Həsənli (Sulduz)
Həsənli (fars. حسنلو, azərb. Həsənli-حسنلی) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd çox qədim tarixə malikdir, belə ki kəndin yaxınlığında Mannalar çağına aid olan bir təpə yerləşir. Yerlilər bu təpəni Həsənli təpəsi adlandırırlar.
2006-cı il məlumatına görə kənddə 1,264 nəfər yaşayır (289 ailə). Kəndin əhalisi şiə müsəlman Qarapapaq türklərinin Canəhmədli tayfasından ibarətdir. Kənd əhalisinə görə Çiyənədən sonra Sulduz bölgəsinın ikinci böyük kəndidir.