* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [fars.] 1. Segah məqamında zərbli muğam. Sürü-sürü qoyunları çoban yamacda otladır; Alır ələ papağını, oxur şikəstə, fit çalır. A.Səhhət. Həzin şikəstə oxuması Gülzarın fikrini dağıtmaq əvəzinə daha da onu qəhər və yas içində boğurdu. T.Ş.Simurq. İçi adamla dolu qayıqlarda xanəndələr şikəstə oxuyurdular. Ə.Məmmədxanlı. 2. sif. məc. klas. Sınıq, qırıq, qırılmış, sınmış. İntizarın mən çəkirəm neyvəstə; Könül pərişandır, xatir şikəstə. M.V.Vidadi. Sınıq səbudə su tutmaz qərar, mey durmaz; Şikəstə könlümə məhvəm ki, qan ilən doludur. Q.Təbrizi. [Cavan sevgilisinə:] Nə oldu? Söylə, neçin böylə bivəfa çıxdın? Şikəstə könlümü, bilməm, neçin yaxıb yıxdın? H.Cavid. □ Şikəstə etmək klas. – sındırmaq, qırmaq, üzmək. Etmə şikəstə Seyyidi, ey badəxar, xar; Etsin sənə həmişə bu əhli-dua, dua. S.Ə.Şirvani. 3. sif. məc. Qəlbi qırılmış, qəlbi yaralı, ürəyi sınmış. Şikəstə Zakirəm, sevmişdim səni; Atəşi-fəraqə yandırdın məni. Q.Zakir. Hicran tüccariyəm, qəm şikəstəsi; Axtarıram bu dünyanı sini-sin. Aşıq Ələsgər. 4. is. Fars yazısında işlədilən, sürətlə yazılan yazı xətlərindən birinin adı. Şikəstə xətti.
Azərbaycan dilinin izahlı lüğəti / şikəstə3 f. 1) qırılmış, sınmış; 2) üzgün, əldən düşmüş; 3) qəlbi qırılmış; incimiş; 4) solğun, solmuş; 5) əyilmiş, əyri; 6) sürətlə yazılan xəttin adı; 7) klassik Azərbaycan muğamlarından birinin adı. Şikəstei-farsi muğamlardan birinin adı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / şikəstə1 ŞİKƏSTƏ I is. [ fars. ] Segah məqamında zərbli muğam. Tarın tellərində kəsmə şikəstə; Tutmuşdum dişimdə bir tatlı bəstə (M.Müşfiq). ŞİKƏSTƏ II is. [ fars. ] Fars yazısında bir xəttin adı. Xəttat Nəcəfqulu məktəbinin dizi dibində çox oturmuş, sünbüli, reyhani, nəsx, şikəstə, süls xətlərindən dərs almışdı (Ə.Cəfərzadə).
Azərbaycan dilinin omonimlər lüğəti / şikəstə2 I сущ. шикесте: 1. один из ритмических лирических мугамов. Şikəstə oxumaq петь шикесте 2. название одного из лирических ашугских мелодий 3. название одного из почерков скорописи в фарсидской письменности II прил. 1. устар. перен. разбитый (разрушенный, погибший), изломанный. Şikəstə könül разбитая душа (разбитое сердце) 2. перен. обиженный (на жизнь, на судьбу), с разбитой душой. Şikəstə şair обиженный (на жизнь) поэт, поэт с разбитой душой
Azərbaycanca-rusca lüğət / şikəstə1 [fars.] 1. шикеста (мугъамат); 2. прил. пер. клас. ханвай, хайи (мес. рикӀ, хатур); şikəstə etmək клас. хун; рикӀ хун, хатур хун; 4. прил. пер. рикӀ ханвай, рикӀел хер алай; 5. фарс чӀалан кхьинра гзаф фад-фад кхьидай хатӀарикай садан тӀвар.
Azərbaycanca-ləzgicə lüğəti / şikəstə