* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars.] 1. Bədənin hər hansı bir üzvündən məhrum olmuş və ya hər hansı bir səbəbə görə onu itirmiş; əlil. Uşaq anadangəlmə şikəst (z.) doğulmuşdur. Şikəst oğlan. Şikəst qoca. – Əlbəttə, əzadan ki bir zad əskik olsa, şikəst hökmündədir. C.Məmmədquluzadə. [Hacı Bayram:] Onu bil ki, sənin şikəst atana, qoca anana rəhmim gəlib, istəmişəm, sizə bir qədər çörək verim. Ə.Haqverdiyev. Qocanın isə bu şikəst qızdan başqa dünyada heç kimi yoxdur. Ə.Məmmədxanlı. // İs. mənasında. Müharibə şikəstləri. Şikəstlərə kömək. □ Şikəst etmək (eyləmək) – 1) bədən üzvlərindən birini sındırmaq, qırmaq, zədələmək. Səng şikəst eylədi balü pərim; Banlamağın hasilini anladım. M.Ə.Sabir. [Hambal:] Məşədi, Allah qüvvət versin, amma belimi şikəst eylərsən. Ü.Hacıbəyov. [Sərvinaz:] Necə qıydın, o cür gözəl atı şikəst elədin? İ.Əfəndiyev; 2) məc. Korlamaq, xarab etmək, pozmaq. O kəslər ki, müəllimlik kimi … xidməti tərk edib, qeyri peşə dalısınca gediblər, mənəviyyat cəhətincə öz əhdü peymanlarını şikəst ediblər. F.Köçərli; 3) məc. Müharibədə məğlub etmək. Düşmənin qoşununu şikəst etmək. Şikəst olmaq (tapmaq) – 1) xəstəlikdən və ya başqa bir səbəbdən bədən üzvlərindən birini itirmək və ya sıradan çıxarmaq; əlil olmaq. Müharibədə ayağından şikəst oldu. – [Gülbəniz:] Buruqda döşəmə və körpü həmişə palçığın içində olur. Fəhlə sürüşüb şikəst ola bilər. M.Süleymanov; 2) məc. Xarab olmaq, korlanmaq, pozulmaq, nöqsanlı olmaq. Əgər şerim şikəst olsa, mənə etmə məlamət, kim; Şikəstə söz bəyan etmək şikəst təbə mədyundur. Heyran xanım; 3) məc. Müharibədə məğlub olmaq, basılmaq, sınmaq, pozulmaq. Ona binaən Yusif şahın həvaxahları şikəst tapıb, hər kəs bir növ ilə başın mərəkədən qıraq çəkdi. M.F.Axundzadə. 2. məc. Sınıq, nöqsanlı. Stolun bir qıçı şikəstdir.
Azərbaycan dilinin izahlı lüğəti / şikəst2 f. 1) qırma, sındırma; 2) qırıq, sınıq; 3) məğlub olma; basılma; 4) əlil.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / şikəst1 Farsca şekəstən (sındırmaq) məsdərindən əmələ gəlib. İşgəncə (əsli: şekənçe) sözü də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / şikəst4 ŞİKƏST [Seyyid:] Bundan əvvəl, hamı dərdlər, mərizlər, şikəstlər, məyublar onun qəbrindən dərdlərinə dərman alardılar (Ə.Haqverdiyev); ƏLİL Nəriman belə söhbətləri çox eşitdiyindən, göz qabağında Hacı Bayram kimi qansoran, minlərlə desyatin yer sahibi olan mülkədarları, yersiz-yurdsuz füqəranı, özünün kor əlil atasını gördüyündən gözləri açılıb, dərindən yuxudan ayılmış bir adam olmuşdu (Ə.Haqverdiyev); MAYIF Hacı: Kor olsun, topal olsun, mayıf olsun, övlad olsun! (Mir Cəlal); ŞİL Şil istəyir qüvvət alsın; Tərpənməyən dizlərinə; Kor yalvarır işıq gəlsin; Zülmət çəkən gözlərinə (M.Rahim).
Azərbaycan dilinin sinonimlər lüğəti / şikəst2 I прил. 1. битый, поломанный. Şikəst kürsü поломанное кресло 2. увечный. Şikəst uşaq увечный ребенок, şikəst qadın увечная женщина 3. искалеченный, изувеченный: 1) получивший увечья, сделавшийся калекой. Şikəst əl изувеченная рука 2) перен. нравственно изуродованный. Şikəst tale искалеченная судьба II сущ. разг. инвалид, калека: 1. человек, лишившийся какой-л. части тела или способности владеть ей. Müharibə şikəstləri (əlilləri) инвалиды войны, şikəstlərə kömək помощь калекам 2. перен. о ком-л. нравственно испорченном, изуродованном (дурным воспитанием, плохим, слабым обучением). Əqli (zehni) cəhətdən şikəst умственный (-ая) калека, şikəst doğulmaq родиться калекой; şikəst edilmək изувечиваться, быть изувеченным, калечиться, быть искалеченным; şikəst etmək калечить, искалечить: 1) причинить к ому-л. тяжёлые увечья, сделать калекой; изувечить, изуродовать. Uşağı şikəst etmək искалечить ребенка, belini şikəst etmək искалечить спину 2) перен. причинить повреждение, привести что-л. в негодность. Maşını şikəst etmək искалечить машину 3) перен. нравственно испортить, изуродовать (дурным воспитанием, плохим, слабым обучением). Həyatını şikəst etmək kimin искалечить жизнь чью, pis tərbiyə ilə uşaqları şikəst etmək калечить детей дурным воспитанием, tələbələri şikəst etmək калечить студентов
Azərbaycanca-rusca lüğət / şikəst1 I. i. cripple, invalid; müharibə ~i war cripple; ~lər üçün ev home for invalids II. s. invalid, disabled; ~ əsgər disabled soldier; ~ etmək to invalid (d.), to cripple (d.); to break*(d.); ~ olmaq to be* crippled / invalid; to become* crippled / invalid
Azərbaycanca-ingiliscə lüğət / şikəst1 is. handicapé m, - e f ; mutilé m, -e f ; invalide m, f ; estropié m, - e f ; müharibə ~ləri mutilés de guerre ; ~ etmək mutiler vt, estropier vt ; ~ olmaq être mutilé, -e ; être estropié, -e
Azərbaycanca-fransızca lüğət / şikəst1 [fars.] прил. 1. инвалид; набут (шулу, къецӀи, буьркьуь, члахъ ва я мс. бедендин паярикай садакай магьрум тир, нукьсан квай); şikəst etmək (eyləmək) а) набут авун, бедендин паярикай сад (гъил, кӀвач ва мс.) яна хун, набутрун, инвалид авун; б) пер. чӀурун; в) пер. дяведа магълуб авун, кӀаник кутун; şikəst olmaq (tapmaq) а) набут хьун, инвалид хьун; б) пер. чӀур хьун, нукьсанлу хьун; в) пер. дяведа магълуб хьун, кӀаник акатун; 2. пер. набут, ханвай, нукьсан квай.
Azərbaycanca-ləzgicə lüğəti / şikəst