MC sözü azərbaycan dilində

MC

Yazılış

  • MC • 87.4085%
  • Mc • 10.2489%
  • mc • 2.0498%
  • mC • 0.2928%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
MC-70 sürtküsü
MC-70 sürtküsü — Dəniz sürtküsü adı altında tanınır, yumuşaq mazdır. == Xarici görünüşü və tərkibi == Qəhvəyi rəngli hamar yumşaq mazdır. Sabunlu-karbohidrogen sürtkülərinə aid olub və barium və aluminium sabunların və serizinin qarışığı ilə qatılaşdırılır. == Tətbiq şəraiti == MC-70 sürtküsünün damcıdüşmə temperaturunun aşağı olması və dispersiya mühitinin yüksək buxarlanması səbəbindən onun tətbiq temperaturu 650C-dən yuxarı olmur. Yaxşı aşağıtemperatur xassələri sürtkünü mənfi −450C-də, daha güclü mexanizmlərdə isə mənfi −500C-yə qədər temperaturlarda müvəffəqiyyətlə istifadəsinə imkan verir. MC-70 sürtküsünün fərqli xüsusiyyətlərindən biri onun suya qarşı davamlığı və yüksək mühafizə xassəsinə malik olmasıdır. Bu sürtkü daima dəniz suyu ilə təmasta olan mexanizmlər üçün, o cümlədən sualtı qayıq və dəniz gəmilərinin avadanlıqları və mexanizmləri üçün nəzərdə tutulur. Həmçinin, yüksək mühafizəedici qabiliyyət və eyni zamanda şaxtaya davamlıq tələb edən yerüstü maşınlarda da kifayət qədər geniş tətbiq edilir. MC-70 sürtküsünün saxlanma müddətində stabilliyi qənaətbəxşdir. MC-70 sürtküsünü yelləmə və sürüşmə diyircəklərində, müxtəlif ötürücülərdə, sürtünmə səthlərinin işinin təmin edilməsində və s.
Natalie Mc Qiffert
Natalie McQiffert (d. 14 mart 1997) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Natalie McQiffert, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. McQiffert həm də 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. Natalie McQiffert 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Kiana Eide, Alisa Kano, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
.mc
.mc — Monakonun internet kodu.
MC
MC — Reper. .mc — Monakonun internet kodu.
Fiona McKann
Fiona McKann (d. 13 may 1987) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Fiona McKann, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Fiona McKann, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
Ian McShane
Ian David McShane (29 sentyabr 1942, Blekbörn, Lankaşir) — İngilis mənşəli aktyor. Bir çox filmlərdə və seriallarda rol almışdır. Keçmiş futbolçu Harry McShane-nin oğludur. 2004-cü ildə Deadwood teleserialındakı roluna görə "Dram Serialının Ən Yaxşı Aktyoru" nominasiyasında Qızıl qlobus mükafatını qazanmışdır. 2007-ci il istehsalı olan Butterfly on a Wheel (azərb. Xəyanətin əvəzi‎ filmində Meredith rolunu canlandırmışdır.
Liam McIntyre
Liam Ceyms MakIntayr (ing. Liam James McIntyre; d. 8 fevral, 1982, Adelaida) — Avstraliya aktyoru. O, Starz TV-nin seriyası olan Spartak: İntiqam və Spartak:Lənətlilərin Müharibəsindəki Spartak rolu ilə tanınır. MakIntayr film karyerasına qısa filmlərlə başladı. Sonra isə Avstraliyanın məşhur Raş və Qonşuları serialında qonaq aktyor kimi fəaliyyət göstərdi. Sonra isə Spartak serialında Spartak roluna çəkilməyə namizəd oldu. Çünki Whitfield xərçəng səbəbi ilə filmdə roluna davam edə bilmədi və ölümündən əvvəl serialdan tamamilə çəkildi. Beləliklə də McIntyre Spartak rolunu icra etməyə başladı. McIntyre Herakl əfsanəsi filmində Sotiris rolunu canlandırdı.
MCB BOKT
MCB BOKT (köhnə adı MCB Lizinq) ya da MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti Pakistanın ən böyük banklarından biri olan MCB Bank Limited tərəfindən təsis edilmişdir == Tarix == “MCB Lizinq” Qapalı Sәhmdar Cәmiyyәti 2009‑cu ilin oktyabr ayında qapalı sәhmdar cәmiyyәti kimi tәsis edilmişdir. Şirkәt sәhmlәrin әsas hissәsi Pakistan İslam Respublikasında fәaliyyәt göstәrәn “MCB Bank Limited” Şirkәtinә vә bir qismi isә Azәrbaycan Respublikasının vәtәndaşı olan fiziki şәxsә mәxsusdur. 2019-cu il aprelin 4-də “MCB Lizinq” QSC bank olmayan kredit təşkilatına (BOKT) çevrilib. Maliyyə qurumu “MCB Lizinq”in bazasında yaradıldığı üçün onun hüquqi ünvanı (Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, məhəllə 1 054, ev 49B), nizamnamə kapitalı (4 283 675 manat) və qanuni təmsilçisi (Rəmal Cəfər oğlu Cəfərov) lizinq şirkəti ilə eynidir. == Fəaliyyət == Şirkәtin әsas fәaliyyәti Azәrbaycan iqtisadiyyatının gәlirli, rәqabәtәdavamlı sektorlarında fәaliyyәt göstәrәn Kiçik vә Orta Sahibkarlara (KOS) geniş hәcmli maliyyә mәhsulları tәqdim etmәkdir. “MCB BOKT” QSC Azәrbaycan iqtisadiyyatının müxtәlif sektorlarında fәaliyyәt göstәrәn şirkәtlәrә öz biznes ehtiyaclarını qarşılamaq üçün bütün növ nәqliyyat vasitәlәrinin, tikinti texnikasının, avadanlığın vә daşınmaz әmlakın kredit / lizinq yolu ilә әdlә edilmәsini tәklif edir. == Maliyyə göstəriciləri == “MCB Bank Olmayan Kredit Təşkilatı” QSC 2021-ci ili 659 min 121 manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 491 min 468 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “MCB BOKT”un xalis mənfəəti 34% artıb. 2020-ci illə müqayisədə 2021-ci ildə “MCB BOKT”un portfeli (maliyyə lizinqi üzrə xalis investisiya) 57% artaraq 12 milyon 416 min 565 manata yüksəlib.
MCOT HD
MCOT HD (tay เอ็มคอตเอชดี) — 24 iyun 1955-ci ildə başlamış və MCOT-a məxsus bir Tayland sərbəst televiziya şəbəkəsidir.
MCP
Milli Cəbhə Partiyası qısaca MCP və ya Azərbaycan Milli Cəbhə Partiyası qısaca AMCP — Razi Nurullayev tərəfindən Azərbaycan Milli Cəbhə Partiyası qısaca AMCP adıyla qurulan və daha sonra adı dəyişdirilən siyasi partiya. Partiya 2020-ci il sentyabrın 1-də dövlət qeydiyyatına alınnmışdır. Partiya özünü ideoloji olaraq sosial-demokrat adlandırır. Milli Cəbhə Partiyasının sədri 2020-ci ildən Razi Nurullayevdir. Partiyanı Milli Məclisdə sadəcə sədri təmsil edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Milli Cəbhə Partiyasının üzvlərinin 85%-i kişi, 15%-i isə qadın olmuşdur. == Tarixi == 19 avqust 2015-ci ildə Əli Kərimlidən narazı qüvvələr AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər. 27 sentyabr 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb, 18 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib. Razi Nurullayev 2020-ci il 29 iyul tarixində partiyasının qurultayında AXCP adından imtina etmiş və yeni Milli Cəbhə Partiyasını təsis etmişdir. Partiya 1 sentyabr 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır.
MCS
MCS rep grupudur .(17.02.2014) tarixində qurulmuştur == Haqqında == Mcs mənası Millətim Cəmiyyətim Siyasətim deməkdir əslində ən başda grubu quran Əsədli Elvin-Məhəmməd öz adı və ən yaxın dostları Səmral və Camalın adının baş hərfinin birləşdirməsindən MCS qoymuşdur. Daha sonra bunun mənasız olduğunu düşünərək Millətim Cəmiyyətim Siyasətim sözlərini uyduraraq MCS adını dəyişməmişdir. MCsin baş mövzuları xalqın çətin vəziyyəti gündəlik çətinliklər ləkəli siyasət mövzuları olmuşdur. Hər zaman xalqın yanında olmuş MCS qurulduğu tarixdən fəaliyyət dövründə hər zaman xalqın yanında olacağına insanlıq adına işlər görəcəyinə söz vermişdir. MCS ilk track'i 2015 ildə yayımlanmışdır. MCSin üzvlərindən ən çox bilinəni Röyal Ramazanov və Əsədli Elvin-Məhəmməd olmuşdur. MCS özü ilə birlikdə yeni bir anlayış Küçə Ədəbiyyatı anlayışını gətirmişdir. Küçə Ədəbiyyatı insanların ağır vəziyyətini görərək onlara yol gösdərməyə çalışan bir cəmiyyətdir. Gəncləri səhv yoldan ayırıb düz yola yenidən qaytarmağa çalışan insanlığı həmişə vacib bir amil kimi göstərən küçə ədəbiyyati bu sözlərilədə tanınır "Bizə yaşamaq üçün tiryək yox kitab lazımdır".
McDonald's
McDonald's — 1940-cı ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. Şirkətin mənzil-qərargahı ABŞ-nin Çikaqo şəhərinin yaxınlığında, Oak Brukda yerləşir. == Haqqında == === Tarixi === 1940-cı illərin sonunda Dik və Mak Makdonald qardaşları San-Bernardinoda (Kaliforniya) sürücülər üçün açdıqları kiçik restoranı təkmilləşdirmək üçün yeni üsullar axtarırdılar. Yaxşı gəlir gətirən bizneslərində kiçik dəyişikliklər etmək əvəzinə, onlar sürətli xidmət, ucuz qiymət və böyük həcmə əsaslanan tamamilə yeni bir konsepsiya icad etdilər. Onlar piştaxta qarşısında özünəxidmət üsuluna keçərək, 25 növ yeməkdən ibarət Barbekyu menyusundan imtina edib, cəmi 9 adda məhdud menyuya üstünlük verdilər: bunlar qamburger, çizburger, üç cür soyuq içki, süd, kofe, qızarmış kartof dilimləri, kökə və restoran işə başladıqdan sonra əlavə olunan kartof-fri və südlü kokteyl idi. 1950-ci illərin ortalarında onların qamburger istehsalı üzrə kiçik fabrikləri ildə 350 000 dollar gəlir gətirirdi. Əvvəlki restoranla müqayisədə indi satışın həcmi demək olar, 2 dəfə artmışdı. Makdonald qardaşları öz tennis meydançalarının döşəməsində diz üstə sürünərək təbaşirlə əvvəlki restoranın mətbəxindən iki dəfə böyük olan yeni növ mətbəxin konstruksiyasını cızdılar. Qidanın hazırlanması zamanı işçilərin hərəkətini öyrənərək, onlar avadanlıqları daha effektiv şəkildə yerləşdirməyə nail oldular. 1954-cü ildə südlü kokteyl hazırlayan maşınlar üzrə ticarət agenti Rey Krok Makdonald qardaşlarının restoranını ilk dəfə öz gözləri ilə gördü.
McDonaldlaşma
McDonaldlaşma (ing. McDonaldization) — konsepsiya amerikalı sosioloq Corc Ritzer tərəfindən 1993-cü ildə "Makdonaldlaşmanın sosiologiyası" kitabında təqdim edilmişdir. Amerika fast food şəbəkəsi McDonald's-a aid modelin bütün dünyada qloballaşmanın təsiri ilə qida sektorunu geridə qoyaraq cəmiyyətin bir çox sahələrinə yayılması ilə əlaqədardır. Onun tətbiq etdiyi səmərəlilik, hesablama qabiliyyəti, proqnozlaşdırıla bilənlik və nəzarət kimi üsullar şirkətin uğurunda təsirli olmuşdur. Ritzer şirkətin tətbiq etdiyi bu üsullarla müasir insanların sosial həyat tipləri ilə məşğul olmaq istəyirdi. Ona görə də konsepsiya kapitalizmlə də bağlı idi.
McDonnell Douglas
McDonnell Douglas — 1967-ci ildə McDonnell Aircraft və Douglas Aircraft Company şirkətlərinin birləşməsi ilə qurulan Amerikanın böyük bir kosmik məhsullar istehsal səhmdar cəmiyyəti və müdafiə firması idi. Həmin müddətdən otuz il sonra Boeing ilə birləşmə dövrünə kimi DC-10 sərnişin təyyarəsi və F-15 Eagle hava üstünlüyü qırıcı təyyarəsi və F/A-18 Hornet çoxməqsədli qırıcı təyyarəsi kimi bir neçə tanınmış ticarət və hərbi məqsədli təyyarə istehsal etmişdir.
McDonnell Douglas AV-8B Harrier II
AV-8B Harrier II sözün əsl mənasında bütün V/STOL təyyarələri içərisində ən məşhur olan hərbi təyyarədir Onun bir ədəd Rolls Royce Pegasus II mühərriki vardır. Mühərrik təyyarənin tam mərkəzində yerləşir və təyyarənin hər iki tərəfində görünən hava girişləri təyyarənin mərkəzində yerləşən Rolls Royce Pegasus II mühərrikini hava ilə təmin edir. İlk Harrier II uçuşunun 1981-ci ilin payızında baş verdiyini nəzərə alaraq, orijinal Hawker P.1127-nin ilk uçuşunun üstündən çoxlu illərin keçdiyini görmək mümkündür. P.1127 1957-ci il dizaynlı olub, bir fransız mühərrik konsepsiyasının əsasında hazırlanmış və təkmilləşdirilmişdir. Layihənin maliyyələşdirilməsi Britaniyanın Bristol Engine Co. şirkəti və ABŞ Hökuməti tərəfindən “Müştərək Silahların İnkişafı Proqramı” (MWDP) çərçivəsində həyata keçirilmişdir. Mühərrikin konfiqurasiyası müəyyən edildikdən və mühərrikin inkişafı üçün tədqiqat işləri qaydasına salındıqdan sonra Hawket Aircraft Ltd. mühəndisləri diqqətlərini bu mühərrikdən istifadə edəcək V/STOL təyyarəsini yaratmağa yönəltmişdirlər. Onlar hökumətin və ordunun dəstəyi olmadan tək mühərrikli hücum-kəşfiyyat təyyarəsi istehsal etməyi bacarmışdırlar. Mühərrikin fırlanan eqzoslarından başqa, reaksiya idarəetmə sistemi də V/STOL qabiliyyəti üçün tələb olunan yeganə komplikasiya olmuşdur.
McDonnell Douglas DC-10
McDonnell Douglas DC-10 Orta və uzun məsafələr üçün nəzərdə tutulmuş üç mühərrikli geniş gövdəli təyyarə. İki mühərrik qanadlarda olarkən, üçüncü mühərrik isə quyruqda, şaquli stabilizatorun altında yerləşdirilmişdir. Bazar şəraitində Airbus A300, Boeing 747 və Lockheed L-1011 Tristar ilə rəqabət aparmışdır. İstehsalın başa çatdığı 1988-ci ilə qədər 446 ədəd istehsal edilmişdir. Bundan əlavə, Amerika Hərbi Hava Qüvvələri üçün havadan havaya yanacaq doldurmaq məqsədləri üçün istehsal edilmiş olan KC-10 Extender markalı 30 ədəd xüsusi modeli istehsal edilmişdir. Daha sonralar 1990-cı ildə istifadəyə verilmiş MD-11 ilə əvəz olunmuşdur. DC-10 üçün planlaşdırılma 1967-ci ildə başlanmışdır. Bu təyyarə, 1967-ci ildə McDonnell Aircraft Corporation və Douglas Aircraft Company şirkətlərinin birləşməsindən sonra McDonnell Douglasın ilk nəqliyyat təyyarəsi olacaqdı. O, xüsusi olaraq American Airlines üçün 747-yə rəqib olmaq üçün hazırlanmışdır. İlk uçuşu 29 avqust 1970-ci ildə baş tutmuşdur.
McDonnell Douglas F-15E Strike Eagle
McDonnell Douglas F-15E Strike Eagle McDonnell Douglas F-15 Eagle döyüş təyyarəsi əsasında ABŞ tərəfindən istehsal olunan çoxməqsədli qırıcıdır. F-15E 1980-ci illərdə düşmənin nəzarəti altında olan ərazilərin dərinliklərində radioelektron mübarizə təyyarələrinin müşayiəti olmadan uçuşlar həyata keçirmək məqsədilə dizayn olunmuşdur. ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-15E qırıcıları bu qurumun arsenalında olan digər təyyarələrlə müqayisədə daha tünd rəngli hava kamuflajına və konformal yanacaq çənlərinə sahibdir. F-15E qırıcıları indiyə qədər İraq, Əfqanıstan, Suriya və Liviyada baş tutmuş döyüş əməliyyatlarında istifadə olunmuşdur. Həmin əməliyyatlar zamanı bu döyüş təyyarələri düşmənin dərinlikdə yerləşən vacib hədəflərinin məhv edilməsi, hava patrulunun təşkil olunması və koalisiya qoşunları üçün yaxın hava dəstəyi məqsədilə istifadə olunub. F-15E sonradan bəzi xarici ölkələrə də ixrac olunmuşdur.
McDonnell Douglas F-15 Eagle
F-15 Qartal (ing. McDonnell Douglas F-15 Eagle) — ABŞ istehsalı olan IV nəsil taktiki-qırıcı təyyarə. İstənilən hava şərtlərində fəaliyyət göstərmək imkanına malik olan təyyarə havada üstünlük əldə etmək üçün yaradılmışdır. 1976-cı ildə silahlanmaya qəbul edilən F-15 Eagle ABŞ-İraq müharibələri zamanı, Yaxın Şərqdə və keçmiş Yuqoslaviya ərazisindəki konfliktlərdə geniş istifadə edilmişdir. 2025-ci ilə kimi ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında saxlanılması planlaşdırılan F-15 daha çox heç bir döyüşdə məhv edilməməsi ilə məşhurdur. F-15 təcillənmə, silah təchizatı və inkişaf etmiş avionika avadanlığına (radar, istiqamət tapma sistemi və s.) görə, çox təkmil təyyarədir; elektronik sistem birdən çox düşmən təyyarəsini təsbit etmə, məlumat toplama, izləmə və hücum bacarığına malikdir. ABŞ ilə yanaşı İsrail, Səudiyyə Ərəbistanı və Yaponiya silahlı qüvvələri tərəfindən istifadə edilir. 2017-ci ilə olan məlumata əsasən bu döyüş təyyarəsinin müxtəlif variantlarının istehsalı 2022-ci ilə qədər davam edəcək. == Yaradılma tarixi == 1960-cı illərin sonlarında ABŞ Hərbi Hava Qüvvələri tərəfindən aparılan tədqiqatlar, Vyetnam müharibəsində toplanılmış hava döyüşü təcrübələri nəticəsində havada üstünlük əldə edə biləcək qırıcı üçün tələblər hazırlandı. Yeni təyyarənin dizayn-konsepsiyasının hazırlanmasına başlayan 8 kompaniyadan 4-ü 500-ə yaxın dizayn konsepsiyası təqdim etdilər.
McDonnell Douglas F-4 Phantom II
McDonnell Douglas F-4 Phantom II McDonnel Aircraft şirkəti tərəfindən ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin aviasiya bölmələrinin döyüş gücünü artırmaq məqsədilə istehsal olunmuş, iki oturacaqlı, iki mühərrikli, istənilən hava şəraitində döyüşmək qabiliyyətinə sahib qırıcı-bombardmançı təyyarədir. İlk dəfə 1960-cı ildə ABŞ Hərbi Donanmasında istifadə olunmağa başlamışdır. Yüksək uyğunlaşma səviyyəsi olduğuna görə sonradan ABŞ dəniz piyadaları korpusu və ABŞ HHQ tərəfindən aktiv istismar olunmağa başlamış, 1960-cı illərin ortalarından etibarən bütün aviasiya bölmələrinin əsas döyüş təyyarəsi olmuşdur. 2017-ci ilə olan məlumata əsasən istismarına başlamasından 60 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, F-4 qırıcıları hələ də İran, Yaponiya, Cənubi Koreya və Türkiyə kimi ölkələrdə aktiv istifadə olunur. == İstifadəçilər == Avstraliya (keçmiş) Misir: 34 ədəd F-4E xidmətdədir. Almaniya (keçmiş): 30 iyun 2013-cü ildən xidmətdən çıxardılmışdırlar. Yunanıstan: 12 ədəd RF-4E və 34 ədəd F-4E AUP xidmətdədir. İran: 1960 – 1970-ci illərdə 225 ədəd F-4D, RF-4E, F-4E almışdır. 2015-ci ildəki məlumatlara görə 64 ədəd F-4D xidmətini davam etdirir. İsrail (keçmiş): 2004-cü ildən F-4 təyyarələri xidmətdən çıxardılmışdırlar.
McDonnell Douglas F/A-18 Hornet
F/A-18 Hornet — Amerika Birləşmiş Ştatları tərəfindən 1970-ci illərdə istehsal edilən, hərbi hücum-döyüş göyərtə təyyarəsi. Hal-hazırda ABŞ HHQ-nin əsas hücum-döyüş təyyarəsidir. Bəzi Avropa və Asiya ölkələri tərəfindən istifadə edilir. Liviya, İraq və Yuqoslaviyadakı döyüşlərdə tətbiq edilib. Bəzi mənbələrdə F-18 kim qeyd edilir, lakin bu düz deyil belə ki 1982-ci ildə belə qeyd edilmə ləğv edilib.
McDonnell Douglas MD-11
McDonnell Douglas MD-11 Amerikan istehsalı, üç мühərrikli, orta-uzun məsafələr üçün nəzərdə tutulmuş geniş gövdəli sərnişin təyyarəsi. DC-10 -dan təkmilləşdirilmişdir. Qanad sxemindəki dəyişikliklər, mühərrikin gücləndirilməsi, tamamilə rəqəmsal pilot kabinəsi strukturu onu DC-10 fərqləndirən bəzi xüsusiyyətləridir. MD-11 təkmilləşdirmə proqramı 1986-cı ildə başlanılıb. 1976 -cı ildə DC-10 üçün edilən iki dəyişiklik planı buna başlanğıc etmişdir. Bu planda təyyarənin bütün boyu uzadılaraq sərnişin tutumlu artırılmalı idi. 30 dekabr 1986-cı ilə çatdıqda plana uyğyn olaraq təyyarənin 52-si dəqiq 40-ı isə sonradan təhvil verilməsi üzrə 92 sifariş hazır idi. Bular sərnişin, yük və qarışıq kimi üç variantda istehsal olunacaq təyyarə idi. İlk uçuş 10 yanvar 1990-cı ildə keçirilib. 7 dekabr 1990-cı ilin ilk təyyarə Finnair'e təslim edilmişdir.
McGill.
Donald Con Makgillivrey (ing. Donald John McGillivray; 20 avqust 1935 – 17 avqust 2012) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Donald Con Makgillivrey tədqiqatlarını Apatophyllum, Dodonaea, Galium, səhləbkimilər, Conospermum, Grevillea bitki cinsləri üzrə aparmışdır. == Əsərləri == McGillivray D. J. Grevillea: A taxonomic revision. — Carlton, 1993. — 465 p. — ISBN 0522844391. == Şərəfinə adlandırılmış taksonlar == Apatophyllum macgillivrayi Cranfield & Lander, 1992 Grevillea donaldiana Kenneally, 1988 Leptospermum macgillivrayi Joy Thomps., 1989 == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == "McGillivray, Donald John (Don) (1935 - 2012)". Australian National Herbarium. İstifadə tarixi: 2017-11-06.
McLaren (Formula-1 komandası)
McLaren komandası — 1963-cü ildə, Yeni Zellandiyalı Bruce McLaren (1937-1970) tərəfindən qurulmuş Formula 1 komandasıdır. McLaren Mercedes adıyla yarışan komanda Scuderia Ferraridən sonra ən uğurlu komandadır. Hal-hazırda Vodafone McLaren Mercedes adıyla yarışır. Bu komanda Formula 1-dən başqa Indianapolis 500 Mil Yarışı, Kanada-Amerika Challenge Kuboku və Le Mans 24 Saat Yarışı kimi təşkilatlarda da iştirak etmişdi. Məşhur pilot Ayrton Senna da ən uğurlu sezonlarını burada yaşamışdır. Martin Withmarsh tərəfindən idarə olunan komanda McLaren Groupun bir quruluşu olan McLaren Racing tərəfindən nəzarət edilməkdədir. 1999-ci ildə Mercedes komandanın 40 faiz hissəsini satın almışdır. Ron Dennis və Mansour Ojjeh'nin 30 faiz hissəsi vardır. Son illərdə Mersedesin, komandanın hamısının alacağı haqqında söz-söhbətlər tez-tez qarşımıza çıxır. McLarenin 11 sürücülər çempionluğu, 8 komanda çempionluğu var.
McNabb
Robert Frensis Ross Maknab (ing. Robert Francis Ross McNabb; 11 dekabr 1934, Kavakava[d] – 14 noyabr 1972) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Robert Frensis Ross Maknab bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == McNabb, R.F.R. (1962). The graminicolous rust fungi of New Zealand. Transactions of the Royal Society of New Zealand Bot. 1 (19): 235-257, 16 figs. McNabb, R.F.R. (1962). The genus Exobasidium in New Zealand. Transactions of the Royal Society of New Zealand Bot.
Mchinji (mahal)
Mchinji — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Mərkəz bölgəsinə aiddir. == Coğrafiya == Mchinji ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Mçini şəhəridir. Mahal şimal-şərqdə Kasunqu mahalı, cənub-şərqdə Lilonqve mahalı, qərbdə Zambiya ilə qonşudur. == Əhali == Mçini mahalında 456,558 nəfər yaşayır.
Natalie McQiffert
Natalie McQiffert (d. 14 mart 1997) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Natalie McQiffert, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. McQiffert həm də 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. Natalie McQiffert 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Kiana Eide, Alisa Kano, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Sierra McCormick
Sierra Makkormik (28 oktyabr 1997) Amerikan aktrisasıdır. Onun ən məşhur rolu Disney Channel serialı olan Bacarıq Fermasındakı Oliv Doyl roludur.

Oxşar sözlər

#mc nədir? #mc sözünün mənası #mc nə deməkdir? #mc sözünün izahı #mc sözünün yazılışı #mc necə yazılır? #mc sözünün düzgün yazılışı #mc leksik mənası #mc sözünün sinonimi #mc sözünün yaxın mənalı sözlər #mc sözünün əks mənası #mc sözünün etimologiyası #mc sözünün orfoqrafiyası #mc rusca #mc inglisça #mc fransızca #mc sözünün istifadəsi #sözlük