* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2006 | •••••••••••••••••••• | 0.23 |
2011 | •••••••• | 0.09 |
2012 | •••••••• | 0.09 |
2016 | •••••••••••••••• | 0.17 |
1 f. 1. Havaya atmaq, sovurucu maşın vasitəsilə dəni samandan, zibildən təmizləmək. Bir azdan Dəmirov şana ilə taxılı sovurmağa başladı. S.Rəhimov. …Döyülən taxılı sovururdular. Ə.Əbülhəsən. 2. Havaya qaldırmaq, səpələmək, dağıtmaq. Hərdən külək qalxır, yerdən qarı qapıya sovurur; Gəlib-gedən insanların üz-gözünü qovurur. A.Səhhət. Biz şəhərə girdiyimiz zaman şiddətli xəzri əsir, küçələrin tozunu havaya sovurur, göydən başımıza torpaq yağırdı. A.Şaiq. 3. məc. Hədər yerə, boş-boşuna xərcləmək, puç etmək; israfçılıq etmək. 4. məc. Yağdırmaq, demək. [Qorxmaz Dönməzə:] Bir gün böyük bir izdihamın səni söyərək, lənətlər sovuraraq, səni daşladığını gördüm. C.Cabbarlı. [Rauf:] Evi [vaxtında] boşaltmadığı üçün biçarəni alçaqcasına təhqir etmiş, ağzına gələni sovurmuş. H.Cavid. ◊ Yelə sovurmaq – heç eləmək, puça çıxartmaq. [Atabala:] …Çox müstəbidin ocağını söndürüb yelə sovurmuşdu. A.Şaiq. Külünü göyə (ərşə) sovurmaq – bax sovurmaq. [Nizami:] Mən Əxi Fərruxun fikirləri üzərində böyük və qiymətli əsərlər yazmışdım, lakin onları sizin kürəkəniniz Atabəy Məhəmməd məhv etdirdi, onların külünü göyə sovurdu. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti1 yelləmək — eşələmək — səpələmək — yaymaq
Azərbaycan dilinin sinonimlər lüğəti2 xərcləmək — işlətmək
Azərbaycan dilinin sinonimlər lüğəti3 dağıtmaq — töküşdürmək
Azərbaycan dilinin sinonimlər lüğəti1 1. веять, провеять, развеять; 2. рассеять, разбрасывать; 3. перен. расходовать, тратить зря, проматывать;
Azərbaycanca-rusca lüğət2 глаг. 1. веять, провеять, обвеивать, обвеять (очищать, очистить зерно от мякины и сора на ветру или при помощи веялки). Kürəklə taxılı sovurmaq веять пшеницу деревянными лопатами 2. развеивать, развеять, размётывать, разметать (разносить, разнести, уносить, унести в разные стороны – о ветре). Külək tozu совурду ветер развеял пыль, külək qarı sovururdu ветер разметал снег, havaya sovurmaq развеять в воздух 3. перен. разбрасывать, разбросать (тратить, истратить попусту, зря, без толку). Pulu sovurmaq разбросать деньги ◊ yelə sovurmaq пускать на ветер; külünü göyə sovurmaq kimin разнести в пух и в прах, стереть в порошок кого
Azərbaycanca-rusca lüğət1 гл. 1. юг вегьин; гаралай авун, гаралай авуна ва я машиндал михьун (техилдин тварарни нагъвар сад-садакай ччара авун); 2. цавуз акъудун (хкажун), гьарнихъ чукӀурун, ягъун (мес. гару жив, руг ва мс.); 3. пер. гарув вугун, алаз-алачиз харжун, пуч авун, серф авун, вара-зара авун, тӀвал ягъун (мес. пулуниз); 4. пер. лугьун, къурун (мес. лянетар); ** yelə sovurmaq гарув гун, пуч авун, гьич авун; külünü göyə (ərşə) sovurmaq кил. yelə sovurmaq.
Azərbaycanca-ləzgicə lüğəti