •••••••••• 3.64
2017 ••••• 1.63
2018 ••••••• 2.55
2019 •••• 1.25
2020 ••••••••••• 3.98

villa sözünün leksik mənası və izahı

  • 1 [lat.] Şəhər kənarında bağ-bağat içərisində qəşəng ev; köşk. Burada çox gözəl villalar tikilmiş, həyətlər, bağçalar səliqəyə salınmışdır. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / villa

villa sözünün sinonimləri (yaxın mənalı sözlər)

villa sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. вилла (богатый загородный дом, дача). Villa almaq купить виллу, villa tikmək (tikdirmək) построить виллу

    Azərbaycanca-rusca lüğət / villa

villa sözünün inglis dilinə tərcüməsi

  • 1 i. villa; qəşəng / gözəl fine / nice villa; gədim ~ old villa; Mən adətən yay tətilimi öz villamda keçirirəm Usually I spend my summer holidays in my own villa

    Azərbaycanca-ingiliscə lüğət / villa

villa sözünün fransız dilinə tərcüməsi

villa sözünün ləzgi dilinə tərcüməsi

villa sözünün türk dilinə tərcüməsi

"villa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#villa nədir? #villa sözünün mənası #villa nə deməkdir? #villa sözünün izahı #villa sözünün yazılışı #villa necə yazılır? #villa sözünün düzgün yazılışı #villa leksik mənası #villa sözünün sinonimi #villa sözünün yaxın mənalı sözlər #villa sözünün əks mənası #villa sözünün etimologiyası #villa sözünün orfoqrafiyası #villa rusca #villa inglisça #villa fransızca #villa sözünün istifadəsi #sözlük