Bakı şikəstəsi
Bakı şikəstəsi - Hər bölgənin özünəməxsus şikəstəsi vardır: Bakı şikəstəsi, Qarabağ şikəstəsi və Şirvan şikəstəsi. Bu məclislər arasında müsabiqələr keçirilir, qaliblər mükafatlandırılırdı. Məclisin harada keçirilməsindən asılı olmayaraq hər üç şikəstə mənsub olduğu müvafiq bölgənin ifaçıları tərəfindən “himn” kimi səsləndirilirdi.
== Bakı şikəstəsi haqqında ==
A.İ.Nəcəfzadənin Etnoorqanologiya musiqi təmayüllü ali məktəblər üçün dərsliyində haqqında danışdığımız zərbli muğamın ilkin adının Bakı şikəstəsi olduğu bildirilir
Xalq artisti Baba Mahmudoğlu (1940-2006) Dastan folklor ansamblı ilə Kəsmə şikəstə ni məşq edərkən söyləyirdi: Bu şikəstənin əsl adı Bakı şikəstəsi olub. 5 Sonradan ifaçıların dilində Bakı sözü kəsmə ilə əvəzlənib və elmi ədəbiyyata da bu şəkildə düşüb . Mən 10 il (1979-1989) həmin ansambılın musiqi rəhbəri olmuşam. B.Mahmudoğlu oxuyacağı hər hansı musiqi haqqında öncə bizə, ansamblın üzvlərinə ətraflı məlumat verirdi. Sonra həmin melodiyanı məşq edib lentə alırdıq. Kəsmə şikəstə ni də Azərbaycan radiosunun fondu üçün belə ifa etmişik.1954-cü ildə Əziz Özər Türkiyədə Azərbaycan türkü və oyun havalan adlı əsərində Bakı şikəstəsindən bəhs edir Kəsmə şikəstəsi nin ilkin adının Bakı şikəstəsi olduğunu təsdiqləyən faktların ən mühümü etnoqrafik, xalqm yaddaşından süzülüb gələn mənbələrdir. Onlardan da Aşıq Məhəmmədin, Vamiq Məmmədəliyevin, Möhlət Müslümovun, Faiq Çələbiyevin, Valeh Rəhimovun, Vüqar Əhmədin, Elxan Müzəffərovun dediklərinə əsaslanırıq.