suyun sözü azərbaycan dilində

suyun

Yazılış

  • suyun • 90.6016%
  • Suyun • 9.3807%
  • SUyun • 0.0089%
  • SUYUN • 0.0089%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Suyun aerasiyası
Suyun aerasiyası — həm təbii, həm də süni mühitlərdə suyun oksigenlə doyma səviyyəsinin artırılması və ya saxlanması prosesi. Bu, suyu oksigenlə zənginləşdirmək, içiləcək və texniki məqsədlə işlədiləcək suyu təmizləmə qurğularında zərərli qatışıqlardan (həll olmuş qazlar, dəmir birləşmələri və s.) təmizləmək, həmçinin bioloji təmizləmə qurğularında çirkabdakı üzvi maddələri və digər çirkləri minerallaşdıran mikroorqanizmlərin həyat fəaliyyətini təmin etmək üçün tətbiq olunur.
Suyun forması
Suyun forması (ing. The Shape of Water — azərb. "Suyun şəkli", "Suyun səsi", yaxud "Suyun pıçıltısı"‎) fantastik janrda olan, Giliermo del Torronun lentə aldığı, Eliz və "balıq-adamın" sevgisindən bəhs edən ekran əsəri. "Suyun forması" filmi "Oskar" mükafatının 90-cı təqdimat mərasimində "Ən yaxşı film" nominasiyasında qalib gəlib. Filmin baş rollarını Maykl Stalbarq, Maykl Şennon və Oktavia Spenser canlandırıb. == Məzmun == Filmdəki hadisələr 1962-ci ildə, SSRİ və ABŞ arasındakı soyuq müharibə dövrünə təsadüf edir. Filmin baş qəhrəmnı Elayza Espozita Baltimorda gizli hərbi laboratoriyada xadimə işləyir. İlk baxışdan adi həyat sürən Elayza uşaqlıqda aldığı zədədən sonra laldır. Onun ünsiyyətdə olduğu iki adamdan biri iş yoldaşı qaradərili Zelda və qoca qonşusu Caylsdır. Bir gün gizli laboratoriyaya tədqiqat üçün qeyri adi obyekt gətirilir.
Suyun təmizlənməsi
Suyun təmizlənməsi — su olduqca qiymətli sərvətdir. Təbii su təchizatı mənbələrindən su kəmərinə verilən suyun keyfiyyətini müəyyən edilmiş norma göstəricilərinə çatdırmaq məqsədi ilə aparılan texnoloji proseslər kompleksi suyun təmizlənməsi adlanır. == Su ehtiyatlarının özünün təmizləməsi == Su ehtiyatlarının özünün təmizlənməsi təbiət hadisələrindən biridir. Özünü təmizləmə bir çox faktorlardan (fiziki, kimyəvi və bioloji) asılıdır. Fiziki faktorlardan günəş enerjisini göstərmək olar. Günəş ultrabənövşəyi şüalarının təsiri nəticəsində zərərli mikroblar, bakteriyalar, virusların hissəciklərini məhv edir. Su ehtiyatlarına daxil olan çikləndirici maddələrin qarışdırılması, əridilməsi suyun özünü təmizləməsinin əsas fiziki faktorlarından biridir. Suyun özünü təmizləməsinin kimyəvi faktorlarına üzvi və qeyri-üzvi maddələrin oksidləşməsini göstərmək olar. Su ehtiyatların özünü təmizləməsində heyvan və bitki aləminin də rolu böyükdür. Suda yaşayan heyvanları su ehtiyatlarının sanitarı adlandırırlar və onlar suları özlərindən keçirərək təmizləyirlər.
Suyun hal diaqramı
Kükürd tipli maddələr təbiətdə ən çox yayılmış maddələrdir. Lakin bir sıra maddələr də vardır ki, kükürd tipli maddələrdən fərqli olaraq, maye fazadan kristallaşdırdıqda həcmləri artır. Bu halı daha aydın təsəvvür etmək üçün H2O-un hal diaqramını nəzərdən keçirmək olar. Bu diaqramda absis oxu üzərində temperatur, ordinant oxu üzərində isə təzyiq verilmişdir. Diaqramda hər bir fazaya müəyyən sahə uyğun gəlir ki, bunlardan da hər biri digərinin verilən iki fazanın tarazlığını xarakterizə edən əyrilərlə ayrılır. Bu əyrilər üç fazanın tarazlıqda olduğu üçlü nöqtədə birləşir.Bu əyrilər göstərir ki, su və buxarın tarazlıqda olduğu hər bir temperatura müəyyən buxar təzyiqi və ya hər bir buxar təzyiqinə müəyyən temperatur müvafiq gəlir. Belə ki, 100oC temperaturda suyun buxar təzyiqi yalnız 760mm civə sütununa bərabər olduğu halda hər iki faza arasında tarazlıq yaranır. Həmin temperaturda buxar təzyiqinin dəyişməsi fazalardan birinin itməsinə, yəni bir fazalı sistem alınmasına gətirib çıxarır.Suyun kristallaşması Le-Şatelye prinsipinə əsasən buzun əriməsinə və suyun kristallaşma temperaturunun aşağı düşməsinə səbəb olur. Göstərilən iki fazalı sistemlərdə tarazlığı xarakterizə edən əyrilərin üçü də O nöqtəsində görüşür. Bu nöqtə bütün üç fazanın- buz-su-buxar arasında tarazılığa aid olub "üçlü nöqtə" adlanır.
Təbiətdə suyun dövranı
Su dövranı — biosferdə suyun dövri yerdəyişmə prosesidir. Buxar, kondensasiya və çöküntülərdən ibarətdir.Bu dövran materiyanın hərəkət etdiyini göstərir və təsdiq edir. Su yer kürəsində fasiləsiz dövr edir, buna görə suyun ümumi həcmi dəyişməz qalır. Yer kürəsinin səthinin dörddə üç hissəsi suyla örtülmüşdür. Yer kürəsinin su təbəqəsini hidrosfer adlandırırlar. Dənizlər və okeanların duzlu suyu hidrosferin böyük hissəsini təşkil edir. Bundan başqa — göllər, çaylar, buzlaqlar, qrunt suları və su buxarı hidrosferi təşkil edən əsas elementlərdir. Yer kürəsində su üç aqreqat halda mövcuddur (maye, bərk və qaz). Susuz canlı orqanizmlərin mövcudluğu mümkün deyil. İstənilən orqanizmdə istənilən halda su mövcuddur.
Avatar: Suyun yolu
Avatar: Suyun yolu (ing. Avatar: The Way of Water) — rejissoru Ceyms Kemeron olan ABŞ istehsalı elmi fantastika filmi. Film 2009-cu il istehsalı Avatar filminin davam filmidir. == Mövzu == Ceyk Salli və Neytiri ailə həyatı qurublar. Amma keçmiş mübarizə yenidən başlayır. Onlar bu səbəbdən evlərindən uzaqlaşıb, Pandoranın müxtəlif yerlərini kəşf edirlər.
Suyun bitki orqanizmində hərəkəti
Suyun bitki orqanizmində hərəkəti — suyun bitkidə hərəkətinə təsir edən amillər. == Haqqında == Kökün cavan hissələrinin ən kənar təbəqələrindəki hüceyrələrə torpaqdan osmotik təzyiqlə su daxil olub apoplast ilə hərəkət edir. Torpaqda su bir neçə formada olur, lakin bitkilər onlarin hamsını mənimsəyə bilmir. Belə su formalarindan suxurların tərkibində olan su bitkilər tərəfindən alına bilmir, torpaq kolloidlərindəki hidratlaşma suyu daha çox möhkəm birləşdiyindən mənimsənilmir. Lakin torpaqdakı məsamələrdə olan və kapillyyar suyu adlandırılan su bitkilər tərəfindən asanliqla mənimsənilə bilir. Bunun üçün bitkilər, hər şeydən əvvəl, torpağın sorucu qüvvəsini aradan qaldırilmalıdır. Bu qüvvə, potensial şişmə, osmotik təzyiqlərin cəmindən ibarətdir. Torpaq quruduqca,onun sorucu qüvvəsi artır. Çox hallarda π {\displaystyle \pi } 5atm-dən az olduğu halda şoran torpaqlarda bəzən 30 atm-dən də böyük olur. Alçaq temperaturda suyun udulması və bitkilərdə hərəkəti çətinləşir.
Suyun forması (film, 2017)
Suyun forması (ing. The Shape of Water — azərb. "Suyun şəkli", "Suyun səsi", yaxud "Suyun pıçıltısı"‎) fantastik janrda olan, Giliermo del Torronun lentə aldığı, Eliz və "balıq-adamın" sevgisindən bəhs edən ekran əsəri. "Suyun forması" filmi "Oskar" mükafatının 90-cı təqdimat mərasimində "Ən yaxşı film" nominasiyasında qalib gəlib. Filmin baş rollarını Maykl Stalbarq, Maykl Şennon və Oktavia Spenser canlandırıb. == Məzmun == Filmdəki hadisələr 1962-ci ildə, SSRİ və ABŞ arasındakı soyuq müharibə dövrünə təsadüf edir. Filmin baş qəhrəmnı Elayza Espozita Baltimorda gizli hərbi laboratoriyada xadimə işləyir. İlk baxışdan adi həyat sürən Elayza uşaqlıqda aldığı zədədən sonra laldır. Onun ünsiyyətdə olduğu iki adamdan biri iş yoldaşı qaradərili Zelda və qoca qonşusu Caylsdır. Bir gün gizli laboratoriyaya tədqiqat üçün qeyri adi obyekt gətirilir.
Avatar: Suyun yolu (film, 2022)
Avatar: Suyun yolu (ing. Avatar: The Way of Water) — rejissoru Ceyms Kemeron olan ABŞ istehsalı elmi fantastika filmi. Film 2009-cu il istehsalı Avatar filminin davam filmidir. == Mövzu == Ceyk Salli və Neytiri ailə həyatı qurublar. Amma keçmiş mübarizə yenidən başlayır. Onlar bu səbəbdən evlərindən uzaqlaşıb, Pandoranın müxtəlif yerlərini kəşf edirlər.
Okean suyunun hərəkəti
Okean suyunun hərəkəti — suyun hərəkətinə səbəb külək, hava kütlələri, Ay və Günəşin cazibə qüvvəsi, sualtı vulkan və zəlzələlərdir. Suyun hərəkəti 200 m dərinliyə qədər baş verir. Daha dərində su hərəkətsiz olduğundan okean dibinin relyefi dəyişmir. == Formaları == Suyun hərəkətinin 3 forması var: Dalğanı yaradan başlıca səbəb küləkdir. Dalğanın ən hündür nöqtəsi yal, ən alçaq nöqtəsi daban adlanır: 2 qonşu yal arasındakı məsafə dalğanın uzunluğu, yal ilə daban arasındakı məsafə isə dalğanın hündürlüyü adlanır. Dalğanın hündürlüyü küləyin sürətindən, uzunluğu isə hövzənin dərinliyindən asılıdır. Sürətinə görə dalğalar:Şəlakət-0 m/san: Zəif (və ya kapillyar) - 1 m/san.; Qravitasiya-2-6 m/san.; Köpüklü -7-8 m/san.Köpüklü dalğalanın yaranmasında duzluluğun rolu böyükdür. Dalğalar temperatur və duzluluğu yayır, donmanı gecikdirir. Dalğalanın dağıdıcı fəaliyyətinə abraziya deyilir. Bu işin nəticəsində sahil formalaşır.
Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi
Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi— == Haqqında == Gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli məqsədi ilə 2012-ci ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən, tərs osmos membranları ilə təchiz olunmuş və yüksək texnologiyaya əsaslanan zavod inşa edilmişdir. == Məqsəd == Zavodun tikilməsi ideyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur və Yer kürəsində təmiz suya olan tələbatın get-gedə artması fonunda regionda ən az şirin su ehtiyatına malik olan Azərbaycanda alternativ mənbələrin üzə çıxarılması, onlardan istifadənin təşkilində təcrübə əldə etmək məqsədilə pilot layihə kimi həyata keçirilmişdir. == İstehsal gücü == İlk mərhələdə ehtiyaclar nəzərə alınaraq zavodda dəniz suyundan sutkada 1000 kubmetr şirin su istehsal etmək üçün avadanlıq quraşdırılmışdır. 2016-cı ildə zavodun gücü əlavə tikinti-quraşdırma işləri aparmadan 2 dəfə artırılaraq sutkada 2000 kubmetrə çatdırılmışdır. Zavodda gələcəkdə az məsrəfli əlavə işlər görməklə alınan təmiz suyun həcmini 20 000 kubmetrədək çatdırılmasına imkan verəcək müvafiq infrastruktur yaradılmışdır. == Su tutumu == Dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilmiş, həcmləri 500 m³ və 200 m³ olan xüsusi örtüklə izolyasiya olunmuş 3 ədəd metal su çənləri quraşdırılmış, həcmi 500 m³ olan yeraltı dəmir-beton su anbarı, həcmi 150 m³, 500 m³, 2000 m³, 20000 m³ və 25000 m³ olan geotekstil membran örtüyü ilə izolyasiya olunmuş 6 ədəd su anbarları, avadanlıqların quraşdırıldığı 750 m² bina, 120 m² ofis binası və s. inşa edilmişdir. Eyni zamanda kompleksin inzibati strukturları yaradılmış və seçilmiş işçi heyətə müvafiq təlimlər keçirilmişdir. == Əlavə tədbirlər == Bundan başqa, 2012-ci ildə Şirvan kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün sutkada 2500 kubmetr gücündə qurğular inşa edilmiş və 2016-cı ildə onların istehsal gücü 2 dəfə artırılaraq 5000 kubmetrə çatdırılmışdır. Burada həcmi 500 m³ olan xüsusi örtüklə izolyasiya olunmuş metal su çəni qurulmuş, həcmi 2000 m³ olan yeraltı dəmir-beton su anbarı inşa edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 77.48 dəfə / 1 mln.
2002 ••••••••• 61.67
2003 •••• 25.59
2004 ••••••• 42.45
2005 •••••• 36.44
2006 •••••• 40.54
2007 •••••• 38.69
2008 ••••••• 42.88
2009 ••••••••••• 75.67
2010 •••••••••••••••••••• 137.79
2011 ••••••••••••• 89.39
2012 •••••••••••••• 94.48
2013 ••••••••••• 73.67
2014 •••••••••• 64.01
2015 •••••••• 54.10
2016 ••••••••••••• 87.29
2017 ••••••••••••• 86.01
2018 •••••••••••••••• 104.88
2019 ••••••••••••• 86.51
2020 •••••• 35.94

"suyun" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#suyun nədir? #suyun sözünün mənası #suyun nə deməkdir? #suyun sözünün izahı #suyun sözünün yazılışı #suyun necə yazılır? #suyun sözünün düzgün yazılışı #suyun leksik mənası #suyun sözünün sinonimi #suyun sözünün yaxın mənalı sözlər #suyun sözünün əks mənası #suyun sözünün etimologiyası #suyun sözünün orfoqrafiyası #suyun rusca #suyun inglisça #suyun fransızca #suyun sözünün istifadəsi #sözlük