* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 10.28 |
2003 | •• | 0.79 |
2004 | •••• | 1.68 |
2007 | ••• | 1.27 |
2009 | •••• | 1.60 |
2010 | •• | 1.00 |
2011 | • | 0.34 |
2012 | •• | 0.95 |
2013 | • | 0.29 |
2014 | •• | 0.69 |
2015 | •• | 0.68 |
2017 | • | 0.33 |
2018 | •• | 0.75 |
2019 | • | 0.28 |
2020 | ••• | 1.06 |
1 f. 1. Süni vasitələrlə torpağı, yeri islatmaq, nəmləndirmək; sulamaq. Ləkləri suvarmaq. Əkin yerlərini suvarmaq. – Hər suçunun cirəsi gündə bir hektar yeri suvarmaqdır. Ə.Vəliyev. Çəpərin kölgəsində yaşıl qalmış nar kollarının dibinə [Səməd] arx çəkdi, suvardı. İ.Hüseynov. // Dibinə su tökmək. Ağacları suvarmaq. – Hüseynəli əmi … gülləri suvarırdı. M.S.Ordubadi. Ağ saçlı bir qadın əlində vedrə, köhnə mis dolça pomidor və xiyar tağlarını suvarırdı. H.Seyidbəyli. 2. Su vermək, su içirtmək. Qoyunları suvarmaq. Mal-qaranı suvarmaq. – Tağı əmi … atları suvarmağa göndərəndə mənə də boz madyana minməyə izin verərdi. S.S.Axundov. …Xırman döyənlər öküzləri vəldən açıb suvarır, yemləyir, tövlələrdə, həyətlərdə rahatlayırdılar. Ə.Abasov.
Azərbaycan dilinin izahlı lüğəti1 Bəzən bu kəlmənin mənşəyini su və vermək sözləri ilə əlaqələndirməyə üstünlük veririk, amma mənbələrdə söz suvğar kimi qeydə alınıb. -ğar şəkilçisi adlardan feil düzəldib (indi qabğar kəlməsində qalır): közğər (göstər), çinğar (həqiqət axtarıb tapmaq), qutğar (xilas etmək), otqar(otarmaq) və s. Deməli, suvarmaq kəlməsi suvğar sözünün dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti1 sulamaq — islatmaq — yaşlamaq
Azərbaycan dilinin sinonimlər lüğəti1 1. полить, поливать (поле, огород и пр.), орошать; 2. поить (о животных);
Azərbaycanca-rusca lüğət2 глаг. 1. поливать, полить (орошать, оросить струями воды сверху почву, где посеяно, растет что-л.). Ləkləri suvarmaq поливать грядки 2. орошать, оросить (осуществить систему мероприятий по искусственному увлажнению почвы). Torpağı suvarmaq оросить землю, sahəni suvarmaq оросить поле (участок) 3. разг. поить, напоить (животных). Atları suvarmaq поить лошадей, malları suvarmaq поить скот ◊ göz yaşı ilə suvarmaq орошать, оросить слезами; alın təri ilə suvarmaq орошать, оросить потом; qanla suvarmaq орошать, оросить кровью
Azərbaycanca-rusca lüğət1 f. 1. to water (d.); to irrigate (d.); məc. to wash (d. with); ◊ göz yaşı ilə ~ to wash with tears (d.); 2. (heyvanı) to water (d.), to give* drink
Azərbaycanca-ingiliscə lüğət1 гл. 1. яд гун, дугун; ağacları suvarmaq тарариз яд гун; bostanı suvarmaq салаз яд гун; 2. яд гун, яд хъваз тун; qoyunları suvarmaq хипериз яд гун.
Azərbaycanca-ləzgicə lüğəti