buyurmaq sözü azərbaycan dilində

buyurmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • buyurmaq • 86.8421%
  • BUYURMAQ • 7.8947%
  • Buyurmaq • 5.2632%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

buyurmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Əmr etmək, hökm etmək. [Şah] bir dəqiqədən sonra başın qaldırıb Mirzə Sədrəddinə buyurdu ki: – Xub, mürəxxəssən, get. M.F.Axundzadə. [İvan bəy:] Səsini kəs, buyuraram başına yüz tatarı vurarlar. N.Vəzirov. // Eyni mənada nəzakət və hörmət üçün deyilir. [Novruzqulu:] Kəbleyi, nə vaxt buyurursunuz şirni içməyə gələk. H.Sarabski. 2. köhn. Söyləmək, demək, təklif etmək (hörmət və nəzakət ibarəsi olub, bəzən zarafat, yaxud kinayə və istehza üçün deyilir). Nə buyurursunuz? – [Pirverdi bəy:] Bir sözü ki, böyüklərim mənə buyurublar, mən gərək ona əməl eləyəm. C.Məmmədquluzadə. [Səftərqulu:] Ağlım yoxdur, ağlı haradan tapım, buyur, görək! N.Vəzirov. [Kazım ağa:] Yoldaş özü buyurdu ki, dur get evə, qonaqlar gələcək, hazırlıq gördür. M.S.Ordubadi. [İlyasov:] Əyləş, Kazım dayı! Ümumi sözü deməyə nə var; buyur gəlsin, eşidirəm. Mir Cəlal. 3. Getmək, gəlmək (hörmət və nəzakətlə deyilir). Bu axşam bizə buyurun. Nə vaxt buyuracaqsınız? 4. köhn. Etmək mənasında (hörmət üçün deyilərdi). [Qətibə xanım:] Əlahəzrət xoş gəlib, səfa gətirib, həqir olan malikanəmizi öz qədəmləri ilə müzəyyən buyurmuşlar. M.S.Ordubadi. 5. Əmr formasında: buyur, buyurun – nəzakətlə dəvət, müraciət, təklif bildirir, yaxud bir şeyi təqdim etdirdikdə deyilir. Dedim: – İndi ki, deyirsən bir məhəllənin uşağıyıq, xub, xoş gördük, buyur gedək, qonağımız ol! C.Məmmədquluzadə. İlyasov masanın üstündəki qəzetləri dəstə ilə Kazımın qabağına qoydu: – Buyur, bax, [dedi]. Mir Cəlal. [Musa kişi:] Mənə qonaq gəlmişsiniz, buyurun içəri, gözüm üstə yeriniz var! M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / buyurmaq

buyurmaq sözünün etimologiyası

  • 1 Uyğur dilində buy feili “приказывать” mənasını əks etdirir. –ur şəkilçisi köç –ür qəlibi üzrə təsirli feil düzəldib. Həmin buyur feilindən buyuruq ismi də əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / buyurmaq

buyurmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

buyurmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. велеть, повелевать, приказывать; 2. пожаловать, изволить, соизволить, благоволить;

    Azərbaycanca-rusca lüğət / buyurmaq
  • 2 глаг. 1. приказывать, приказать, повелевать 2. любезно просить, попросить оказать честь, изволить делать что-л. Bizə buyurun пожалуйте к нам, nə vaxt buyuracaqsınız? когда вы изволите прийти? buyurun götürün извольте взять 3. говорить, сказать (вежливая форма). Siz nə buyurdunuz? что вы сказали? siz buyurdunuz ki, … вы сказали, что … 4. kimi посылать, послать с поручением кого. Uşağı buyurmaq посылать с поручением ребёнка; buyurun!1 (buyurunuz!) пожалуйста, пожалуйте, милости просим! buyurun! слушаю, готов к вашим услугам

    Azərbaycanca-rusca lüğət / buyurmaq

buyurmaq sözünün inglis dilinə tərcüməsi

buyurmaq sözünün fransız dilinə tərcüməsi

buyurmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. буюрмишун, буйругъ авун, эмир авун; 2. куьгьн. теклиф авун, лугьун; 3. атун, фин; bu axşam bizə buyurun къе нянихъ чиниз ша; 4. куьгьн. авун манада; 5. buyur, buyurun буйр.ф. буюр.

    Azərbaycanca-ləzgicə lüğəti / buyurmaq

buyurmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#buyurmaq nədir? #buyurmaq sözünün mənası #buyurmaq nə deməkdir? #buyurmaq sözünün izahı #buyurmaq sözünün yazılışı #buyurmaq necə yazılır? #buyurmaq sözünün düzgün yazılışı #buyurmaq leksik mənası #buyurmaq sözünün sinonimi #buyurmaq sözünün yaxın mənalı sözlər #buyurmaq sözünün əks mənası #buyurmaq sözünün etimologiyası #buyurmaq sözünün orfoqrafiyası #buyurmaq rusca #buyurmaq inglisça #buyurmaq fransızca #buyurmaq sözünün istifadəsi #sözlük