Şirvanlı (Oğuz)
Şirvanlı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Rayon mərkəzindən 13 km cənub-şərqdə, Qumlaq kəndinin şərqində yerıəşir. Qumlaq İnzibati Ərazi Dirəsinə daxildir. “Şirvan” – dünyanın yaranışından soraq vrən işıqlı sözdür. Oğuz rayonundakı Şirvanlı kəndi də öz adında bu işıqlı sözü yaşatmaqdadır. “Şirvan” toponimi nəinki respublikamızın Sabirabad, Ağdam, Bərdə, Oğuz, İsmayıllı, Şamaxı, Neftçala rayonlarında, həmçinin Orta Asiyada, İranda, Şimali İraqda, Kiçik Asiyada geniş arealda yayılmışdır. Azərbaycan ərazisində Şirvanşahlar dövləti, Şirvan xanlığı, Şirvan bəylərbəyliyi, Şirvan vilayəti olmuşdur. Bakı şəhərindəki Şirvanşahlar sarayı dünyanın nadir memarlıq incilərindən biridir. Şirvan düzü Azərbaycan Respublikasının barlı - bərəkətli coğrafi ərazisidir. Ərəb müəlliflərindən əl-Blazuri, ət-Təbəri, əl-İstəxri ilkin orta əsrlərdə Azərbaycan ərazisində Şamaxı şəhərinin yaxınlığında Şirvan adlı şəhərin olduğunu yazmışlar.