* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Solmaq. [Dostumun] rast və gözəl qaməti əyilib, rəngi soluxub, gözlərinin işığı gedib. F.Köçərli. Gün batdı, ağardı hər cığır, hər iz; Amma soluxmadı dağ başında nur. N.Xəzri.
Azərbaycan dilinin izahlı lüğəti / soluxmaq1 Soğulmaq feili ilə kökdaşdır. Soğul –“qurumaq”dır (сохнуть), solux isə “qurumağa doğru gedən proses”dir (высыхать). Otux, qanıx tipli sözlərin şəkilçisi ilə solux, udux tipli sözlərdəki şəkilçi müxtəlif (omonim) şəkilçilərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / soluxmaq1 SOLUXMAQ – AÇILMAQ Fətullahın ailəsi külək vuran zəif bağ bitkisi kimi soluxmuşdu (Mir Cəlal); Açılın iyli güllərim, açılın; Allı-əlvanlı güllərim, açılın (A.Səhhət).
Azərbaycan dilinin antonimlər lüğəti / soluxmaq1 f. to fade, to wither; to get* / to become* faded / withered
Azərbaycanca-ingiliscə lüğət / soluxmaq