Şirvanski sözü azərbaycan dilində

Şirvanski

Yazılış

  • Şirvanski • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əlimran Şirvanski
Dəmirov (Şirvanski) Əlimran Müslüm oğlu — rejissor, aktyor, Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi (1978). 1918 ildən Bakı teatr truppalarında həvəskar aktyor kimi çıxış etmiş, dram dərnəklərinə rəhbərlik etmişdir. 1924-cü ildə Ə. Bayramov adına qadınlar klubunda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" tamaşasında rejissor köməkçisi, həmçinin Vəli rolunun ifaçısı olmuşdur. 1939-1948-ci illərdə Azərbaycan Musiqili Komediya Teatrında aktyor və rejissor vəzifələrində çalışarkən Üseyir bəy Hacıbəyovun bir sıra əsərlərinin quruluşunu vermiş və bu tamaşalarda aktyor kimi iştirak etmişdir. Qoçu Əsgər, Həsənqulu bəy, Rza bəy və s. yadda qalan obrazlar yaratmışdır.Əli İmran Şirvanski Fəhlə-Gənclər Dram Dərnəyinin rəhbəri idi.
Ağa xan Şirvanski
Ağa xan Xankişi xan oğlu Şirvanski (24 yanvar 1897-?)—Şirvan xanları nəslindən, ADR ordusunun zabiti.Ştabs-kapitan == Həyatı == Ağa xan Xankişi xan oğlu Şirvanski 24 yanvar 1897-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Şamaxı şəhər real məktəbi və 1915-ci ildə Mixaylov hərbi məktəbini bitirmişdi. ADR ordusunda xidmət etmişdi.
Cavad xan Şirvanski
Cavad xan Şirvanski (rus. Джавад Хан Ширванский) — Rusiya İmperator ordusunda general mayor. Leyb-Qvardiyanın Qafqaz eskadronunda ilk azərbaycanlı korneti. == Həyatı == 1809-cu ildə və ya 1814-cü ildə Şamaxıda doğulmuşdur. Atası Şirvan xanı Mustafa xan, anası isə İslamı qəbul etmiş gürcü, Adolf Berjenin sözləri ilə desək gözəllikdə tayı-bərabəri olmayan Güləndam xanım (ö. 1858) idi. Saray təhsili almışdır. 2 yaşından bəri Abbas Mirzənin himayəsində böyümüşdür. Muğan düzündəki Xaki kanalının sahibi idi.Həsən bəy Zərdabiyə "Cəmiyyət Xeyriyyə" təşkilatı üçün 3700 rubl kömək etmişdi. == Hərbi fəaliyyəti == 1832-ci ilin iyul-avqust aylarında atası tərəfindən hələ 19 yaşındaykən qohumları Hüseyn bəy Şıxəlibəyli (1797-1842) və Əbdürrəhman sultan (1808-1855) ilə birlikdə Rusiya İmperator ordusuna yazdırılmışdı.
Mustafa Lütfi İsmayılov Şirvanski
Mustafa Lütfi İsmayılov Şirvanski - görkəmli alim, şair və jurnalist, Həştərxanda nəşr olunan Bürhani-Tərəqqinin redaktoru. == Həyatı == Mustafa Lütfi bir müddət Şamaxıda yaxşı müəlimlərdən dərs alandan sonra İstanbula köçmüş, orada şamaxılıların yaxşı tanıdığı savadlı, adı heç bir yazılı mənbədə çəkilməyən, sənədlərdə göstərilməyən elm ocağında oxumuşdur. Rusiya çarının 17 oktyabr 1905-ci il tarixli manifestinin verdiyi imkanlardan istifadə edərək, o, xalı-xalça alverçisi kimi Həştərxana gəlmiş, qısa bir müddətdən sonra- noyabrın 26-da burada "Şurayi- İslam" adlı ictimai-siyasi cəmiyyət yaradır. Mustafa İsmayılov təhsildə tərbiyənin rolunu yüksək qiymətləndirməyə meyilli pedaqoq kimi cəmiyyətin nəzdində "Darül -ədəb" (ədəb evi, ədəb məktəbi"), qızlar üçün "Nümuneyi-tərəqqi" adlı zəmanənin tələb etdiyi yeni tipli məktəb açır. Mustafa İsmayılov Həştərxanda Azərbaycan dilində qəzet çıxarır. Təəssüf ki, bu qəzetin dilini tədqiq edən Minnulin Bəxtiyar Kimoviç elm aləminə "Bürhani -tərəqqi"ni tatar dilli qəzet kimi təqdim etmişdir.

Oxşar sözlər

#şirvanski nədir? #şirvanski sözünün mənası #şirvanski nə deməkdir? #şirvanski sözünün izahı #şirvanski sözünün yazılışı #şirvanski necə yazılır? #şirvanski sözünün düzgün yazılışı #şirvanski leksik mənası #şirvanski sözünün sinonimi #şirvanski sözünün yaxın mənalı sözlər #şirvanski sözünün əks mənası #şirvanski sözünün etimologiyası #şirvanski sözünün orfoqrafiyası #şirvanski rusca #şirvanski inglisça #şirvanski fransızca #şirvanski sözünün istifadəsi #sözlük