* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2007 | •••••••••••••••••••• | 0.42 |
2010 | ••••• | 0.09 |
2011 | ••••••••• | 0.17 |
2012 | ••••••••• | 0.17 |
2013 | ••••••• | 0.15 |
2016 | ••••••••• | 0.17 |
1 is. Qənd, şəkər, konfet, nabat və s. şirin şeylər; şirniyyat, qənnadı. Şirni almaq. Şirni yemək. – Hünər heç vaxt öz əlində bu qədər şirni görməmişdi. Mir Cəlal. At kişmiş qoxusunu alaraq, Ayaza yaxın gəldi və şirnini onun ovucundan sümürdü. Ə.Məmmədxanlı. ◊ Şirni içilmək – nişanlanmaq, üzük taxılmaq. Bir həftə sonra şirni içildi, kəbin kəsildi, toy dəsgahı Məşədi Cavadın vəfatının ili çıxmasına qaldı. B.Talıblı. Şirni içmək – nişanlamaq. [Novruzqulu:] Kəbleyi, nə vaxt buyurursunuz, şirni içməyə gələk? H.Sarabski. Şirni vermək – xoş, xeyir bir iş münasibətilə şirniyə qonaq eləmək. Təzə evin şirnisini vermək. Paltarın şirnisini vermək.
Azərbaycan dilinin izahlı lüğəti / şirni2 ŞİRNİ Hətta uşaqlara şirni paylayanlar da olurlar (M.İbrahimov); QAQQA (uşaq dilində) Nazlı bala, göyçək uşaq; Yaxşı-yaxşı qaqqa verim mən sənə (A.Səhhət).
Azərbaycan dilinin sinonimlər lüğəti / şirni2 сущ. 1. сладости (кондитерские изделия, конфеты и т.п.). Şirni almaq купить сладости 2. леденец (прозрачная конфета из застывшей смеси сахара с фруктовым соком). Şirni sormaq сосать леденцы 3. монпасье (сорт фруктовых леденцов) 4. подушечки (сорт дешевых конфет с начинкой, напоминающих по форме подушку; конфета такого сорта). Şirni ilə çay içmək пить чай с подушечками, şirni qatmaq подсластить, подслащивать; şirnisini artıq eləmək переслащивать, пересластить; şirni qatılmaq подслащиваться, быть подслащенным ◊ şirnisini içmək отметить помолвку, обручение кого-л.; помолвить, обручить кого-л.; şirnisi içilmək быть помолвленной, обрученной; şirnisini vermək nəyin: 1. устроить угощение, угостить по поводу какого-л. события. Təzə evin şirnisini vermək устроить угощение в связи с новосельем, отметить новоселье 2. ставить, поставить угощение, дать взятку, заплатить за услугу, угостив чем-л.
Azərbaycanca-rusca lüğət / şirni1 сущ. ширни; шекер, къенд, къенфет, набат ва мс. ширин затӀар, ширинбур; ширинлух; ** şirni içilmək лишанламиш хьун, тупӀал акалун (кутун); şirni içmək шуьрбет хъун, лишан кутун, лишанламишун; şirni vermək ширни гун, ширинлух гун (са хийир кар, цӀийиз къачур кӀвал, машин, пек ва мс. патал).
Azərbaycanca-ləzgicə lüğəti / şirni