Sərxan sözü azərbaycan dilində

Sərxan

Yazılış

  • Sərxan • 99.7212%
  • SƏRXAN • 0.1593%
  • sərxan • 0.1195%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sərxan Sərxan
Sərxan Sərxan (müğənni) — Azərbaycan müğənnisi. Sərxan Sərxan (qatil) — ABŞ senatoru Robert Kennedinin qatili.
Sərxan Abdullayev
Sərxan Abdullayev (filoloq)
Sərxan Aliyev
Sərxan Bayramov
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Sərxan Bağırov
Sərxan Hacıyev
Sərxan Həsənov
Sərxan Həşimov
Sərxan Kərəmoğlu
Sərxan Kərəmoğlu — aktyor, tele-aparıcı, rejissor, ssenarist, Rusiyada ilk Azərbaycan teatırının yaradıcısı, Heydər Əliyev Universitetinin məzunu, Dünya Azərbaycanlılar Konqresi RF üzrə Mədəniyyət şöbəsinin rəisi, Nəsibə Zeynalova adına Moskva Estrada teatırının bədii rəhbəri, Türkiyə Cümhuriyətində İstanbulda "Guliyeva adına Türk-Azərbaycan Mədəniyyət Mərkəzi"nin prezidenti. Adam ol! (film, 2005) (tammetrajlı bədii film) — ssenari müəllifi, ikinci rejissor, rol: Zeynal Adam ol! 2 (film, 2006) (tammetrajlı bədii film) — ssenari müəllifi, quruluşçu rejissor, rol: Sərxan Adam ol!
Sərxan Kəskin
Sərxan Kəskin (25 noyabr 1977, İzmit) — 1997-ci ildə İzmit şəhər teatrının nəznində açılan teatr kursunda aktyorluq həyatına başlamışdır.1999-2002 illəri arasında “Akademi İstanbul” teatr məktəbində aktyorluq təhsilini bitirdikdən sonra 2002-ci ildə yaradılan “Semaver Kumpanya” truppasına qatıldı və uzun illər burada həm aktyor, həm də rejisor kimi fəaliyyət göstərdi. 2011-ci ildə rejissoru Onur Ünlü olan, TRT tərəfindən yayımlanan Leyla ilə Məcnun teleserialındakı “İsmail abi” obrazı ilə daha böyük kütlə tərəfindən tanındı. Sərxan Kəskin 2014-cü ildə senaristi və rejissoru Onur Ünlü olan “Etirazım var” filmində Büşra Pekin və Osman Sonant ilə baş rolları böülşmüşdür. 2013-cü ildə Sən Aydınlatarsan Gecəni filmində rol aldı. 2013-cü ilin martında Leyla və Məcnun serialının aktyorları ilə bərabər qurduğu “Leyla The Band” musiqi qrupunda bas gitarı ilə yer aldı 2015-ci ildə Limonata filmində baş rolda Səlim obrazını canlandırdı. 2015-ci ilin fevralında başlayan Beş Qardaş teleserialında Balıqçı Səid obrazı ilə baş rolda oynamışdır. 2014-cü ildə 51-ci Qızıl Portağal Film Festivalı tərəfindən ən yaxşı kişi aktyor adına layiq görülür.
Sərxan Mirzəmmədov
Sərxan Mustafayev
Sərxan Muxtarov
Sərxan Məmmədov
Sərxan Ocaqverdiyev
Sərxan Ocaqverdiyev (16 iyul 1967, Səfikürd, Qasım İsmayılov rayonu – 5 may 1992, Talış, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. Sərxan Ocaqverdiyev 16 iyul 1967-ci ildə Goranboy rayonu Səfikürd kəndində anadan olmuşdur. 1975-ci ildə Tatarlı kənd orta məktəbinin I sinfinə getmiş, 1985-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1985-ci ildə Sovet ordusu sıralarında xidmət etmiş, 1987-ci ildə ordudan tərxis olunmuşdur. Həmin il Gəncə Maşınqayırma Texnikumuna daxil olmuş 1989-cu ildə oranı bitirərk Gəncə Maşınqayırma Zavodunda işə daxil olmuşdur. 1991-ci ildə Xocalı soyqırımından sonra, bu vəhşiliyə dözə bilməyən Sərxan yerli könüllü batalyonuna yazılmışdır. Bir çox doyüşlərdə igidlik göstərən qəhrəmanın son döyüşü Talış kəndində 5 may 1992-ci ildə olmuşdur. Goranboy rayonun Səfikürd kəndində dəfn edilmişdir. Nişanlı idi. Hal-hazırda oxuduğu Tatarlı kənd orta məktəbi onun adını daşıyır.
Sərxan Qasımov
Sərxan Quliyev
Quliyev Sərxan Babaş oğlu (1 aprel 1968, Aşağı Mollu, Qubadlı rayonu, Azərbaycan SSR) — Azərbaycan şahmatçısı. Beynəlxalq dərəcəli qrosmeyster (1995). Sərxan Quliyev 1968-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1985-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuş və 1992-ci ildə oranı bitirərək mühəndis-iqtisadçı ixtisasına yiyələnmişdir. Rusiya Dövlət Bədən Tərbiyəsi Akademiyası yanında Ali Məşqçilər Məktəbində (1995–96) təhsil almış, 1996-cı ildə oranı bitirərək "Ali dərəcəli məşqçi" rütbəsini almışdır. 1997-ci ildə isə həmin Akademiyanın şahmat kafedrasında aspiranturaya qəbul olunmuş və eyni zamanda orada müəllim işləmişdir. 1995-ci ildə Beynəlxalq qrosmeyster rütbəsinə yiyələnmişdir. Moskva-1994, Elista-1998 ümumdünya şahmat olimpiadasında və Pula-1997 Avropa komanda birinciliyində Azərbaycanı ləyaqətlə təmsil etmişdir. Sonra Veloreçensk–1991, Fridik-Mistik–1992, Çessko-Budoyovistsa–1992, Minsk-1994, Vladivostok–1994, Moskva–1995, Tehran–1999, 2000, İzmir–2000, Bakı–1994-cü il beynəlxalq yarışlarının qalibi olmuşdur. Sərxan Quliyev 17 dəfə müxtəlif səviyyəli yarışlarda Azərbaycan yığma komandasının tərkibində çıxış etmişdir.
Sərxan Salahov
Sərxan İbrahimoğlu
Sərxan İbrahimoğlu (Mustafayev Sərxan İbrahim oğlu; 18 dekabr 1983, Bakı) — Jurnalist, redaktor. O həm də keçmiş Azərbaycan futbolçusudur. Futbolçu kimi müdafiəçi mövqeyində oynamışdır. Sərxan İbrahimoğlu 1983-cü il dekabrın 18-də Bakıda anadan olmuşdur. 1990-cı ildə orta məktəbə daxil olmuş və 2000-ci ildə məzun olduqdan sonra, həmin ildə Milli Aviasiya Akademiyasına daxil olmuşdur. Həmin akademiyada iqtisadiyyat və hüquq fakültəsi üzrə bakalavr və magistr dərəcəsi üzrə təhsil almışdır. İstər akademiya daxilində, istərsə də digər universitetlərə qarşı keçirilən müxtəlif turnir və matçlarda iştirak edərək akademiyanın futbol sektorunda fəal rol oynayıb. Təhsil aldığı akademiyanın ictimai-sosial tədbirlərində fəal iştirak etdiyinə görə bir neçə dəfə təşəkkürnamə və fəxri fərmanlarla mükafatlandırılmışdır. 2005–2006-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. Sərxan İbrahimoğlunun futbolçu kimi ilk fəaliyyət illəri əsasən 1995-ci ilərdən başlayır.
Sərxan (Şəmkir)
Sərxan — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidinin tərkibində kənd. Kənd Şəmkir şəhəri ilə birləşdirilmişdir. Sərxan qəsəbəsi Şəmkir rayonunun tərkibindədir. Burada ilkin yaşayış IV əsrə aiddir. Burada həmin dövrə aid 2010-cu ildə arxeoloji qazıntılar nəticəsində qədim yaşayış məskəni tapılmışdır. Qəsəbə Şəmkir rayonu ilə həmsərhəddir. Əhalisinin sayı 2012-ci il üzrə 9.000 nəfərdir. Burada əkinçilik və ovçuluq çox inkişaf etmişdir.
Sərxan Sərxan (müğənni)
Sərxan Sərxan (doğum adı: Sərxan Rəşid oğlu Qurbanbəyov; 18 iyun 1952, Bakı) — Azərbaycan-sovet müğənnisi, bəstəkar, Azərbaycanın xalq artisti (2018). Sərxan Sərxan 18 iyun 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, hərbi xidməti başa vurduqdan sonra isə Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib. 30 dekabr 1987-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif edilib. 2012-ci ilin aprelində "Humay" mükafatına layiq görülüb. Танго (azərb. Tanqo‎) — 3:43 Осень (azərb. Payız‎) — 4:06 Прости (azərb.
Sərxan Sərxan (qatil)
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Sərxan Ömərov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Sərxan İbrahimov
İbrahimov Sərxan Şərəfxan oğlu (1896, Cəbrayıl qəzası – 21 iyun 1947, Qaryagin) — Azərbaycan pedaqoqu, jurnalist. Sərxan İbrahimov 1896-cı ildə Cəbrayıl qəzasının Manaflar kəndində (Saracıq kəndinə birləşib) anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra bir sinifli Qaryagin (Füzuli) şəhər məktəbində, 1907–1910-cu illərdə Şuşa real məktəbində, 1910–1912-ci illərdə Yelizavetpol (Gəncə) quberniyasındakı müəllimlik kursunda oxumuşdu. Bu kursu tamamlayandan sonra bir müddət Cəbrayıl qəzasının Daşkəsən kəndində müəllim işləmişdi. Sovet dönəmində 1927-ci ilə kimi Cəbrayıl RİK-də, rayon partiya komitəsində əvvəlcə ümumi şöbə müdiri, təlimatçı, sonralar isə taxıl və pambıq tədarükü işində, 1927–1930-cu illərdə isə Sərdar (indiki Fuzuli) rayonunda partiya işində, torpaq şöbəsində çalışmışdır. 1933–1934-cü illərdə Qaryagin MTS-nin direktoru, Zaqafqaziyada Federasiya Teleqraf Agentiliyinin Azərbaycan üzrə xüsusi müxbiri, Zəngilanda, Jdanovda (Beyləqanda), Cəbrayılda torpaq şöbəsinin müdiri, 1935–1936-cı illərdə Tovuz RİK-nin sədri, sonralar 1946–1947-ci illərdə SSRİ Nazirliyinin Xalq Tədarüklər Komissarlığının Azərbaycan SSR üzrə müvəkkili işləmişdir. 1937-ci ilin repressiya kampaniyası çərçivəsində bədxahları ona qarşı hücuma keçmiş, hətta "Bakinsiy raboçiy" qəzetində Makürinin imzası ilə ona xalq düşməni damğası vurulmuşdu. O 27 mart 1938-ci ildə "Bakinskiy raboçiy" qəzetində haqqında getmiş böhtan məqalənin müəllifini, qəzetin redaktorunu məhz qəzet vasitəsilə üzr istəməyə məcbur etmişdir. Bir çox orden və medallarla təltif edilmiş Sərxan İbrahimov Füzuli və Jdanov (Beyləqan) rayonlarında RİK sədri çalışmışdı.
Sərxan Əliyev
Sərxan Abdullayev (filoloq)
Abdullayev Sərxan Əvəz oğlu (1942, Papı, Cəbrayıl rayonu) — filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universiteti Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri. Sərxan Abdullayev 1942-ci il martın 17-də Cəbrayıl rayonunun Papı kəndində anadan olub. 1949-52- ci illərdə Papı kənd ibtidai və Çərəkən yeddiillik məktəbində oxuyub. 1959-cu ildə Horovlu kənd orta məktəbini bitirib 1959-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Alman dili fakültəsinə qəbul olunub 1965-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi saxlanılıb 1966-ci ildən Alman dili kafedrasında müəllim işləyir Kafedrada əvvəlcə baş müəllim, sonra dosent vəzifələrində çalışıb, bir müddət Roman-german filologiyası kafedrası ilə əməkdaşlıq edib 1971-ci ildə namizədlik dissertasiyası müdafiə edib 1975-76- cı illərdə germanistikanın mərkəzi sayılan Leypsiq şəhərində (Almaniya) Karl Marks adına universitetdə 10 aylıq ixtisasartırma kursunda olmuşdur 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib 1993-cü ildə Alman dili kafedrasının professoru seçilib 1976-2003- cü illərdə Alman dili fakültəsinin dekanı vəzifəsində çalışıb 2003-2009- cu illərdə Alman dili kafedrasının müdiri vəzifəsində işləyib Hal-hazırda Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir Ailəlidir, 4 övladı var 1965, M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu, Alman dili fakültəsi, fərqlənmə diplomu 1971, Filologiya elmləri namizədi, Elmlər Akademiyasının Dilçilik İnstitutu 1974, dosent, Azərbaycan Pedaqoji Dillər İnstitutu 1989, filologiya elmləri doktoru, Tbilisi şəhəri, Tbilisi Dövlət Universiteti 1994, professor, Azərbaycan Pedaqoji Dillər İnstitutu 1966-1973, müəllim, baş müəllim, ADU-nun Alman dili kafedrası 1974-1994, dosent, ADU-nun Alman dili kafedrası 1966-2003, dekan, ADU-nun Alman dili fakültəsi 1994-2018, professor, ADU-nun Alman dili kafedrası 2003-2009, kafedra müdiri, professor, ADU-nun Alman dili kafedrası 2017, professor, ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası 2018-ci ildə professor Sərxan Abdullayev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü seçilib.[1] Arxivləşdirilib 2018-12-30 at the Wayback Machine Müqayisəi-tiploloji dilçilik, German dilləri, Dil nəzəriyyəsi, Semantika, Diskurs nəzəriyyəsi Alman, rus, ingilis, türk dilləri 1968, Bakı, M.F.Axundov adına APDİ-nin professor-müəllim heyətinin elmi konfransı 1981, Bakı, Dil sisteminin funksional və konstruktiv səviyyələri mövzusunda Respublika konfransı 1982, Bakı, Xarici dil müəllimlərinin seminar yığıncağı 1983, Bakı, Konfrontativ linqvistika problemlərinə dair Respublika elmi konfransı 1990, Gəncə, “Respublikanın xalq təhsili sistemində xarici dillərin fasiləsiz tədrisi” mövzusunda Respublika konfransı 1990, Bakı, Respublika elmi konfransı (Проблемы полиглосии и межьязыковой интерференции в Азербайджанской ЛСР) 1991, Xaçmaz, “Respublikada milli konsepsiya çərçivəsində xarici dillərin fasiləsiz tədrisi” mövzusunda Respublika konfransı 1990, Gəncə, Respublikanın xalq maarifi sistemində xarici dillərin fasiləsiz tədrisi mövzusunda Respublika elmi konfransı 2005, Bakı, Tərcümə və transmilli proseslər mövzusunda beynəlxalq konfrans 1.Dərslik, dərs vəsaiti və monoqrafiyaları 1984, Dil və bədii qavrayış, “Yazıçı”, 166 s. 1987, Alman və Azərbaycan dillərində inkarın leksik-frazeoloji ifadə vasitələri, Azərbaycan Təhsil Nazirliyi nəşriyyatı, 67 s. 1990, Müasir alman dilində təsdiq və inkarın praqmatik-üslubi variativliyi, Azərbaycan Təhsil Nazirliyinin nəşriyyatı, 79 s. 1997, Deutsch (VIII sinif üçün Alman dili) “Maarif” nəşriyyatı, Bakı, 214 s. 1998, Müasir alman və Azərbaycan dillərində inkarlıq kateqoriyası “Maarif”, Bakı, 278 s. 2001, Alman atalar sözləri və onların azərbaycanca-rusca qarşılıqları, Bakı, “Maarif”, 178 s. (N.Seyidəliyevə birlikdə) 2004, Немецкий аффирмативный контекст, Bakı, 331 s.
Sərxan Abdullayev (gizir)
Sərxan Məmmədov (əsgər, 2001)
Sərxanlı
Sərxanlı (əvvəlki adı: Sarxanlı) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarxun kənd inzibati ərazi dairəsi tərkibindəki Sarxanlı kəndi Sərxanlı kəndi adlandırılmışdır.
Sərxan Məmmədov (əsgər, 1993)

sərxan sözünün leksik mənası və izahı

  • 1 baş xan, böyük xan, xanlarxanı (Sar-şahinlər sinfinə mənsub olan, suda, quruda və dağ zirvələrində yaşayan yırtıcı quşdur. Qədim türklərdə totem və etnonim olan bu söz "dünya, kainat" mənasında olan "Sarı-Günəş" ilə əlaqədardır).

    Azərbaycan kişi adlarının izahlı lüğəti / sərxan

"sərxan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sərxan nədir? #sərxan sözünün mənası #sərxan nə deməkdir? #sərxan sözünün izahı #sərxan sözünün yazılışı #sərxan necə yazılır? #sərxan sözünün düzgün yazılışı #sərxan leksik mənası #sərxan sözünün sinonimi #sərxan sözünün yaxın mənalı sözlər #sərxan sözünün əks mənası #sərxan sözünün etimologiyası #sərxan sözünün orfoqrafiyası #sərxan rusca #sərxan inglisça #sərxan fransızca #sərxan sözünün istifadəsi #sözlük