susdurmaq sözü azərbaycan dilində

susdurmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • susdurmaq • 96.3415%
  • Susdurmaq • 3.0488%
  • SUSDURMAQ • 0.6098%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.49 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.57
2009 ••• 0.16
2010 ••••••• 0.54
2012 •• 0.09
2013 ••••••••••••••••• 1.31
2014 ••••••• 0.51
2015 •••••••••••••••• 1.19
2016 ••••• 0.35
2017 ••••••• 0.49
2018 •••••• 0.45
2019 ••••••••••• 0.83
2020 ••••••••••••••••• 1.33

susdurmaq sözünün leksik mənası və izahı

  • 1 icb. 1. Susmağa, dinməməyə, səsini kəsməyə məcbur etmək. [Birinci rəqqasə:] Dur, getmə, səadət quşu, bir dur; Bas bağrına məşuqini, susdur! H.Cavid. Məni susdursa zaman; Səni özüm sanaram; Səhər kimi oyansan; Günəş kimi yanaram. N.Xəzri. 2. məc. Bir şeyi təzahür etməyə, üzə çıxmağa qoymamaq; boğmaq. Kədərini susdurmaq. – [Muradın] kefini pozmamaq üçün marağımı susdurdum. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / susdurmaq

susdurmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 SUSDURMAQ (danışmağa qoymamaq) ..Filan ayda, filan gündə; boğacaq nəfəsini; Susduracaq əbədi bir sükut içində; torpaq, su, hava kimi adi olan səsini (R.Rza); AĞZINI BAĞLAMAQ (fr.v.) [Qənbərqulu:] Ağa, başına dönüm, bu necə ola bilər? Birdən-birə elin ağzını bağlamaq olmaz ki.. (B.Talıblı); LAL ELƏMƏK Bütün qasırğaları lal eləsin, susdursun (X.Rza).

    Azərbaycan dilinin sinonimlər lüğəti / susdurmaq

susdurmaq sözünün rus dilinə tərcüməsi

  • 1 глаг. 1. заставить молчать, замолчать. Xalqı susdurmaq olmaz нельзя заставить народ молчать, pulemyotu susdurmaq заставить замолчать пулемёт 2. перен. подавлять, подавить (насильно положить конец чему-л.). Kədərini susdurmaq подавить печаль, arzusunu susdurmaq подавить желание

    Azərbaycanca-rusca lüğət / susdurmaq

susdurmaq sözünün inglis dilinə tərcüməsi

susdurmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 иъб. 1. кисарун, ван атӀун (кьун), кисуниз (ван атӀуниз, рахун тавуниз) мажбур авун; 2. пер. винел акъатиз тун тавун; бамишун (мес. гъам).

    Azərbaycanca-ləzgicə lüğəti / susdurmaq

Oxşar sözlər

#susdurmaq nədir? #susdurmaq sözünün mənası #susdurmaq nə deməkdir? #susdurmaq sözünün izahı #susdurmaq sözünün yazılışı #susdurmaq necə yazılır? #susdurmaq sözünün düzgün yazılışı #susdurmaq leksik mənası #susdurmaq sözünün sinonimi #susdurmaq sözünün yaxın mənalı sözlər #susdurmaq sözünün əks mənası #susdurmaq sözünün etimologiyası #susdurmaq sözünün orfoqrafiyası #susdurmaq rusca #susdurmaq inglisça #susdurmaq fransızca #susdurmaq sözünün istifadəsi #sözlük