Şi sözü azərbaycan dilində

Şi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Şi • 67.3410%
  • şi • 31.2139%
  • Şİ • 1.4451%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şi Şi şi şi şi
Şi Şi şi şi şi (çin. ənən. 施氏食獅史, sadə. 施氏食狮史, pinyin: Shī Shì shí shī shǐ, hərfi mənası: "Şi Şinin şirləri yeməsi haqda hekayə") — XX əsr məşhur Çin-amerikan linqvisti Çjao Yuanjen (赵元任 Zhào Yuánrèn) tərəfindən klassik Çin dilində zarafatla yazılmış şeir. Şeir 4 müxtəlif tonda tələffüz edilən və 94 dəfə təkrarlanan "şi" hecasından ibarətdir.Klassik Çin dilində yazılmış şeirin mətni əksər savadlı çinlilərə aydın olsa da, bu, tələffüz zamanı deyil, yalnız heroqlifik yazı versiyasında mümkündür. Çin dilinin 2500 illik inkişaf tarixi ərzində klassik Çin dilində formalaşan omofoniya səbəbindən Pekin dialektində tələffüz edildikdə və ya fonetik sistemdə yazıldıqda şeirin mətni tamamilə anlaşılmaz hala düşür. == Şeirin mətni == == İstinadlar == == Xarici keçidlər == 對聯:30.
Şi Şi
Şi Şi dördüncü Hu Çao şanyüsüdür, cəmi 33 gün imperator olmuşdur. Yerinə onu devirən qardaşı Şi Çun keçmişdir.
Şi Cian
Şi Cian — Hu Çaonun altıncı imperatorudur. 103 gün hakimiyyətdə olmuşdur. Onu Ran Min adlı qardaşlığı öldürmüşdü. Yerinə digər qardaşı Şi Çi keçmişdir.
Şi Honq
Şi Honq (313 – 334) — 313-cü ildə anadan olmuş, 333-cü ildə taxta çıxmışdı. Hu Çaonun ikinci hökmdarı idi. Lakin hakimiyyətə gələndən bir il sonra Şi Hu tərəfindən devrildi və ailəsi ilə birlikdə öldürüldü.
Şi Hu
Şi Hu Hu Çaonun üçüncü imperatorudur. Hunların Ci qəbiləsindəndir. == İlk illəri == 295-ci ildə anadan olmuşdu. Şi Le ilə bir böyümüş və onun ordusunda generallıq etmişdi. Ordusu ilə çox sərt yöntəmlərdən istifadə edən Şi Hu ələ keçirdiyi hər yerdə qətliamlar törədirdi. Çonqşan knyazı elan olunmuşdu. Şi Hu şanyü olmaq istəsə də bu titul ona verilmədi. Ona görə 334-cü ildə taxtı ələ keçirdi. == Hakimiyyəti == 335-ci ildə paytaxtı Yeçenqə köçürdü. Bir çox saraylar tikdirdi.
Şi Le
Şi Le (274, چین[d] – 333) — əslən Hunların Ci tayfasından olan əyan idi. Hu Çao imperiyasını qurmuşdu. == İlk dövrləri == Şi Lenin əsl soyadının Şi olub-olmadığı məlum deyil, lakin Çin tarixçiləri onu bu soyad ilə qəbul edir. Atası Çuheçu və babası Yeyiyu qəbilə başçıları idi. Şi soyadını bir dostunun təklifi ilə alan Le ilk dövrlərdə Cin sülaləsi və Xan Çao hərbçisi olaraq yüksəlməyə başladı. == Xan Çao dövrü == Liu Yuan dövründə general olan Şi Le onun övladları olan Liu He və Liu Konqa da xidmət etmişdi. 311-ci ildə az Hun ordusu ilə özlərindən çox olan Cin ordusunu məğlub edən Şi Le bütün tutduğu generalları edam edirdi. Bu onun şöhrətini artırırdı. Əmisi oğlu Şi Hu ilə birlikdə bütün döyüşləri qazanan Ledən hamı qorxurdu. Hsianquo şəhərini fəth edərək orda yaşamağa başladı.
Şi Çi
Şi Çi (IV əsr – 351) — Hu Çaonun son hökmdarıdır. Bir il taxtda qalmışdır. Şi bir generalı tərəfindən xəyanət edilərək öldürüldü və başı kəsilərək yandırıldı. Hunların Çindəki ikinci dövləti dağılmış oldu. Hunların şərq qolunun dağılmasından sonra şanyü titulu Kubeyin böyük nəticəsi Liu Bobonun əlinə keçdi.
Şi Çun
Şi Çun Hu Çaonun beşinci imperatorudur. O cəmi 183 gün hökmdar olmuşdur. Yerinə qardaşı Şi Cian gəlmişdir.
Şi yağı
Şi yağı (/ʃiː/ , /ˈʃiːə/ və ya /ʃeɪ/ ; ߛߌ߮ߕߎߟߎ) — Afrika şi ağacının (Vitellaria paradoxa) qozundan alınan yağ. Xam olduqda fil sümüyü rənglidir və adətən borututu kökü və ya palma yağı ilə sarı rəngə boyanır. Kosmetikada nəmləndirici, məlhəm və ya losyon kimi geniş istifadə olunur. Şi yağının yeyilməsi mümkündür və bəzi Afrika ölkələrində qida hazırlanmasında istifadə olunur.
Şi Yusan
Şi Yusan (çin. ənən. 石友三, pinyin: Shí Yǒusān; 1891, Çanqçun – 12 dekabr 1940, Puyan[d]) — Çin hərbçisi. O, Homidan generalı idi, lakin sonradan müvafiq olaraq Fen Yuysyan, Çan Kayşi, Van Tszinvey, Çjan Syuelyan, Çin Kommunist Partiyası və Yaponiyaya tərəf fərarilik və xəyanət etmişdir. 1928-ci ildə onun qoşunları Şaolin monastırını yandırmış, onu 40 gündən oda vermiş, 200-dən çox rahibi öldürmüş və məbəd kitabxanasının çoxlu əlyazmaları da daxil olmaqla binaların 90 faizini məhv etmişdir.39-cu Ordu Qrupuna rəhbərlik edən zaman Yaponiyaya tərəf keçməyi planlaşdırırdı, lakin bunu edə bilməmişdən əvvəl Qao Şusyunun tabeliyində olan qan qardaşı tərəfindən qaçırılmış və diri-diri basdırılmışdır. Çoxsaylı xəyanətlərinə görə o, "Fərari general" (çin. ənən. 倒戈將軍, pinyin: Dǎo Gē Jiāng Jūn) və ya Şi Sanfan (çin. ənən. 石三翻, pinyin: Shí sānfān, hərfi mənası: "Üç dəfə dönən Şi") kimi tanınır.
Ho Şi Min
Ho Şi Min və ya Xo Şi Min (vyet. Hồ Chí Minh; 19 may 1890[…] – 2 sentyabr 1969[…], Hanoy, Şimali Vyetnam) — Vyetnam siyasətçisi. == Həyatı == == Siyasi fəaliyyəti == İkinci dünya müharibəsi bitər-bitməz vyetnam xalqının istiqlaliyyət mübarizəsi genişləndi. Mübarizəyə Xo Şi Minin rəhbərliyi ilə Hind-Çin kommunist partiyası və onun 1941-ci ildə yaratdığı Vyet-min cəmiyyəti (Vyetnam istiqlaliyyət cəmiyyəti – o,Vahid Milli Azadlıq Cəbhəsi kimi tanınırdı) başçılıq edirdi. İstiqlal mübarizəsinin silahlı müqavimət hərəkatı forması alması Yaponiyanın məğlubiyyətinin labüdlüyü bəlli olan dövrə təsadüf edir. Vyet-minin başçılıq etdiyi qüvvələr yapon işğalına və fransız müstəmləkə zülmünə qarşı apardığı əməliyyatlar nəticəsində müəyyən əraziləri ələ keçirmişdilər. Avqustun 16-da Vyet–min milli konqresi çağrıldı və müvəqqəti hökumət– Xo Şi Min başda olmaqla Vyetnam Milli Azadlıq Komitəsi yaradıldı. Xalq avqustun 19-da Xanoyda, 23-də Xüeldə, 25-də Sayqonda hakimiyyəti ələ keçirdi. Xo Şi Min 1945-ci il sentyabrın 2-də Xanoyda Vyetnam Milli Azadlıq Komitəsi adından İstiqlal Bəyannaməsini və Vyetnam Demokratik Respublikasının (VDR) yaradıldığını elan etdi. Avqust inqilabı adı almış hadisələr nəticəsində Vyetnam istiqlala qovuşdu.
Neo Jie Şi
Neo Jie Şi (20 may 1985) — Sinqapurlu marafonçu. Neo Jie Şi Sinqapuru 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Neo Jie Şi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 15 dəqiqə 18 saniyəyə qət edərək 157 marafonçu sırasında 131-ci yeri tutdu.
Sin Şi Xuan
Sin Şi Xuandi (çin. 秦始皇; E.ə. 259 – E.ə. 210) - ilk Çin İmperatoru. Sin xanədanının banisi. Hunlara və digər təhlükələrə qarşı Çin Səddini tikdirmişdir. Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur.
Sin Şi Xuandi
Sin Şi Xuandi (çin. 秦始皇; E.ə. 259 – E.ə. 210) - ilk Çin İmperatoru. Sin xanədanının banisi. Hunlara və digər təhlükələrə qarşı Çin Səddini tikdirmişdir. Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur.
Xo Şi Min
Ho Şi Min və ya Xo Şi Min (vyet. Hồ Chí Minh; 19 may 1890[…] – 2 sentyabr 1969[…], Hanoy, Şimali Vyetnam) — Vyetnam siyasətçisi. == Həyatı == == Siyasi fəaliyyəti == İkinci dünya müharibəsi bitər-bitməz vyetnam xalqının istiqlaliyyət mübarizəsi genişləndi. Mübarizəyə Xo Şi Minin rəhbərliyi ilə Hind-Çin kommunist partiyası və onun 1941-ci ildə yaratdığı Vyet-min cəmiyyəti (Vyetnam istiqlaliyyət cəmiyyəti – o,Vahid Milli Azadlıq Cəbhəsi kimi tanınırdı) başçılıq edirdi. İstiqlal mübarizəsinin silahlı müqavimət hərəkatı forması alması Yaponiyanın məğlubiyyətinin labüdlüyü bəlli olan dövrə təsadüf edir. Vyet-minin başçılıq etdiyi qüvvələr yapon işğalına və fransız müstəmləkə zülmünə qarşı apardığı əməliyyatlar nəticəsində müəyyən əraziləri ələ keçirmişdilər. Avqustun 16-da Vyet–min milli konqresi çağrıldı və müvəqqəti hökumət– Xo Şi Min başda olmaqla Vyetnam Milli Azadlıq Komitəsi yaradıldı. Xalq avqustun 19-da Xanoyda, 23-də Xüeldə, 25-də Sayqonda hakimiyyəti ələ keçirdi. Xo Şi Min 1945-ci il sentyabrın 2-də Xanoyda Vyetnam Milli Azadlıq Komitəsi adından İstiqlal Bəyannaməsini və Vyetnam Demokratik Respublikasının (VDR) yaradıldığını elan etdi. Avqust inqilabı adı almış hadisələr nəticəsində Vyetnam istiqlala qovuşdu.
Çen Şi-çi
Çen Şi-çi (d. 20 iyun 2002) — Tayvanlı üzgüçü. Çen Şi-çi Tayvanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Çen Şi-çi birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 29.42 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 39-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Çin Şi Huang
Sin Şi Xuandi (çin. 秦始皇; E.ə. 259 – E.ə. 210) - ilk Çin İmperatoru. Sin xanədanının banisi. Hunlara və digər təhlükələrə qarşı Çin Səddini tikdirmişdir. Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur.
Ho Şi Min cığırı
Ho Şi Min cığırı (ing. The Ho Chi Minh trail, vyet. Đường mòn Hồ Chí Minh), həmçinin Annam dağları cığırı (vyet. Đường Trường Sơn) — Şimali Vyetnamdan Laos və Kamboca krallıqları vasitəsilə Cənubi Vyetnama qədər uzanan logistik yollar və cığırlar şəbəkə. Bu sistem Vyetnam müharibəsi zamanı Vyetkonq və Vyetnam Xalq Ordusuna işçi qüvvəsi və material şəklində dəstək vermişdir. Şəbəkənin tikintisi 1959-cu ilin iyulunda, Şimali Vyetnamın Laosa hücumundan sonra başlamışdır. ABŞ tərəfindən Şimali Vyetnam prezidenti Ho Şi Minin şərəfinə adlandırılmışdır. Adın mənşəyinin Birinci Hind-Çini müharibəsindən gəldiyi güman edilir. Bu dövrdə "Ho Şi Min cığırı marşrutu" adlı Vyetmin dəniz logistikası xətti mövcud idi. 1960-cı ilin sonlarından bəri cığır sistemi inkişaf etmiş, həmn dövrdən qısa müddət sonra "Agence France-Presse" (AFP) şimal–cənub cığırının açıldığını elan etmiş və onlar bu dəhlizə "La Piste de Hồ Chí Minh", yəni "Ho Şi Min cığırı" adını vermişdilər.
"Şiri-Xurşid" ordeni
"Günəş və Aslan" ordeni (fars. نشان شیر و خورشید‎ Nešān-e Šir o Xoršid)— İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. 1808-ci ildə Fətəli şah Qacar tərəfindən təsis edilmişdir. Bəzi qaynaqlarda "Şir-i Xurşid" kimi də yazılır. Bu ordenin I, II və III dərəcələri vardı.
2016 Şimali Koreya nüvə sınağı
2017 Şimali Kaliforniya meşə yanğınları
Şimali Kaliforniya yanğınları — 8 oktyabr 2017 tarixində baş vermiş meşə yanğınları ardıcıllığı. Yanğınlar Şimali Kaliforniya sahəsinin əksəriyyətinə böyük qırmızı bayraq xəbərdarlığına səbəb olan şiddətli hava şəraiti zamanı Napa, Leyk, Sonoma, Mendosino, Byutt və Solano dairələrində baş vermişdir. Bu müddətdə on yeddi ayrı yanğın hadisəsi qeydə alınmışdır. == İqlim == Meşə yanğınlarından günləş əvvəl Kaliforniya Meşəçilik və Yanğından Mühafizə Şöbəsi, Şimali Kaliforniyanın əksər hissələrində qırmızı bayraq xəbərdarlıqları verməyə başlamışdı. Buna səbəb isə, küləklərin sürətinin 40 ilə 56 km/saat arasında olması idi. 8 oktyabr axşamı, Diablo küləkləri saatda 110 kilometrə çatdıqları bildirilmişdir. == Təsir == Yanğınlarda həlak olanların əksəriyyəti 8 oktyabr və ya 9 oktyabr 2017 tarixində, yanğınlar başladığı zaman öldüyünə inanılır. Qurbanların əksəriyyəti yaşlıdır, baxmayaraq ki, ölənlərin yaşları 14-dən 100-ə qədərdir.9 oktyabr 2017 tarixində Kaliforniya qubernatoru Jerri Braun Napa, Sonoma, Yuba, Byutt, Leyk, Mendosino, Nevada və Orinc kimi dairələr üçün fövqəladə vəziyyət elan etdi və Ağ Evə böyük fəlakət bəyannaməsi tələb edən bir məktub göndərdi. ABŞ prezidenti Donald Tramp 10 oktyabr tarixində təbii fəlakət nəticəsində hazırlanan bəyannaməni təsdiqləmişdir. Ərazini araşdırarkən, Kaliforniya 5-ci Konqresinin nümayəndəsi Mayk Tompson, "Bu, Kaliforniya tarixinin ən pis yanğın fəlakəti olacağını gözləyirəm" dedi.10,000-dən çox yanğınsöndürən 1000-dən çox yanğın mühərrikləri və digər avadanlıqları istifadə edərək, yanğına qarşı mübarizə aparırlar.
46 saylı Şirvan seçki dairəsi
ABŞ Şimal Komandanlığı
Birləşmiş Ştatların Şimal Komandanlığı (ing. United States Northern Command (USNORTHCOM)) Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 1 oktyabr 2002-ci il tarixində yeni Vahid Döyüş Komandanlığı planına əsasən qurulmuşdur və əməliyyat sahəsi başda ABŞ-dakı hərbi olmayan rəsmilərə hərbi dəstək verməklə Kontinental ABŞ, Puerto-Riko, Kanada, Meksika və Baham adaları daxil olmaqla Şimali Amerikanı əhatə edir. Mərkəzi Kolorado əyalətində yerləşən, Kolorado Sprinqs şəhərindəki Peterson Hərbi Hava Qüvvələri bazasında yerləşir.
Abrau-Dyurso (şirkət)
"Abrau-Dyurso" (rus. Абрау-Дюрсо; MCX: ABRD) — Rusiyanın Abrau-Dyurso kəndində yerləşən şərabçılıq şirkəti. Şərab zavodu 1870-ci ildə çar II Aleksandrın fərmanı ilə yaradılmışdır. Zavod köpüklü şərablar istehsal edir və satırdı. Həmçinin, tərkibində otel, spa və restoran fəaliyyət göstərirdi. "Abrau-Dyurso" Rusiyanın ən yaxşı şərab bölgələrindən birinə sahib olaraq təsvir edilir və Boris Titova məxsusdur.
Adams (Şimali Dakota)
Adams — Amerika Birləşmiş Ştatlarının Şimalı Dakota əyalətinin Valş rayonunda yerləşən şəhər. Şəhərin əhalisi 15 mart 2010 tarixində 127 nəfər idi. == Demoqrafiya == === 2010-cu ilə olan əhali statistikası === 15 mart 2010 tarixində yerinə yetirilən əhali statistikasına görə şəhərin əhalisi 127 şəxsdən 45 ailədən və 38 evden ibarət olduğu müəyyən olunmuşdur. Şəhərin əhalisin 96,8% ağ dərili, 0,1% afro-amerikan, 0,9% yerli amerikan, 0,2% asiyalı, 0,4%-nin isə digər xalqlardan təşkil olunduğu məlum olub.
Aktivləri idarə edən şirkət
Aktivləri idarə edən şirkət (AİŞ) — peşə fəaliyyəti ortaq investisiya institutlarının (İF) aktivlərinin idarə edilməsi olan bir iş quruluşunu ifadə edən iqtisadi termin. == AİŞ-nin idarəetmə funksiyaları == AİŞ ortaq investisiya qurumları yaradır və idarəetmə funksiyalarını yerinə yetirir: üçüncü tərəf yerləşdirmə agentlərini cəlb edən İF qiymətli kağızlarının yerləşdirilməsi; həm İF-nın qiymətli kağızlarının yerləşdirilməsi zamanı, həm də fondun fəaliyyəti nəticəsində alınan BKİ-nin aktivlərinin İnvestisiya Bəyannaməsinə uyğun olaraq idarə edilməsi; investisiya bazarlarının təhlili və investisiya obyektlərinin axtarışı; bazar qiymətlərinin dəyişməsinə uyğun olaraq fond fondlarının dövri yenidən qiymətləndirilməsi; İF-nın fəaliyyətinə dair hesabatların hazırlanması; İF-nın digər cari fəaliyyətlərinin həyata keçirilməsi. == Ən böyük şirkətlər == Aşağıda, dünyanın ən aktiv menecerlərinin siyahısı (2020-ci ilədək), idarəetmə altındakı ümumi aktivlərə görə sıralanmışdır.
Alan Şirer
Alan Şirer (ing. Alan Shearer; 13 avqust 1970[…], Nyukasl-apon-Tayn) — ingiltərəli futbol mütəxəssisi, hücumçu mövqeyində çıxış etmiş keçmiş futbolçu və məşqçi. Öz dövrün ən yaxşı hücumçularından biri və Premyer Liqa tarixinin ən sərrast oyunçularından sayılan Şirer Premyer Liqanın ən çox qol vurmuş oyunçusudur. 1994-cü ildə o, Futbol Yazıçıları Assosiasiyasına görə İlin futbolçusu adına layiq görüldü və 1995-ci ildə PFA-ya görə İlin futbolçusu seçildi. 1996-cı ildə o, həm Ballon d'Or, həm də FIFA ilin oyunçusu mükafatlarında üçüncü oldu. 2004-cü ildə o, Pelenin tərtib etdiyi "FİFA 100" adlı dünyanın ən yaxşı yaşayan futbolçuları siyahısına daxil edildi. Şirer 2021-ci ildə Premyer Liqanın Şöhrət Zalına daxil edilən ilk iki oyunçudan biri idi.Şirer karyerası boyu İngiltərə futbolunun ali liqasında çıxış etdi. Karyerasına 1988-ci ildə "Sauthempton"da başlayan Şirer 1992-ci ildə "Blekbörn Rovers" keçid etdi və burada özünü Avropanın ən məhsuldar oyunçularından biri kimi göstərmişdir. "Blekbörn Rovers"də keçirdiyi illər ərzində o, 1994-95 Premyer Liqanın çempionu olmuş və həmçinin iki ardıcıl Premyer Liqa Qızıl Butsunu qazanmışdır. 1996-cı ilin yayında o, dövr üçün rekord qiymət sayılan 15 milyon funt-sterlinq müqabilində o, doğma şəhərinin təmsilçisi “Nyukasl Yunayted” klubuna keçdi.
Aleks Şibutani
Aleks Şibutani (ing. Alex Shibutani; 25 aprel 1991, Boston, Massaçusets, ABŞ) — Birləşmiş Ştatları təmsil edən fiqurçu. Aleks Şibutani, Maya Şibutani ilə birgə 2008-ci ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Şibutani cütlüyü, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında 2 dəfə bürünc medalın sahib olub.Şibutani cütlüyü, həmdə 2011-ci və 2017-ci illərdə baş tutan Dünya Çempionatlarının bürünc, 2016-cı ildə baş tutan çempionatın isə gümüş medalına sahib olub, 2 dəfə (2016–2017 və 2017–2018) ISU Qran-Pri Finalında bürünc medala, 2009-cu ildə gənclər arasında Dünya Çempionatında gümüş medala, habelə 8 dəfə (2011, 2012, 2015 və 2018-ci illərdə gümüş, 2013 və 2014-cü illərdə gümüş, 2016 və 2017-ci illərdə isə qızıl) isə ABŞ Çempionatının medallarına sahib olub. Karyerası ərzində 55 yarışa qatılan Şibutani cütlüyü, onların 14-də qızıl medal, 14-də gümüş medal, 14-də isə bürünc medal qazanıb. == Həyatı == Aleks Hideo Şibutani 1991-ci il aprelin 25-də Birləşmiş Ştatların Massaçusets ştatının Boston şəhərində anadan olub. Onun atası Kris Şibutani və anası Naomi Şibutani milliyyətcə yapondurlar. O və bacısı Maya Şibutani, 1998-ci ildə Köhnə Qrinuiç rayonunda idmanla məşğul olmağa başladılar. Onlar, 2005-ci ildən Kolorado ştatının Kolorado Sprinqs şəhərində, 2008-ci ildən isə Miçiqan ştatının Ann-Arbor şəhərində yaşamağa başladılar. O və bacısı, Miçiqan Universitetinin məzunlarıdır.
Aleksandr Şibayev
Aleksandr Şibayev (9 sentyabr 1990) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Aleksandr Şibayev Rusiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Aleksandr Şibayev Rusiyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Aleksandr Şirmaxer
Aleksandr Şirmaxer — Rusiya İmperiyasının və Sovet Sosialist Respublikaları İttifaqının hərbi xadimi, general mayor. Eyni zamanda RSFSR Qırmızı Bayraq ordeninin, Müqəddəs Georgi ordeninin, Georgi xaçının və Georgi silahının kavaleri olan bir neçə hərbiçidən biri. 1931-ci ildən ÜKP-nın üzvü olmağa namizəd olub. == Həyatı == 1891-ci ildə alman ailəsində anadan olub. Atası parovoz maşinisti olub. Vitebsk Kommersiya Məktəbini bitirdikdən sonra 1913-cü ilin avqust ayında könüllü olaraq hərbi xidmətə gedir. Daha sonra Kazan Hərbi Məktəbində təhsil alır və 1914-cü ildə buranı bitirərək zabit olur. Birinci Dünya Müharibəsinin iştirakçısı olan o, 142-ci ehtiyat piyada batalyonunun bölük komandiri, 97-ci ehtiyat piyada batalyonunun kiçik zabiti, 13-cü Belozerskiy piyada alayının bölük komandiri, həmin alayın pulemyotçular dəstəsinin rəhbəri, 617-ci Zborovskiy piyada alayının bölük komandiri, sonradan isə həmin alayın 2-ci batalyonunun komandiri olaraq xidmət edib. 5 ay 617-ci Zborovskiy piyada alayının seçilmiş komandiri olub. 1918-ci ilin may ayından etibarən könüllü olaraq Qırmızı orduya qatılıb və Vətəndaş müharibəsinin iştirakçısı olub.
Aleksandr Şirvanzadə
Aleksandr Şirvanzadə (erm. Ալեքսանդր Շիրվանզադե; əsl adı Aleksandr Minasoviç Movsisyan (erm. Ալեքսանդր Մինասի Մովսիսյան); 18 aprel 1859, Şamaxı, Şamaxı quberniyası – 7 avqust 1935, Kislovodsk) — erməni yazıçısı, dramaturq, publisist, Azərbaycan SSR və Ermənistan SSR-in xalq yazıçısı (1930). == Həyatı == Əslən erməni olan Şirvanzadə 1859-cu ildə Şamaxıda doğulub. Ömrünün ilk on beş ilini burada keçirib. 15 yaşı olanda Bakıya gəlib. Səkkiz il burada yaşayıb. 1905-1910-cu illərdə Parisdə, 1910-1915-ci illərdə Tbilisidə yaşayıb, sonra isə ABŞ-yə, Kaliforniyaya yollanıb. 1931-ci ildə ədəbi fəaliyyətinin 50 illiyinə həsr olunmuş yubiley iclasındakı nitqində deyirdi: Qızıl Ordu Bakını aldığı zaman mən Kaliforniyada idim... Mən dərhal Qafqaza qayıtmaq istəyirdim.
Aləmdə səsim var mənim. Seyid Əzim Şirvani (film, 2014)
Aləmdə səsim var mənim. Seyid Əzim Şirvani qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Vasif Məmmədzadə tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani haqqındadır. == Məzmun == Film XIX əsr Azərbaycan şairi və maarifçisi, öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvaninin həyat və yaradıcılığını əhatə edir.Filmdə şairin obrazını əməkdar artist Pərviz Bağırov canlandırır.
Amazon (Şirkət)
Amazon.com (tələffüzü: ing. /ˈæməzɒn/ və ya /ˈæməzən/) ilk qurulmuş və ən böyük onlayn satış saytıdır. Adını Amazon çayından götürüb. Ceff Bezos onlayn satış şirkətinin adını əlifba sırası üzrə siyahıda önə çıxması üçün Amazon qoyub. Ceff Bezos tərəfindən 1994-cü ildə Amerikanın Sietl şəhərində qurulan şirkət işə ilk öncə kitab sataraq başlamışdır. Hal-hazırda isə Amazon.com-da DVD, musiqi albomu, kompüter proqramı, kompüter oyunu, elektron əşya, mebel kimi fərqli məhsullar satılır. == Ad == Şirkətin ilk adı Cadabra olsa da, bu söz "cadaver" (cəsəd) sözünə oxşadığı üçün bir neçə ay sonra şirkətin adı Amazon olaraq dəyişdirilmişdir. == Alqı-satqı == Alqı-Satqı prosesi çox sadədir. Sadəcə Amazon.com ünvanına daxil olub istədyiniz məhsulu seçirsiniz. Əgər aldığınız məhsulun dəyəri €75 avronu keçərsə vergi verməyəcəksiniz.
Anonim şirkət
S.A. və ya SA, müəyyən ölkələrdə, çox vaxt rəsmi dil olaraq Roman dillərindən birinə sahib olan və mülki hüquqdan istifadə edən bir ictimai şirkət növünü müəyyənləşdirən termindir. Dilindən asılı olaraq, anonim şirkət, səhmdar cəmiyyət, anonim ortaqlıq, səhm şirkət, Böyük Britaniyanın Şirkətlər Haqqındakı Qanununa əsasən xalqa açıq ictimai şirkətə və Amerika Birləşmiş Ştatlarının Korporativ Qanununda göstərilmiş ictimai şirkət deməkdir. Tərəfdaşlıq və Məhdud Məsuliyyətli Cəmiyyətlərdən fərqlənir. Əvvəlcə səhmdarlar tam anonim ola bilər və səhmlərinə əlavə edilmiş kuponları verməklə divident əldə edə bilərlər. Başqa sözlə sənədi əlində saxlayan şəxsə divident ödənilir. Səhmlər özəl olaraq təhvil verilə bilər və buna görə şirkət rəhbərliyi səhmlərin kimə məxsus olduğunu bilməyə bilər.
Anton Şifner
Anton Antonoviç Şifner (alm. Franz Anton Schiefner‎) (18 iyul 1817, Revel — 16 noyabr 1879, Sankt-Peterburq) — filoloq, dilçi. == Həyatı == Anton Antonoviç Şifner 1817-cı ildə anadan olmuşdur. Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş Schiefner 1840-cı ildə Berlin Universitetində şərq dilləri (xüsusilə sanskrit), Peterburqda isə yunan və latın dillərini öyrənmişdir. Rus Elmlər Akademiyasında Tibet dilləri üzrə mütəxəssis işləmişdir. 1863-cü ildən ömrünün sonunadək REA Kitabxanasının şöbə müdiri vəzifəsində çalışmışdır. Schiefner Qafqaz, türk, monqol, fin, Tibet dilləri üzərində çalışmışdır. O, tatar dilinin koybal və kasadas dialektlərini araşdırmışdır. Minusinsk tatarlarının dastanları haqqında bir əsər yazmışdır. Anton Şifner 16 noyabr 1879-cu ildə Peterburq şəhərində 62 yaşında vəfat etmişdir.
Antoni Tu Şihua
Antoni Tu Şihua (Noyabr 22, 1919 – Yanvar 4, 2017) — Çin Vətənpərvər Katolik Assosiasiyasının yepiskopu olmuşdur. 1944-cü ildə Roman-Katolik kilsəsinə keşiş təyin olunmuşdur. Tu Şihua Çin Vətənpərvər Katolik Birliyi tərəfindən 1959-cu ildə papanın mandatı kimi Roma-Katolik kilsəsinə yepiskop təyin olundu. Lakin o, Hanyan Roma Katolik Yeparxiyasının yepiskopluğuna qeyri-legitim şəkildə qəbul edilmişdir.Şihua 4 yanvar 2017-ci ildə Pekində 98 yaşında vəfat etmişdir.
Antonov (şirkət)
Antonov, və ya Antonov ASTC (Ukr: Авіаційний науково-технічний комплекс імені Антонова, АНТК ім. Антонова), köhnə adı ilə Antonov Dizayn Bürosu, Ukraynada yerləşən (1952-ci ildən bəri) təyyarə istehsalı və xidməti firmasıdır. Xüsusilə çox geniş gövdəli təyyarə modelləri istehsal etməkdə olan firma bir dövlətə məxsus müəssisədir. Antonov (model prefiksi An-) firması təxmini olaraq 22000 təyyarə modeli istehsal etmişdir və bunlardan minlərcəsi Şərq bloku ölkələrində və inkişaf etməkdə olan ölkələrdə istifadə edilməkdədir.
Ariel (şirkət)
Ariel — 7 işçiyə malik avtomobil şirkəti. İldə 100-ə qədər avtomobil istehsal etməklə Böyük Britaniyanın ən kiçik avtomobil şirkətlərindən biridir.
Arzu Şirinova
Arzu Xasay qızı Şirinova (d.26.05.1961, Bakı, Azərbaycan) — jurnalist. == Həyatı == Şirinova Arzu Xasay qızı 1961-ci il may ayının 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1978-ci ildə Qubadlı rayonunda orta təhsilini başa vurduqdan sonra babası, mərhum xalq yazışısı Əli Vəliyevin yolunu getmək, jurnalist kimi fəaliyyət göstərmək məqsədilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olmuş və 1985-ci ildə isə ali məktəbi bitirmişdir. == Fəaliyyəti == Arzu Şirinova qiyabi təhsil aldığı müddətdə, eyni zamanda, əmək fəaliyyətinə başlamış və Qubadlı rayonunda nəşr olunan "Avanqard" qəzetində işləmişdir. Həmin illərdə "Azərbaycan qadını" jurnalı, "Azərbaycan gəncliyi" və "Bakı" qəzetlərində publisistik məqalələri, oçerkləri və hekayələri dərc olunur. "Olaylar" İnformasiya Agentliyində parlament müxbiri, "7 gün", "Teleskop", "Karvan", "Yeni Zaman", "Hürriyyət" qəzetlərində redaktor vəzifəsində çalışmışdır. Hazırda "Xalq Cəbhəsi" qəzetində redaktor vəzifəsində fəaliyyət göstərir. Arzu Şirinova publisistik, təhlili və köşə yazılarında Azərbaycan dövlətinin milli maraqlarını qoruyan yazılara, işğal altında olan torpaqlarımızın azad edilməsində milli vətənpərvərlik ruhunun yüksəldilməsilə bağlı məqalələrə, Güney Azərbaycan, Azərbaycanın Türk Dünyasında yeri və rolu, ölkəmizin inkişafı, dünyaya inteqrasiyası kimi məqalələrə üstünlük vermişdir. 2011-ci ildə Arzu Şirinovanın müəllifi olduğu "Cənnətin işğalı" adlı kitabı nəşr olunmuşdur. === Məqalələri === Qərəzin ünvanı Yurdun qisası İtirilmiş ziyalılar Nə deyərlər?
Asahi Şimbun
Asahi Şimbun (yap. 朝日新聞; azərb. "Səhər günəşi"‎) — Yaponiyanın ən qədim və ən böyük gündəlik milli qəzetlərindən biri. == Tarixi == Qəzetin ilk nüsxəsi 1879-cu il yanvarın 25-də Osaka şəhərində buraxılıb. 4 illüstrasiyalı səhifədən ibarət olan ilk nüsxə 1 sen (1/100 yen) dəyərində olub. Qəzetin redaksiyasında 20 nəfər işləyirdi. "Asahi Şimbun"un yaradıcıları Noboru Kimura (sahib), Ryohei Murayama (prezident və naşir) və Tey Çuda (baş redaktor) hesab olunurlar. == Hazırda == Hal-hazırda qəzet ümummilli nəşr hesab olunur və "Mitsui" konserni tərəfindən maliyyələşdirilir. Qəzetin gündüz nəşrinin tirajı 6 mln, gecə nəşrinin tirajı isə 4 mln ədəddir. Səhər nömrələri (saat 14:00-dək) 14 müxtəlif variantda nəşr olunur.
Avropa şiri
Avropa şiri (lat. Panthera leo europaea) — panter cinsinə aid nəsli kəsilmiş heyvan yarımnövü.
Avstraliya dəniz şiri
Avstraliya dəniz şiri, və ya Ağpapaqlı dəniz şiri (lat. Neophoca cinerea) — Qulaqlı suiti fəsiləsinin aid, Avstraliyanın cənub və qərb sahillərində yayayan növ. == Xariçi görünüşü == Bu növün erkəkləri 2,5 metr uzunluğa və 300 kq çəkiyə malik olurlar. Dişiləri isə 1,8 m uzunluğa və 100 kq çəkiyə malik olur. Bu növün fərdləri bir-birindən kəskin fərqlənir: Erkəklər tünd-qəhvəyi, dişilərdə isə üzəri gümüşü-boz və ya açıq qəhvəyi olur. Dişilərin aşağı hissələri nisbətən açıq rəngdə olur. == Yayıldığı ərazilər == Bu növün koloniyalarına Avstraliyanın cənub və sərb sahillərində rast gəlinir. Bəzən onlar sahilə yaxın kiçik adalarda da yaşayırlar. XIX əsrdə onların yaşadığı areal Tasmaniya və Yeni Cənubi Uels ərazilərinidə təşkil edirdi. Avstraliya dəniz şiri heç vaxt bir yerdən başqa yerə miqrasiya etmir (hətta çütləşmə dönəmində).
Avstraliya şirinsu timsahı
Avstraliya şirinsu timsahı (lat. Crocodylus johnstoni) — əsl timsahlar sinfinin dümayəndəsi. Avstraliyanın şimalında şirin suda yaşayır. Əvvəlcə kəşf edənin soyadının yazılmasında bir səhv olduğu üçün Crocodylus johnsoni, yəni Conson timsahı adını alır (Robert Arthur Johnstone, 1843–1905). Səhv bir müddət sonra düzəldilsə də, ədəbiyyatda hər iki ada rast gəlinir. == Görünüşü == Bu nisbətən kiçik bir timsah növüdür. Erkəklər çox nadir hallarda 2,5–3 m-dən çox böyüyürlər. Bu ölçüyə çatmaq üçün canlıya 25–30 il lazımdır. Dişilər ümumiyyətlə 2,1 m-dən çox deyil. Arqayl gölü və Nitmilek Milli Parkı kimi ərazilərdə əvvəllər 4 metrə qədər olan fərdlərə rast gəlinmişdir.
Şi Şinin şirləri yeməsi haqda hekayə
Şi Şi şi şi şi (çin. ənən. 施氏食獅史, sadə. 施氏食狮史, pinyin: Shī Shì shí shī shǐ, hərfi mənası: "Şi Şinin şirləri yeməsi haqda hekayə") — XX əsr məşhur Çin-amerikan linqvisti Çjao Yuanjen (赵元任 Zhào Yuánrèn) tərəfindən klassik Çin dilində zarafatla yazılmış şeir. Şeir 4 müxtəlif tonda tələffüz edilən və 94 dəfə təkrarlanan "şi" hecasından ibarətdir.Klassik Çin dilində yazılmış şeirin mətni əksər savadlı çinlilərə aydın olsa da, bu, tələffüz zamanı deyil, yalnız heroqlifik yazı versiyasında mümkündür. Çin dilinin 2500 illik inkişaf tarixi ərzində klassik Çin dilində formalaşan omofoniya səbəbindən Pekin dialektində tələffüz edildikdə və ya fonetik sistemdə yazıldıqda şeirin mətni tamamilə anlaşılmaz hala düşür. == Şeirin mətni == == İstinadlar == == Xarici keçidlər == 對聯:30.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.10 dəfə / 1 mln.
2003 ••••••• 0.79
2006 •••••••••••• 1.35
2008 •••••••••••••••••••• 2.44
2009 •••••• 0.64
2010 •••••• 0.73
2011 ••••••••••••••••• 1.97
2012 •••••••••• 1.20
2013 ••••••••••••••• 1.75
2014 •••••••••• 1.20
2015 •••••••••••• 1.36
2016 ••••••••••••• 1.56
2017 ••••••••••• 1.30
2018 ••• 0.30
2019 •••• 0.42
2020 ••••••••• 1.06

şi sözünün sinonimləri (yaxın mənalı sözlər)

"şi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şi nədir? #şi sözünün mənası #şi nə deməkdir? #şi sözünün izahı #şi sözünün yazılışı #şi necə yazılır? #şi sözünün düzgün yazılışı #şi leksik mənası #şi sözünün sinonimi #şi sözünün yaxın mənalı sözlər #şi sözünün əks mənası #şi sözünün etimologiyası #şi sözünün orfoqrafiyası #şi rusca #şi inglisça #şi fransızca #şi sözünün istifadəsi #sözlük