Şirvanşah sözü azərbaycan dilində

Şirvanşah

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Şirvanşah • 86.7021%
  • şirvanşah • 13.2979%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şirvanşah
Şirvanşah (fars. شروانشاه‎) – Şirvanşahlar dövlətinin hökmdarlarının daşıdığı rəsmi dövlət titulu. Mənbələrdə Şirvan hökmdarlarına şahlığın Sasanilərin hakimiyyəti zamanı verilməsi qeyd olunmuşdur. Ümumilikdə Şirvanşahlar dövlətində hakimiyyətdə olmuş üç sülalədən – Məzyədilər, Kəsranilər və Dərbəndilər nəslindən olan hökmdarlar, eyni zamanda haqqlarında çox az məlumat qalmış, ərəb istilası dövründən əvvəlki Şirvanşahlar bu titulu daşımışlar. Son Şirvanşah nəsli olan Dərbəndilər, türk ənənəsinə uyğun olaraq Şirvanşah titulu ilə yanaşı "Sultan" və "Xaqan" titulları da daşımışlar. == Sülalələr == Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yox dərəcəsindədir. Rəşidəddin (1247-1318-ci illər) "Məkatubat"ında oğlu Əli üçün nişanladığı Şirvanşahın qızı haqqında danışarkən göstərirdi ki, Şirvanşahlar Dərbənd hökmdarları nəslindən olan qədim xanədandır. "Artıq, iki min ilə yaxındır ki, sultan taxtı onların nəslinə məxsusdur..." Onun hesablamasına görə Şirvanşahlar hələ Əhəmənilər dövründən hakimiyyət sürmüşlər. Rəşidəddinin müasiri olan digər müəllif Kamal əd-Din ibn-əl- Füvati Şirvanşah III Fəribürz ibn Güştaspdan bəhs edərkən göstərirdi ki, o, "qədim xanədan nəslindəndir. Onların nəsli Bəhram Çuibndən başlayır.
Şahrux (şirvanşah)
Şahrux ibn II Fərrux Yasar – Şirvanşahlar dövlətinin qırx üçüncü hökmdarı, Şirvanşah II Fərrux Yasarın oğlu. Şirvanşah Şahrux Şirvanşahlar dövlətinin son hökmdarıdır. Onun 1538 – cu ildə Təbrizdə Azərbaycan Səfəvilər dövlətinin şahı I Təhmasib tərəfindən öldürülməsi ilə Şirvanşahlar dövləti və xanədanı süqut etmişdir. == Fəaliyyəti == Özündən sonra vərəsəsi olmayan II Xəlilullah h.942 (1535)-ci ildə öldükdən sonra Şirvanın feodal əyanları Fərrux Yasarın oğlu və Şeyxşahın nəvəsi on beş yaşlı Şahruxu təcili Dağıstandan Şamaxıya gətirərək Şirvanşahlar taxtına oturtdular. h.942 (1535/6)-ci ildə Şamaxıda Şahruxun adından gümüş sikkə kəsilmişdir. Bu dövrdə Dərbəndi Şirvanşahlar xanədanı tənəzzülə uğradı. Şirvanda hakimiyyət, əslində dövləti azyaşlı Şahruxun adından idarə edən feodal zadəganlarının – başda vəkil Hüseyn bəy Lələ olmaqla, Şirvan əmirlərinin əlində idi. Mənbələrdə heç bir qayda-qanun qalmamış Şirvanda feodal zülmü və özbaşınalığından, xalq kütlələrinin ağır vəziyyətindən, "ölkədə açıq-aşkar ictimai hərc-mərclik yaranmasından" xəbər verilir. === Şirvanda üsyan === Tezliklə, h.944 (1537)-cü il qışın əvvəllərində Şirvanda özünü Şeyxşahın oğlu Sultan Məhəmməd adlandıran qələndəri başçılığı ilə xalq kütlələrinin üsyanı başlandı. O, başına saysız-hesabsız dəstələr toplayaraq Salyanı tutdu və Şamaxıya doğru hərəkət etdi.
I İbrahim (Şirvanşah)
I İbrahim (1382, Şəki – 1417, Şamaxı) — Şirvanşahlar dövlətinin 34-cü hökmdarı. Şirvanşah Şeyx İbrahim Dərbəndilər sülaləsindən olan ilk hökmdardır. Məzyədilər və onun qolu olan Kəsranilər sülalələrinə qohum olan Dərbəndilər sülaləsi etnokonsolidasiya prosesi nəticəsində Azərbaycanın yerli əhalisi qarışaraq öz ərəb simasını itirmiş və türkləşmişdir. == Taxta çıxması == Huşəng 1382-ci ildə öldükdən sonra Şirvan feodalları onun əmisi oğlu İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadı hökmdar seçdilər. Münəccimbaşıya görə Şeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. O və onun atası Sultan Məhəmməd ibn Keyqubad Kavus və Huşəngdən ehtiyat edərək Şəki kəndlərinin birində gizlənmişdilər. Əhməd Qaffarinin məlumatına görə, Şeyx İbrahimin atası oradaca ölmüş, Şeyx İbrahim isə Huşəngin ölümünə və Şirvan feodalları onu Şirvanşahlar taxtına sahib olmağa dəvət edənə qədər həmin yerdə gizlənib qalmışdı. Onun taxta çıxması haqqmda başqa mənbələrdə daha müfəssəl məlumat verilir: Zadəgan nəslindən olan yoxsullaşmış feodal Şeyx İbrahim atası və qohumları ilə birlikdə Şirvanın Şəki nahiyəsindəki kəndlərin birində yaşayaraq, əkinçiliklə məşğul olurdu. Onlar özlərini Sasani şahı I Xosrov Ənuşirəvanın nəslindən hesab edir və şəcərələrini bunun üzərində qururdular. Xalq iğtişaşlarından və feodal çəkişmələrindən sonra Şirvan feodalları Şeyx İbrahimi Şirvanşah seçməyi qərar aldılar.
Mehrab (Şirvanşah şahzadəsi)
Mehrab — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Bürhanəlinin ölümündən sonra Şirvan əyanları Dərbəndi Şirvanşahlar nəslindən Mehrab adlı birisini Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.
Şirvanşah I Xəlilullah
I Xəlilullah (1417, Bakı – 1465, Bakı) — Şirvanşahlar dövlətinin 35-ci hökmdarı, Şirvanşah I İbrahimin oğlu. == Hakimiyyəti == H.820 (1417)-ci ildə Şeyx İbrahimin ölümündən sonra onun yerinə böyük oğlu və varisi Şirvanşah I Xəlilüllah keçdi. Xəlilullah da atası kimi, xarici siyasətində Qaraqoyunlu hökmdarları ilə şiddətli mübarizə aparan Teymurilərə meyl göstərmək mövqeyində dururdu. Xəlilüllah 48 il hökmranlıq sürdükdən sonra h.869 (1465)-cu ildə ölmüşdür. === Teymuri Şahruxla münasibətlər === Gənc Xəlilullah Şirvanşah taxtına çıxan kimi Qaraqoyunlu padşahlarından asılılığını tanımaqdan imtina etdi. 65 yaşlı Qara Yusifin 1420-ci ilin noyabrında Teymurun oğlu Şahruxla (1405–1447-ci illər) müharibə zamanı qəfil ölümü Azərbaycanın siyasi əhvalını dəyişdi və köçəri əmirlərin arasına çaşqınlıq saldı. Onların çoxu Qara Yusifin düşərgəsini tərk edərək dağılışdı. Qara Yusifin oğlu İsgəndər (1420–1429 və 1431–1435-ci illər) bu vaxt Ağqoyunlu tayfasının başçısı Qara Yuluq Osmanla vuruşurdu. Qara Yusifin digər oğlu Cahanşah atasının ölümündən sonra baş verən hadisələrdən xəbər tutaraq Şahruxa tabe oldu və Sultaniyyə şəhərini ona təslim etdi. Təbriz Şahruxun əmiri Əliyə Kükəltaş tərəfindən tutuldu.
Şirvanşah I İbrahim
I İbrahim (1382, Şəki – 1417, Şamaxı) — Şirvanşahlar dövlətinin 34-cü hökmdarı. Şirvanşah Şeyx İbrahim Dərbəndilər sülaləsindən olan ilk hökmdardır. Məzyədilər və onun qolu olan Kəsranilər sülalələrinə qohum olan Dərbəndilər sülaləsi etnokonsolidasiya prosesi nəticəsində Azərbaycanın yerli əhalisi qarışaraq öz ərəb simasını itirmiş və türkləşmişdir. == Taxta çıxması == Huşəng 1382-ci ildə öldükdən sonra Şirvan feodalları onun əmisi oğlu İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadı hökmdar seçdilər. Münəccimbaşıya görə Şeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. O və onun atası Sultan Məhəmməd ibn Keyqubad Kavus və Huşəngdən ehtiyat edərək Şəki kəndlərinin birində gizlənmişdilər. Əhməd Qaffarinin məlumatına görə, Şeyx İbrahimin atası oradaca ölmüş, Şeyx İbrahim isə Huşəngin ölümünə və Şirvan feodalları onu Şirvanşahlar taxtına sahib olmağa dəvət edənə qədər həmin yerdə gizlənib qalmışdı. Onun taxta çıxması haqqmda başqa mənbələrdə daha müfəssəl məlumat verilir: Zadəgan nəslindən olan yoxsullaşmış feodal Şeyx İbrahim atası və qohumları ilə birlikdə Şirvanın Şəki nahiyəsindəki kəndlərin birində yaşayaraq, əkinçiliklə məşğul olurdu. Onlar özlərini Sasani şahı I Xosrov Ənuşirəvanın nəslindən hesab edir və şəcərələrini bunun üzərində qururdular. Xalq iğtişaşlarından və feodal çəkişmələrindən sonra Şirvan feodalları Şeyx İbrahimi Şirvanşah seçməyi qərar aldılar.
Divanxana (Şirvanşahlar sarayı)
Divanxana — Şirvanşahlar sarayının şimal-qərbində, hündür stilobat üzərində inşa edilmiş rotonda-pavilyon. XV əsrdə Şirvanşah Fərrux Yasarın sifarişi ilə inşa edilmişdir. Divanxananın işlədilməsi ilə bağlı bir neçə versiya mövcuddur. Hesab edilir ki, o, mühakimələr, qəbullar və ya dövlət şurası binası olaraq xidmət edirdi və ya türbə idi. Üslub xüsusiyyətləri və naxış işinin tamamlanmamış hissəsi divanxananı XV əsrin sonuna, Səfəvi qoşununun Bakını aldığı vaxta aid etməyə imkan verir. Binanın orijinal memarlıq quruluşunun mənşəyi islamdan əvvəlki dəfn adətləri ilə əlaqələndirilir. Divanxana səkkizguşəli rotondadan ibarət olub, on iki tərəfli günbəzlə tamamlanır. O, səkkizguşəli zaldan açıq eyvanla birləşir. Eyvanın çatma sıra tağları özünəməxsus kapitel və oturacaqları olan doqquz sütuna söykənir. Sütunlar üzərindəki izlər göstərir ki, onlar nə vaxtsa incə daş barelyeflərlə bəzədilib.
Ovdan (Şirvanşahlar)
Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksi — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir. Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Sultan III Muradın adını daşıyan darvaza tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib. Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir.
Səfəvi-Şirvanşahlar müharibələri
Səfəvi-Şirvanşahlar müharibələri — XV-XVI əsrlərdə iki siyasi blok, Səfəvi və Şirvanşahlar arasında baş vermişdir. Bu müharibə əsasən Azərbaycanın şimal və şimal-şərq əraziləri uğrunda olmuşdur. == I mərhələ == Əsas məqalə: Samur döyüşü == II mərhələ == Şeyx Heydər də atası kimi Şirvanı tutmağa çalışırdı. O, Şirvanşahdan Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə 10.000 süvari qoşun topladı və Uzun Həsənin 1478-ci ildə ölümündən sonra yerinə keçən oğlu Sultan Yaqubdan Şirvanşah Fərrux Yasara məktub gətirməklə ondan Şirvan torpaqlarına daxil olan Dərbənddən keçərək, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə yollandı, oranı talan edərək çoxlu əsir götürdü və təntənə ilə Ərdəbilə qayıtdı. 1487-ci ildə çərkəzlər üzərinə ikinci dəfə basqın edən Şeyx Heydər 6.000 nəfər əsir alaraq, eyni yolla Ərdəbilə döndü.Növbəti səfər zamanı Şeyx Heydər atasının qisasını almaq üçün Şirvanşaha müharibə elan etdi. Şirvanşah Fərrux Yasar qiymətli əmlakla ailəsini, habelə şəhər əhalisinin bir hissəsini Şamaxı yaxınlığındakı Gülüstan qalasına ötürdü, özü isə qızılbaşlar ilə döyüşə yollandı, ancaq Şeyx Heydər öz qoşunları ilə üzərinə hücuma keçəndə Şirvanşah Gülüstan qalasına çəkilməyə məcbur oldu. Qisas alan Şeyx Heydər Şamaxıda çoxlu adam qırdı və Şamaxını yandırdı. Sonra Heydər Gülüstan qalasını uzunmüddətli mühasirəyə aldı. Yeddi aya yaxın mühasirədə qalan Şirvanşah çıxılmaz vəziyyətə düşüb yardım üçün Sultan Yaquba müraciət etdi. Sultan Yaqub qayınatası olan Şirvanşaha yardım etmək qərarına gəldi.
Səfəvi-Şirvanşahlar münasibətləri
Səfəvi-Şirvanşahlar əlaqələri — 15-cı əsrin ikinci yarısından başlamış, 16-cı əsrin əvvəlinə kimi əsasən müharibələrlə müşayiət olunmuş əlaqələrdir. 1538-ci ildə Şirvanşahlar dövləti süquta uğradılaraq Səfəvilər dövlətinə birləşdirimişdir.
Səfəvi-Şirvanşahlar əlaqələri
Səfəvi-Şirvanşahlar əlaqələri — 15-cı əsrin ikinci yarısından başlamış, 16-cı əsrin əvvəlinə kimi əsasən müharibələrlə müşayiət olunmuş əlaqələrdir. 1538-ci ildə Şirvanşahlar dövləti süquta uğradılaraq Səfəvilər dövlətinə birləşdirimişdir.
Şirvanşahlar
Şirvanşahlar – Şirvanşahlar dövlətində hakim sülalə. Ərəb mənşəli sülalə olmuşdur. Ərəb işğalına qədərki şirvan hakimləri ilk Şirvanşahlar adlanır. 9-cu əsrdən hakimiyyətə gələn Şirvanşahların isə elmi ədəbiyyat son zamanlardək Məzyədilər, Kəsiranilər və Dərbədilər adı ilə ayrı-ayrı sülalərdən ibarət olduğunu göstərilirdi, ancaq son tədqiqatlar hər üç sülalənin vahid xanədana mənsub olduğunu sübut edir. Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yoxdur. Sara Aşurbəyliyə görə, çox güman ki, bu ilk Şirvanşahlar yerli əhalidən deyil, Sasani şahlarına qohum olub, onlara tabe olan və sonuncuların ölkənin şimal sərhədlərinin qorunmasını etibar etdikləri adamlar idilər. Beləliklə onların İran məşəli olmaları güman edilir. Sonrakı Şirvanşahlar Ərəb əsilli sonradan farslaşmış hakim sülalə idi. Məzyədi ərəblərdən idilər və V.F.Minorskinin fikrincə, bu sülalə fasiləsiz olaraq 1000 ilə yaxın hakimiyyət sürmüşdür. Şirvanşahlar sülaləsinin banisi Yezid ibn Məzyəddir.
Şirvanşahlar (dəqiqləşdirmə)
Şirvanşahlar - Şirvanşahlar dövlətində hakim sülalə. Şirvanşahlar dövləti - Azərbaycan ərazisində Şirvanşahlar tərəfindən idarə olunmuş dövlət. Şirvanşahlar sarayı - XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksi. Şirvanşahlar sarayı - 1969-cu ildə çəkilmiş sənədli film. Şirvanşahlar türbəsi - Şirvanşahlar saray kompleksinin tərkib hissəsi.
Şirvanşahlar Sarayı
Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksi — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir. Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Sultan III Muradın adını daşıyan darvaza tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib. Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir.
Şirvanşahlar Sarayı (film, 1969)
Şirvanşahlar bayrağı
Şirvanşahlar bayrağı — Şirvanşahlar dövlətinin bayraqları haqqında dəqiq məlumat yoxdur. == Bədr Şirvaninin məlumatı == Şirvanşah İbrahimin və onun oğlu I Xəlilullahın dövründə saray şairi olmuş Bədr Şirvaninin yazdığına görə, Şirvanşahlar dövlətinin bayrağı qızılı rəngdə olmuşdur: == "Bütün dövlətlərin kitabı" == 1385-ci ilə aid anonim Kastiliyalı müəllifin kitabı olan "Bütün dövlətlərin kitabı" (isp. Libro del Conosçimiento de todos los rregnos ) Şirvan bayrağından bəhs edir. Kitabın 1350-60-cı illərdə yazıldığı güman edilir. Kitabın 4 əlyazması günümüzə gəlib çatmışdır. Qısaca "Z", "N", "R" və "S" kimi kodlanan bu nüsxələrin sonuncusu və ən genişi "S" nüsxəsidir. Həmçinin "Libro" da adlanır. 1874-cü ildə tapılmış, 1877-ci ildə Madriddə Markos Ximenez de la Espada tərəfindən yenidən yayımlanmışdır. 109 və 250-ci səhifələrdə Şirvandan "Sara dövləti" kimi bəhs edilir, paytaxtı Bakı göstərilir və İran ölkəsinin (Elxanilər) bir hissəsi olduğu qeyd olunur. Mənbədə həmçinin Şirvan dövlətinin bayrağı da göstərilir.
Şirvanşahlar dövləti
Şirvanşahlar dövləti (az.-əbcəd شیروانشاهلار دؤولتی‎, fars. شروانشاهان‎, translit. Shīrwān Shāh) — 861–1538-ci illərdə Cənub-şərqi Qafqazda, əsasən indiki Azərbaycan Respublikası və qismən də indiki Dağıstan ərazisində, vaxtilə mövcud olmuş və sonradan azərbaycanlılaşmış dövlətdir. Ərazisi şərqdə Dərbənddən Kür çayı mənsəbinə qədər Xəzər dənizi sahilərindən başlayaraq, Şirvan tarixi vilayəti ilə yanaşı, qərbdə bəzən Gəncə şəhərinə qədər uzanmış, ayrı-ayrı vaxtlarda Şəki və Qarabağı o cümlədən Beyləqanı da əhatə etmişdir. Paytaxtı Şamaxı, bəzən isə Bakı şəhəri olmuşdur. Şirvanşahlar dövlətinin banisi Heysam ibn Xalid, son hökmdarı isə Şahrux ibn Fərrux Yasar hesab edilir. Şirvanşahlar dövlətinin varlığına Səfəvi hökmdarı I Təhmasibin Şirvana yürüşləri nəticəsində son qoyulmuşdur. Şirvanşahlar dövləti təxminən 7 əsr mövcud olmuş və həmin müddət ərzində dövlətin banisi hesab edilən Heysəm ibn Xalidin nəslindən olan şahlar — Şirvanşahlar sülaləsi, bu dövləti idarə etmişdir. Bəzi tarixçilər Şirvanşahlar sülaləsinin hakimiyyət dövrünü 3 mərhələyə — Məzyədilər, Kəsranilər və Dərbəndilər dövrünə bölürlər və hesab edirlər ki, əgər Məzyədilər özlərinin ərəb mənşələrini qoruyub saxlaya bilmişdilərsə, Kəsranilər özlərini daha çox Sasani şahlarının nəslindən hesab etmiş və İran mədəniyyətinə meyl göstərmişdilər. Dərbəndilər isə ənənəvi "Şirvanşah" titulu ilə yanaşı həm də "Xan" və "Xaqan" titulları da daşımış və türk mədəniyyətinin təsiri altında olmuşdur.Şirvanşahların himayəsi altında Azərbaycan mədəniyyəti zənginləşdirilmiş, inkişaf etdirilmiş, Azərbaycan ədəbiyyatının Əbülüla Gəncəvi, Nizami Gəncəvi, Xaqani Şirvani, Nəimi, Nəsimi, Seyid Yəhya Bakuvi kimi klassikləri yaşayıb yaratmışlar.
Şirvanşahlar dövlətinin əhalisi
Şirvanşahlar dövlətinin əhalisi Şirvan ərazisində yaşamış müxtəlif etnik qruplara aid əhali idi. Şirvan qədimdən Dərbənd və Dəryal keçidləri vasitəsilə şimaldan eləcə də şərqdən və cənubdan (İran vasitəsilə) gəlmiş oturaq və köçəri tayfalarla məskunlaşmışdı. Min illər boyu Şirvan torpağı birbirini əvəz edən Qafqaz və türkdilli tayfalar arasında rəngarəng əlaqələr meydanı olmuşdu. Bunu təkcə yazılı mənbələr deyil, arxeoloji və toponimik məlumatlar da təsdiq edir. == Qafqazdilli tayfalar == VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, şərvanlar, xsranlar, təvəsparlar, xeçmataklar, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlar Dərbənd, Şəki, Muğan düzü, Şirvan, Siyəzən, Xızı, Beşbarmaq, Təbərsəran, Xaçmaz, Şamaxı, Bakı və Quba zonaları hüdudlarında yayılmışdılar. Bu tayfalardan bəziləri "Qafqaz dağları qollarının gəlib çatdığı və Dərbənd divarının, dənizdə əzəmətli qalanın ucaldıldığı" Xəzər sahillərində yaşayırdılar. İndiki ləzgilərin əcdadları olan ləklər bu gün də Quba rayonunun şimal hissəsində, Dərbəndin yaxınlığında yaşayırlar. Təvəsparlar erkən orta əsrlərdə Şirvanşahlara tabe olan cənubi Dağıstanda Təbərsaranda lokallaşdırılır. Xeçmtaklar tayfasının adı Oğuz rayonundakı Xaçmaz kəndi və qalasının, habelə Xəzər dənizi sahilindəki Xaçmaz şəhərinin adında qalmışdır.
Şirvanşahlar gerbi
Şirvanşahlar gerbi — Şirvanşahlar xanədanının və dövlətinin gerbidir. == İlkin məlumat == Şirvanşah I İbrahimin və onun oğlu Şirvanşah I Xəlilullahın dövründə saray şairi olmuş Bədr Şirvaninin yazdığına görə, Şirvanşahlar dövlətinin bayrağı qızılı rəngdə olmuşdur. İki şir və onların arasında bir öküz başının və ətrafında günəş və ay simvolu təsviri isə Şirvanşahlar dövlətinin gerbidir. Engelbert Kempferin fikrincə şirlər qala divarlarını, öküz şəhəri, ay və günəş isə gecə və gündüzü simvolizə edir. Yəni istehkam divarları şəhəri gecə və gündüz qoruyur. == İstifadə == Şirvanşahlar dövlətinin gerbinə XII əsrdə inşa edilmiş Qoşa Qala qapılarının üzərində rast gəlmək olar. 1683-cü ildə Bakının ilk qrafik təsvirini latın dilində yazmış olduğu 2 cildli kitabında vermiş alman alimi Engelbert Kempferin təsviri də bu faktı təsdiqləyir: Şəhərin buxta üzərində yüksələn ən hündür hissəsi şah sarayı adlanan gözəl bir sarayla seçilir; o, qaya üzərində həqiqətən şah möhtəşəmliyi və qeyri-adi əzəməti ilə gözəl yonulmuş, bir-birinə elə ustalıqla pərçim edilmiş daşlardan ucaldılıb ki, tikiş yerləri belə sezilmir. Sarayın qapıları üzərində qarşı-qarşıya durmuş iki şir təsvir edilib. Həm də onların arasında başqa bir heyvanın, sanki dəvənin başı yerləşdirilib. İkinci qapının girişi üzərində də belə fiqur var.
Şirvanşahlar saray kompleksi
Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksi — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir. Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Sultan III Muradın adını daşıyan darvaza tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib. Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir.
Şirvanşahlar türbəsi
Şirvanşahların türbəsi — Şirvanşahlar saray kompleksinin aşağı həyəti ərazisində yerləşən üç tikilidən (digər iki tikili Şah məscidi və Saray hamamıdır) biri. Türbəyə yuxarıdan baxdıqda kəsmə ulduzlarla bəzədilmiş və altıbucaqlı günbəzlə tamamlanmış düzbucaqlı olması görünür. Orta əsrlərdə günbəz üzərindəki ulduz şəkilli yarıqlara mavi rəngli kaşı yerləşdirilmişdi.Binanın simasının mənalığını kompozisiyanın aydınlığı və memarlıq formalarının təfsirinin ciddiliyi müəyyən edir. Gözəl və ustalıqla yerləşdirilmiş işıq və kölgə ləkələrinin təzadına cəhd, üfüqi detallara şaquli detalların, həmçinin sıx naxışlı böyük səthlərə daş hörgü şəbəkələrinin qarşı qoyulması, Şirvan memarlıq çevrəsi üçün ənənəvi şəkildə səciyyəvidir, oyma naxışlar isə ustalıqla yerinə yetirilmişdir. == Tarixi == Giriş üzərindəki kitabə bu tikilinin inşa tarixi və memarı haqqında məlumat verir. Orada yazılmışdır: "Dinin müdafiəçisi, peyğəmbərin adamı, böyük sultan Şirvanşah Xəlilullah, Allah onun şahlığını və hakimiyyətini daimi etsin, bu işıqlı türbəni öz anası və yeddi yaşlı oğlu üçün, Allah onlara rəhmət eləsin, tikdirməyi əmr etdi, 839-cu il"1954-cü ildə şərqşünas alim Ə.Ələsgərzadə portal üzərindki bu yazıları oxumuşdur. Digər yazılar Quran surələrindən götürülmüşdür. Portalı bəzəyən medalyonda yalnız güzgü vasitəsilə oxunan yazı ilə memarın adı yazılmışdır: "Allah, memar Məhəmməd Əli". Məlumdur ki, memarlara tikililər üzərində öz adlarını yazmaq qadağan olunmuşdu. Ona görə də sənətkar öz adını bu yolla şriftləşdirmişdir.
Şirvanşahlar Şahbanuları
Şahbanu (شهبانو‬‎) — Şirvanşahlar dövləti (شروانشاهان) dövründə şahın əsas (baş) xanımına deyilirdi və ən yüksək dövlət adlarından biridir. Azərbaycan tarixində bizim eramızda yaradılmış dövlətlər arasında ilk dəfə Şirvanşahlarda bu titul istifadə edildi. Baxmayaraq ki, 700 ilə yaxın müddət hökm sürmüş Şirvanşahlar dövlətinin tarixində 50 nəfər şahı olub, onların xanımlarından təkcə 17 qadının adı və taleləri tarixə məlumdur. Ümumillikdə, Şirvanşahlar dövlətində hakimiyyətdə olmuş üç sülalədən – Məzyədilər, Kəsranilər və Dərbəndilər nəslindən olan hökmdarlar dövləti idarə ediblər. Şirvanşahlar dövlətinin tarixində ilk şahbanu Heysam ibn Xalidin həyat yoldaşı Dilşahpəsənd Bəyim, ən sonuncusu isə Əbubəkr mirzə Dərbəndin xanımı Məleykəcahan xatın olmuşdur. 9-cu əsrdən hakimiyyətə gələn Şirvanşahların isə elmi ədəbiyyat son zamanlardək Məzyədilər, Kəsiranilər və Dərbədilər adı ilə ayrı-ayrı sülalərdən ibarət olduğunu göstərilirdi, ancaq son tədqiqatlar hər üç sülalənin vahid xanədana mənsub olduğunu sübut edir. Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yoxdur. Sara Aşurbəyliyə görə, çox güman ki, bu ilk Şirvanşahlar yerli əhalidən deyil, Sasani şahlarına qohum olub, onlara tabe olan və sonuncuların ölkənin şimal sərhədlərinin qorunmasını etibar etdikləri adamlar idilər. Beləliklə onların İran məşəli olmaları güman edilir. Sonrakı Şirvanşahlar Ərəb əsilli sonradan farslaşmış hakim sülalə idi.
Şirvanşahların türbəsi
Şirvanşahların türbəsi — Şirvanşahlar saray kompleksinin aşağı həyəti ərazisində yerləşən üç tikilidən (digər iki tikili Şah məscidi və Saray hamamıdır) biri. Türbəyə yuxarıdan baxdıqda kəsmə ulduzlarla bəzədilmiş və altıbucaqlı günbəzlə tamamlanmış düzbucaqlı olması görünür. Orta əsrlərdə günbəz üzərindəki ulduz şəkilli yarıqlara mavi rəngli kaşı yerləşdirilmişdi.Binanın simasının mənalığını kompozisiyanın aydınlığı və memarlıq formalarının təfsirinin ciddiliyi müəyyən edir. Gözəl və ustalıqla yerləşdirilmiş işıq və kölgə ləkələrinin təzadına cəhd, üfüqi detallara şaquli detalların, həmçinin sıx naxışlı böyük səthlərə daş hörgü şəbəkələrinin qarşı qoyulması, Şirvan memarlıq çevrəsi üçün ənənəvi şəkildə səciyyəvidir, oyma naxışlar isə ustalıqla yerinə yetirilmişdir. == Tarixi == Giriş üzərindəki kitabə bu tikilinin inşa tarixi və memarı haqqında məlumat verir. Orada yazılmışdır: "Dinin müdafiəçisi, peyğəmbərin adamı, böyük sultan Şirvanşah Xəlilullah, Allah onun şahlığını və hakimiyyətini daimi etsin, bu işıqlı türbəni öz anası və yeddi yaşlı oğlu üçün, Allah onlara rəhmət eləsin, tikdirməyi əmr etdi, 839-cu il"1954-cü ildə şərqşünas alim Ə.Ələsgərzadə portal üzərindki bu yazıları oxumuşdur. Digər yazılar Quran surələrindən götürülmüşdür. Portalı bəzəyən medalyonda yalnız güzgü vasitəsilə oxunan yazı ilə memarın adı yazılmışdır: "Allah, memar Məhəmməd Əli". Məlumdur ki, memarlara tikililər üzərində öz adlarını yazmaq qadağan olunmuşdu. Ona görə də sənətkar öz adını bu yolla şriftləşdirmişdir.
Şirvanşahların yay iqamətgahı
Şirvanşahların yay iqamətgahı — Şirvanşahların yay sarayı. Dəniz sahilindən 2 km. məsafədə, Nardaran kəndinin şimali-şərq kənarında, yüksək qumsallıqda mövqe tutmuş yay tikilisi həcm-məkan tutumu ilə ətraf tikililər içərisində hakim mövqeyə malikdir. Nardaranın dənizsahili əlverişli iqlimi, strateji əhəmiyyətli coğrafi məkan, XIII–XIV əsrə aid müdafiə qalasının yaxınlığı, Şirvan şahlarının məhz bu ərazini istirahət zonası üçün yararlı hesab etmişlər. Xalq arasında "Xan bağı" adı ilə tanınmış bu tikiliyə "Şah bağı" demək daha düzgün olardı. Şirvan-Abşeron memarlıq məktəbi üslubunda tikilmiş yay yerləşkəsinin üzərində epiqrafik yazıların aşkarlanmaması, memarlıq-plan həllinə, tikinti texnikası və arxitektonikasına görə Şirvan şahlarının Bakının "İçəri şəhər"indəki saray kompleksinə yaxınlığı, bu tikilinin XIII–XIV əsrlərə aid etməyə imkan verir. Nəzərə alsaq ki, Şimali Azərbaycan ərazisində xanlıqların yaranması XVII–XVIII əsrlərə təsadüf edir, onda bu bağın "Şah bağı" olduğu inkaredilməzdir. Yazılı mənbələrdə "Şah bağının" komleks tikililər; onu əhatə edən üzümlüklər içərisində bir neçə kiçik köməkçi xidmət otaqlarının, hovuz və iki su quyusunun olduğundan xəbər verilir. Yəqin ki, bağın ərazisi nə vaxtsa baş tağlı girişə malik olmaqla hasarla əhatələnmişdir. Fasadın dənizə istiqamətlənmiş girişi dərin taxçalı oxvari baş tağla başlanır.
Şirvanşahlı (Məlikan)
Şirvanşahlı (fars. شيروان شاهلو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (35 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.52 dəfə / 1 mln.
2003 •••• 0.39
2004 ••••••• 0.67
2005 •••••••••••••••••••• 2.02
2006 ••••••••• 0.90
2007 ••••• 0.42
2008 ••• 0.24
2009 •• 0.16
2010 ••• 0.27
2011 ••• 0.26
2012 ••••••••••••••••• 1.63
2013 ••• 0.29
2014 •••••• 0.51
2016 •• 0.17
2017 ••••••• 0.65
2018 •••••• 0.60
2019 •••••• 0.56
2020 ••• 0.27

şirvanşah sözünün rus dilinə tərcüməsi

"şirvanşah" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şirvanşah nədir? #şirvanşah sözünün mənası #şirvanşah nə deməkdir? #şirvanşah sözünün izahı #şirvanşah sözünün yazılışı #şirvanşah necə yazılır? #şirvanşah sözünün düzgün yazılışı #şirvanşah leksik mənası #şirvanşah sözünün sinonimi #şirvanşah sözünün yaxın mənalı sözlər #şirvanşah sözünün əks mənası #şirvanşah sözünün etimologiyası #şirvanşah sözünün orfoqrafiyası #şirvanşah rusca #şirvanşah inglisça #şirvanşah fransızca #şirvanşah sözünün istifadəsi #sözlük