Müqtədir sözü azərbaycan dilində

Müqtədir

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Müqtədir • 61.5385%
  • müqtədir • 38.4615%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Müqtədir
Yaşayış məntəqələriMüqtədir (qəsəbə) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə.
Müqtədir (qəsəbə)
İstisu (əvvəlki adı: Müqtədir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi adlandırılmış, Müqtədir qəsəbə inzibati ərazi dairəsi İstisu qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.
Müqtədir (xəlifə)
Müqtədir (13 noyabr 895, Bağdad – 31 oktyabr 932, Bağdad) — Abbasi xəlifəsi. == Həyatı == Əbul-Fəzl əl Muktədir Cəfər ibn Əhməd əl-Mutəzid-Billah 895-ci dünyaya gəlmişdir. Anası türk əsilli Seyyidə Şağab Xatundur. Müktəfi Billahın xəstəliyi ağırlaşdıqda vəzir Abbas ibn Həsən əl-Cərcərai divan katibləri ilə məşvərət keçirmiş və xəlifənin qardaşı Cəfərin vəliəhd elan edilməsinə nail olmuşdur. 908-ci ildə "Muktədir Billah" ləqəbi ilə xəlifə seçilən Cəfərin azyaşlılığından istifadə edən vəzir Abbas xilafəti tək başına idarə etmişdir. Bir müddət sonra Muktədirin yerinə Əbu Abdullah Məhəmməd ibn Mutəmid Aləllahı xəlifə seçmək qərarına gələn vəzir Məhəmmədə bu barədə məktub göndərərək sövdələşmələr də aparılmışdır. Lakin vəzirin bu istəyi bəzi divan üzvlərində narazılıq yaratmışdır. Sahibuş-şurta (polis rəisi) İbn Əmrəveyh xəlifənin dəyişdirilməsinə qarşı çıxdıqdan sonra Əbu Abdullah Məhəmməd hikkəsindən iflic olub dünyasını dəyişmişdir. Xəlifəni dəyişmək cəhdinin boşa çıxmasına baxmayaraq, vəzir istəyindən əl çəkməmişdir. Bir müddət sonra özü başda olmaqla, yüksək vəzifəli məmurlar, sərkərdələr, qazı və katiblərin çoxu Abdullah ibn Mutəz Billahı xəlifə seçmək qərarına gəlmişlər.
Müqtədir Aydınbəyov
Müqtədir Aydınbəyov (1884, Axtı, Samur dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 1918, Tağaroba) — inqilabçı == Həyatı == 1884-cü ildə Samur dairəsinin Axtı kəndində anadan olmuşdu. 1898-ci ildə iş ardınca Bakı şəhərinə gəlmişdi. Salam Aydınbəyov atasıdır. Müqtədir Aydınbəyov 1907-ci ildə neft-mədən fəhlələri arasında apardlığı inqilabi fəaliyyətinə görə beş il müddətinə Arxangelsk diyarına sürgün olunmuşdur. O zaman o, Balaxanıda tətil komitəsinə rəhbərlik edirdi. Müqtədir Aydınbəyov ikinci dəfə həbsə alınaraq Bayıl türməsinə salınmışdı. 1918-ci ildə Bakı Kommunası partiya təşkilatı tərəfindən Sovet hakimiyyətini bərpa etmək tapşırığı ilə Quba şəhərinə göndərilmiş və burada müsavatçılar tərəfindən öldürülmüşdür.
Müqtədir bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Müqtədir qəsəbəsi
İstisu (əvvəlki adı: Müqtədir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi adlandırılmış, Müqtədir qəsəbə inzibati ərazi dairəsi İstisu qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.86 dəfə / 1 mln.
2003 ••••••••• 1.18
2004 ••••• 0.67
2005 •••••••••••••••••••• 2.70
2006 •••• 0.45
2007 •••• 0.42
2008 •••••• 0.73
2009 •••••••••• 1.28
2010 ••••••• 0.82
2011 ••••• 0.60
2012 ••••••••• 1.20
2013 •••••• 0.73
2014 •• 0.17
2015 •••• 0.51
2016 ••• 0.35
2017 ••••••••••••• 1.63
2018 ••••••••••••• 1.65
2019 •••••••• 0.97
2020 •••• 0.53

müqtədir sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Qüvvətli, güclü, qüdrətli, qadir olan, iqtidar sahibi. İndi göstərək ki, biz … həmişə, nə kimi mübarizə olursa olsun, mübarizədə müqtədir, yaşamağa da müqtədirik. T.Ş.Simurq. 2. Bacarıqlı, iqtidarlı, əlindən iş gələn, qabiliyyətli, məharətli, bacaran, edə bilən. Müqtədir usta (sənətkar). – Sabir! Ey, sən, sevimli şairimiz; Müqtədir, duzlu sözlü Sabirimiz! A.Səhhət.

    Azərbaycan dilinin izahlı lüğəti / müqtədir

müqtədir sözünün rus dilinə tərcüməsi

  • 1 прил. 1. устар. сильный, могучий 2. способный (могущий, умеющий делать что-л.), талантливый. Müqtədir yazıçı талантливый писатель

    Azərbaycanca-rusca lüğət / müqtədir

müqtədir sözünün türk dilinə tərcüməsi

müqtədir sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. qüdrətli, güclü, qüvvətli; bacarıqlı.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

qüdrətli, güclü; bacarıqlı, iqtidarlı, məharətli.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"müqtədir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müqtədir nədir? #müqtədir sözünün mənası #müqtədir nə deməkdir? #müqtədir sözünün izahı #müqtədir sözünün yazılışı #müqtədir necə yazılır? #müqtədir sözünün düzgün yazılışı #müqtədir leksik mənası #müqtədir sözünün sinonimi #müqtədir sözünün yaxın mənalı sözlər #müqtədir sözünün əks mənası #müqtədir sözünün etimologiyası #müqtədir sözünün orfoqrafiyası #müqtədir rusca #müqtədir inglisça #müqtədir fransızca #müqtədir sözünün istifadəsi #sözlük