müntəzir sözü azərbaycan dilində

müntəzir

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • müntəzir • 68.4211%
  • Müntəzir • 29.3233%
  • MÜNTƏZİR • 2.2556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hüseynəli Müntəziri
Hüseynəli Müntəziri (1922-19 dekabr 2009) — din xadimi, müctəhid. == Həyatı == Ayətullah Hüseynəli Müntəziri 1922-ci ildə İsfahan şəhərində dünyaya gəlib. O, 1979-cu ildə İranda baş verən islam inqilabının ideoloqlarından biri olub. Ayətullah Hüseynəli Müntəziri 19 dekabr 2009-cu ildə vəfat edib. Müqəddəs Şiə şəhəri olan Qumda təhsilini bitirən Müntəziri, Ayətullah Ruhullah Xomeyninin kurs halqasından keçərək Fəvziyyə Mədrəsəsində müəllimlik etməyə başlamışdır. 1963-cü ildə Ayətullah Xomeyninin çağırışı ilə Şah Rza Pəhləvinin Ağ inqilabına qarşı çıxdı və sonradan İran İslam İnqilabının aparıcı simalarından biri oldu. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi tərəfindən həbs olunan Müntəziri, 1974–1978-ci illər arasında 4 il həbs cəzası çəkmişdir. İnqilabdan əvvəl Ayətullah Taleqani ilə birlikdə etdiyi xütbələr kitab versiyasına çevrildi. İran İnqilabından sonra Dirasat fi Vilayah əl-Faqih (Vilayəti-Fəqih Dərsləri) adlı dərs vəsaiti yazmışdır. Ayətullah Xomeyni, Müntəziri üçün, "Özüm onda gizlənmişəm" ("Yəni məndən sonra varis odur") demişdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.31 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.57
2007 ••• 0.21
2009 •••••••••••••••••••• 1.60
2011 ••• 0.17
2012 ••• 0.17
2013 •••••••• 0.58
2015 ••••• 0.34
2016 ••••••• 0.52
2017 ••• 0.16
2019 •••••• 0.42
2020 ••••• 0.40

müntəzir sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] Gözləyən, intizar içində olan, intizarda qalan. Mən müntəzirəm verəm rəvacın; Bimar isə eyləyəm əlacın. Füzuli. Hərəmxanada cümlə hərəmlər şahın fərmayişi ilə otaqda hazır olub qüdumuna müntəzir idilər. M.F.Axundzadə. [Hadi lələ:] Cahangir ağa Cənnətəlinin evində sənin cavabına müntəzirdir. S.S.Axundov. Biçarə student xanımın çıxmağına müntəzir (z.) mağazanın qabağında gəzinməyə başladı. Çəmənzəminli. □ Müntəzir qalmaq – intizarda qalmaq, nigarançılıqla gözləmək. Qalan yoldaşlar da tutdular bərə; Qaldılar müntəzir gələn səhərə. H.K.Sanılı. Müntəzir olmaq – nigarançılıqla gözləmək, intizar qalmaq, dayanıb gözləmək. [Odabaşı:] Hacı Kamyab darvazaya çıxıb xanın gəlməyinə müntəzir oldu. Ə.Haqverdiyev. Müntəzir qoymaq – intizarda saxlamaq, nigaran qoymaq.

    Azərbaycan dilinin izahlı lüğəti / müntəzir

müntəzir sözünün sinonimləri (yaxın mənalı sözlər)

müntəzir sözünün rus dilinə tərcüməsi

  • 1 ждущий, ожидающий

    Azərbaycanca-rusca lüğət / müntəzir
  • 2 устар. в сочет. müntəzir olmaq ждать, ожидать с нетерпением. Əmrə müntəzir olmaq ждать приказания, müntəzir qalmaq быть в ожидании, müntəzir qoymaq kimi заставить ждать кого

    Azərbaycanca-rusca lüğət / müntəzir

müntəzir sözünün inglis dilinə tərcüməsi

müntəzir sözünün fransız dilinə tərcüməsi

müntəzir sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. интизарда авай, виливди хуьзвай; müntəzir olmaq интизарда хьун, нарагьатвилелди вилив хуьн; müntəzir qoymaq интизарда тун, нарагьат яз тун.

    Azərbaycanca-ləzgicə lüğəti / müntəzir

müntəzir sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) intizar çəkən; gözləyən; 2) ümid bəsləyən.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

intizar çəkən, gözləyən; ümid bəsləyən.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"müntəzir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müntəzir nədir? #müntəzir sözünün mənası #müntəzir nə deməkdir? #müntəzir sözünün izahı #müntəzir sözünün yazılışı #müntəzir necə yazılır? #müntəzir sözünün düzgün yazılışı #müntəzir leksik mənası #müntəzir sözünün sinonimi #müntəzir sözünün yaxın mənalı sözlər #müntəzir sözünün əks mənası #müntəzir sözünün etimologiyası #müntəzir sözünün orfoqrafiyası #müntəzir rusca #müntəzir inglisça #müntəzir fransızca #müntəzir sözünün istifadəsi #sözlük