* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 bax suluq 1-ci mənada. Ayaqlarının altı yəqin sudur olmuşdur. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / sudur1 Su sözü ilə bağlıdır, suluqlanan sözü ilə sinonimdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sudur2 I сущ. см. suluq II прил. мороженый (попорченный морозом – обычно о картофеле)
Azərbaycanca-rusca lüğət / sudur(Gədəbəy) 1. xarab, çürük. – Sudur qartovu suda asma 2. irin, çirk (Ağcabədi, Gədəbəy). – Sudura çörülüf malın iliyi azar-bezardan (Gədəbəy); – Tişimin divi sudur eliyif (Ağcabədi) Sudur annamax (Cəbrayıl) – 1. şübhələnmək; 2. duymaq, hiss etmək
Azərbaycan dilinin dialektoloji lüğəti.