sulanmaq sözü azərbaycan dilində

sulanmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sulanmaq • 84.6154%
  • Sulanmaq • 11.5385%
  • SULANMAQ • 3.8462%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

sulanmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. bax suvarılmaq. Əkin sahələri sulanıb. – Bağçanın ortasında yenə də dördkünc bir çarhovuz vardı, …bu hovuzdan bağça sulanırdı. Ə.Əbülhəsən. Ancaq əkilən ağacların bir qismi Mingəçevirin yandırıcı hərarətinə davam gətirə bilmir, vaxtında sulanmadıqda quruyurdu. Ə.Sadıq. 2. Su səpilmək, su çilənmək. Həyət sulandı. Küçə sulanıb. – Araz kimi bulannam; Bağça kimi sulannam. (Bayatı). Molla sulanıb süpürülmüş eyvanda, palazın üstündə namaz qılırdı. P.Makulu. 3. Dəymək, yetişmək, sütülləşmək, su (şirə) salmaq. Armudlar sulanıb. – Meyvə vaxtı şəhər uşaqları sərçə kimi bu ağaca dırmaşar, alçaq budaqlarda ənciri sulanmağa qoymazdılar. Mir Cəlal. // Su salmaq, şirəsi çıxmağa başlamaq. Kabab yavaş-yavaş sulanır bu an; Ağ lavaş qoyulub yaşıl süfrəyə. H.Hüseynzadə. 4. xüs. Suya salıb çıxartmaq, su vurmaq (kürədən çıxmış qızğın metal haqqında). Tiyəni sulamaq. Bıçağı sulamaq. – Atamın günəş altında qaralmış alnı, üzü və bütün bədəni kürədə döyülmüş və sulanmış (f.sif.) polad parçasına oxşayırdı. M.İbrahimov. Burada xəncərlər sulanır, itilənir, hər cür tüfənglər yoxlanır… Mir Cəlal. 5. Yaşarmaq. Anıb o günləri fikri dolandı; Sinəsi atlandı, gözü sulandı. H.K.Sanılı. [Yarməmməd] gözləri sulanıncaya qədər asqırdı. M.İbrahimov. ◊ Ağzı sulanmaq – bax ağız1.

    Azərbaycan dilinin izahlı lüğəti / sulanmaq

sulanmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

sulanmaq sözünün antonimləri (əks mənalı sözlər)

sulanmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. поливаться, орошаться; 2. увлажняться, наливаться жидкостью, скомо, слезой, слюной; 3. быть опрыскиваемым водой;

    Azərbaycanca-rusca lüğət / sulanmaq
  • 2 глаг. 1. поливаться, быть политым. Həyət sulanıb двор полит 2. разг. орошаться, быть орошенным 3. наливаться, налиться: 1) наполниться соком, созреть (о плодах). Armud sulanıb груша налилась (созрела) 2) разг. перен. пополнеть (стать здоровее) 4. намокать, намокнуть. Yara sulanır рана намокает 5. увлажняться, увлажниться (стать влажным). Gözləri sulandı глаза увлажнились 6. закаливаться, закалиться (стать более твёрдым, упругим, прочным в результате нагрева до высокой температуры с последующим быстрым охлаждением). Polad sulandı сталь закалилась ◊ ağzı sulanır kimin слюнки текут у кого

    Azərbaycanca-rusca lüğət / sulanmaq

sulanmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to be* irrigated / watered; to provide with water; to dilute with water; to become* wet / watery; to water; Ağzım sulandı My mouth watered; 2. (meyvə və s.) to start / to begin* to ripe

    Azərbaycanca-ingiliscə lüğət / sulanmaq

sulanmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. кил. suvarılmaq; 2. məch. яд янваз (хъиченваз) хьун (мес. гьаятдиз); 3. яд акатун; яд куткун, суьтуьл хьун, дигмиш хьун (мес. чуьхверар); // яд кӀвахьун (мес. чразвай кабабдикай); 4. хуьс. кил. sulamaq 5); 5. яд атун, нагъв хъиткьинун (вилериз); ** ağzı sulanmaq кил. ağız¹.

    Azərbaycanca-ləzgicə lüğəti / sulanmaq

Oxşar sözlər

#sulanmaq nədir? #sulanmaq sözünün mənası #sulanmaq nə deməkdir? #sulanmaq sözünün izahı #sulanmaq sözünün yazılışı #sulanmaq necə yazılır? #sulanmaq sözünün düzgün yazılışı #sulanmaq leksik mənası #sulanmaq sözünün sinonimi #sulanmaq sözünün yaxın mənalı sözlər #sulanmaq sözünün əks mənası #sulanmaq sözünün etimologiyası #sulanmaq sözünün orfoqrafiyası #sulanmaq rusca #sulanmaq inglisça #sulanmaq fransızca #sulanmaq sözünün istifadəsi #sözlük