* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Tapılmaq. Bulunur hər dərdə istərsən gülüstanda dəva. Füzuli. Dərmansız dərdimə bulunmaz çarə; Müyəssər olmasa visalın, Pəri! Mirzəhəsən. 2. Olmaq. Maye halında bulunan şeylərin şəkli olmaz, onu hansı qaba töksən, o qabın şəkli və qalıbında olur. H.Zərdabi. Əcəba, bir yeni afətmi yetib, ya nə üçün; Bulunursuz belə bir hali-fəlakətdə bu gün? M.Ə.Sabir. Bahadır Yusiflə bir böyük, gözəl bəzənmiş zalda bulundular. N.Nərimanov. 3. Bəzi sözlərə qoşularaq mürəkkəb feil düzəldir. Axşamlar [Məşədi Məmməd] Səmədin yanına gəlib bir günlük fəaliyyəti haqqında məruzədə bulunardı. B.Talıblı. Xalq adından çıxışda bulunan bu adamları Məmmədquluzadə boşboğaz adlandırırdı. M.Arif.
Azərbaycan dilinin izahlı lüğəti / bulunmaq1 глаг. 1. находиться, найтись; иметься, быть в наличии 2. находиться, присутствовать 3. быть, являться ◊ çıxışda bulunmaq выступать, выступить; məruzədə bulunmaq выступить с докладом, сделать доклад
Azərbaycanca-rusca lüğət / bulunmaq