Surxay sözü azərbaycan dilində

Surxay

Yazılış

  • Surxay • 98.7912%
  • SURXAY • 0.8791%
  • surxay • 0.3297%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dirili Surxay
Dirili Surxay (1902–1945) — aşıq. == Həyatı == Aşıq Surxay Bəyalı oğlu 1902-ci ildə Cəbrayıl qəzasının Xudayarlı kəndində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə oxumuşdu. Özünü tanıyandan heyvandarlıqla məşğul olub. Yaylaqları Camal qalağından, qışlaqları Diridağa qədər yollarda ayaq döyüb, qoyun-quzu otarıb. Anası Tükəzban xanım Hacı Abbasəli bəy qızının fikri Surxayı molla, ruhani etmək idi. Surxay isə bir ucu nimçədən, bir ucu çömçədən yapışıb aşıqlıq etdi. Dirili Surxay 1945-ci ildə vəfat edib. == Ailəsi == Dirili Surxay Zəhra Mehdi qızı ilə ailə qurmuşdu.
Surxay Allahverdiyev
Surxay Allahverdiyev (Allahverdiyev Surxay Rəhim oğlu; 21 may 1941, İrəvan) — Rusiya alimi. Biologiya elmləri doktoru. M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin biologiya və ekologiya kafedrasının professoru. == Həyatı == Allahverdiyev Surxay Rəhim oğlu 1941-ci il mayın 21-də İrəvanda anadan olub. 1958-ci ildə Bakı şəhərində 26 saylı orta məktəbi bitirib. 1959-cu ildə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının meyvə-tərəvəzçilik fakültəsinə daxil olub və 1964-cü ildə ali təhsilini bitirib. 1964-1965-ci illərdə Xabarovskda sovet ordusu sıralarında xidmət edib. Bir il sonra SSRİ Elmlər Akademiyasının A.N.Bax adına Biokimya İnstitutunun aspirantı olub və 1972-ci ildə “bitkilərin biokimyası” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1969-cu ildə S.Allahverdiyev Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun bitkilərin fiziologiyası şöbəsində kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1977-1988-ci illərdə S.Allahverdiyev Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun bitkilərin fiziologiyası şöbəsinin baş elmi işçisi vəzifəsində çalışıb.
Surxay Cəfərov
Surxay Mehdiyev
Surxay Musayev
Surxay Novruz oğlu Musayev (1 fevral 1951, Füzuli, Samux rayonu – 29 aprel 2023) — professor (1992), "əməkdar həkim" (2000), Azərbaycan Respublikasının əməkdar elm xadimi (20 sentyabr 2010) == Həyatı == Surxay Musayev 1951-ci il fevralın 1-də Samux rayonunun (o zamanlar Xanlar rayonu) Füzuli kəndində anadan olmuşdur. 1967-ci ildə Samux rayon M. Ə. Sabir adına orta məktəbi bitirmişdir. Bir il sovxozda fəhlə işləmişdir. 1968-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb institutunun (indi universitet)pediatriya fakültəsinə daxil olmuş, 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1974–1977-ci illərdə Azərbaycan Tibb Universitetinin I-uşaq xəstəlikləri kafedrasnda həkim, 1977–1985-ci illərdə assistent, 1986–1992-ci illərdə dosent vəzifəsində işləmiş, 1992-ci ildən professor vəzifəsində işləyir. Eyni zamanda 1974–82-ci illərdə universitet komsomol təşkilatına, 1983–88-ci illərdə universitet partiya komitəsinə, 1994–2010-cu illərdə universitet həmkarlar ittifaqı komitəsinə rəhbərlik etmişdir. 1985-ci ildə namizədlik, 1992-ci ildə doktorluq disserasiyası müdafiə etmişdir. 150-dən çox elmi əsırin müıəllifidir. Rəhbərliyi altında 5 elmlər namizədi hazırlanmış, 4 nəfər gənc tədqiqatşı namizədlik dissertasiyası üzərində işləyir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2000-ci ildə "əməkdar həkim",2010-cu ildə "Əməkdar elm xadimi"adina layiq görülmüşdür.
Surxay Noçuyev
Surxay Əbdül oğlu Noçuyev (19 dekabr 1988, Məmmədbəyli, Zəngilan rayonu – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Surxay Noçuyev 1988-ci il dekabrın 19-da Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1995–2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada, 2003–2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006–2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) Quru Qoşunları fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib. == Hərbi xidməti == Zabit kimi fəaliyyəti müddətində Noçuyev Surxay motoatıcı taqım komandiri, mexanikləşdirilmiş taqım komandiri, motoatıcı bölük komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-1) mexanikləşdirilmiş bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-3) mexanikləşdirilmiş bölüyünün komandiri, qərargah bölüyünün komandiri, motoatıcı bölük komandiri, motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini, motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini, motoatıcı taborun komandiri, mexanikləşdirilmiş taborun (BTR, SandCat) komandiri vəzifələrində xidmət edib. "Kapitan" hərbi rütbəsinədək yüksəlib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Komandiri olduğu mexanikləşdirilmiş taborun şəxsi heyəti ilə birlikdə döyüşlərdə xüsusilə fərqlənib, şücaət və rəşadət nümunələri göstərərək Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib və noyabr ayının 9-u Şuşa şəhəri ərazisində hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Surxay Tağızadə
Surxay İmran oğlu Tağızadə (8 aprel 1932, Gəncə – 18 oktyabr 2022) — ictimai və dövlət xadimi, Kirovabad (indiki Gəncə) şəhər komsomol komitəsi bürosunun, komsomolun Gəncə Vilayət və Respublika komitələrinin üzvü, yerli sovetlərin deputatı (1952 – 1962), Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin üzvü (1982 – 1987), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1985 – 1990), Azərbaycan KP MK-nın üzvü (1986 – 1991). == Həyatı və fəaliyyəti == Surxay İmran oğlu Tağızadə 8 aprel 1932-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. 1949-cu ildə Gəncədəki Sabir adına 5 saylı orta məktəbi, 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitututnun baytarlıq fakültəsini, 1962-ci ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun aspiranturasını bitirmişdir. Baytarlıq elmləri namizədi elmi dərəcəsi və baş elmi işçi rütbəsi vardır. Respublikanın əməkdar kənd təsərrüfatı işçisidir. Əmək fəaliyyətinə AKTİ-də komsomol təşkilatına rəhbərlikdən və müəllimlikdən başlamış, Azərbaycan Elmi-tədqiqat heyvandarlıq institutunda elmi işçi, "Kirovabad kommunisti" qəzetində kənd təsərrüfatı şöbəsinin müdiri, Özbəkistan Elmi-Tədqiqat Baytarlıq institutunda laboratoriya müdiri, Səmərqənd kooperativ institutunda dosent, Azərbaycan Elmi-Tədqiqat baytarlıq institutunda şöbə mudiri vəzifələrində çalışmışdır. 1967-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyində təbliğat idarəsinin rəisi, Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsi müdirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini, Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi, Azərbaycan KP MK kənd təsərrüfatı və emal sənayesi şöbəsinin müdiri, Dövlət Plan komitəsi sədrinin müavini vəzifələrində işləmişdir. Göstərilən illərdə Respublikada kənd təsərrüfatı iqtisadiyyatının yüksəldilməsi, təsərrüfatların ixtisaslaşdırılması və təmərküzləşdirilməsi, mütərəqqi iş üsullarının və qabaqcıl təcrübınin öyrənilməsi, geniş yayılması və tətbiq edilməsi, yeni texnologiyaların, istehsal və sosial sahələrinin yaradılması, inkişaf etdirilməsi, onların maddi bazasının gücləndirilməsi, ixtisaslı kadrların hazırlanması, kəndlilərin sosial məsələlərinin həll edilməsi və kənd təsərrüfatı üçün vacib olan başqa mühüm tədbirlərdə bilavasitə iştirak etmiş, onların bir çoxunun təşəbbüskarı olmuşdur. Azərbaycan istiqlaliyyətini bərpa etdikdən sonra 1993-cü ildə Azərbaycan Fermerlər İttifaqının yaradıcılarından biri olmuş, 1996-cı ildə isə Azərbaycan "Farmprogress" (fermerin tərəqqisi) Beynəlxalq Elmi-Texniki Əlaqələr Mərkəzini və "Azərbaycan Fermeri" jurnalını təsis etmişdir. Onun rəhbərliyi altında fəaliyyət göstərən bu qurumlar Respublikada fermer təsərrüfatlarının bərqərar olması və inkişaf etdirilməsi, bu sahədə dünya ölkələrində əldə edilmiş çoxillik və ilkin yerli təcrübənin təbliği ilə məşğul olmuş, fermerlərin elmi idarələr, bank və sığorta təşkilatları, aqroxidmət, emal, marketinq müəssisləri ilə işgüzar əlaqələrinin yaradılması üçün geniş maarifçilik işi aparmışlar.
Surxay qalası
Surxay qalası — Azərbaycanın Goycay rayonunun Sehadet Qarabaglar və Mirzehuseynli kəndləri arasında, kəndlərin şimal tərəfində Böyük Qafqaz dağlarının uzaq cənub ətəklərində yerləşən, XVIII əsrə aid qala.
Surxay İsmayılov
Surxay İsmayılov (15 may 1929, Goranboy rayonu – 26 may 1994, Bakı) — Azərbaycanlı, Balakən rayonunda "Filizçay" polimetal yatağını kəşf edən geoloq. == Həyatı və təhsili == İsmayılov Surxay Yusif oğlu 15 may 1929-cu il tarixində Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində Yusif və Mələk İsmayılovların ailəsində dünyaya gəlmişdir. Böyük qardaşı Gəray (1925-ci il təvəllüdlü) 1943-cü ilin fevralında müharibəyə yollanır və təxminən iki il sonra 1944-cü ilin oktyabrında itkin düşür. Atasız böyüdüklərindən 6 uşaqlı ailənin bütün yükü uzun illər böyük oğul kimi onun üzərinə düşür. Yuxarı siniflərdə ikən müəllim çatışmadığına görə məktəbdə aşağı siniflərə müəllimlik də edir. Orta təhsilini doğma rayonda alan S. İsmayılov 1946-cı ildə A.S. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Geoloji coğrafiya" fakültəsinə daxil olmuş və 1952-ci ildə oranı geoloq ixtisası alaraq bitirmişdir. O, "Beryaşen pirofillit yatağının minereloji-petroqrafik xarakteristikası" mövzusunda diplom işini uğurla müdafiə etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə 1952-ci ildə Qazaxıstan geoloji idarəsində başlayan gənc geoloq 1 il sonra vətənə qayıdır və Mehmanı geoloji partiyasına keçirilir. 1957-ci ildə həmin partiyanın texniki rəhbəri, 1958-ci ildə isə sonradan "Filizçay" adlandırılacaq Balakən geoloq—kəşfiyyat partiyasına rəis təyin edilir. Məhz burada onun rəhbərliyi ilə 1959-cu ildə Avropanın 2-ci böyük polimetal yatağı olan "Filizçay" yatağı kəşf edilir.
Surxay Əkbərov
Surxay Əkbərov (tam adı: Əkbərov Surxay Cabbar oğlu; 8 fevral 1954, Zəhmət, Zəngibasar rayonu) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2001). “Yıldız” Texniki Universitetinin mexanika‑maşınqayırma fakültəsinin professoru. == Həyatı == Surxay Əkbərov 8 fevral 1954-cü ildə Masis rayonunun Zəhmət kəndində anadan olub. 1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini “mexanika” ixtisası üzrə bitirib. Ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Riyaziyyat və Mexanika İnstitutuna göndərilib, baş laborant vəzifəsində işləyib. S.Əkbərov 1978-ci ildə Azərbaycan SSR EA-nın Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasına daxil olub və Ukrayna SSR EA-nın S.P.Timoşenko adına Mexanika İnstitutuna (Kiyev) ezam edilib. 1981-ci ildə elə həmin institutda “Əyilgən matrisada iki lifin dayanıqlılığının bu dayanıqlılıq itirilən zaman onların qarşılıqlı təsiri nəzərə alınmaqla tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. S.Əkbərov 1983-1985-ci illərdə S.P.Timoşenko adına Mexanika İnstitutunda elmi təcrübə keçib. 1988-ci ildə “Əyilmiş strukturlu kompozit materiallarda gərgin vəziyyət. “Hissə-hissə bircins cisim modeli” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Surxay Əlibəyli
Surxay Əlibəyli (Əlibəyli Surxay Xasay oğlu; d. 1949, Ağdam – ö. 5 noyabr 2018, Bakı) — jurnalist, publisist. == Həyat və fəaliyyəti == Surxay Xasay oğlu Əlibəyli (Əliyev) 1949-cu ildə anadan olub. Ağdamda orta məktəbi bitirdikdən sonra Azərbycan Dövlət Univerisitetinin (indiki Bakı Dövlət Univerisiteti) Filologiya fakültəsində təhsil alıb, əmək fəaliyyətinə Elmlər Akademiyasında başlayıb. Ali məktəbdə oxuduğu illərdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq istəyən gənclərin gizli təşklatına qoşulub, buna görə hətta sovet dövlət təhlükəsizliyi orqanları tərəfindən nəzarətə götürülüb. Sonra Ağdama qayıdaraq, uzun illər burada mədəniyyət sahəsində çalışıb, şəhər mədəniyyət evinin müdiri, mədəniyyət və istirahət parkının direktoru vəzifələrində işləyib. 1988-1993-cü illərdə xalq hərəkatının fəal üzvlərindən, Ağdamda ilk müstəqil demokratik qəzetin nəşrinin təşkilatçılarından biri olub. Məcburi köçkün kimi Bakı şəhərində məskunlaşdıqdan sonra burada bir sıra qəzetlərlə əməkdaşlıq edib, Qarabağın tarixi və insanları haqqında çoxsaylı yazılar yazıb, “Ağdamım – qibləgahım” adlı üçcilidlik çap etdiib. Azərbaycanın tanınmış sabiq idman şərhçisi Altay Əliyevin atasıdır.
Hacı Surxay Məmmədli
Hacı Surxay Məmmədli (tam adı: Surxay Məmməd oğlu Məmmədli) — azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi (2004—h.h.), Qafqaz Müsəlmanları İdarəsinin Dərbənd şəhəri üzrə səlahiyyətli nümayəndəsi (1997—2004). == Həyatı == Surxay Məmməd oğlu Məmmədli 5 may 1968-ci ildə Masallı rayonunun Sirəbil kəndində anadan olub. Orta təhsilini Sirəbildə almışdır. 1990-cı ildə Qafqaz İslam Universitetinə daxil olub və oxuduğu zamanda həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Tələbəlik illərində Azərbaycan Müsəlman Gənclər Birliyinə sədrlik edib. 1993-cü ildə Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinə axund təyin olunub. 1997-2004-cü illərdə Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində Qafqaz Musəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb. 2004-cü ildən İçərişəhər “Cümə” məscidinin axundu və eyni adlı dini icmanın rəhbəridir. 2016-cı ildə Rusiyanın Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının qərarı əsasında ilahiyyat elmləri doktoru elmi dərəcəsi verilib. Ailəlidir, 2-si oğlan, 1-i qız, 3 övladı var.
Surxay bəy Şahsuvarov
Surxay bəy Əzim oğlu Şahsuvarov (19 iyul 1900, Minkənd, Zəngəzur qəzası – 1945, Bakı) — Cümhuriyyət tələbəsi, Frayberq Dağ-Mədən Akademiyasının tələbəsi, mühəndis. == Həyatı == Surxay bəy Əzim oğlu 1900-cü ildə Zəngəzur qəzasının Şahsuvarlı kəndində doğulmuşdu. Atası vəfat edəndə 8 yaşı vardı. Dayısı Rəsul bəyin himayəsi ilə 1910-cu ildə iki illik məktəbi bitirdi. Sonra əmisi Nurməmməd bəyin yanına üz tutdu. Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Gəncədə rus dili müəllimi işləyən Nurməmməd bəy Şahsuvarov qardaşı oğluna kömək əlini uzatdı, ona atalıq etdi. Surxay Gəncə Oğlan Gimnaziyasına daxil oldu. Buranı bitirdikdən sonra isə 1913-cü ildə birinci Tiflis Oğlan Gimnaziyasına qəbul edildi və 1918-ci ildə təhsilini əla qiymətlərlə başa vurdu. S. Şahsuvarovun kamal şəhadətnaməsinin surəti hazırda arxivdə saxlanılır. Riyaziyyat, fizika, coğrafiya, alman, latın və fransız dili fənlərinə mükəmməl yiyələnmiş Surxay Şahsuvarov 15 aprel 1920-ci ildə Frayberq Dağ-Mədən Akademiyasına qəbul olunmuşdur.
Surxay xan Qazıqumuxlu
Surxay xan Qazıqumuxlu (1680, Qumuq – 1748, Qumuq) — XVIII əsrdə yaşamış Dağıstan feodalı. Surxay xan əhalinin şah üsul-idarəsinə qarşı narazılığından istifadə edib Dağıstanın cənubunda və Şirvanda hakimiyyəti ələ keçirməyə çalşırdı. Müşkürlü Hacı Davud və bir sıra feodallarla ittifaq yaradan Surxay xan Qazıqumuxlu 1721-1728-ci illərdə bir neçə dəfə Bakı, Gəncə, Quba və Niyazabada müvəffəqiyyətsiz hücumlar etdi. 1721-ci ildə Şamaxı Surxay xan Qazıqumuxlu və müttəfiqləri tərəfindən qarət olundu. 1734-cü ildə Nadir şahla döyüşdə məğlubiyyətə uğrayan Surxay xan Qazıqumuxlu Dağıstana çəkildi. == İstinadlar == == Mənbə == Ф.М.Алиев. Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII века. Баку: 1975.
Surxay İsmayılov (geoloq)
Surxay İsmayılov (15 may 1929, Goranboy rayonu – 26 may 1994, Bakı) — Azərbaycanlı, Balakən rayonunda "Filizçay" polimetal yatağını kəşf edən geoloq. == Həyatı və təhsili == İsmayılov Surxay Yusif oğlu 15 may 1929-cu il tarixində Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində Yusif və Mələk İsmayılovların ailəsində dünyaya gəlmişdir. Böyük qardaşı Gəray (1925-ci il təvəllüdlü) 1943-cü ilin fevralında müharibəyə yollanır və təxminən iki il sonra 1944-cü ilin oktyabrında itkin düşür. Atasız böyüdüklərindən 6 uşaqlı ailənin bütün yükü uzun illər böyük oğul kimi onun üzərinə düşür. Yuxarı siniflərdə ikən müəllim çatışmadığına görə məktəbdə aşağı siniflərə müəllimlik də edir. Orta təhsilini doğma rayonda alan S. İsmayılov 1946-cı ildə A.S. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Geoloji coğrafiya" fakültəsinə daxil olmuş və 1952-ci ildə oranı geoloq ixtisası alaraq bitirmişdir. O, "Beryaşen pirofillit yatağının minereloji-petroqrafik xarakteristikası" mövzusunda diplom işini uğurla müdafiə etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə 1952-ci ildə Qazaxıstan geoloji idarəsində başlayan gənc geoloq 1 il sonra vətənə qayıdır və Mehmanı geoloji partiyasına keçirilir. 1957-ci ildə həmin partiyanın texniki rəhbəri, 1958-ci ildə isə sonradan "Filizçay" adlandırılacaq Balakən geoloq—kəşfiyyat partiyasına rəis təyin edilir. Məhz burada onun rəhbərliyi ilə 1959-cu ildə Avropanın 2-ci böyük polimetal yatağı olan "Filizçay" yatağı kəşf edilir.
Anbaq-i Surxay (Əhər)
Anbaq-i Surxay (fars. انباق سرخاي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (6 ailə).
Cahangir Surxayzadə
Surxayxan qalası
Surxayxan qalası — Oğuz rayonu ərazisində XVIII əsrə aid tarixi abidə. == Haqqında == Azərbaycanın qəhrəmanlıq tarixi və memarlıq mədəniyyətinin əsas nümunələrindən biri olan Surxayxan qalası Oğuz rayonunun mərkəzindən 55 km şimal – şərqdə, Filfilli kəndinin şimalında, Xaçmaz keçidində, Qalaçayın sağ sahilindədir. Qala talanın ortasında, yaşıllıqların arasında itmiş vəziyyətdədir. Qala düzbucaqlı formada inşa edilmişdir. Divarlarının eni 1 metrə yaxın, hündürlüyü təxminən 10 metr olan qala divarları qayanın düz uçurumunda bənd edilmişdir. Qala əsasən çay daşından və kərpic məhlulundan hörülmüşdü. Yalnız qərb hissəsində qoyulmuş giriş qapısı və otaqdan-otağa keçid qapılarının kənar hissələri qıırmızı kərpicdən inşa edilmişdir. Üst hissəsindən baxanda aydın olur ki, qala 5 otaqdan ibarət olmuşdur. Otaqların üstü taçbənd formada tamamlanmış, yan divarları isə müdafiə məqsədilə 1 metr hündürə qaldırılmışdır. Bu divarlarda 4 tərəfdən çoxlu mazğal yerləri qoyulmuşdur.
Yunis Surxayev
Zəfər Surxayzadə

surxay sözünün leksik mənası və izahı

"surxay" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#surxay nədir? #surxay sözünün mənası #surxay nə deməkdir? #surxay sözünün izahı #surxay sözünün yazılışı #surxay necə yazılır? #surxay sözünün düzgün yazılışı #surxay leksik mənası #surxay sözünün sinonimi #surxay sözünün yaxın mənalı sözlər #surxay sözünün əks mənası #surxay sözünün etimologiyası #surxay sözünün orfoqrafiyası #surxay rusca #surxay inglisça #surxay fransızca #surxay sözünün istifadəsi #sözlük